Mahirə Nağı qızı Hüseynova
ADPU, Müasir Azərbaycan dili kafedrasının professoru,
filologiya elmləri doktoru,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru
İş ünvanı və telefonu: Ü. Hacıbəyov 68, +(994) 598-43-56
Qısa bioqrafik məlumat
- 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub.
- 1978- ci ildə Abşeron rayon Novxanı qəsəbəsi 1 saylı orta məktəbi bitirib.
- Evlidir. Üç övladı var.
- Ev ünvanı: Bakı şəhər, Nərimanov r., Ə.Rəcəbli 5 A.
Təhsili, elmi dərəcəsi və elmi adı
- Ali təhsillidir. 1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- 2013- ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 2017-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 2018-ci ildə professor elmi adına layiq görülmüşdür.
Əmək fəaliyyəti
- 1984-cü ildən 2004-cü ilədək Abşeron rayon Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir.
- 2004-cü ildən 2009-cu ilədək Bakı şəhəri N. Nərimanov rayonundakı G. Əsgərova adına 43 saylı BMLK –da Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir.
- 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi, 2014-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən kafedranın müdiri vəzifəsinə seçilmişdir.
- 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru, 2018-ci il dekabr ayının 10-dan ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir.
- 2021-ci ildən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
Apardığı dərslər
Müasir Azərbaycan dili;
Müasir Azərbaycan dilinin fonetikası;
Müasir Azərbaycan dilinin leksikologiyası;
Müasir Azərbaycan dilinin morfologiyası;
Müasir Azərbaycan dilinin sintaksisi;
Yetişdirdiyi mütəxəssislər
5 magistr dissertasiyasının,
10 fəlsəfə doktorluğu
3 elmlər doktorluğu dissertasiyasına elmi rəhbərlik edir.
Elmi yeniliklər
İlk dəfə Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, dolğun elmi nəticələr əldə etmişdir.
Fəxri adlar və Mükafatlar
- 2003. “İlin ən yaxşı müəllimi”
- 2004. Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı.
- 2007.“Qızıl qələm” Media Mükafatı Laureatı
- 2018 “İlin Alimi” Media Mükafatı Laureatı
- 2021 “Əməkdar müəllim” fəxri adı
Tədqiqat sahəsi
- Azərbaycan dilinin üslubiyyatı.
Döş nişanı və təltiflər
Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif edilib
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi tərəfindən “Milli Ordu” medalı ilə təltif edilib;
Elmi jurnalların təsisçisi və baş redaktorluğu
- “Linqvistika problemləri” beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktorudur.
- “Filoloq” qəzetinin təsisçisi və baş redaktorudur.
- “Türkologiya” Beynəlxalq Elmi jurnalının redaksiya heyətinin üzvü;
- “Elmi iş” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü;
- “Türk filologiyası” elmi jurnalının redaksiya heyətinin üzvü;
Son bir ildə beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında;
- Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında;
- 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində;
- Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransında;
- Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında;
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransında.
- Tatarıstan Respublikası, Kazan Federal Universiteti. Beynəlxalq Türkoloji Elmi Konfransında.
- Həsən Mirzəyev-95 Beynəlxalq Elmi Konfransın təşkilatçısı
Seçilmiş elmi məqalələri
- “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
- “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
- “Лингвистические исследования Гасана Мирзоева и их значение для современной тюркологии”. Материалы III Международной научной конференции. Нальчик, 17ноября 2010 г.
- “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
- “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
- “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha
- “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 23
- “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
- “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
- On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
- Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
- Language contacts of azerbaijani and kazakh turkic languages (on the basis of azerbaijanian dialectologist, academician mammadaga shiraliyev’s creative works) Qazaxıstan, Nur-Sultan, dekabr 2019-cu il
- Bashkir mythological meetings in the study of F.G. Khisamitdinova. Başqırdıstan, Ufa, yanvar 2020-ci il
Kitablar. Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
1. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
2. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
3. Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
4. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
5. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
6. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
7. Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
8. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
9. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
10. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
11. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
12. Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
13. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
14. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
15. Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
16. Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
17. Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
18. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
19. Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
20. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
21. Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018
22. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
23. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
24. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018
25. Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
26. Missiya. Bakı: ADPU-nun nəşriyyatı, 2019
27. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
28. Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
29. Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
30. Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
31. Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
32. Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
33. Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
34. Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
35. Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
36. Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
37. Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
38. Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
39. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017
40. Onun daş nağılı. Bakı, 2020, 412
41. Ozan və halk şairlərinin poetikası. Ankara 2020.171 s.
42. Salam olsun. Bakı, 2020.144 s.
43. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020. 599 s.
44. Yanından keçmə dağların... Bakı, 2021, 312 s.
45. Lövbər adam. Bakı, 2022, 255 s.
46. Biblioqrafiya, Bakı, 2022, 317 s.
47. Sözün və əməlin yaratdığı tarix. Bakı, 2022, 407 s.
48. Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri. Bakı,
2022, 275 s.
