Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.
C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respublikasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar.
C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifələrində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafedrasında professor vəzifəsində çalışır.
Sevinc Sərhad qızı Sadıqova 1978-ci il mart ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri Sabunçu rayonunun 252 saylı orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1995-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
Sevinc Sadıqova 1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş, 1999-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının magistri olmuş və oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının Azərbaycan dili ixtisası üzrə dissertantı olmuş, “Dərələyəz toponimlərinin linqvistik xüsusiyyətləri” mövzusunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı vaxtından əvvəl tamamlamış və müdafiə üçün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasına təqdim etmişdir. Dissertant olduğu müddətdə mövzusu ilə bağlı 15 məqalə və beynəlxalq konfranslarda 2 tezis çap etdirmişdir. S.Sadıqovanın məqalələrinin 3-ü xarici ölkələrdə-Türkiyə, Özbəkistan və Qazaxıstanda nəşr olunmuşdur. O, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır.
S.Sadıqova əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonu N.Rzayev adına 169 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış, 2003-2007-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müəllimi, 2012-ci ildən baş müəllimi seçilmişdir. S. Sadıqova 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun filologiya üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır. 2015-ci ildə ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasında dosent vəzifəsinə seçilmişdir.
O, 60-a yaxın məqalənin, bir dərs vəsaitinin, üç proqramın, bir kitabın (həmmüəllif) müəllifidir.
Mahmud Qara Oğlu Allahmanlı 1960-cı il Qazax rayonu, Kəmərli kəndində anadan olmuşdur. O, ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ) filologiya fakültəsində (1978-1982) təhsil almışdır. 1989-cu ildən ADPU-da baş müəllim, dosent, professor vəzifələrində çalışır. “Aşıq Valehin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası (1990), “Aşıq yaradıcılığının inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyası (2008) müdafiə etmişdir. Professordur (2009). “Aşıq Valehin sənət dünyası” (1991), “Şamanla ozan arasında” (1996), “Ozan, aşiq və aşıq” (1997), “Türk dastan yaradıcılığı” (1998), “Din, təriqət və aşıq” (1999), “Şaman, ozan və aşıq” (2002), “Haqdan yanan ocaq” (2005), “Ədəbi düşüncələr” (2006), “Krım-tatar ədəbiyyatı” (2007), “Aşıq Ömərin yaradıcılığı” (2008), “Folklorşünaslıq məsələləri” (2012), “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” (2017) “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” (M.Qasımlı ilə birgə) – (2018), “Folklorşünas düşüncələri” (2018), “İki ömrün dastanı” (M.Balayevlə birgə) – (2019), “İzahlı aşıq ədəbiyyatı sözlüyü” (M.Qasımlı ilə birgə) – (2019) və s. kitabların müəllifidir. Krım-tatar ədəbiyyatı ilə bağlı araşdırmalarına (“Aşıq Ömərin yaradıcılığı” kitabına) görə, Ukrayna Respublikasında Bəkir Çobanzadə mükafatına (qızıl medal) layiq görülmüşdür (2009). “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” monoqrafiyasına görə TÜRKSOY-un mükafatını almışdır (2017). “Aşıq yaradıcılığının inkişaf mərhələləri” (2011) adlı dərsliyin (magistratura pilləsi üçün) müəllifidir. Türk şeir ənənəsi, onun inkişaf istiqamətləri, dastan yaradıcılığı ilə bağlı ciddi araşdırmaları var. Dünya sinkretik sənətini aşıq sənəti ilə müqayisəli işləmiş, aedlərlə, rapsordlarla, vaqantlarla, trubadurlarla yaxınlıq və özünəməxsusluq məsələlərinin geniş şərhini vermişdir. Türk xalqlarının dastan yaradıcılığını, qəhrəmanlıq eposlarını bir problem kimi özündə əks etdirən monoqrafik əsərlər müəllifidir. Anadilli epik poeziyada dastançılıq məsələlərini işləmişdir. Xalq ədəbiyyatından, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatından ADPU-da mühazirələr oxuyur. Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Müəllimlərin Təkmilləşdirilməsi və Yenidənhazırlanması İnstitutunda, Quba Müəllimlər İnstitutunda, Cəlilabad Müəllimlər İnstitutunda müxtəlif vaxtlarda müəllim işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasında ekspert komissiyasının üzvü, Folklorşünaslıq üzrə Əlaqələndirmə Şurasının sədr müavini olmuşdur. Qarabağ aşıq mühitinin və Qarabağ ədəbi mühitinin tədqiqatçılarındandır. Beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur. “Ozan-aşıq ensiklopediyası”nın (2019) baş redaktorunun müavinidir.
