İRADƏ MƏZAHİM qızı KƏRİMOVA
(filologiya üzrə fəlsəfə doktoru dosent,kafedra müdiri)
İradə Kərimova 1981-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1987-ci ildə birinci sinfə getmiş, 1998-ci ildə isə 6 saylı orta məktəbi bitirmişdir. Həmin ildə N.Tusi adına ADPU-nun Filologiya fakültəsinə daxil olmuş, 2002-ci ildə bakalavriat səviyyəsini bitirərək, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında maqistratura səviyyəsində təhsilini davam etdirmişdir. 2004-cü ildə maqistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. İradə Kərimova 2009-cu ildə baş müəllim, 2019-cu ildə isə Azərbaycan dilçiliyi kafedrasının dosenti elmi vəzifəsinə seçilmişdir. 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasına daxil olmuş, 2013-cü ildə “Göyçay rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru (FD-N08972) alimlik dərəcəsi diplomunu almışdır.
60-dan çox elmi tezis və məqalənin, 1 dərs vəsaitinin və bakalavriat səviyyəsi tələbələri üçün nəzərdə tutulmuş bir neçə proqram müəllifidir.
Onlarala Beynəlxalq və respublika səviyyəli elmi konfranslarda, seminarlarda və vebinarlarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur. Məqalələri dünyanın bir neçə nüfuzlu jurnallarında (Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, İran) çap olunmuşdur.
Hazırda ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müdir, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Filologiya fakültəsi üzrə bölmə sədri, YAP Gənclər Birliyinin III və IV kurslar üzrə kuratoru, “Filoloq” qəzetinin rəyasət heyətinin, Fakültə Elmi Şurasının və Fakültə Tədris-Metodiki Şurasının üzvü vəzifəsində çalışır.
Təltifləri:
- 2020-ci ildə “İlin müəllimi” – media mükafatı.
- 2020-ci ildə “Zəfər” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən müstəqil Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə, Zirvədəki Azərbaycanlılar kitabındakı əhatəli məqaləsinə görə və Zəfər günü münasıbətilə.
- 2020-ci ildə “Zəfər yolu” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən müstəqil Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə və Zəfər Yolunda Azərbaycan kitabındakı əhatəli məqaləsinə görə.
- 2020-ci ildə “Zirvədəki Azərbaycanlı” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən Ulu Öndər Heydər Əliyev ideyalarının sadiqliyinə, müstəqil Respublikamızın inkişafındakı xidmətlərinə və “Zirvədəki Azərbaycanlılar” III hissə kitabındakı əhatəli məqaləsinə görə.
Elmi əsərlərinin siyahısı:
- Топоними Геокчайского района Азербайджана овразованные лексическими морфологическими спосабами. Ученые записки. Таврического национального Университета им.В.И.Вернадского. Научный журнал. Серия «Филология. Социальные коммуникации». Том. 25(64). № 2, ч. 2. Симферополь, 2012. (məqalə)
- Dilçiliyə giriş – Ümumi dilçilik proqramı. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2015. (proqram)
- Coğrafi nomenli Azərbaycan toponimləri. Ulu öndərin anadan olmasına həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfransın Materialları”. II hissə, Bakı, 3-5 may, 2016. (məqalə)
- Türk mənşəli arxaik apelyativli Azərbaycan toponimləri. ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktiki Konfransının Materialları, Bakı, 5-6 may, (məqalə)
- “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş “alp” apelyativli “Alpout” toponiminin etimoloji əsasi kimi. Mədəniyyət.Az jurnalı. Bakı, 2016. (məqalə)
- Fitotoponimlərin leksik-semantik xüsusiyyəti. AMEA – “Tədqiqlər” jurnalı №2, Bakı, 2016. (məqalə)
- Azərbaycan onomalogiyasının əsasları. Bakı, ADPU nəşri, 2016. (dərs vəsaiti)
- Böyük alimin işığında. Böyük alim və görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev-90. Bakı, 2017. (məqalə)
- Arap apelyativlərinə görə şəkillənmiş Azərbaycan toponimləri. Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Karadeniz. 1. Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Giresun, 2019. (tezis)
- Azərbaycan dilindən praktikum. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2015.(proqram)
- Azərbaycan dili tarixi. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2016. (proqram)
- Azərbaycan yer isimləri. BDU-da keçirilən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və Müasirlik” mövzusunda Respublika Elmi-Praktik Konfransının Materialları, Bakı,2017.(məqalə)
- Arxaik fars apelyativli Azərbaycan toponimləri. BDU-da keçirilən Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2018. (məqalə)
- Oronimlərin leksik-semantik xüsusiyyətləri. “Xudafərin”. Emi-ədəbi kultürəl dərgi.Tehran, 2018.(məqalə)
- Ərəb apelyativli Azərbaycan toponimləri. Qərbi Kaspi Universitetində keçirilən “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2019. (məqalə)
- İmadəddin Nəsiminin dilində arxaik morfemlər. TURAN-SAM:TURAN Araşdırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Dergisi. Türkiye, 2019. (məqalə)
- Arap apelyativli kelimelerin Azərbaycan toponimlərində izləri. Türkiyə Cümhuriyyətinin Samsun şəhərində keçirilən “Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Samsun, 2019.(məqalə)
- Mırtı, Yekəxana, Yalman və Potu//Potubəyli oykonimlərinin etimologiyası. Görkəmli dilçi alim, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun 90 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri”. Beynəlxalq Elmi Konfransın Materialları. Bakı, 2019.(məqalə)
- Arap apelyativlərinə görə şekillənmiş Azərbaycan toponimləri. Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “ Karadeniz. 1. Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Giresun, 15-17 mart, 2019. (məqalə)
- Sintaktik üsulla yaranan Azərbaycan toponimləri. Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 1, №1, Bakı, 2020. (məqalə)
- Türk kökenli toponimlərin Kafkas arealı. Казанский Федералъный Университет. Институт филологии и межкультурной коммуникации Институт Каюма Насыри.Совершенствование методики обучения языкам:Плошадка обмена прогрессивной практикой материалы IV Международного Научно-Методического онлайн-семинара. Казань – Нур-Султан – Измир, 2020. (məqalə)
- Nəsiminin dilində arxaikləşən feilin əmr şəkli və izafət birləşmələri- Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 1, №4, Bakı, 2020. (məqalə)
- Türk dünyasında Baydar, Çol//Çullu və Ləkit etnotoponimlərinin arealları. International European Conference on interdisciplinary scientfic researches. Comrat State University. Comrat Moldova, 2021. (məqalə)
- Caucasus area of toponyms of turkish origin. Совершенствование методики обучения языком: площадка обмена прогрессивной практикой. Казанский Федеральный Университет. Институт филологии и межкультурной коммуникации ноц «Институт КаюмаНасыри». Материалы V Международного Научно-Методического онлайн-семинара. Казань – Баку – Измир – Уфа, (məqalə)
- Dilimiz mənəviyyatımızdır. Humanitar Elmlərin İnkişaf Strategiyası Respublika Elmi Konfransı. Konfrans Materialları. Bakı, 2021. (məqalə)
- “Alp” apelyativli Alpout toponimi, Axtarışlar, cild 17 AMEA, Naxçıvan bölməsi, 2021. (məqalə)
- Şimal-qərb zonasının bəzi oykonimlərinin leksik-semantik xüsusiyyətləri. Linqvistika probelmləri. Beynəlxalq elmi jurnal. Cild 2, №2, Bakı, 2021.