SƏRDAR ZEYNAL
(ZEYNALOV SƏRDAR SƏYYAD OĞLU)
1954-cü il, avqustun 3-də Naxçıvan MR, Ordubad rayonunun
Tivi kəndində anadan olub. 1970-ci ildə Tivi kənd orta məktəbini bitirib və
V.İ. Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olub.
1974-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. Əvvəlcə Ordubad rayonundakı Xurs kənd səkkizillik məktəbində müəllim və tədris işləri üzrə direktor müavini, Naxçıvan MR Mədəniyyət Nazirliyində şöbə müdiri, 1980-cı ildən Tivi kənd orta məktəbində müəllim işləmişdir.1988-ci ildən Sabunçu rayonundakı 142 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1999-cu ildə «Orta məktəbin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri (1945-1995 sintaksis)» mövzusunda namizədlik 2015- ci ildə «XX əsrin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri» adlı doktorluq dissertasiyası mudafiə etmisdir.
S.S.Zeynalov tələbəlik illərində Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərindən biri olmuş, hazırladığı yazılarda Azərbaycan dilinin qrammatikasına aid yeni fikirlər söyləmişdir.
Hələ orta məktəbin 8-ci sinfində oxuyarkən o zaman nəşr olunan “Azərbaycan gəncləri” qəzetində təşkil edilmiş “Anam doğma Azərbaycan” adlı ÜmumAzərbycan inşa müsabiqəsində fəal şəkildə cıxış etmiş, mövzunu nəsrlə deyil nəzmlə qələmə almışdır.
1984-cü ildə Naxçıvan Vilayət Komsomol Komitəsinin Naxçıvan Yazıçılar Birliyi ilə birlikdə keçirdikləri müsabiqədə Böyük Vətən müharibəsi zamanı Polşa Respublikasında fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin rəhbərlərindən biri olmuş Polşa torpaqlarında özünə əbədi abidə qoymuş qəhrəman eloğlusu Məmmədhüseyn Kərimova həsr tediyi “Şöhrət yolu” poeması müsabiqənin ən yüksək mükafatına layiq görülmüş və bununla bağlı fəxri fərmanla təltif olunmuşdur.
Ardıcıl olaraq Naxçıvan ve Azərbaycan televiziyasında həm şair, həm də bir dilçi alim kimi çıxışlar etmişdir.
Hələ sovet dönəmində kənddə yaşayan qardaşı İlqar Səyyadoğlunun onu şəhərdən kəndə qayıtmağa səsləyən “Qayıt, qardaşım, qayıt” çağırış məzmunlu şeirinə cavab olaraq yazdığı “Qayida bilmərəm o kəndə bir də” ictimai-siyasi məzmunlu geniş həcmli şeirinə “Azadlıq” radiosunda geniş yer ayrılmış və təhlil olunmuıdur.
1974- cü ildən- ali təhsilini başa vurduqdan sonra müvazi olaraq həm elmi, həm də bədii yaradıcılıqla məşğul olmuşdur.Şeirləri və elmi məqalələri həmin ildən başlayaraq mütəmadi olaraq “Yeni Ordubad” “Şərq qapısı” qəzetlərində və almanaxlarda dərc edilmişdir.
2004-cü ildə Sədar Zeynalın 50 illik yubileyi AYB-nin “Natəvan” klubunda təntənəli şəkildə qeyd edilmiş, pedaqoji sahədəki fəaliyyəti Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla qiymətləndirilmişdir.
60 illik yubileyi ilə bağlı nəşr olunmuş “Sərdar Zeynalın poeziya və dilçilik salnaməsi” (Bakı 2016 174 səh) adlı kitabda mərhum akademik Tofiq Haciyev, akademik Nizami Cəfərov, Əməkdar elm xadimi professor Qəzənfər Kazımov və digərlərinin onun yaradıcılığından bəhs edən geniş elmi məqalələri dərc olunmuşdur.
S.S.Zeynalov orta məktəbdə işləməklə yanaşı 2000-ci ildən bugunə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (arada Azərbaycan Müəllimlər İnstitutunda) əvvəlcə Azərbaycan dilinin tədrisi metodikası, sonra isə Müasir Azərbaycan dili kafedrasında çalışı
Bu günə qədər onun :
- Orta məktəblərin «Azərbaycan dili» dərslikərində dilçilik məsələləri». Bakı, 1999.118 səh
- Orta məktəbin Azərbaycan dili dərslikərində cümlə və cümlə üzvləri. Bakı, 2001.səh
- Orta məktəbin Azərbaycan dili dərslikləri. Bakı, 2003.
4. Azərbaycan dili morfologiyasının tədqiqi tarixi (XX əsr) monoqrafiya. “Elm və təhsil” nəşriyyatı, 2011, səh 203.
5. Azərbaycan dili qrammatikasının bəzi problemləri. Monoqrafiya ”Elm və təhsil” Bakı , 2014.
6. Актуальные проблемы в морфологии Азербайджанского языка. Ламберт Akademik publishing LAP Qermaniya saarbriysken-2014, 73.
