QISA BİOQRAFİK MƏLUMAT
08 iyul 1959-cu il tarixində Gürcüstan Respublikası Bolnisi rayonu Ayorta (Akaurta) kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 1978-1983-cü ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı; rus dili və ədəbiyyatı ixtisasına yiyələnib. 1984-1986-cı illərdə Marksizm-leninizm Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb. 1983-1991-ci illərdə Bolnisi rayonu Tapan kənd məktəbində müəllim işləyib. 1987-ci ildə Bakı Dövlət Universitetinin dissertantı olub. 1990-cı ildə “Gürcüstanda Azərbaycan dilli mətbuatda ədəbiyyat məsələləri”mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1991-1992-ci illərdə Bakı şəhərində Abdulla Şaiq mənzil muzeyində baş mühafiz vəzifəsində çalışıb. 1991-1995-ci illərdə Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda “Milli-mədəni və etnodil prosesləri” şöbəsində elmi işçi vəzifəsində çalışıb. 1995-2002-ci illərdə AMEA Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan diasporu” şöbəsinin müdiri vəzifəsində işləyib. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin nəşri “Yurd” jurnalında tərcüməsi kimi çalışıb. 1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim işləyib. 1996-2005-ci illərdə Xəzər Universiteti Humanitar Elmlər fakültəsinin dekan referenti kimi çalışıb. 2005-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstititunun “Pedaqogika” kafedrasının baş müəllimi, sonra dosent kimi fəalliyyət göstərib. 2006-2011-ci il tarixlərdə Azərbaycan Müəllimlər İnstitutunda “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində dekan, 2011-2012-ci il tarixlərdə Azərbaycan Müəllimlər İnstitutunda “Filologiya və təhsildə sosial- psixoloji xidmət” fakültəsində dekan vəzifəsində çalışıb. 2012-2015-ci il tarixlərdə Azərbaycan Müəllimlər İnstitutunda tədris işləri üzrə prorektor kimi fəaliyyət göstərib. 2012-ci il Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında, 2013-2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında direktor vəzifəsini icra edib. 2016-2017-ci il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsilin keyfiyyətinin artırılması və monitorinqi” bölməsinin müdiri olub. 2017-2019-cu il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” fakültəsində dekan müavini işləyib. 2019-cu il fevral ayından Azərbaycan Dövlət Universitetinin “Ədəbiyyat” kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasısının 23 noyabr 2009-cu il (protokol № 30-k) tarixli qərarı ilə dosent elmi adı alıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 08.12.2009-cu il tarixli T-309 №-li qərarı ilə Azərbaycan Müəllimlər İnstitutu pedaqoji fakültənin dekanı dos.Razim Əli oğlu Məmmədov yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021- ci ildə imzaladığı Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
İki monoqrafiya, bir dərs vəsaiti, bir metodik vəsait, iki fənn proqramı, yetmişdən çox elmi məqalənin müəllifidir.