Qüdrət Umud oğlu Umudov 16 may 1957-ci ildə Şamaxının Göylər kəndində anadan olmuşdur. Atası Umud Xalıqverdi oğlu ali təhsilli aqronom, anası Mənzumə Rzabala qızı isə evdar qadın olmuşdur.
1964-cü ildə birinci sinfə gedən Q.Umudov 1974-cü ildə Göylər kənd orta məktəbini bitirərək, elə həmin ildə APİ-nin Filologiya fakültəsinə daxil olur, 1978-ci ildə institutu “Fərqlənmə diplomu” ilə bitirir. Təyinatla Göylər kənd 8-illik məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayır. Bir ildən sonra tədris işləri üzrə direktor müavini təyin olunan Qüdrət müəllim eyni zamanda yerli həmkarlar təşkilatına da rəhbərlik edir.
1980-cı ilin payızında aspiranturaya daxil olmaq üçün Bakıya getsə də, məqsədinə çata bilmir və hərbi xidmətə gedir. SSRİ Müdafiə Nazirliyinin Moskvanın yaxınlığında yerləşən yüksək rütbəli zabitlərin müalicə olunduğu Mərkəzi Klinik sanatoriyasında vzvod komandiri, həmçinin Moskva Hərbi dairə tribunalında iclasçı hakimin məşvərətçisi kimi də xidmət edir.
1982-ci ilin yayında hərbi xidmətdən qayıdan Qüdrət müəllim pedaqoi fəaliyyətini Göylər kənd orta məktəbində davam etdirir. 1985-ci ilin yaz qəbulunda V.İ.Lenin adına APİ-nin “Folklorşünaslıq” ixtisası üzrə əyani (məqsədli) aspiranturasına daxil olur. “Azərbaycan folklorşünaslığının inkişaf yolları (1930-40-cı illər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən (1990) Q.Umudov elmi laboratoriyada elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərir, paralel olaraq “Azərbaycan ədəbiyyatı tarixi” kursları üzrə dərslər aparır.
Qüdrət Umudov hal-hazırda ADPU-nun “Ədəbiyyat” kafedrasının dosentidir. 3 monoqrafiyanın, “Azərbaycan şifahi xalq ədəbiyyatı müntəxəbatı”nın, 10-a yaxın dərs vəsaitinin, 9 proqramın 100-dən artıq məqalənin müəllifidir. “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığının inkişaf problemləri” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Monoqrafiyası:
Folklorşünaslığımızın tarixindən (1920-41-ci illər) Dərs vəsaiti.
Azərbaycan folklorşünaslığı: tarixi problemləri. Bakı, ADPU nəşri, 2011, 273 səh.
Yeganə Nəriman qızı Qasımova 1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirmiş, həmin il ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur. 1991-ci ildə ADPU-nu Fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Azərbaycan Ensiklopediyasında mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə Respublika Xatirə Kitabının üç cildi üçün materialların toplanması və çapa hazırlanmasında işçi qrupunun üzvü kimi iştirak etmiş, 6 kitabın bədii, elmi və nəşriyyat redaktoru olmuşdur.