7. XX əsrin Azərbaycan dili dərslikləri (Morfologiya) (monoqrafiya) «Elm və təhsil». Bakı, 2015, səh 116.
8. Müasir Azərbaycan dili: morfologiya-isim (dərs vəsaiti) Bakı-2017 səh 144 .
9. Sərdar Zeynal Elşad Abışov “Tivi şivəsinin izahlı lügəti” (monoqrafiya) Bakı , “Elm və təhsil” 2019, səh 150 .
10. Sərdar Zeynalın poeziya ve dilçilik salnaməsi “Elm və təhsil” 2016, 174 səh. adlı monoqrafiyaları
Azərbaycan dili proqramı. (Məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr pilləsi üçün). 2009,
Azərbaycan dili proqramı (Ali məktəblərin pedqoji fakultələrinin bakalavr hazırlığı üçün) Bakı, 2015. metodik vəsaitləri,
Yüzlərlə, o cümlədən;
- Dərsliklərdə sitat haqqında. «Azərbaycan dili və ədəbiyyat tədrisi». №3, Bakı, 1997.
- «Sintaktik əlaqələr» dərsliklərdə öz əksini necə tapıb. «Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı. №2, Bakı, 1998.
- «Fel» bəhsinin orta məktəb dərsliklərində təqdimi haqqında bəzi qeydlər. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalı. №1, Bakı, 1999.
- Eyni anlayışların müxtərif formalarda ifadəsi. BDU «Dil və ədəbiyyat» jurnalı, №3,Bakı, 1997.
- Azərbaycan dili dərsliklərində «Vasitəsiz və vasitəli nitq mövzusu». BDU. «Dil və ədəbiyyat» jurnalı. №3, Bakı, 1997.
- Qoşma orta məktəbdə necə-tədris edilməlidir. ADPU. «Filologiya məsələlərinə dair tematik toplu». №3-4, Bakı, 2002.
- Kitabi-Dədə Qorqud ümumtəhsil məktəblərində. BDU-nun «Kitabi-dədə Qorqud» dastanlarının 1300-illiyi ilə bağlı nəşr etdirdiyi «Dədə Qorqud 1300» Bakı, 1999.
- Dərsliklərimizi yaşadanlar (prof.Tofiq Hacıyev) «Düşüncə» elmi-pedaqoji-metodik» dərgi. Bakı, 2000.
- Mənsubiyyət kateqoriyası. «Azərbaycan dili» və «Türk dili» dərsliklərində. AMİ-nin xəbərlər jurnalı. Bakı, 2008.
- Mənsubiyyət kateqoriyası. “Azərbaycan dili” və “Türk dili dərsliklərində Azərbaycan Müəllimlər İnstitutunun xəbərləri” 2008, № 4 (səh. 62-71)
- XX əsrin dərsliklərində “Morfologiya” mövzusu. AMİ-nin xəbərləri. № 2, 2009
- Əşyaların miqdarının müxtəlif formalarda ifadəsi. “Filologiya məsələləri” toplusu. 2011-ci il, 1. AMEA-nın M.Füzulu adına Əlyazmalar institutunun buraxılışı, səh.259-267
- Adlıq halın tamamlıq vəzifəsi. “Elm” qəzeti, 31 mart 2011-ci il, № 7-10
- Elin dilində yaşayır Vətən. “Hürriyyət” qəzeti, 2010 1-4 mart
- “Şeyx Məhəmməd Xiyabani” Bakıda. Hürriyyət, 1-4 fevral, 2010
- Qurbanı olanda doğulur Vətən! Hürriyyət, 26-28 fevral, 2010
- Vətən dərdi yaxud bir ürəyin yaşantıları. Yeni Azərbaycan qəzeti, 22 iyul, 2005-ci il,
- Çobanzadənin «Türk qrameri» dərsliyi. AMEA-nın müxbir üzvü prof. Tofiq Hacıyevin 70 illik yubileyi ilə bağlı hazırlanmış konfrans maierialları toplusu. Bakı, 2006.adlı məqalələri və
- «Səninlə bəxtəvər olacağam mən». Bakı, 1989.səh 36
- «Üyüt ömür dəyirmanı». Bakı, 1993. Səh 64
- «İnandım ki, həqiqətdi bu sevgi». Bakı, 1994. Səh 88
- «Bir ürək sevgiyəm». Bakı, 2004. Səh 302
- «Mən nələr çəkirəm». Bakı, 2005. Səh 210
- «Dəniz ağladır məni». Bakı, 2008. Səh 202
- “Məni düşünəcəksən” Bakı, Səh 450
- “Elə dərd var ürəyimə yazmışam” Bakı, 2015. Səh 160,
- “Qədrimi bilmədin” Bakı, 2017. Səh 170 adlı şeir kitabları nəşr olunmuşdur.
- MAD: Morfologiya – isim 2017
- Tivi şivəsinin izahlı lüğəti (E.Abışovla) 2019
- Sən məni duymazsan 2020
- Sifət 19 və 20-əsrin qrammatika kitablarında 2021
- Vətən, döyüşə başla 2021
- İlk zəfər bayramın mübarək, Vətən 2021
Ailəlidir , üç övladı , altı nəvəsi var.