Razim Məmmədov
Ədəbiyyat kafedrasının müdiri
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Prof. dr. ELMAN HİLAL OĞLU QULİYEV
1958-ci il 23 iyul tarixində Lerik rayonu Zuvand mahalının Kələxan kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1969-cu ildə Kələxan kənd ibtidai məktəbini, 1975-ci ildə Kəlvəz kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1975-1977-ci illərdə istehsalatda çalışmışdır. O, 1975-1976-cı illərdə Lerik rayon Kommunal Təsərrüfat Birliyində fəhlə, 1976-1977-ci illərdə isə Lerik rayon Rabitə Qovşağında teleqrafçı işləmişdir. 1977-ci ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsinə daxil olmuş, 1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda oxuduğu illərdə ictimai fəallığı, intizamı, elmə marağı, çalışqanlığı və s. keyfiyyətlərinə görə xüsusi fərqlənmiş, “Nizami” təqaüdünə layiq görülmüşdür. O, institutda oxuduğu illərdə Tələbə Elmi Cəmiyyətinin fəal üzvü olmuş, dəfələrlə TEC xətti ilə keçirilən elmi konfransların və müsabiqələrin qalibi olmuşdur. Elman Quliyev tələbəlik illərində təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş ümumittifaq miqyasında keçirilən elmi konfranslarda da iştirak etmişdir. O, 1980-ci ildə ÜİLKGİ-nin Moskva şəhərində tələbə gənclər arasında keçirdiyi Ümumittifaq elmi konfransına təqdim etdiyi “L.Tolstoy və Azərbaycan ədəbiyyatı” adlı məqaləsinə görə birinci yerə layiq görülmüşdür. Elman Quliyev 1981-ci ildə ADPU-nu fərqlənmə diploma ilə bitirərək ixtisası üzrə işləmək üçün təyinatla Lerik rayonunun Kəlvəz kənd orta məktəbinə göndərilmişdir. O, həmin məktəbdə əvvəlcə müəllim, daha sonra tədris işləri üzrə direktor müavini işləmişdir. Orta məktəbdə çalışdığı illərdə (1981-1991) həm məktəbin, həm də Lerik rayonunun mədəni-ictimai həyatında səmərəli fəaliyyət göstərmişdir. O, 1981-1991-ci illərdə paralel olaraq Kələxan kənd 8 illik məktəbində ixtisası üzrə müəllim işləmişdir. Bu müddətdə ona 2 dəfə etimad göstərilərək kənd və rayon sovetlərinə deputat seçilmişdir. Elman Quliyev 1985-ci ildə ADPU-nun Azərbaycan ədəbiyyatı ixtisası üzrə dissertanturasına qəbul olunmuş, 1988-ci ildə “Azərbaycan ədəbiyyatında sosialist realizminin inkişafında Mirzə İbrahimovun rolu” adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə Bakı şəhərinə köçmüş, ADPU-nun Folklorşünaslıq ETL-də laborant vəzifəsinə işə götürülmüşdür. O, 1992-ci ildə kiçik elmi işçi, 1993-cü ildə isə elmi işçi vəzifələrinə seçilmişdir. Elman Quliyev 1996-cı ildə müsabiqə yolu ilə Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasına tam ştat müəllim vəzifəsinə keçirilmiş, 1998-ci ildə isə həmin kafedrada dosent vəzifəsini tutmuşdur. 2004-cü ildə «M.Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Elman Quliyev 2007-ci ildə ADPU Elmi Şurasının qərarı ilə işlədiyi kafedrada professor əvəzi vəzifəsinə seçilmişdir. Azərbaycan ali məktəblərinin tədris planlarına ilk dəfə salınmış Türk xalqları ədəbiyyatı fənninin proqram və dərsliklərinin yazılmasının ilk təşəbbüskarı, o cümlədən müəllifi Elman Quliyev olmuşdur. Onun Azərbaycan Təhsil Nazirliyinin qrifi ilə təsdiqlənən “Türk xalqları ədəbiyyatı”, “Şərq xalqları ədəbiyyatı” tədris proqramları, “Türk xalqları ədəbiyyatı”, “Türkiyə türk ədəbiyyatı” və “Müasir özbək ədəbiyyatı tarixi” və s. kitabları bu sahədə yazılmış ilk proqram və dərsliklər hesab edilir. Elman Quliyevin Azərbaycanda türk xalqları ədəbiyyatının tədrisi sahəsində gördüyü uğurlu işlər və türkçülüyün təbliği sahəsində səmərəli çalışmaları yüksək qiymətləndirilərək 2004-cü ildə onun şəxsi təşəbbüsü və layihəsi əsasında ADPU-da Türkiyə səfirliyinin qurumu olan “Türk odası” yaradılmışdır. 