1995-ci ildən ADPU-da çalışır. 2003-cü ildən müəllim kimi fəaliyyət göstərir. 2009-cu ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimidir. Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər), Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr), Azərbaycan ədəbiyyatı fənlərini tədris edir.
Filologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildə “İlyas Əfəndiyevin bədii publisistikası” mövzusunda dissertasiya müdafiə etmişdir. Müasir Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı elmi məqalənin müəllifidir. “Azərbaycan ədəbiyyatı” (qeyri-ixtisas fakültələri üçün), Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər) (Prof.T.Cavadovla birlikdə) proqramlarının tərtibçisidir. Azərbaycan Onomastikası problemlərinə həsr olunmuş Respublika Elmi Konfransı (1988), “Şərq filologiyasının aktual problemləri” Respublika Elmi Konfransı (2011), ADPU professor-müəllim heyətinin X Elmi Konfransı (2012) və VII Uluslararası türk kültürü, sanatı və kültürel mirası koruma Sempozyumunun (2013), “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq konfransın (2018), “Elm və təhsilin aktual problemləri” adlı beynəlxalq konfransın (2019) və s. iştirakçısıdır. 20-dən artıq məqaləsi çap olunmuş-dur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Avropa İttifaqının, UNİCEF, Azərbaycan Universitetlər Konsorsiumunun, Qlobal Karyera İnstitutu və s. həyata keçirdikləri çoxsaylı layihələrin təlim nəticələrinə görə Sertifikatlara layiq görülmüşdür.
İradə Məzahim qızı Kərimova 1981-ci il avqustun 3-də Göyçay rayonunda anadan olub. 1998-ci ildə Göyçay rayonunda orta məktəbi bitirib. 2002-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə həmin universitetin Dilşünaslıq ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib, həmin ildə namizədlik dissertasiyası müdafiə edərək Azərbaycan dili ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. 2004-cü ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim, 2009-cu ildən həmin kafedrada baş müəllim və dosentdir.
30 yerli, 5 beynəlxalq məqalənin müəllifidir.
Ailəlidir. 1 övladı var.
Vaqif Tapdıq oğlu Qurbanov 18 may 1943-cü ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Qarabağlı kəndində anadan olmuşdur.1951-1957-ci illərdə Qarabağlı kənd yeddiillik, 1958-1961-ci illərdə Kərimbəyli kənd orta məktəbində təhsil almışdır.
1961-ci ildə V.İ.Lenin adına APİ-yə (indiki ADPU-ya) daxil olmuş, 1966-1969-cu illərdə təhsilini davam etdirmiş və institutu bitirmişdir. 1975-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Azərbaycan Respublikası Təhsil Problemləri) elmi işçi vəzifəsində çalışmışdır. 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, pedoqoji elmlər namizədi alimlik dərəcəsi almış və baş elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Humanitar və ictimai elmlər şöbəsinin rəis müavini, 1999-cu ildən 2016-cı ilə kimi Azərbaycan Müəllimlər İnstitutunda dosent, 2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir. 150-dən çoxelmi-metodik əsəri nəşr olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyində yeni dərsliklərin yaradılması üzrə şura üzvü kimi də ictimai fəaliyyət göstərir.
Rəhilə Əşrəf qızı Hümmətova 1959-cu il iyunun 18-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur. 1975-ci ildə Tovuz rayonunun Köhnəqala kənd orta məktəbini bitirmişdir, 1981-ci ildə APİ-nin filologiya fakültəsini bitirmişdir, 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 1981-1982-ci illərdə Sabirabad rayonunun Qarağac kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2001-ci ilə qədər Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasına müəllim təyin edilmişdir. 6 kitabın və 28 elmi məqalənin müəllifidir.
