26 noyabr 2020-ci il, saat 1100 – da ADPU-nun Filologiya faкültəsi Elmi Şurasının 2020/2021-ci tədris ilində 3-cü (onlayn) iclası keçirildi. İclası giriş sözü ilə prof. M.Hüseynova açdı: Hörmətli həmkarlar! Hamınızı xoş gördük! Bugünkü Elmi Şuramız yenə pandemiya şəraitinin tələblərinə uyğun olaraq onlayn keçirilir. Elmi Şura üzvləri artıq qeydiyyatdan keçiblər. Yetərsay var. 25 nəfərdən 23 nəfər və aktiv müəllimlər, fakültənin tyutorları iclasda iştirak edirlər. İclasa başlaya bilərik. İclasın gündəliyində iki məsələ var: 1.Payız imtahan sessiyasınına hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr; 2 Cari məsələlər.
Birinci məsələ ilə bağlı Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova məlumat verdi: Əvvəla hamınızı xoş gördük. Hamınızı sağ-salamat burda görməyimə şadam. İlk növbədə, hər biriniz özünüzü qorumalısınız. Sonra Azərbaycanın böyük qələbəsi naminə hər birinizi təbrik edirəm, hamımızın gözləri aydın olsun deyirəm. Ali Baş Komandanımıza və Müzəffər Ordumuza təşəkkürlərimizi çatdırıram ki, bizə, xalqımıza bu günü yaşatdılar. Bunlar öz yerində. Biz də öz cəbhəmizdə möhkəm dayanmalıyıq. İkinci gözəgörünməz düşmənə-pandemiyaya qarşı mübarizəmizi davam etdirməliyik. Təhsilimizi axsatmamalıyıq. Bizim magistr mövzularının təsdiqindən başqa cari məsələmiz yoxdur. Razim müəllim buraxılış işlərinin, digər kafedralar və Xarici Dillər Mərkəzi isə magistr dissertasiyalarının mövzularını təqdim edib. Həmin mövzular bir neçə gündür ki, təqdim edilib. Kafedra müdirləri ilə müzakirə edilib. Bir-bir oxumağa ehtiyac yoxdursa, qəbul edək.
Şura üzvlərinin razılığı ilə mövzular səsə qoyulub təsdiq edilir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə,ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Azərbaycan Respublikasında 2021-ci ilin“Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icraedən, professor Mahirə Hüseynovanın təşkilatçılığı ilə Filologiya fakültəsində “Nizami Gəncəvi” ili iləbağlı silsilə tədbirlər, elmi seminarlar, kofranslar keçirilir. Bu tədbirlərin davamı olaraq 23.04.2021-ci iltarixində Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzində Microsoft Teamsplatforması üzərindən elmi seminar keçirilmişdir. Elmi seminarda Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Professor Mahirə Hüseynova seminarı açıq elan etdikdənsonra baş müəllim Yasəmən Babayeva “Ingilis ədəbiyyatında Nizami yaradıçılığının tədqiqi” adlı maraqlıməruzə ilə çıxış etmişdir. Filologiya fakültəsinin əməkdaşları, dosent Nazilə Abdullazadə, dosent RazimMəmmədov, professor Nailə Sadıqova, professor Elman Quliyev, dosent Faida İsayeva, dosent NailəƏlizadə, dosent Təranə Rəhimli məruzə ilə bağlı təəssüratlarını bölüşmüşlər. Sonra Filologiyafakültəsinin tələbələri Raman İsmayılov, Fərid Əliyev, İlahə Kərimova Yasəmən Babayevaya məruzə iləbağlı suallar vermiş və dolğun cavablar almışlar. Sonda professor Mahirə Hüseynova baş müəllimYasəmən Babayevanın çıxışından razı qaldığını bildirib, gənc müəllimə gələcək işlərində uğurlararzulamışdır
ŞUMEROLOQ ALİMLƏ GÖRÜŞ
20 may 2021-ci il tarixdə Filologiya fakültəsinin dekanı, prof. Mahirə
Hüseynovanın təşkilatçılığı və rəhbərliyi ilə “Şumer-Azərbaycan ədəbi əlaqələri”
mövzusunda geniş onlayn formatda elmi seminar keçirildi. Seminara Azərbaycanda
şumer dili və əifbasını bilən yeganə alim, filologiya elmləri doktoru, şumeroloq alim,
AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi İslam Sadıq dəvət edilmişdi.