- Лексико-семантические характеристики оронимов. «Вестник Национального Технического Университета Украины». Киевский Политехнический Институт серия: Филология, 2021. (məqalə)
- Ziyalı ömrü.Göyçə gölü üzərində xəfif duman. Bakı, 2021. (məqalə)
- Həsən Mirzəyev yaradıcılığında Dərələyəz toponimləri. Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 2, №4, Bakı, 2021 (məqalə)
HƏCƏR EMİN qızı HÜSEYNOVA
(filologiya üzrə elmlər doktoru,professor)
Həcər Hüseynova (Umani) 1962-ci il fevral ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə 18 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 2002-ci ildən ADPU-nun filologiya fakültəsində, Azərbaycan dilçiliyi kafedrasında çalışır. Universitetin professoru, filologiya üzrə elmlər doktorudur. 2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 2009-cu ildə dosent elmi adı almışdır. 2012-ci ildə “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2014-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildən ADPU-nun professorudur.
YAP-ın üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2016/17-ci ildə elmi-pedaqoji və bədii yaradıcılığına görə Prezidentin xüsusi təqaüdünə layiq görülmüşdür. 2019-cu ildən ADPU-nun filologoya fakültəsi Elmi Şurasının elmi katibi, “Müəllim sözü” qəzetində baş redaktorun müavini (2013-2019), 2018-ci ildən ADPU-nun filologiya fakültəsində nəşr edilən “Linqvistika problemləri” jurnalının elmi katibi, 2016-cı ildə ASKEF Bilim kurumunun (Türkiyə) Azərbaycan üzrə təmsilçisi, 2019-cu ildən bu günə qədər Türkiyə Cumhuriyyətində İKSAD-ın təşkilatçılığı ilə bütün dünyada keçirilən Beynəlxalq kongrelərin Təşkilat və Bilim kurulu üzvü, 2019-2021-ci illərdə Azərbaycanda və xaricdə Beynəlxalq və Respublika səviyyəli elmi konfransların başkanı, təşkilatçısı və elm komissiyalarının üzvü olmuş, pandemiya dönəmində gənclərin maarifləndirilməsi və elmi biliklərinin artırılması məqsədilə təşkil edilmiş təlimlərdə, vebinarlarda çıxışlar etmiş, ADPU-da müəllimlərin reytinq qiymətləndirilməsi komissiyasının filologiya fakültəsi üzrə nümayəndəsidir. Elmi fəaliyyətinə görə 50-dən artıq beynəlxalq və respublika miqyaslı sertifikat, diplom və təşəkkürnamə ilə mükafatlandırılmışdır. Onlarla kitabın redaktoru, rəyçisidir.
Elmi əsərlərinin siyahısı:
1.Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri. Monoqrafiya. Bakı, Elm, 2001;
2.Müasir Azərbaycan onomalogiyası məsələləri.Dərs vəsaiti. Bakı, 2005;
3.Toponimlərin bəzi nəzəri məsələləri. Dərs vəsaiti. Bakı, 2006;
4.Mir Cəlalın obrazlı dili. Monoqrafiya. Bakı, 2007;
5.Mir Cəlalın bədii əsərlərinin dili və üslubu. Bakı, monoqrafiya, 2008;
6.Mir Cəlal: Aforizmlər. Antroponimlər. Monoqrafiya. Bakı, 2009;
7.Mir Cəlalın aforizmləri (İngilis, Azərbaycan və Rus dillərində)- metodik vəsait. Bakı, 2014;
8.Nitq inkişafına dair praktik məşğələlər – dərs vəsaiti (əcnəbi tələbələr üçün). Bakı, 2014;
9.Bədii əsərlərin üslubi sintaksisi – dərs vəsaiti (Mir Cəlalın bədii əsərləri əsasında). Bakı, 2016;
10.Bədii əsərlərdə onomastik vahidlərin rolu. Dərs vəsaiti. (Mir Cəlalın və S.Vurğunun əsərləri əsasında). Bakı, 2017;
11.Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri.Monoqrafiya. 2 cilddə. Bakı, 2018;
12.Mir Cəlalın hikmətli kəlamları. İran, Tehran, Monoqrafiya, 2019;
13.Azərbaycan dilinin interregional xüsusiyyətləri Proqram. Bakı, 2021
14.Türk Dillerinde Kantitatifliyin İfade Araçlarının Tarihsel Gelişimi. (Morfolojik Yöntem)//(Türk dillərində kvantatifliyin ifade araçlarının tarihsel inkişafı-morfoloji üsul) XIII-Türkoloji qurultay. Polşa-Varşava, 25-28 Sentyabr. 2018,səh. 274-279.(məqalə)
15.Azerbaycan'in türk dilli yer-yurt isimleri.Türkiyə. Giresun-2019,s.87-91. (tezis)
16.Eski türk yazıtlarında mürekkep cümle. TC.İstanbul. Turan-Sam. N41. 2019, səh.167-170. (məqalə)
17.Monological and dialogue features. Almanya. Berlin. Spirit Time- Jurnalı. 2019.N11(23) 2. s.46-49-RİNÇ . (məqalə)
18.Words of Turkic origin in ancient Greek məqalə Turkic Studies Journal : Қазақстан, Нұр-Сұлтан қ.2020 volume.2; number 3. Veb of sayns
19.Сибирские топонимы турецкого происхождения məqalə. Диалектология.этнолингвистика. мифология. ономастика. этимология. Rusiya-Ufa şəhəri, 1-4 Noyabr-2020, Tom 1. səh.214-221.
20.”Azərbaycanın qəhrəman qadınları”- kon.mat. World women conference// dünya kadın kongresi -Ankara, Türkiye.7-8 Mart 2020
21. İntegrating syrian refugee women in turkey through re-interpreting french experience. INTERNATIONAL AFRICAN CONFERENCE ON CURRENT STUDIES Johannesburg, SOUTH AFRICA July 6-7, 2020. Səh.449-455
22)Plural words in Azerbaijani dialects. Beynəlxalq sertifikat: International European Conference on Interdisciplinary Scientific Researches-III. January 15-16, 2021 Comrat State University. Comrat, Moldova
23)History of The Formation of Some Verbs. Beynəlxalq sertifikat: 8th International El Ruha Congress of Social Sciences. January 30-31, 2021 Karak, JORDAN.