Mükafatlar
Bakı şəhər Baş Təhsil İdarəsi tərəfindən “Pedaqoji mühazirələr üzrə I dərəcəli Diplom (2004)”
Fəxri adlar
“İlin ən yaxşı müəllimi” müsabiqəsində Nizami Rayon Təhsil Şöbəsinin Fəxri fərmanı ilə (I yer) təltif olunmuşdur.
Gültəkin Atəş qızı Abdullayeva 1974-cü il 26 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhər36 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1991-1996 ildə N.Tusi adına ADPU-nun Pedaqoji-musiqi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə “İbtidai siniflərdə şagirdlərin nitqinin ifadəliliyi üzrə işin sistemi” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1996-1997-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının pedaqoji fənlər kafedrasında laborant kimi işləmişdir. 1997-1999-cu illərdə Bakı Ali Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun “Rəhbər kadrların ixtisasının artırılması və yenidən hazırlanması” dekanlığının laborantı olmuşdur. 1998-2003-cü illərdə 286 saylı məktəbdə ibtidai sinif müəllimi işləmişdir. O, 21 elmi metodik məqalənin müəllifidir.
Yaqub Məhərrəm oğlu Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəlllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev adına (indi Miskinli adlandırılan bu qədim kəndin tarixi adı Qarabulaqdır) kənd orta məktəbində orta təhsilini tamamlamışdır.1976-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1988-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olmuş, “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1989-cu ildə filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Y.Babayev baş elmi işçi, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim işləmişdir. 1998-2003-cü illərdə dosent vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışmışdır.2011-ci ildə doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır.
2011-2015-ci illərdə Azərbaycan ədəbiyyatı tarixı kafedrasında, 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında çalışmış, 2017-ci ildə həmin kafedranın professoru vəzifəsinə layiq görülmüşdür.
10 kitabın və klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi, respublikada 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi dərc olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2019-cu idə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilmişdir.
Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, fakültə Elmi Şurasının üzvüdür.
Ailəlidir, bir oğlu var.
Təltifləri
- 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
- 2019-cu ildə “Qızıl qələm” ədəbi mükafatına layiq görülmüşdür.
Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini Muğanlı kənd orta məktəbində almışdır. 1973-ci ildə məktəbi bitirib H.Zərdabi adına GDPİ-nin filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra təyinatla Füzuli Rayonunun Böyük Bəhmənli kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış, 1980-ci ildə istehsalatdan ayrılmaqla ADPU-nun (keçmiş V.İ. Lenin adına APİ-nin) aspiranturasında təhsil almışdır. 1983-cü ildə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə “Folklorun tədrisi prosesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları (V-VII siniflər)” adlı namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1990-cı ildən həmin kafedrada müəllim, baş müəllim, dosent vəzifələrini tutmuşdur. 2010-cu ildə respublika üzrə keçirilən elektron təhsil müsabiqəsində mükafat və diploma layiq görülmüşdür.
30-a qədər elmi-metodik məqalənin, 3 proqram, 9 dərslik və dərs vəsaitinin müəllifidir.
Ailəlidir, iki oğlu var.
Bilal Ağabala oğlu Həsənli 1953-cü ildə Salyan rayonunun Xıdırlı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirib Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olur və fərqlənmə diplomu ilə bitirib kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-79-cu illərdə APİ-nin aspiranturasında Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə təhsil alıb.
1989-cu ildə “Ədəbiyyatdan sinifdənxaric oxunun proqram materialları ilə əlaqələndirilməsi yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.
1990-cı ildən 2016-cı ilədək Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatı və tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdiri işləmişdir. 2016/17-ci tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universiteti Ədəbiyyatın tədrisi metodikası kafedrasının dosentidir.
Ümumtəhsil məktəblərinin 5-ci, 6-cı, 9-cu sinifləri üçün “Ədəbiyyat” dərslikləri, X-XI siniflər üçün “Ədəbiyyat müntəxəbatı» dərs vəsaitləri şərikli nəşr olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində tətbiq olunan V-XI siniflər üçün ədəbiyyat fənn kurikulumunun həmmüəllifidir.
Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşlıq müqaviləsinə uyğun olaraq ədəbiyyat dərslərində beynəlxalq humanitar hüquq üzrə biliklərin öyrənilməsinə həsr olunmuş 5-ci sinif şagirdləri üçün “Hamımız bir günəşin zərrəsiyik”, 6-cı sinif şagirdləri üçün “Dünya mənim, dünya sənin” adlı orijinal dərs vəsaitlərinin və müəllim üçün metodik vəsaitlərin müəllifidir.
“Azərbaycan məktəblərində beynəlxalq humanitar hüquq üzrə biliklərin öyrənilməsi” dərs vəsaiti BQXK tərəfindən nəşr olunmuşdur. Cenevrədə çıxan “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara” jurnalında “Dünya sənin, dünya mənim” kitabı haqqında məqalə dərc olunmuşdur. Həmin əsərlər Moskvada çıxan «Kataloq izdaniy. Mejdunarodnıy Komitet Krasnoqo Kresta» kitabına daxil edilmişdir.
Ali və orta məktəblər üçün 40 monoqrafiya, dərslik, dərs vəsaiti, 8 proqram, respublikamızda və xaricdə nəşr olunmuş 97 jurnal, 60-dək qəzet məqaləsinin müəllifidir. 22 beynəlxalq elmi konfransda, 21 respublika konfransında iştirak etmişdir.
Ailəlidir, 2 övladı var.
Təltifləri
- 2003-cü ildə akademik Mehdi Mehdizadə adına mükafata layiq görülmüşdür.
- 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublikanın Əməkdar müəllimi adına layiq görülmüşdür.
Günay Dilqəm qızı Alıyeva 4 avqust 1979-cu ildə Bakı şəhərındə anadan olub. 1996-cı ildə Bakı şəhər Xətai rayonu 95 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub, 2000-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının müəllimi, 2012-ci ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim işləyir.2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub. 2016-cı ildən Filologiya Fakültəsinin Tədris Metodiki Şurasının üzvü, 2018-ci ildən Filologiya fakültəsinin Elmi Şurasının və ADPU-nun Elmi-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən YAP-ın Filologiya fakültəsi üzrə kuratorudur. 2019-cu ildə Xarici Dillər Mərkəzinin direktor müavini təyin edilmişdir.
O, 1 dərs vəsaiti və 1 metodik vəsait, respublika daxilində 1 proqram, 5 tezis, 13 məqalə, respublika xaricində 3 məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 7, CEFR level C1
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
Qəribə Məmməd qızı Məmmədova 1955-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1962-ci ildə həmin rayonda orta məktbə daxil olmuş, 1972-ci ildə məktəbi fərqlənmə ilə bitirərək Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. 1976-cı ildə İnstitutu bitirərək təyinatla Zəngilan rayonuna ingilis dili müəllimi kimi işə göndərilmiş, 1993-cü ilə kimi həmin rayonda ingilis dili müəllimi işləmişdir. 1993-2001-ci illərdə Şəmkir rayonunda pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində müəllim, baş müəllim və dosent kimi işləmişdir. 2004-cü ildən Azərbaycan Dillər Universitetinin dissertantı olmuş, 2006-cı ildən həm də Azərbaycan Turizm İnstitutunda işləmişdir. 2011-ci ildə dil nəzəriyyəsindən dissertasiya işini müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. 2014-cü ildən Azərbaycan Müəllimlər İnstitutunda xarici dillər kafedrasının müdiri işləmişdir. 2016-cı ildən ADPU-nun Xarici dillər kafedrasının baş müəllimi, 2017-ci ildən isə həmin universitetin dosenti kimi pedaqoji fəaliyyətini davam etdirir.
Q.Məmmədova 2 dərs vısaiti, 1 metodik vəsait respublikadaxili 20, respublikaxarici 2 məqalənin müəllifidir.