Yeganə Qürbət qızı Qəhrəmanova
26.01.1976- ci ildə Abşeron rayonunun Məmmədli kəndində anadan olmuş, 1983-1993-cü illərdə Məmmədli kənd orta məktəbində təhsil almışdır. 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (fərqlənmə diplomu ilə), 1999-cu il ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dilşünaslıq ixtisası üzrə magistraturasını (fərqlənmə diplomu ilə) bitirmişdir.
2007- cü ildə “Kitabi-Dədə Qorqud” dastanında təsriflənməyən fellər” (5702.01-Tarixi dilçilik və etimologiya, 5710.01- Türk dilləri) mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya komissiyasının 20 may 2008-ci il tarixli (protokol №18-k) qərarı ilə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
2018-ci ildə - 5706.01 Azərbaycan dili ixtisası üzrə “Azərbaycan dilində hal kateqoriyasının struktur-semantik inkişafı” mövzusunda elmlər doktorluğu işini bitirmişdir. Dissertasiya işi, ADPU-nun Müasir Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir. İş müzakirəyə təqdim olunmaq ərəfəsindədir.
1999-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasında 0,5 ştat müəllim işləmişdir.
2000-ci ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında tam ştat müəllim işləmişdir.
2011- ci ildən Müasir Azərbaycan dili kafedrasına dosent seçilmiş, 2013-cü ildə dosentlik diplomunu almışdır.
2003-2006-cı illərdə Universitet üzrə TEC-in sədri, “Pedaqoji Universitet Xəbərləri” humanitar elmlər seriyasının redaktoru vəzifələrində çalışmışdır.
2011-ci ildə Təhsil Nazirliyi ilə “Ailə, uşaq və sağlamlıq mərkəzi”nin orta məktəblərin X-XI sinifləri arasında keçirilən “Zərifə Əliyeva: ana, qadın, həkim və ictimai xadim kimi” inşa müsabiqəsinin qiymətləndirmə komissiyasının üzvü olmuşdur.
2011- ci ildən universitetin Gender mərkəzinin fəaliyyətində yaxından iştirak edir. 2012-ci ilin dekabr ayında keçirilən qadın zorakılığı mövzusunda 4 həftəlik təlimdə təlimçi sertifikatı almışdır. 2012-ci il sentyabar ayının 3-dən 10-a qədər BMT-nin “İnsan inkişafı” layihəsi çərçivəsində Bakıda təşkil olunmuş təlimin də iştirakçısı olmuş, təlimçi sertifikatı almışdır.
2014-17-ci illərdə fakültə TEC-inə, 2017-2019-cu illərdə fakültə Həmkarlar Təşkilatına rəhbərlik etmişdir.
2012-2015-ci ildən AMEA Elmi İnnovasiyalar Mərkəzində elmi-tədqiqat, təcrübi konstruktor işləri şöbəsində “Türk dillərində ümumi qrammatik kateqoriyalar” mövzusunda elmi-tədqiqat işi yerinə yetirmişdir.
2012-2014-cü illərdə Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasında ekspert kimi iştirak etmiş, 2014-cü ildə TN-nin orta məktəb müəllimləri arasında keçirdiyi “İlin müəllimi” müsabiqəsinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü olmuşdur.
2015, 2019-ci illərdə iki dəfə “Ziyalı” fəxri media diplomuna layiq görülmüş, Azərbaycan Respublikası Təhsil Nazirinin 29.12.2021-ci il tarixli 4453 saylı əmrinə əsasən ADPU-nun 100 illiyi münasibətilə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif olumuş, çoxsaylı təşəkkürnamə, sertifikat və diplomlar almışdır.
7 kitab (2 dərs vəsaiti, 3 monoqrafiya, 2 bədii-publisistik əsər), 1 proqram, 65-dən çox məqalə müəllifidir. 20-dan artıq kitabın redaktoru, rəyçisi, ön söz müəllifi, eləcə də çoxsaylı fəlsəfə doktoru və magistr dissertasiyalarının rəyçisidir.
2014 və 2019-cu illərdə iki dəfə Abşeron rayonu Məmmədli qəsəbə bələdiyyəsinə üzv seçilmiş, hazırda bələdiyyə üzvü kimi fəaliyyət göstərir.
2020-ci ildən Braziliyada nəşr olunan “Gender ahd interdisciplinarity” adlı beynəlxalq indeksli elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Seçilmiş elmi əsərləri:
- “Kitabi-Dədə Qorqud”dastanında feilin təsriflənməyən formaları. Dərs vəsaiti. Bakı-2011
- Elmi- pedaqoji təcrübə. Azərbaycan dili ixtisası üzrə. Proqram. Bakı-2012.