24)Azerbaycan kaleleri halkımızın taşlaşmış bellegidir. Beynəlxalq sertifikat: International Paris Conference on Social Sciences – V. 2021. February 7-8, 2021 Paris, FRANCE.
25)Azerbaijani-Turkish chronicler women. Beynəlxalq sertifikat: Global World Women Conference-2. February 11-12, 2021.
26)Azerbaycan lehçelerinde kullanılan arkaik unsurlar. Beynəlxalq sertifikat: 4th International Conference on Scientific Research February 12-13, 2021. Ankara.
27)Toponyms of Shusha. 4th International Nowruz Conference on Scientific Research. March 18-21, 2021 / Karabagh, Azerbaijan.
28)OLD VERBS IN AZERBAIJANI LANGUAGE. 9th International Conference on Culture and Civilization. Tashkent. Uzbekistan. 15-16 mart, 2021
29)Bыражение количеств лексическим путем на турецких языках. Theory and Practice of science: key aspects. İtaliya-Roma. Aprel-2021. N49. Səh.329-344. Kopernikus.
30)Azerbaijani castles are the stone memory of our people. International PARIS conference on social sciences – V; Paris, France, February 7-8, 2021
31) Ancient Turkic toponyms of Azerbaijan. 5th International Nowruz Conference on Scientific Research. March 17-21, 2022 / Antalya-TÜRKİYE
32) Attitude towards women in Turkish nations. WORLD WOMEN CONFERENCE-IV MATA SUNDRI COLLEGE FOR WOMEN, UNIVERSITY OF DELHI (Hindistan) MARCH 8-9, 2022
33) Archaic Turkish words preserved in Azerbaijani-Turkish dialects. 5. INTERNATIONAL EUROPEAN CONFERENCE RESEARCH. 28-29 Yanvar-2022. Ispaniya. Valencia.
34) AZERBAYCAN'IN ÖZEL İSİMLER SİSTEMİ – HİDRONİMLER. TOKYO SUMMIT-5-th International Conference on Innovative Studies of Contemporary Sciences. January-14-16 -2022. Tokyo- Japan.
35) The world of wisdom of Nizami Ganjavi//Nizami Gəncəvinin hikmət dünyası. 25-29 iyun 2021. Türkiyə-Bursa.
36) AZƏRBAYCANIN DÖYÜNƏN ÜRƏYİ- ŞUŞA. Bakı.2022.
VAQİF İSMAYIL oğlu İSRAFİLOV
(filologiya üzrə fəlsəfə doktoru dosent)
Vaqif İsrafilov 17 iyun 1959-cu ildə Borçalı mahalının Bolnisi rayonunun Arakol kəndində anadan olmuşdur. 1967-ci ildə Bolnisi rayonunun Arakol kənd səkkizlik məktəbin birinci sinfinə qəbul olunmuş, 1973-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmiş, 1974-1976-cı illərdə qonşu Solgöyəc orta məktəbinin 9-cu sinifinə qəbul olunmuş və 1976-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. İki il istehsalatda çalışmış və 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuş, 1982-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə Cəlilabad rayonunun Novoqolovka kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. 1986-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dissertantı olmuş, həmin illərdə Bakı şəhəri Şüvəlan qəsəbəsi 42 №-li texniki peşə liseyində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1989-cu ildə “Gürcüstan SSRİ-nin Azərbaycan dilli oronim və hidronimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
1990-cı ildə Azərbaycan dilçiliyi kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur. Sonralar həmin kafedranın nəzdində olan Azərbaycan onomastikası problem laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilmişdir. 22 iyun 1999-cu ildə həmin kafedranın dosenti seçilmişdir. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan “İxtisasdəyişmə və yenidənhazırlanma” fakültəsinə dekan seçilmişdir. Bütün bunlarla yanaşı Respublikanın ictimai-siyasi işlərində də fəal olmuş, dörd çağırışdır ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinə üzv seçilmişdir. Hal-hazırda Binəqədi rayon bələdiyyəsində Yerli Ekologiya Daimi Komissiyasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Elmi fəaliyyətində də daimi fərqlənmişdir. ADPU-nun 90 illiyində “Təhsildəki xidmətlərinə görə” Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. Beş kitab, yüzdən artıq elmi məqalənin müəllifidir.
Elmi əsərlərinin siyahısı:
1.Azərbaycan oronim və hidronimləri. Bakı, ADPU, 2005 (monoqrafiya)
2.Şəxsiyyətin möcüzəsi. Bakı, 2006 (monoqrafiya)
3.Afad Qurbanov. Bakı, 2010 (monoqrafiya)
4.Ömür Salnaməsi. Bakı, 2014 (monoqrafiya)
5.Afad Qurbanov və Azərbaycan Əlifbası. Bakı, 2019 (monoqrafiya)
6.Tarixləşən Ömür (Nəbi Əsgərova həsr olunmuşdur). Bakı, 2021.
7. “Ömür səlnaməsi”. Bakı, Zərdabi MMC, 2014 (monoqrafiya)
8.“Kitabi Dədə Qorqud” Oğuz abidəsidir. SDU Beynəlxalq Elmi Konfrans, Bakı, 2015 (məqalə)
9.“Kitabi Dədə Qorqud” dastanlarında Oğuzdilli toponimlərin izləri. SDU-da keçirilən Beynəlxalq Elmi Konfrans, Bakı, 2015 (məqalə)
10.Türkdilli toponimlər türkün tarixidir. I Türkoloji Qurultayla bağlı Elmi Konfrans, Bakı, 2016 (məqalə)
11.Milli Qurtuluş günü yeni dövrün başlanğıcıdır. “Psixoloq” qəzeti, Bakı, 2017 (məqalə)
12.Yubilyar ömrün şərəfli səhifələri (A.Qurbanov haqqında). “Psixoloq” qəzeti, 27 aprel, Bakı, 2018 (məqalə)
13.Zəhmətlə ucalan alim ömrü (Əzizxan Tanrıverdiyev haqqında). “Psixoloq” qəzeti, 25 iyun, Bakı, 2018 (məqalə)
14.Müasir Azərbaycan dilçiliyinin banilərindən biri (A.Qurbanov haqqında). “Respublika” qəzeti 1 avqust, Bakı, 2018 (məqalə)
15.“Alim ömrü” (A.Qurbanov haqqında). Azərbaycan dili və ədəbiyyatın tədrisi tarixi jurnalı, Bakı, 2018 №2 (məqalə)
16.Azərbaycan ədəbi dili tarixinin tədqiqində professor N.Xudiyevin rolu. “Kredo” qəzeti, 11 aprel, Bakı, 2019 №16 (məqalə).