Ailəlidir. 3 övladı və 5 nəvəsi var.
Beynəlxalq Sertifikatları:
- TKT Module 1- band 3 Baku, February, 2019
Sevinc Əziz qızı Sadıxova 1970-ci ildə Ermənistanın Qafan şəhərində anadan olub.1978-1988-ci illərdə Qafan şəhər 4 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1988-1993 illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki BSU) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb və həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1993-1994-cü illərdə Bakı şəhəri Nəsimi rayon 42 saylı orta məktəbdə, 1994-1999-cu illərdə isə Bakı Elmi-Tədris Mərkəzinin Kompüter-İnformasiya Texnologiyaları İnstitutunda rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb, 1999-cu ildən ADPU-nun Rus dili kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və 2002-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2005-ci ildən baş müəllim, 2012-ci ildən ADPU-nun Rus dili, daha sonra Xarici dillər və onların tədrisi metodikası kafedrasının, hazırda isə Xarici Dillər Mərkəzinin dosentidir.
2019-cu təqvim ili üçün Bakı Slavyan Universitetində bakalavriat səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının 050103 “Xarici dil müəllimliyi” (Rus dili) ixtisası üzrə sədri təyin edilmişdir. Sevinc Sadıxova 28 məqalə, 7 tezis, 1dərsliyin həmmüəllifi, 1 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir.
Bilal Ağabala oğlu Həsənli 1953-cü ildə Salyan rayonunun Xıdırlı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirib Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olur və fərqlənmə diplomu ilə bitirib kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-79-cu illərdə APİ-nin aspiranturasında Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə təhsil alıb.
1989-cu ildə “Ədəbiyyatdan sinifdənxaric oxunun proqram materialları ilə əlaqələndirilməsi yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.
1990-cı ildən 2016-cı ilədək Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatı və tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdiri işləmişdir. 2016/17-ci tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universiteti Ədəbiyyatın tədrisi metodikası kafedrasının dosentidir.
Ümumtəhsil məktəblərinin 5-ci, 6-cı, 9-cu sinifləri üçün “Ədəbiyyat” dərslikləri, X-XI siniflər üçün “Ədəbiyyat müntəxəbatı» dərs vəsaitləri şərikli nəşr olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində tətbiq olunan V-XI siniflər üçün ədəbiyyat fənn kurikulumunun həmmüəllifidir.
Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşlıq müqaviləsinə uyğun olaraq ədəbiyyat dərslərində beynəlxalq humanitar hüquq üzrə biliklərin öyrənilməsinə həsr olunmuş 5-ci sinif şagirdləri üçün “Hamımız bir günəşin zərrəsiyik”, 6-cı sinif şagirdləri üçün “Dünya mənim, dünya sənin” adlı orijinal dərs vəsaitlərinin və müəllim üçün metodik vəsaitlərin müəllifidir.
“Azərbaycan məktəblərində beynəlxalq humanitar hüquq üzrə biliklərin öyrənilməsi” dərs vəsaiti BQXK tərəfindən nəşr olunmuşdur. Cenevrədə çıxan “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara” jurnalında “Dünya sənin, dünya mənim” kitabı haqqında məqalə dərc olunmuşdur. Həmin əsərlər Moskvada çıxan «Kataloq izdaniy. Mejdunarodnıy Komitet Krasnoqo Kresta» kitabına daxil edilmişdir.
Ali və orta məktəblər üçün 40 monoqrafiya, dərslik, dərs vəsaiti, 8 proqram, respublikamızda və xaricdə nəşr olunmuş 97 jurnal, 60-dək qəzet məqaləsinin müəllifidir. 22 beynəlxalq elmi konfransda, 21 respublika konfransında iştirak etmişdir.
Ailəlidir, 2 övladı var.
Təltifləri
- 2003-cü ildə akademik Mehdi Mehdizadə adına mükafata layiq görülmüşdür.