3. Türk dillərində hal kateqoriyası. Dərs vəsaiti. Bakı-2015
4. Azərbaycan dilində hal kateqoriyasının tarixi təkamülü. Monoqrafiya, Bakı-2018
5. Türk hal sisteminin mənşəyi və inkişaf istiqamətləri. Monoqrafiya. Bakı-2021
6. Azərbaycan dilinin yazılı abidələrində hal kateqoriyası. Monoqrafiya. Bakı-2021
7. Structural-typological comparison of sumerian and turkic case systems. Revista 45 3 Universidad y Sociedad, 12(5), 415-420. Kuba, 2020, ISSN: 2218-3620 (Web of siense)
İki övladı var.
Tel:mob.: 055 415 73 70
Elektron poçtu: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Abışov Elşad Şərəfxan oğlu
Abışov Elşad Şərəfxan oğlu 18 sentyabr 1974-cü ildə Laçın rayonunun Vəlibəyli kəndində anadan olmuşdur. 1991-ci ildə Vəlibəyli kənd orta məktəbini bitirərək N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsilini tamamladıqdan sonra, 1996-2005-ci illərdə 31 saylı Laçın orta məktəbində müəllim işləmişdir.O pedaqoji fəaliyyəti dövründə təhsillə yanaşı,elmi araşdırmalara da xüsusi maraq göstərmiş,ayrı-ayrı qəzet və jurnallarda Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid elmi-publisistik məqalələrlə çıxış etmişdir. E.Abışov dilçilik elmi sahəsindəki araşdırmalarını dərinləşdirmək və daha səmərəli elmi fəaliyyətlə məşğul olmaq məqsədilə 2000 - ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitunun dissertanturasına qəbul olmuş, 2007- ci ildə "Laçın rayonu onomastik vahidlərinin linqvistik təhlili’’ mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Elşad Abışov elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədilə 2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilərək müsabiqə yolu ilə AMEA Nəsimi adına Dilçilik İnstituna kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. O 2008-ci ildə elmi işçi,2010-cu ildə böyük elmi işçi, 2012 – ci ildən bu günə qədər isə 05 ştat vahidi aparıcı elmi işçi vəzifəsində çalışır.
Elşad Abışov elmi-tədqiqat işləri ilə yanaşı, pedaqqji fəaliyyətlə də məşğul olmuşdur. O, 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında əvvəlcə baş müəllim (2011-ə qədər), sonra dosent vəzifələrində çalışmış, 2011 - ci ildə dosent elmi adı almışdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdikdən sonra Elşad Abışov ADPU - nun Müasir Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Tərcümeyi-hal
Zemfira İsaxan qızı Abbasova 19 may 1975-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olmuşdur.
1982-ci ildə Kirovakan şəhər, Şaumyan qəsəbəsində orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.1993-cü ildə Bakı şəhəri, Nərimanov rayonu 36 saylı tam orta məktəbi bitirmişdir. Eyni ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur.1998-ci ildə Ərəb dili müəllimi ixtisası üzrə ali təhsilini, 2001-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsilini bitirmişdir. 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında Azərbaycan dili ixtisası üzrə doktoranturaya daxil olmuşdur. 2016-cı ildə “Elçin Əfəndiyevin yaradıcılığında onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda AMEA-nın Nəsimi adına dilçilik institutunda dissertasiya müdafəsi keçirilmişdir.2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının Onomastika-Dialektologiya-Etimologiya bölməsində baş laborant, 2012–ci ildən 2018 –ci ilə dək elmi işçi vəzifəsində çalışmışdır. 2018-ci ildə Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim, 2019-cu ildən ADPU-nun filologiya fakültəsində dekan müavini və eyni zamanda Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində çalışır..
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 6-cı mobil qrantının qalibi olmuşam. Böyük Britaniyanın Kembric şəhəri, Kembric Universitetində elmi-pedaqoji təcrübə keçmişdir. Kembric Universitetinin Sertifikatına layiq görülmüşdür. Həmçinin Şimali Kipr və Qazaxıstan Respublikasında və respublikamızda keçirilən beynəlxalq konfranslarda çıxışlar etmişdir. Filoloq qəzetinin 2021-ci il, Fevral buraxılışında №2(6) Prezidentin dil haqqında sərəncamından irəli gələn məsələlər adlı elmi məqaləsi nəşr olunmuşdur. 30-a yaxın elmi məqalələri və tezisi var. Beynəlxalq və respublika konfranslarında çıxışlar etmişdir. 2021-ci ildə Azərbaycan Respublikası Təhsil naziri tərəfindən ADPU-nun 100 illik yubileyi münasibətliə“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşur.
- 9 oktyabr 2013- cü ildə Azərbaycan Respublikası Prezident seçkilərinin hazırlanmasında və keçirilməsində xüsusi ictimai-siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif olunmuşdur.