2007-ci ildə isə o, Azərbaycan Təhsil Nazirliyi və Türkiyə səfirliyi qarşısında məsələ qaldıraraq türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması məqsədilə ADPU-da yeni bir elmi qurumun yaradılması təşəbbüsünü irəli sürmüşdür. Onun bu layihəsi həm Azərbaycan Təhsil Nazirliyi, həm də Türkiyə səfirliyi tərəfindən bəyənildiyi üçün 2007-ci ildə ADPU-da “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzi yaradılmış və Elman Quliyev bu mərkəzin rəhbəri təyin edilmişdir. Elman Quliyev 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüşdür. Elman Quliyev böyük elmi-tədqiqat irsinə sahibdir. O, «M.Şəhriyar: Gəldim sizi görməyə» (Bakı, 1992), «S.Tahir. Lirika» (Bakı, 1992), «M.Şəhriyar. Heydərbabaya salam» (Bakı, 2004) kitablarının, «Türk xalqları ədəbiyyatı» (Bakı, 1998), «Şərq xalqları ədəbiyyatı» (Bakı, 1998), «Ümumtürk ədəbiyyatı» (Bakı, 2005), «Qədim türk ədəbiyyatı» (Bakı, 2010), «Türkiyə türk ədəbiyyatı» (XIX-XX əsrlər) (Bakı, 2011) “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 2015), “Türk və Şərq xalqları ədəbiyyatı” ( Bakı, 2015) tədris proqramlarının tərtibçisidir. Müəllifin indiyə qədər «Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (Bakı, 1997), «Seyid Məhəmmədhüseyn Şəhriyar» (Bakı, 1999), «Müasir özbək ədəbiyyatı tarixi» (Bakı, 1999), «Heydərbabaya salam» necə varsa» (Bakı, 2001), «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003), «Şəhriyar poeziyası və milli təkamül» (Bakı, 2004), «Şəhriyar poetikası» (Bakı, 2006, həmmüəlliflə), «Özbək ədəbiyyatı» (Bakı, 2009), «Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri» (Bakı, 2010, həmmüəlliflərlə), «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010), «Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (Bakı, , 2011), «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2012) «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009, 2011, 2014, 2017), Türk halkları edebiyatı (Lambert Academic Publishing. Türkce Özel Seri, Almaniya, 2019), Abay Kunanbayev, Ankara,Ankamat Matbaacilik, 2020, “Büyük Azerbaycan mütefekkiri Nizami” (Türk Ocakları Derneği Bursa Şubesi, Türkiye-Bursa, 2022, toplu yazarlarla) adlı kitabları işıq üzü görmüşdür. Elman Quliyev özbək ədəbiyyatı problemlərinin araşdırılması sahəsindəki xidmətlərinə görə 1999-cu ildə «Mirzə Uluğbəy» (Özbəkistan) mükafatına layiq görülmüşdür. O, 2007-ci ildə YUNESKO xətti ilə keçirilən C.Ruminin 800 illik yubiley müsabiqəsinin laureatı, yüksək eimi fəaliyyət və nəticələrinə görə iki dəfə «İlin alimi» (2007, 2010) və tədrisin, təhsilin keyfiyyətinin yüksəldilməsində fərqlənməsinə görə isə «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Elman Quliyev elmi-pedaqoji sahədə səmərəli xidmətlərini görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. İndiyə qədər onun 20-yə yaxın kitabı, Azərbaycan və xarici dövlətlərdə 300-ə yaxın məqaləsi dərc edilmişdir. Son 20 ildə 100-dən çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri daha çox Türkiyə, İran, İraq, Türkmənistan, Qırğızıstan, Şimali Kipr, Qazaxıstan və s. xarici ölkələrdə çap edilmişdir. Elman Quliyev ADPU-nun beynəlxalq əlaqələrinin qurulması və inkişafı sahəsində də xeyli işlər görmüşdür. ADPU-nun TÜRKSOY, Türk Ocaqlar Birliyi, TİKA, Türkiyənin Azərbaycandakı səfirliyi, Y.