17.Qəhrəmanlar ölmür tarixin səhifələrində və qəlblərdə yaşayır. “Psixoloq” qəzeti. Bakı, 2019 (məqalə)
SEVINC SƏRHAD qızı SADIQOVA
(filologiya üzrə fəlsəfə doktoru dosent)
Sevinc Sərhad qızı Sadıqova 11 mart 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-1995-ci illərdə Bakı şəhəri, T.Hacıyev adına 252 saylı məktəb-liseydə təhsil almış, orta təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almış, ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2001-ci ildə ADPU-nun Azərbaycan dilçiliyi ixtisası üzrə magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının Azərbaycan dili ixtisası üzrə dissertantı olmuş, 28 oktyabr 2011-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasında “Dərələyəz toponimlərinin linqvistik xüsusiyyətləri” mövzusunda professor Həsən Mirzəyevin elmi rəhbərliyi ilə yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru (FD № 07773) elmi dərəcəsi, 2017-ci ildə dosent (DS № 05796) elmi adı almışdır. 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantıdır.
S.Sadıqova əmək fəaliyyətinə 11 yanvar 2000-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu N.Rzayev adına 169 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış, 2003-2007-ci illərdə həmin məktəbdə direktor müavini vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim, 2012-ci ildən baş müəllim, 1 may 2015-ci ildən dosent vəzifəsində işləmişdir. 2021-ci ildən fəaliyyətini Azərbaycan dilçiliyi kafedrasında davam etdirir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
14 magistr dissertasiyasının yazılmasına elmi rəhbərlik etmişdir, 20-yə qədər dərs vəsaiti, tədris proqramının rəyçisi olmuşdur. Çap olunmuş əsərlərinin ümumi sayı 100-dən artıqdır. Onlarla beynəlxalq və respublika miqyaslı elmi konfranslarda, seminar və vebinarlarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur. Elmi məqalələri Kanada, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanda nüfuzlu elmi jurnallarda çap olunmuşdur.
İctimai əsaslarla apardığı vəzifələr: ADPU-nun Müasir Azərbaycan dili kafedrasının elmi katibi, 2007-2016; ADPU-nun Filologiya fakültəsinin apelyasiya komissiyasının sədri, 2008-2012; ADPU-da Magistrlərin dissertasiya müdafiəsini keçirən Elmi Şuranın üzvü və elmi katibi, 2011-2018; ADPU-nun Filologiya fakültəsinin Fakültə Sovetinin üzvü, 2016-2018; ADPU-nun Filologiya fakültəsinin Metodiki Şurasının üzvü, 2019 - bu günə qədər; ADPU-nun Filologiya fakültəsinin mətbu orqanı olan “Filoloq” qəzetinin redaksiya heyətinin üzvüdür.
2005-ci ildə keçirilən “Təhsil sistemində müasir baxış və yanaşmaların formalaşması ümumi təhsilin inkişafında mühüm mərhələ kimi” mövzusunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Pedaqoji Mühazirənin Sabunçu rayonu turunda I yer tutduğuna görə diplomla, iştirak etdiyi 18 Beynəlxalq konfrans və simpoziumlarda diplom və sertifikatla təltif edilmişdir. Müəllifi olduğu monoqrafiya, dərs vəsaiti, proqram və məqalələlərin bir qismi:
1.Türkoloji dilçiliyə dair biblioqrafiya. Bakı, ADPU, 2001, 51 səh.
2.Batı Azerbaycan’ın Dereleyez eyaletinin hidronimleri. “Kültür evreni”, Ankara, 2009, № 2.
3.Лексико-семантические особенности оронимов Дерелеязского округа Западного Азербайджана. Вестник. Серия «Филологические науки». Казахский национальный педагогический университет имени Абая, Алматы, 2011, № 1 (35).
4.Лексико-семантические особенности топонимов Дерелеязского округа Западного Азербайджана. Материалы международной научно-практической конференции «Современная тюркология: направления развития и актуальные проблемы». Алматы, 17-18 мая, 2011.
5.Морфологические и синтаксические особенности топонимов Дерелеязского округа Западного Азербайджана. Вестник. НУУЗ. Ташкент, 2011, № 3.
6.Azərbaycan toponimlərinin linqvistik təhlili (Seçmə fənn). Proqram. Bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2014, 24 səh.
7.Müasir Azərbaycan dilinin sintaksisi. Proqram. Magistr hazırlığı üçün. Bakı, ADPU, 2014, 20 səh.
8.Müasir Azərbaycan dilinin leksikologiyası: Dərələyəz toponimlərinin linqvistik-etimoloji təhlili əsasında. Dərs vəsaiti. Bakı, ADPU, 2014, 194 səh.
9.Azərbaycan onomastikası. Proqram. Magistr hazırlığı üçün. Bakı, ADPU, 2015, 18 səh.
10.Говоры Западного Азербайджана и их лексический состав ставший архаичным для литературного языка. Материалы II Международной научно-практической конференции «Научные исследования в сфере гуманитарных наук: открытия XXI века», Пятигорск, 23-24 апреля, 2015.
11.Ədəbi dildə arxaikləşmiş əlamət bildirən sözlər Qərbi Azərbaycan şivələrində. “Azərbaycanşünaslığın aktual problemləri”. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransın materialları, II hissə, Bakı, 5-7 may 2015.
12.Архаические лексические единицы литературного языка втречающиеся в говорах Западного Азербайджана. Вестник. Серия «Филологические науки». Алматы, Казахский национальный педагогический университет имени Абая, 2015, № 4 (54).
13.Edebi dilde arkaikleşmiş sözlerin Batı Azerbaycan şivelerinde izleri. XIII Uluslararası Türk Dünyası Sosyal Bilimler Konqresi. Bakı, 28-30 ekim 2015; İstanbul, 2016.
14.Qərbi Azərbaycan şivələrinin leksik tərkibi (məişətlə bağlı arxaik sözlər). III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. Bakı, 25-27 may 2016.
15.Qədim türk yazılı abidələrində rast gəlinən bəzi arxaik feillər. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı, BSU, 2016, № 2.
16.Müasir Azərbaycan dili: onomalogiya məsələləri. Dərs vəsaiti. Bakı, ADPU, 2017, 267 səh.
17.Qərbi Azərbaycan şivələrində ədəbi dilin arxaik qrammatik vahidləri (mənsubiyyət kateqoriyası). Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı, BSU, 2018, № 3.