Əsədova Vüsalə İslam qızı- Filologiya üzrə fəlsəfə doktoru
8 fevral 1984-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə yüksək balla qəbul olunmuşdur. 2005-ci ildə bakalavr pilləsini qırmızı diplomla bitirərək magistratura pilləsinə qəbul olunmuşdur. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutunun əyani doktoranturasında təhsilini davam etdirmişdir. Filologiya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini aldıqdan sonra ölkənin müxtəlif təhsil müəssisələrində müəllim kimi çalışmışdır. 2018-2019-cu illərdə Avrasiya Universitetinin Ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. 2019-2021-ci illərdə təsisçisi olduğu “Beta Colleges” təhsil mərkəzində həm direktor, həm də müəllim kimi çalışmışdır. 2021-2022-ci illərdə “Ümumtəhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı- qardaşlaşmış məktəblər” layihəsində moderator kimi fəaliyyət göstərmişdir. 2023- cü ildən ADPU-da öncə müəllim, dekabr ayından isə Elmi işlər üzrə dekan müavini kimi çalışır. Ailəlidir, 2 övladı var.
Osman Əhmədzadənin tərcümeyi-halı
Osman Azad oğlu Əhmədzadə 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Suraxanı rayonu 270 sayılı orta məktəbi bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Slavyan Universitetinin filologiya fakültəsinə bakalavriat səviyyəsi üzrə daxil olmuşdur. 2017-ci ildə həmin universitetdən məzun olmuşdur. Elə həmin il Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisasının magistr pilləsinə daxil olmuşdur. 2019-cu ildə həmin universiteti bitirmişdir. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantura pilləsinə Azərbaycan dili ixtisası üzrə daxil olmuşdur. 2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində çalışır.
Gülöyşə Əhmədzadənin tərcümeyi-halı
Gülöyşə Azad qızı Əhmədzadə 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə Suraxanı rayonu 270 sayılı orta məktəbi bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə bakalavriat səviyyəsinə daxil olmuşdur. 2017-ci ildə həmin universitetdən məzun olmuşdur. 2018-ci ildə Azərbaycan Dillər Universitetinin ümumi dilçilik fakültəsinin magistr pilləsinə daxil olmuşdur. 2020-ci ildə həmin universiteti bitirmişdir. 2021-ci ildə Azərbaycan dili ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantura pilləsinə daxil olmuşdur. 2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim vəzifəsində çalışır.
Nərmin Rövşən qızı Mehdiyeva 1999-cu ildə Ağdaş rayonunda anadan olmuşdur.2006 -cı il də Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbin brinci sinfinə getmiş, 2017 -ci ildə oranı bitirmişdir .2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olmuşdur.2021-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir .2021 ci-ildə Azərbaycan Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur.2023-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2023 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işə daxil olmuşdur.
Məlahət Vidadi qızı Əhmədova 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri, Nizami rayonu 129 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2003-cü ildə oranı bitirmişdir. 2003-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olmuşdur. 2007-ci ildə isə oranı bitirmişdir. 2017-ci ildə həmin ixtisas üzrə Sumqayıt Dövlət Universitetində magistr pilləsinə daxil olub, 2019-ci ildə oranı bitirmişdir. 2021-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin dissertanturasına qəbul olmuş, hal-hazırda müdafiə ərəfəsindədir. 2024-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işə daxil olmuşdur.
Nərmin Məmmədrasul qızı Sadəddinli 1994-cü ildə Şəki şəhərində anadan olmuşdur. 2000-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin birjnci sinfinə getmiş, 2011-ci ildə oranı bitirmişdir. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Filologiya fakültəsinə daxil olmuşdur. 2015-ci ildə oranı bitirmişdir. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur.2017-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə Bakı Avrasiya Universitetinin Folklorşünaslıq ixtisasına doktorantura təhsilinə qəbul olmuşdur.2018-ci ildəndir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində tyutor kimi çalışır. 2024-cü ildən həmin universitetin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işə daxil olmuşdur. Evlidir, 2 övladı var.
İbrahimova Aytən Əbilqasım qızı 17.02.1995-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuşdur. 2001ci ildə Xətai rayonu 191 nömrəli tam orta məktəbin 1ci sinfinə getmiş, 2010cu ildə təhsilini 64 nömrəli tam orta məktəbdə davam etmişdir və 2012ci ildə oranı bitirmişdir. 2012ci ildə Bakı Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi fakultəsinə daxil olmuşdur ,2016cı ildə oranı bitirmişdir. 2017ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili fakultəsinə magistr pilləsi üzrə daxil olmuş və 2019cu ildə fərqlənmə ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra 2020ci ildə 121 nömrəli tam orta məktəbdə 6 ay işləmişdir. 2022ci ildə Elitar Gimnaziyada 6 ay müddətində müəllim olaraq işləmişdir.2020-2024cü illər ərzində DİM-də marker olaraq işləmişdir. 2024cü ildə Azərbaycan Pedoqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsinə daxil olmuşdur .Ailəlidir , 1 oğlu var.
Aytac Asif qızı Mənsimova 15.07.1998-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri S.Poladi adına 159 N-li tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 10-cu sinifdən təhsilini Biləsuvar rayonu Dövrüşlü kəndin də davam etdirmişdir. 2015-ci ildə Biləsuvar rayonu Dövrüşlü kənd tam orta məktəbini bitirmişdir.