İmrə İnstitutu, Türkiyənin ən nüfuzlu universitetləri sırasında olan Hacetepe, Uludağ, M.A. Ersoy, Anadolu və s. universitetlər ilə əlaqələrinin qurulmasında onun əməyi danılmazdır. Məsələn, ADPU-da fəaliyyətdə olan Türkiyə səfirliyinə məxsus “Türk odası”nın, TÜRKSOY-a məxsus “TÜRKSOY kafedrası”nın və s. yaradılması onun şəxsi təşəbbüsü nəticəsində reallaşmışdır. Onun elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki xidmətləri istər Azərbaycan, istərsə də beynəlxalq qurumlar tərəfindən dəyərləndirilmiş, bu səbəbdən o, bir çox təltif və mükafatlara layiq görülmüşdür. Elman Quliyev Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması, türkçülüyün təbliği və s. sahələrdə göstərdiyi səmərəli fəaliyyətinə görə “Ən yaxşı tədqiqatçı vətənpərvər alim” qızıl medalına (2011), Almaniyada fəaliyyət göstərən “Muğam” Mədəniyyət Mərkəzinin diplomuna (2011), Şimali Kipr Türk Cumhuriyyətinin təltifinə (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı mükafatı»na (2015), TÜRKSOY-un “Yusif Xas Hacib” (17 fevral 2017) və “Molla Pənah Vaqif” (7 dekabr 2017), “Abay Kunanbayev-175” (21yanvar2021) medallarına, Türkiyə Cümhuriyyəti Başbakanlıq TİKA təşkilatının xüsusi təltifinə (23 aprel 2018), “Azərbaycan ziyalısı” mediya mükafatına(2018), Qazaxıstan Mədəniyyət Naziyliyinin xüsusi təltifinə (2021) və s. layiq görülmüşdür. 17 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. Hazırda ADPU-nun Ədəbiyyat kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat bölməsinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü və həmin şurada Elmi seminarın sədri, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür.
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mob. +994503564401
Kitablar:
1. M.Şəhriyar. Gəldim Sizi görməyə. Bakı, 1991 (tərtib və ön söz)
2. S.Tahir. Lirika. Bakı, 1992 (tərtib və ön söz)
3. Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı, 1997 (dərs vəsaiti)
4. Seyid Məhəmmədhüseyn Şəhriyar. Bakı, 1999 (monoqrafiya)
5. Müasir özbək ədəbiyyatı tarixi. Bakı, 1999 (dərslik)
6. «Heydərbabaya salam» necə varsa. Bakı, 2001 (monoqrafiya)
7. Türkiyə türk ədəbiyyatı, Bakı, 2003 (dərslik)
8. Şəhriyar poeziyası və milli təkamül. Bakı, 2004 (monoqrafiya).
9. «Heydərbabaya salam» necə varsa. Bakı, 2004 (təkmilləşdirilmiş və yenidən işlənilmiş nəşri)
10. Şəhriyar poetikası. Bakı, 2006 (monoqrafiya), prof.H.Qasımovla birlikdə.
11. Türkiyə türk ədəbiyyatı. Bakı, 2007 (dərslik) (II nəşri)
12. Türk xalqları ədəbiyyatı. Bakı, 2008 (dərslik)
13. Özbək ədəbiyyatı. Bakı, 2009 (dərslik, təkmilləşdirilmiş II nəşr).
14. Türk xalqları ədəbiyyatı. Bakı, 2009 (dərslik, təkmilləşdirilmiş II nəşr).
15. Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri. Bakı, ADPU, 2010 (həmmüəlliflərlə)
16. Orta əsrlər türk xalqları ədəbiyyatı. Bakı, ADPU, 2010.
17. Türk xalqları ədəbiyyatı. Bakı, «Constant Empire», 2011, 567 səh.
18. Şərq xalqları ədəbiyyatı (2 cilddə). Bakı, «Constant Empire», 2011, 1444 səh.
19. Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı. Bakı, ADPU, 2012, 116 s.
20.Türk xalqları ədəbiyyatı. Bakı, Apostroff, 2014
21.Türk xalqları ədəbiyyatı. Bakı, Elm və təhsil, 2017, 632 səh.
22.Türk halkları edebiyatı. Türkce özel seri, Ankara, Lambert Akademic Publishing Yayım evi, 2019
23.Abay Kunanbayev. TÜRKSOYUN sifarişi ilə yazılmış monoqrafiya. Ankara, 2020, 344 səh.