18.Qərbi Azərbaycan şivələrində ədəbi dilin arxaik qrammatik vahidləri (şəxs kateqoriyası). Tədqiqlər. Bakı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, 2018, № 2.
19.Azərbaycan ədəbi dilinin arxaik morfemləri (Qərbi Azərbaycan şivələri ilə müqayisədə). Monoqrafiya. Bakı, ADPU, 2018, 204 səh.
20.Ədəbi dildə arxaikləşmiş hərəkət feillərinin Qərbi Azərbaycan şivələrində izləri.Sivilizasiya.Bakı Avrasiya Universiteti.Bakı,2018,c7,№ 4.
21.Arxaik vahidlərdən törənən onomastik leksika. “Xalqın keçmiş tarixi, etnogenezini, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı. Qərbi Kaspi Universiteti. Bakı, 23 aprel, 2019. Elmi xəbərlər. Humanitar elmlər seriyası. Bakı, Qərbi Kaspi Universiteti, 2019, № 2.
22.Archaic lexical and grammatical units of literary language in Western Azerbaijan. Texte: Revue de Critique et de Theorie litteraire: Volume 14, № 4, Ottawa, 2019.
23.Qərbi Azərbaycan şivələrində ədəbi dilin arxaik feilləri. Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş X Beynəlxalq elmi konfrans. Bakı, 7 may 2019.
24.Qərbi Azərbaycan şivələri və türk dili. Türkologiya: reallıqlar, problemlər, perspektivlər. Respublika elmi konfransı. Bakı, ADPU, 17 may 2019.
25.Arxaik apelyativli leksik vahidlər. Linqvistika problemləri. Beynəlxalq elmi jurnal. C.1, № 3, Bakı, 2020.
26.Ədəbi dildə arxaikləşmiş sifətlər Qərbi Azərbaycan şivələrində. Munzur zirvəsi2. Uluslararası Sosyal Bilimlər Kongresi. Tunceli, 31 may 2020.
27.Mahirə Hüseynova – 60. Türkologiya. № 4, Bakı, 2020.
28.Qərbi Azərbaycan dialekt və şivələrində feil. Bakı, ADPU, 2022, 204 səh.
29.Ədəbi dildə arxaikləşmiş sifətlər Qərbi Azərbaycan şivələrində. Linqvistika problemləri. Beynəlxalq elmi jurnal. C.2, № 3, Bakı, 2021.
30.Həsən Mirzəyevin yaradıcılığında dialektologiya məsələləri. Linqvistika problemləri. Beynəlxalq elmi jurnal. C.2, № , Bakı, 2021.
YUSİF QOCA oğlu YUSİFOV
(filologiya üzrə fəlsəfə doktoru dosent)
Yusif Yusifov 1954-cü il avqust ayının 11-də Azərbaycan Respublikası, Qazax rayonu Musaköy (indiki Xanlıqlar) kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Qazax rayonu, Musaköy tam orta məktəbini bitirmişdir. 1978-ci ildə ADPİ-nin (indiki ADPU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyasıı müdafiə edərək 10.02.02 ixtisası üzrə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1979-1981-ci illərdə Bakı şəhərinin Binə qəsəbəsində orta kənd texniki-peşə məktəbində əvvəl tərbiyəçi-müəllim, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1981-1984-cü illərdə ADPİ-nin Azərbaycan dilçiliyi kafedrasının dilçilik ixtisası üzrə əyani aspiranturasında təhsil alıb və oranı uğurla bitirmişdir. 1984-1994-cü illərdə ADPİ-nin elmi katibi, 1995-ci ildən Azərbaycan dilçiliyi kafedrasının dosenti vəzifəsində işləmişdir. Aşağıdakı elmi əsərlərin müəllifidir.
1.Azərbaycan dilinin ümumişlək zooleksemləri. Bakı, 2017 (monoqrafiya);
2. Müasir Azərbaycan ədəbi dilində fəlsəfi zaman kateqoriyası. “Aspirant və dissertanların Elmi Konfrans materialları. Bakı, 1982, (tezis)
3.Azərbaycan dilinin zoonimləri. ADPİ-nun aspirant və dissertanlarının Elmi Konfransının materialları, Bakı, 1983 (tezis)
4.Zootoponimlər. Azərbaycan onomastikası problemlərinə dair konfrans materialları, Bakı, 1987 (tezis)
5.Qrammatik məsələlərin dərindən öyrənilməsində leksik-semantik söz qruplarının rolu (zooleksemlər əsasında). Dil məsələlərinə dair tematik toplu №2, Bakı, 1998
6.Bədii mətn və zooleksemlər. Azərbaycan onomastikası probleminə həsr olunmuş Elmi-nəzəri Konfransın materialları, Bakı, 1995 (tezis)
7.Azərbaycan dilinin zooleksemlər sistemi. Ümumidilçilik fənlərinin tədrisi problemlərinə həsr olunmuş elmi seminarın materialları, Bakı, 1989 (məqalə)
8.Azərbaycan ədəbi dilində zooleksemlərin xarakterik əlamətləri və funksiyaları. Filologiya məsələlərinə dair tematik toplu, Bakı, 2004 (məqalə)
9.Azərbaycan dilində vəhşi heyvan adlarının leksik-semantik xüsusiyyətləri və etimologiyası (aslan və ayı sözləri əsasında). Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və təsisinə dair “Respublika Elmi Konfransının materialları”, Bakı, 1997 (tezis)
10.Dilin zənginləşməsi və təkmilləşməsinin diltarixi faktorlarla bağlılığını göstərən zooleksemlər. Xəzər, 2004 (məqalə)
11.Azərbaycan ədəbi dilində zooleksemlərin xarakterik əlamətləri və funksiyaları. Filologiya məsələlərinə dair toplu, Bakı, 2004 (məqalə)
12.Azərbaycan dilində zooleksemlərin bədii üslubi imkanları haqqında. Azərbaycan elmi jurnalı, Bakı, 2003 (məqalə)
13.Azərbaycan dilində vəhşi heyvan adlarının leksik-semantik xüsusiyyətləri və etimologiyası. Dil və ədəbiyyat jurnalı, Bakı, 2003 (məqalə)
14.Qazaxdır, Qazax, şair, yazıçı və aşıqları. Bakı, Çaşıoğlu, Bakı, 2007 (monoqrafiya)
15.Poeziyada dilin tətbiqi və təhlili problemləri. Klassik Azərbaycan filologiyası və müasir problemlər mövzusunda Cəfər Xəndan 100 illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2010 (məqalə)
16.İsmayıl Şıxlıya aid elmi əsərlərlə bağlı düşüncələrin “Dəli Kür”romanının poetik dili. Elm və təhsil jurnalı, Bakı, 2013 (məqalə)
17.“Zirvədən-zirvəyə yol (Səməd Vurğun ədəbi ənənəsinin Əli Rza Xələfli yaradıcılığında davamına bir nəzər. “Əli Rza Xələfli-60 (ədəbi-tənqidi məqalələr, publisist düşüncələr 3 ciliddə), III c.Bakı “Vətən” nəşriyyatı, 2014, 448 s.(məqalə)