2015-ci ildə Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşdur. 2019-cu ildə həmin universitetdən məzun olmuşdur. 2020-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı ixtisasına üzrə magist pilləsinə daxil olmuşdur. 2022-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur.
2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işə daxil olmuşdur.
Quliyeva Həbibə 1990-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 1997-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində orta məktəbə daxil olmuşdur. 2000-ci ildə A.Müzəffərov adına Saray 2saylı orta məktəbinə keçid etmişdir. 2008-ci ildə Saray qəsəbəsi Azim Müzəffərov adına 2 saylı orta məktəbi bitirmişdir
2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olmuş və orada Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir.2014 -cü ildə həmin universitetdən məzun olmuşdur.
2018-ci ildə Hədəf liseyində 3 ay müddətində təcrübə proqramında olmuşdur.
2020-ci ildə Bakı Slavyan Universitetində magistr təhsili pilləsinə daxil olmuşdur, 2022-ci ildə həmin universiteti Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.Burada təhsil aldığı dövrdə Avropa Azərbaycan liseyinin təşkil etdiyi beynəlxalq konfranslarda iştirak etmişdir.
Magistratura təhsilini bitirdikdən sonra müxtəlif kurslarda daha çox rus bölməsinin şagirdlərinə azərbaycan dilini tədris edən müəllimə kimi çalışmışdır.
Ailəlidir ,iki övladı var.
2024-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında işləyir.
Aynur Namazova
Namazova Aynur Murad qızı 22 yanvar 1995-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. 2001-ci ildə Nasib Abudov adına Çarxı kənd əsas məktəbinə 1-ci sinifə getmişdir. 2012-ci ildə Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə 527 balla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına bakalavriat səviyyəsinə daxil olmuşdur. 2016-cı ildə həmin universiteti bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilinin tədrisi metodikası və metodologiyası ixtisasına magistr pilləsinə daxil olmuşdur. 2019-cu ildə həmin universiteti bitirmişdir. 2020-ci ilin 20 oktyabr tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında böyük laborant vəzifəsində çalışır. 2 məqalənin müəllifidir. Subaydır.
Dərsliklər və dərs vəsaitləri
- AZƏRBAYCAN DİLİNDƏ FEİL
- Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri
- Onun daş nağılı Mahirə Nağıqızı
- Salam olsun Mahirə Nağıqızı
- MÜASİR AZƏRBAYCAN DİLİ (sintaksis)
- AZƏRBAYCAN DİLİNDƏ AKADEMİK KOMMUNİKASİYANIN AKTUAL PROBLEMLƏRİ
- AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ I CİLD
- AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ II CİLD
Proqramlar
- TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ QRAMMATİKASI (Bakalavriat səviyyəsi üçün
- AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA
- MÜASİR AZƏRBAYCAN DİLİ (Bakalavriat səviyyəsi üçün)
- MÜASİR AZƏRBAYCAN DİLİNDƏ FEİL (Bakalavriat səviyyəsi üçün)
- MÜASİR AZƏRBAYCAN DİLİ (xarici dil müəllimliyi – ingilis və fransız qrupları üçün)
(Bakalavriat səviyyəsi üçün)
Müasir Azərbaycan dili kafedrası
Müasir Azərbaycan dili kafedrası filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin təşəbbüsü və təklifi ilə 1989-cu ilin iyun ayında universitetin “Azərbaycan dilçiliyi” kafedrasının bazası əsasında yaradılmışdır. Həmin il filologiya elmləri doktoru, professor H.Mirzəyev “Müasir Azərbaycan dili” kafedrasına kafedra müdiri seçilmiş və 2015-ci ilə qədər rəhbərlik etmiş, 2015-2018-ci illərdə filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızı Hüseynova rəhbərlik etmişdir. 2018-2021-ci illdərdə kafedraya filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilov rəhbərlik etmişdir. 2021-ci ildən kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Könül İbrahim qızı Səmədova rəhbərlik edir.2024-cü ildə kafedra seçkilərində iştirak etmiş və yenidən Müasir Azərbaycan dili kafedrasına müdir təyin olunmuşdur.
Kafedranın statistik göstəriciləri (2024)
Əməkdaşların ümumi sayı - 21 nəfər
4 nəfər – filologiya elmləri doktoru, professor
4 nəfər – filologiya üzrə fəlsəfə doktoru, dosent
2 nəfər – filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
2 nəfər – filologiya üzrə fəlsəfə doktoru, müəllim
7 nəfər – müəllim
1 nəfər – böyük laborant
1 nəfər- laborant
Elmi fəaliyyət
Kafedrada 4 nəfər elmlər doktoru, 4 nəfər dosent, 8 nəfər filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bu sahədə yüzlərlə məqalə və tezislər çap olunmuşdur. 100-dən çox monoqrafiya və 10-dan çox proqram çap olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş və sertifikatlarla təltif olunmuşdurlar. Müasir Azərbaycan dili kafedrasının elmi işlərinin istiqaməti Müasir Azərbaycan dili, Müasir Azərbaycan dilinin fonetikası, Müasir Azərbaycan dilinin morfologiyası, Müasir Azərbaycan dilinin sintaksisi və s. ibarətdir. Kafedra əməkdaşları AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin müvafiq kafedraları ilə əməkdaşlıq edir. Kafedra üzvləri respublika və beynəlxalq konfranslarda maraqlı məruzələrlə çıxış edirlər. 2022-ci ildə kafedranın professoru filologiya elmləri doktoru Mahirə Nağı qızı Hüseynovanın təşəbbüsü və əməyi nəticəsində Müasir Azərbaycan dili kafedrasının yaradıcısı professor Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ölkəmizin ziyalıları, görkəmli elm adamları iştirak etmiş, xaricdən qonaqlar gəlmişdir.