24. Büyük Azerbaycan mütefekkiri Nizami. Türk Ocakları Derneği Bursa Şubesi, Türkiye-Bursa, 2022, (toplu yazarlarla)
Proqramlar
1. Türk xalqları ədəbiyyatı. Bakı, 1998 (tədris proqramı) bakalavr üçün
2. Şərq xalqları ədəbiyyatı. Bakı, 1998 (tədris proqramı) bakalavr üçün
3. Ümumtürk ədəbiyyatı. Bakı, 2005 (tədris proqramı) magistratura üçün
4. Qədim türk ədəbiyyatı. Bakı, 2010 (tədris proqramı) magistratura üçün
5. Türkiyə türk ədəbiyyatı (XIX-XX əsrlər). Bakı, 2011 magistratura üçün
6. Azərbaycan ədəbiyyatı tarixi (XIX əsr Azərbaycan ədəbiyyatı). Bakı, 2015, bakalavr üçün
7. Türk və şərq xalqları ədəbiyyatı. Bakı, 2015, bakalavr təhsili üçün
8. Dünya ədəbiyyatı (Türk və şərq xalqları ədəbiyyatı). Bakı, 2022
Professor Elman Quliyevin Azərbaycanda və ayrı-ayrı xarici ölkələrdə 300-dən çox elmi məqaləsi dərc olunmuşdur.
PROFESSOR TƏYYAR SALAMOĞLU
Həyatı. Təyyar Salamoğlu (Cavadov Təyyar Salam oğlu) 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.
1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim göndərilmişdir.
1982-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini, 1983-cü ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış,1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.
1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə “80-ci illər Azərbaycan romanı:janr təkamülü” mövzüsunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə professor elmi adı almışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2013-cü ilin Prezident təqaüdçüsüdür. 2019-cu ildə AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və 2019-cu ildəki səmərəli elmi fəaliyyətinə görə İLİN ALİMİ adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021- ci il tarixli Sərəncamı ilə “ƏMƏKDAR MÜƏLLİM” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının sədri, sədr müavini və üzvü kimi çalışmışdır.Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. Elmi məqalələri Rusiya, Türkiyə və b. xarici ölkələrdə çap olunmuşdir.
Ailəlidir, 2 qızı, 1 oğlu var.
Yaradıcılığı. Təyyar Salamoğlu ədəbiyyatşünas-tənqidçidir. Keçən əsrin 80-ci illərində yaradıcılığa gələn ədəbi nəslin nümayəndəsidir. İlk tədqiqatları Azərbaycan uşaq poeziyasının problemlərinə həsr olunmuş, araşdırmalarının nəticələri “Pedaqoji mühit və uşaq ədəbiyyatı” monoqrafiyasında (M.Məmmədov və Y. Babayevlə birlikdə. Bakı. “Maarif”, 1992, 288 səh.) və “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası” kitablarında (M.Məmmədov və Y.Babayevlə birlikdə.Bakı. “Elm”,1998,300 səh.) yer almışdır.
Ədəbiyyatşünas-tənqidçinin yaradıcılıq yolu çoxistiqamətlidir. Növbəti kitabinda Azərbaycan mühacirət və repressiya şeirinin dörd nümayəndəsinin- Səməd Mənsur, Almas İldırım, Əhməd Cavad, Umgülsüm Sadıqzadənin “talesiz taleyi”ndən bəhs edən portret-oçerklərdən sonra (“Faciəli talelər (Azərbaycan mühacirət və repressiya şeirinə dair portret-oçerklər)”.Bakı. “Elm”,1998,100 səh.) onun araşdırmalarının miqyası əsaslı şəkildə genişlənmişdir. 2000-ci illərin ilk onilliyində T.Salamoğlunun Azərbaycan romanının poetikası və janr təkamülü istiqamətində apardığı ədəbiyyatşünaslıq tədqiqatları və çağdaş ədəbi prosesə həsr edilmiş silsilə yaziları ədəbi mühitdə onu nüfuzu romanşünas alim və tənqidçi kimi tanıtmışdır. Bu illərdə apardığı tədqiqatların nəticələri onun “Müasr Azərbaycan romanının poetikası(XX-əsrin 80-ci illəri)” (Bakı.Elm. 2005,280 səh.), “Müasir Azərbaycan romanı: janr təkamülü (XXəsrin 80-ci illəri)” (Bakı. Nafta-Press, 2007, 153 səh.) monoqpafiyalarının, “Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” (Bakı, EL nəşriyyatı, 2008, 534 səh.), “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar” ( Bakı, EL nəşriyyatı, 2009, 216 səh.), “Azərbaycan ədəbiyyatının müasir problemləri” (Bakı, “EL” NPŞ MMC.,2014,512 səh.) adlı elmi-nəzəri və ədəbi-tənqidi məqalələrdən ibarət kitablarında cəmlənmişdir.