- 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublikanın Əməkdar müəllimi adına layiq görülmüşdür.
Səbinə Hüsaməddin qızı İsgəndərova 4 mart 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999 cu ildə 300 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis fransız dilləri)fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq ingilis dili ixtisası üzrə Magistratura şöbəsində təhsil almış və magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin əyani aspiranturasında təhsilini davam etdirmişdir. 2010-cu ildə dissertasiya müdafiə etmişdir. 2011-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində müəllim kimi işləmışdır. 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoi Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim, baş müəllim vəzifəsində işləyir. Respublika daxilində 9 məqalənin müəllifidir.
Ailəlidir. 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic) overall band score 6
2.Teaching Knowledge Test (TKT) Module 1-band 4
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
Səidə Bəhlul qızı Dadaşova 16 avqust 1977-ci ildə Beyləqan rayonunun Şəfəq qəsəbəsində anadan olmuşdur.1994-cü ildə şəhid Hüsaməddin İsmayılov adına orta məktəbi bitirmişdir.YAP-ın üzvüdür. 2001-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.2003-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən ADPU-da müəllim, 2008-ci ildən isə baş müəllim vəzifəsində çalışır. 2016-cı ildən Filologiya fakültəsinin Tədris-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən Filologiya fakültəsinin Elmi Şurasının üzvüdür. Filologiya fakültəsinin tələbələri üçün yazılmış “Orta əsrlər fransız ədəbiyyatı”,“Ixtisas ölkəsinin ədəbiyyatı” (orta əsrlər fransız ədəbiyyatı IX-XV əsrlər) və “Ölkəşünaslıq” adlı dərs vəsaitlərinin müəllifidir.
Respublika daxilində 1 monoqrafiyanın, 14 məqalənin, 5 proqramın, 1 tezisin, respublika xaricində isə 2 məqalənin müəllifidir.
Yeganə Xaləddin qızı Səfərova 22 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Nəsrəddin Tusi adına gimnaziyada ibtidai təhsil almış, daha sonra təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tamamlamışdır. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin 2 saylı ingilis dili fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin tədrisi metodikası və metodologiyası” üzrə magistraturaya qəbul olmuş və 2016-cı ildə bitirib. Hal-Hazırda Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsili alır. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İngilis dili” kafedrasında(indiki Xarici Dillər Mərkəzi) pedaqoji fəaliyyətini davam etdirir. O,“Xarici Dillər Mərkəzi” tədris-metodiki şurasının üzvüdür.Yeganə Səfərovanın Respublikada çıxan nüfuzlu elmi jurnallarda 4, Respublikadan kənarda isə 3 elmi məqaləsi çap olunmuşdur.
Fakültə Həmkarlar Təşkilatının sədridir.
Yeganə Səfərova “Filoloq” qəzetinin baş redaktorun müavini və buraxılışa məsul şəxsdir. Ailəlidir, 2 övladı var.
Beynəlxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
2.Teaching Knowledge Test (TKT) Module 2-band 3
3.Teaching Knowledge Test (TKT) Module 3-band 3
Aysel Qüdrət qızı Quliyeva 8 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub.1999-cu ildə Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbi eksternat yolu ilə bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin qəbul olub. 2003-cü ildə həmin fakültəni bitirib. 2006-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilisdili) fakültəsinin magistr şöbəsini bitirib. 2010-cu ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimi işləyir. 2018-ci ildən Filologiya fakültəsinin Tədris-Metodika Şurasının üzvüdür. Aysel Quliyeva respublika daxilində 9 məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Beynəlxalq sertifikatlar:
- IELTS certificate (academic) overall band score 6
- Teaching Knowledge Test (TKT) Module 1-band 3
- Teaching Knowledge Test (TKT) Module 2-band 3
- Teaching Knowledge Test (TKT) Module 3-band 3