Tədris işi
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə
Müasir Azərbaycan dili – 1
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Müasir Azərbaycan dili – 2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Müasir Azərbaycan dili – 3
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Müasir Azərbaycan dili – 4
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Türk dillərinin müqayisəli qrammatikası
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
Müasir Azərbaycan dili
İngilis dili müəllimliyi ixtisası
Fransız dili müəllimliyi ixtisası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
İngilis dili müəllimliyi ixtisası
Fransız dili müəllimliyi ixtisası
Tarix müəllimliyi ixtisası
Coğrafiya müəllimliyi ixtisası
Tarix və coğrafiya müəllimliyi ixtisası
Sosial iş ixtisası
Fiziki tərbiyyə və çağırışaqədərkı hazırlıq ixtisası
Riyaziyyat müəllimliyi ixtisası
Riyaziyyat və informatika müəllimliyi ixtisası
İnformatika müəllimliyi ixtisası
Kimya müəllimliyi ixtisası
Kimya və biologiya müəlllimliyi ixtisası
Biologiya müəllimliyi ixtisası
Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə Müasir Azərbaycan dili (Fonetika, Leksikologiya, Morfologiya, Sintaksis) fənnindən mühazirələr oxuyur, seminar dərsləri aparırlar. Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və 2023-cü ildə çap olunmuşdur. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik, dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bundan əlavə kafedra əməkdaşları tərəfindən xeyli sayda metodik-vəsaitlər, monoqrafiyalar hazırlanmışdır. Bunlara misal olaraq prof Mahirə Hüseynova “Üslubi morfologiya (folklor mətnləri əsasında) (2018), “Missiya” (2019), “Salam olsun” (2020), Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (2020), “Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri” (2022), “Ozan ve halk şairlerinin poetikası (Dereleyez bölgesi üzere)” (2020), “Büyük Azerbaycan mütefekkiri Nizami” (2022), “Biblioqrafiya” (2022), B.Xəlilov “Türkologiyaya giriş” (2013), Müasir Azərbaycan dilinin fonetikası (2007, 2013), Müasir Azərbaycan dilinin morfologiyası I hissə (2003), II hissə (2004, 2007), Müasir Azərbaycan dilinin leksikologiyası (2008), “Terminologiyanın leksik-qarammatik məsələləri” (2007), İbrahim Bayramov “Azərbaycan dili şivələrinin fonetikası” (2016), “Azərbaycan dialektologiyası (frazeologiya, leksikoqrafiya, söz yaradıcılığı)” (2019), Azərbaycan dili şivələrinin morfologiyası (2019), “Türk dillərinin müqayisəsi (şivə və ədəbi dil materialları əsasında)” (2020), “Azərbaycan dili şivələrinin leksikologiyası” (2020), “Azərbaycan dili şivələrinin sintaksisi” (2020), “Həqiqətin onomastikası” (2021), “Azərbaycan dialektologiyası” (2022), K.Səmədova “Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları” (2008), “Şimal-Qərb qrupu dialektlərinin fonetikası” (2018), “Ortaq türk leksikasında qıpçaq mənşəli sözlər və Azərbaycan dilində arealları” (2019), “Ortak Türkçede Kıpçak kökenli kelimeler, Azərbaycan dilində arealları” (2019), M.A.İsmayılova “Terminşünaslığın əsas məsələləri” (1999), “Türk dilləri dialektlərində inteqrasiya və diferensasiya məsələləri” (Ankara, 2022) “Rəsmi-işgüzar və akademik kommunikasiyanın funksional səciyyəsi” (2021), Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri” (2022), “Azərbaycan dili və nitq mədəniyyəti” (2022), Sərdar Zeynalov “Müasir Azərbaycan dili:morfologiya-isim” (2017), “Sifət XIX və XX əsrin qrammatika kitablarında (Türkiyə türkçəsi ilə müqayisəli)” (2021), Yeganə Qəhrəmanova “Azərbaycan dilində hal kateqoriyasının tarixi təkamülü” (2018), “Türk hal sisteminin formalaşması və inkişaf istiqamətləri” (2021), “Kitabi-Dədə Qorqud” dastanında feilin təsriflənməyən formaları” (2011) və başqa elmi əsərləri misal göstərmək olar.
Xarici əlaqələr
Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Özbəkistanda, Türkiyədə, İranda və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Kafedranın pasportu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının pasportu