Zemfira İsaxan qızı Abbasova 19 may 1975-ciildə Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olmuşdur.1988-ci ildən deportasiya olunaraq Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı tam orta məktəbi bitirmiş və həmin il Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1998-ci ildə ərəb dili müəllimi ixtisası üzrə ali təhsilini başa vurmuş, 2001-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında Azərbaycan dili ixtisası üzrə doktoranturaya daxil olmuş, 2016-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 2017-ci ildə filolologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2019-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim seçilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 6-cı mobil qrantının qalibi olmuşdur. Böyük Britaniyanın Kembric şəhəri, Kembric Universitetində elmi-pedaqoji təcrübə keçmiş, Kembric Universitetinin Sertifikatına layiq görülmüşdür.
28-ə yaxın elmi məqalənin müəllifidir.