18.“Olduğu kimi görünən, göründüyü kimi olan şəxsiyyət profesor Buludxan Əziz oğlu Xəlilovun biblioqrafiyası”. Bakı “Adiloğlu”, 2017
19.“Dilə tapırsan, yurda güvənsən”- Əli Rza Xələfli “Şair publisist Mədət Əyyub oğlu” Məqalələr düşüncələr, “Adiloğlu” nəşriyyatı, Bakı, 2018, (məqalə)
20.“Elmin və şəxsiyyətin hormoniyası”.Bakı, Adiloğlu, 2018 (monoqrafiya)
TƏRANƏ ADİL qızı NAĞIYEVA
(filologiya üzrə fəlsəfə doktoru,baş müəllim)
Nağıyeva Təranə 30 iyul 1979-cu il tarixdə Lənkəran şəhər Kirov qəsəbəsində anadan olub. Tam orta təhsilini 1985-1996-cı illərdə Lənkəran şəhər R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində alıb. 1996-cı ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuş, 2001-ci ildə oranı bitirmişdir. 2001-2003-cü illərdə Lənkəran Dövlət Universitetinin Magistratura səviyyəsinin Dilşünaslıq istiqaməti üzrə təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin Dil nəzəriyyəsi istiqaməti üzrə əyani aspirantı olmuş, prof. M.Ə.Mahmudovun rəhbərliyi ilə “Azərbaycan və talış dillərində farazeoloji birləşmələr” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını yazmış və bu tədqiqat işini 2009-cu il noyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müdafiə etmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. 1998-2003-ci illərdə Lənkəran şəhər R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 2003-2011-ci illərdə Şirvan şəhər 3 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Salyan filialında (hazırda fəaliyyət göstərmir) b/müəllim vəzifəsində işləmiş, 2012-2015-ci illərdə adı gedən filialda Tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır, filialın birləşməsi ilə əlaqədar 2015-cı ildən ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasında b/müəllim kimi fəaliyyət göstərir. 60-a yaxın elmi məqalə və tezisin, 20-dən çox publisistik məqalənin, iki proqram və iki monoqrafiyanın müəllifidir. Respublika və respublikadan kənar elmi-beynəlxalq konfranslarda iştirak etmiş, 2019-2021-ci illərdə Azərbaycanda və xaricdə Beynəlxalq və Respublika səviyyəli elmi konfransların təşkilatçısı və elm komissiyalarının üzvü kimi fəaliyyət göstərmişdir. 2019-cu ildən bu günə qədər Türkiyə Cumhuriyyətində İKSAD-ın təşkilatçılığı ilə bütün dünyada keçirilən Beynəlxalq kongrelərin Təşkilat və Bilim kurulu üzvüdür. Respublika və beynəlxalq səviyyəli konfranslarda fəal iştirakına görə 40-a yaxın sertifikat və təşəkkürnaməyə layiq görülmüşdür.
Türkiyə Cumhuriyyətinin İKSAD universitetinin nəzdində fəaliyyət göstərən “Pearson” və “Atlas” jurnallrında redaktor kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Elmlər doktoru üzrə AMEA-nın dissertantıdır.
Elmi əsərlərinin siyahısı:
- P.Vaqif dilində işlənən frazeoloji birləşmələr. (tezis). Respublika elmi-nəzəri konfransın materialları. Lənkəran. 2018. s.109-110
- Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli dilçi Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyində fonetika bəhsinin ilk sistemli tədqiqatçısı kimi (məqalə). Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 4. Bakı, 2019, s.27.
- Tanınmış alim (prof.N.Xudiyevin 70 illik yubileyi münasibətilə) (məqalə). Kredo, N16(941), 11 aprel, 2019, s.3-5
- Azərbaycan onomalogiya məktəbinin yaradıcısı Afad Qurbanov (məqalə), “Müasir Dilçiliyin Aktual Problemləri”. Beynəlxalq elmi konfrans materialları, s.254-249
- Muhammed Fuzuli'nin gazellerinde fiil kompozisiyonunun birinci tarafinin morfolojik özellikleri (tezis),1 Uluslararası multidi sipliner çalışmalar kongresi.15-17 mart 2019, s.53-54.
- Bazi bileşimli fillerin morfolojik özelliklerinin Muhammed Fuzuli qazellerinde araştırılması. (tezis). Uluslararası 19 mayıs multidi sipliner çalışmalar kongresi.17-19 Mayıs 2019 Samsun/TÜRKİYE, s. 202.
- Bazi bileşimli fillerin morfolojik özelliklerinin Muhammed Fuzuli qazellerinde araştırılması. (məqalə), Uluslararası 19 mayıs multidi sipliner çalışmalar kongresi.17-19 Mayıs 2019 Samsun/TÜRKİYE, s.409-414.
- Məhəmməd Füzulinin qəzəllərində işlənən tərkibi feillərin birinci tərəfinin morfoloji xüsusiyyətləri (məqalə). Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 3(103). Bakı, 2019, s.44-50.
- Nəsimi qəzəllərində müraciət formaları, onların qrammaik və üslubi xüsusiyyətləri (məqalə), Filologiya məsələləri. N-3I. Bakı, 2019, s.78-83
- Ana dilimizin saflığını qorumaq hər birimizin mənəvi borcudur. (tezis), (məqalə), ƏL-Fərabi 5. Beynəlxalq Sosial Elmlər Konfransı. 1-4 Avqust 2019/ BAKI – AZƏRBAYCAN, s.100-105.
- Azərbaycan və türk dil lərində zoofrazeologizmlər və onlarda fonetik, leksik, morfoloji, sintaktik variantlılıq(məqalə). ƏL-Fərabi International Journal on Social Year : September 2019, Volume3, Issue 3. IKSAD Republic of Turkey , s.17-21
- Azərbaycan və türk dilində sadə cümləni genişləndirən vasitələr (tezis), (məqalə), Karadeniz Zirvesi 2. Uluslararası Sosyal Bilimler Kongresi. 23-25 ağustos 2019. Rize.Türkiye.693-699
- Azərbaycan və türk dillərində gender münasibətlərini əks etdirən atalar sözləri. (tezis), (məqalə). İksad.4 İnternatıonal Congress on socıal scıences. September 5-8, Türkiye, Erzurum, 2019.654-661
- Bəxtiyar Vahabzadə şeirlərində türk və türkçülük (tezis), (məqalə)
- Lerik rayon Cəngəmiran kənd hidronimlərin semantik-struktur xüsusiyyətləri. Linqvistika məsələləri.Beynəlxalq elmi jurnal, ADPU, c.1, N- 2, Bakı, 2020.
