Pəri Şəmsəddin qızı Paşayeva 1954-cü ildə aprelin 3-də Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə Tovuz şəhəri A.S. Puşkin adına orta məktəbi müvəffəqiyyətlə bitirərək ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) Filologiya fakültəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir.
1982-ildən ADPU-nun Pedaqoji fakültəsində musiqi fənləri və onun tədrisi metodikası kafedrasında baş laborant, 1994-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında kabinet müdiri işləmişdir.
1996-cı ildən həmin kafedrada müəllim, 1998-ci ildə kafedranın dissertantı olmuşdur.
2004-cü ildə “İbtidai siniflərdə fonetikanın tədrisinin elmi-metodik əsasları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış, 2006-cı ildən kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən dosentdir.
O, 60 elmi-metodik məqalənin müəllifidir. 5 metodik vəsaiti, 4 kitab və 4 proqramı çap olunmuşdur.