Seminarı giriş sözü ilə açan prof. Mahirə Hüseynova bəşər tarixində şumer
mədəniyyətinin izlərindən danışdı. Dilçi-alim qeyd etdi ki, dünyada ilk mədəniyyətin
altında şumerlərin imzası var. Bu mədəniyyətin böyük bir hssəsi isə yaradıcılıq
örnəklərindən ibarətdir. Şumerlərin mifoloji mətnləri, lirik şeirlər, beşik nəğmələri,
təmsillər, 9 qəhrəmanlıq dastanı yazılı şəkildə bizə gəlib çatsa da, şumer-türk ədəbi
əlaqələri adı altında çox sirlər gizlənir. Dünya sivilizasiyanın başlanğıcını
şumerlərdən götürsə də, Azərbaycanda şumer dili və ədəbiyyatının sistemli tədqiqi
müxtəlif ideoloji təzyiqlərlə qarşılanmış, Azərbaycan ədəbiyyatı və folklorunun bir
çox problemlərinin araşdırılmasında Avropa alimlərinin əsərlərinə, nəzəriyyələrinə
istinad edildiyindən yanlış nəticələr çıxarılmışdır. Prof. Mahirə Hüseynova
şuneroloq alim İslam Sadığın fakültə əməkdaşları, doktorant, magistrant və
tələbələrlə görüşünün də qaranlıq mətləblərə aydınlıq gətirmək məqsədilə təşkil
edildiyini vurğuladı.
İslam Sadıq “Şumer-Azərbaycan ədəbi əlaqələri” mövzusunda məruzə ilə
seminarı davam etdirdi. Türkün mədəni irsi, dili və ədəbiyyatından bu gün də əlində
dəlil oldu-olmadı, nəsə götürüb öz kültürünə qatmağa çalışanlara qarşı şumer tarixi,
ədəbiyyatı və dilini alim əvəzsiz örnək adlandırdı. Mixi yazılı mətnlərinin
öyrənilməsinə ömrünü sərf edən alim ortaq şumer sözlərindən musallar çəkərək
Azərbaycan dilinin əsasında da bu dilin dayandığını vurğuladı.
İslam Sadıq şumer əlifbası və şumer dili, ortaq şumer-türk sözləri, şumer
folkloru və “Kitabi-Dədə Qorqud”, şumer panteonunda yaradıcı tanrılarla bağlı
araşdırmalarından gəldiyi qənaəti həvəslə seminar iştirakçıları ilə bölüşdü. Alimin
“şumerlərin qədim məskəni Azərbaycan ərazisi olmuşdur” fikri fakültənin professor-
müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılandı.
Elmi seminarda iştirak edən doktorant, magistrant və tələbələr onları
maraqlandıran suallarla İslam Sadığa müraciət etdilər. Fakültə əməkdaşları – prof.
Yaqub Babayev, prof. Elman Quliyev, dos. Nazilə Abdullazadə çıxış edərək belə bir
görüşün təşkilinə görə fakültə rəhbərliyinə və şumeroloq alimə təşəkkürlərini
bildirdilər.
Elmi seminarın sonunda fakültə dekanı prof. M.Hüseynova İ.Sadığın tələbələrə
Şumer ədəbiyyatı və dili darədə mühazirələr oxumaq təklifini böyük məmnuniyyətlə
qəbul etdi və belə görüşlərin Azərbaycan mədəniuyyəti və elminin dünyay
tanıdılmaında rolunu yüksək qiymətləmdirdi.