- Arqoların ulusal dil temelinde kurulması (tezis). II Uluslararası Bilimsel Araştırmalar Kongresi. 6-8 Mart 2020 Ankara. s. 143-144.
- Arqoların ulusal dil temelinde kurulması (məqalə). II Uluslararası Bilimsel Araştırmalar Kongresi. 6-8 Mart 2020 Ankara. S.82-86
- Televiziya dilində norma pozuntuları (tezis) Uluslararası Nevruz Kültür və Medeniyet Kongresi 18-22 Mart 2020, Bakü, Azerbaycan.82-83.
- Televiziya dilində norma pozuntuları (tezis) Uluslararası Nevruz Kültür və Medeniyet Kongresi 18-22 Mart 2020, Bakü, Azerbaycan. s.444-452
- Tələbə 2. Uluslararası Bilim,Teknoloji ve Sosyal Bilimlerde Güncel Gelişmeler Sempozyumu. Biltek.
- Bədii əsərlərdə ədəbi dilin normalarının pozulması. (Elxan Elatlının “Ölüm ağacının kölgəsində” romanı əsasında) 3 Uluslararası Hoca Ahmet Yesevi Bilimsel Araştırmalar Kongresi” Bilim Kurulunun üzvü (17- 19 aprel, Adana. 52-60.
- Сhildren's slang. INTERNATIONAL CONFERENCE ONEVOLVING TRENDS IN INTERDISCIPLINARY RESEARCH & PRACTICES to be heldin New York, USA during April 23-25, 2020.
- Cümlə modelində olan frazeoloji birləşmələr. 6 Uluslararası Sosyal Bilimler Kongresi, 15-17 mayıs 2020, Batumi, 92-97
- Bədii əsərlərdə metafor sözün leksik intensivliyini artıran məcaz kimi (Mikayıl Müşfiqin şeirləri əsasında)
- Elektron təhsildə təhsilverənlərin və təhsilalanların etik davranış qaydaları. INTERNATIONAL CONFERENCE ON COVID-19 STUDIES JUNE 21-23,2020, ANKARA, TURKEY. S.441-445
Korporativ arqolar (Bazar arqosu, qumarbazların arqosu) (tezis) INTERNATIONAL EUROPEAN CONFERENCE ON INTERDISCIPLINARY SCIENTIFIC RESEARCHES-III January 15-16, 2021/COMRAT STATE UNIVERSITY/Comrat, Moldavia s. 42.
XATİRƏ ƏLƏDDİN qızı ƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru,baş müəllim)
Xatirə Əliyeva 30 mart 1968-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. 1975-ci ildə Bakı şəhər Yasamal rayonunun 21 saylı orta məktəbinin birinci sinifinə qəbul olunmuş, 1985-ci ildə həmin məktəbi bitirmişdir. 1986-cı ildə V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir. 1992-ci ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsinin Azəbaycan dilçiliyi kafedrasının aspirantı (əyani) olmuş, 1996-cı ildə “Ortaq Türk ədəbi dili problemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-2000-ci illərdə ADPU-da kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışmışdır. X.Əliyeva aspirant olduğu müddətdə 15 məqalə və tezis çap etdirmişdir. Beynəlxalq konfranslarda iştirak etmiş, məqalələri Türkiyədə nəşr olmuşdur. 20-dən çox məqalənin, 4 proqramın, 2 kitabın müəllifidir. Hazırda filologiya üzrə fəlsəfə doktoru Xatirə Ələddin qızı Əliyeva ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim vəzifəsində çalışır.
Elmi əsərlərinin siyahısı:
1. Yazı dili Birlik dili. Məqalə. Türkiyə Respublikası. Milli tərbiyə, Ankara 1993.
2. Türk Dünyası və Ortaq əlifba problemi. Məqalə. "Filologiya məsələləri: nəzəriyyə və metodikası”. I bur. Azərb. EaNəsimi ad. Dilçilik ins-tu. B,1994 s.102.
3. Türk Dünyası və Ortaq imla problemi. Məqalə. ""Filologiya məsələləri " II bur. Bakı;1994 s.49
4. Ortaq əlifba haqqında. Məqalə. "Dil məsələlərinə dair tematik toplum"ADPU, 1,1994, s.64-66
5. Ortaq Türk yer adları haqqında. Məqalə. "Azərbaycan onomologiyası” ADPU, Bakı.1994
6. Türk Dünyası və Ortaq söz problemi haqqında. Məqalə. "Dil məsələlərinə dair tematik toplum" ADPU,2 1994 s.58-61
7. Müqayisəli və Dilçilik terminləri lügəti. (Türkiyə Türkçəsi - Azərb Türkçəsi - Rusça - Ingiliscə )
Kitab Türkiyə Respublikası , Izmir,1994 s.3-243
8. Böyük Türkçü Əli bəy Hüseynzadə və Ortaq Türk dili. Məqalə. "Ülkü ocağı jurnalı 1997 Istanbul"
9. Azərbaycanda əlifba dəyişdirilməsinin səbəb və nəticələri . Məqalə. "Ülkü olacağı jurnalı Türkiyə 1997 "
10. Ortaq Türk dili haqqında ilk məqalə. Məqalə. "Gündüz." Türkiyə 1997
11. Türk Millətçiliyi , Əhməd Cavad və Ana dili məsələsi haqqında . Məqalə. " Ülkü ocagı jur." Istanbul 1998
12. Oğuz qrupu Türk yer adları haqqında . Məqalə. " Hərgün" Türkiyə - 1998
13. Ortaq Toponimlər . Məqalə. Azərbaycan Anamastikası problemləri . Bakı 1999
14. Birinci Türkoloji Qurultay və Ortaq Türk yazı dili haqqında. Məqalə. 3. Uluslar arası Türk dili Qurultayı. Ankara - 1999 s.105-107
15. Ortaq Türk yer adları haqqında . Məqalə 7. Millətlər arası Türkoloji Konqres. Sakarya Universteti, Adapazarı 1999
16. Türk dili varlığımızdır . Kitab. Prof. Aleddin Mehmetoğlu, f.ü.f.d.Xatirə ə. Əliyeva Adapazarı 2000
17. Türkiyə Türkçəsində xitab Türkiyə 2000.
18. "Kitabi- Dədə Qorqudun leksikası və Dialektlərimiz. Məqalə. "Dədə Qorqud jurnalı 2. Bakı 2001
19. Türkiyə Türkçəsində ismin halları . Məqalə5. Uluslar arası Türk dili Qurultayı . Ankara-2004
20. Türkiyə Türkcəsində köməkçi sözlər haqqında . Məqalə. "Türkiyə Sakarya 2008 "
21. Molla Pənah Vagif Təsviri Realizimin banisi kimi . Məqalə. Respublika Elmi - Praktik Konfransnın materiyalları. Bakı.28 sentyabr 2017
22. Azərbaycanda Latın Qrafikasına keçid mərhələsi. Məqalə. " Dil və Ədəbiyyat " Beynəlxalq Elmi - Nəzəri jurnal , Bakı 2018
23.Azərbaycan Dilçiliyi tarixi - Bakı 2011
24. Azərbaycan Dili və Nitq Mədəniyyəti fənni üzrə program Bakı 2015
ZAKİR QƏMBƏR oğlu RƏSULOV
(pedaqogika üzrə fəlsəfə doktoru,baş müəllim)
Zakir Rəsulov 15 may 1945-ci ildə Gədəbəy rayonun Düz-Rəsullu kəndində anadan olub. 1962-ci ildə Gədəbəy rayonu Novo-Saratovka rus kənd orta məktəbini bitirmişdir.1968-ci ildə S.M.Kirov adına ADU-nun Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirmişdir.1990-cı ildən pedaqogika üzrə fəlsəfə doktorudur.
1965-68-ci illərdə 161 saylı Bakı şəhər tam orta məktəbində fars dili müəllimi, 1968-72-ci illərdə S.M.Kirov adına ADU-nun Yaxın Şərq dilləri kafedrasının əməkdaşı, 1973-ci ildən ADPU-nin Xarici dillər kafedrasında, 2016-cı ildən Xarici dillər və onların tədrisi metodikası kafedrasında fars dili fənnini tədris etmişdir. 2020-ci ildən Azərbaycan dilçiliyi kafedrasında “Əski Azərbaycan yazısı (fars dili)” fənnini tədris edir. Zakir Rəsulov 1 dərs vəsaiti və 1 dərsliyin müəllifidir.
GÜLNAR FUAD qızı MUXTARZADƏ
(müəllim)
Gülnar Muxtarzadə 2 fevral 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 2001-2006-cı illər Bakı şəhəri Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə təhsil almış, 2007-ci ildən Bakı şəhəri Sabunçu rayonu 128 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə orta məktəb təhsilini başa vuraraq Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olmuş, 2016-cı ildə universiteti bitirmişdir. Həmin il ADPU-nun “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş, 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak etmiş, Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişdir. 2021-ci ildən ADPU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimi olaraq pedaqoji fəaliyyətini davam etdirir. 5 məqalə, 2 tezis müəllifidir.
1. “Azərbaycan dili dərslərində cümlə üzvləri ilə qrammatik cəhətdən bağlı olmayan söz qruplarının müasir vəziyyəti (VIII sinif)” . “Filologiya məsələləri”. №19. “Elm və təhsil”. Bakı, 2017.
2.“Azərbaycan dili dərslərində qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz qruplarının tədrisi prosesində interaktiv təlim metodlarından istifadə yolları (VIII sinif)”. “Dil və ədəbiyyat”. Beynəlxalq elmi-nəzəri jurnal. 1(105)
3.“Azərbaycan dili dərslərində xitabların tədrisi” məqaləsi. “Fənlərin tədrisi metodikası: Müasir yanaşmalar” Magistrantların I Respublika Elmi Konfransının materialları. Bakı, 3-4 may, 2018.
4.“Azərbaycan dili dərslərində qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz qruplarının tədrisi prosesində interaktiv təlim metodlarından istifadə yolları (VIII sinif)” tezisi. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ADPU - nun İbtidai təhsil fakültəsinin tələbələrinin elmi-praktik konfransının materialları”. “Elm və təhsil”. Bakı, 2018.
5.“Orta məktəblərdə nitq mədəniyyəti mövzusunun tədrisi”. “Axtarışlar”. “Tusi”. Naxçıvan, 2021.
NƏZRİN TAHİR qızı İSMAYILOVa
(müəllim)
Nəzrin İsmayılova 1995-ci ildə Zaqatala şəhərində anadan olmuş, 2012-ci ildə Zaqatala şəhər 3 saylı tam orta məktəbi bitirmişdir Elə həmin ildə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə daxil olmuş, 2016-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsinin magistr pilləsində təhsil almışdır. 2021-ci ildə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinin doktorantura pilləsinə daxil olmuşdur. 2021-ci ilin sentyabrından ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında fəaliyyətə başlamışdır. 2 məqaləsi dərc edilmişdir:
1.Azərbaycan dilində kalka üsulu ilə yaranan terminlər. Filologiya məsələləri, Bakı, 2017.
2.Beynəlmiləl terminlər. Filologiya məsələləri, Bakı, 2018.
NƏRMİN ƏDALƏT qızı XANALIYEVA
(baş laborant)
Mən, Xanaliyeva Nərmin Ədalət qızı 13.10.1991-ci il tarixində Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Nəriman Nərimanov rayonu, Dilqəm Nəbiyev adına 178 saylı orta məktəbi bitirmişəm. Elə həmin ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşam. 2013-cu ildə bakalavriat üzrə təhsilimi tamamlayıb, Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Türkologiya ixtisasi üzrə magistraturaya qəbul olmuşam. 2015-ci ildə isə magistr təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam.
2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasında baş laborant vəzifəsində çalışıram.
Ailəliyəm, 2 övladım var.
YAQUT FUAD qızı HÜSEYNOVA
(laborant)
Yaqut Hüseynova 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, 2013-cü ildə Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası tam orta məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2017-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin magistr pilləsində təhsil almışdır. 2019-cu ilin dekabrındann ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant olaraq fəaliyyətə başlamışdır. 2 məqaləsi dərc edilmişdir:
1. Azərbaycan dili dərslərində təlim metodlarından istifadənin əhəmiyyəti. Magistrantların II Respublika elmi konfransı, Bakı, 2019.
2. Qoşmaların tədrisində istifadə edilən təlim metodları. Magistrantların II Respublika elmi konfransı, Bakı, 2019
Ailəlidir.
ADGÜL SAHİB qızı ASLANOVA
(operator)
Adgül Aslanova 1996-ci ildə Beyləqan şəhərində anadan olmuş, 2013-cü ildə Beyləqan şəhəri Aşağı Çəmənli kənd S.Abbasov adına tam orta məktəbi bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2017-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin magistr pilləsində təhsil almışdır.
2022-ci ilin aprelindən ADPU-nun Filologiya fakültəsində operator olaraq fəaliyyətə başlamışdır.
Ailəlidir, 2 övladı var.