Son onillikdə prof. T.Salamoğlu sovet dövrü Azərbaycan ədəbiyyatının yeni metodoloji və elmi-nəzəri düşüncə müstəvisində təhlilini verən çoxsaylı tədqiqatlara imza atmışdır. Onun “Müasir Azərbaycan ədəbiyyatı” ( Dərs vəsaiti. Bakı. “EL” NPŞ MMC.,2012,314 səh.), “Ismayıl Şıxlının bədii nəsri” (Bakı. “EL” NPŞ MMC., 2014, 176 səh.), “Qarlı aşırım”dan keçən yollar” (Bakı. “Orxan” NPŞ MMC.,2016, 176səh.), “Mir Cəlal nəsri və müasirlik” (Bakı. “Orxan” NPM.,2018, 136 səh.) kitablarında Mir Cəlal, M.Hüseyn, İ.Şıxlı, İ.Əfəndiyev, F.Kərimzadə kimi sovet dövründə yaşayıb yaradan yaziçıların yaradıcılıq yolu müstəqillik dövrünün ədəbiyyatşünslıq düşüncəsi ilə əhatəli təhlil edilmiş, onların əsərləri bədii mətn həqiqətləri müstəvisində yenidən “oxunmuş” və analiz edilmişdir.
Ədəbiyyatşünas alimin yaradıcılıq istiqamətlərindən biri də milli ədəbi tənqidin tarixinin araşdırılmasıdır. Onun “Ədəbi tənqidin tarixinə dair portret-oçerklər” adlı dərs vəsaitində (2011;2013;2014) M.F.Axundzadə, F.Köçərli,Ə.Hüseynzadə, Ə.Nazim, H.Zeynallı, B.Çobanzadə, M.Arif, M.C.Cəfərov, C.Xəndan, Ə.Hüseynov, B.Nəbiyev, N.Cəfərov və başqalarının tənqidçi portreti yaradılmış, tənqid tarixinin bəzi mərhələlərinə dair icmal məqalələr verilmişdir.
Görkəmli şair, nasir, publisist-tənqidçi Əli Rza Xələfli prof. T. Salamoğlu haqqında bir monoqrafiya (Ə.R.Xələfli. Tənqidçinin azərbaycançılıq idealı. Bakı,2016, 336 səh.) yazıb. Həmin monoqrafiyada oxuyuruq: “O, bir tənqidçi kimi “Azərbaycan ədəbiyyatı:mübahisələr, həqiqətlər ” (2016) adlı açıq bir polemika meydanı yaradıb. Onun “Romanı inkardan nihilizmə qədər”, “Romanın, yoxsa tənqidi mühakimınin yoxsulluğu” əsərləri (məqalələri) müasir ədəbi tənqidimizdə sözə, ədəbi fakta yeni yanaşma,yeni təfəkkür münasibəti gətirməkdən başqa, dərin fikir laylarını qaldırmaq uğrunda savaş ruhu da gətirdi”. Bu cox dəqiq ümumiləşdirməyə onu əlavə edək ki, son illərdə prof. T.Salamoğlu həmin “yeni yanaşma, yeni təfəkkür münasibəti” və “savaş ruhu”nu ədəbiyyatşünaslıq sahəsinə də gətirmiş, M.Ə.Sabir,C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov və b. haqqında yazdığı silsilə araşdırmalar ədəbi-elmi mühitdə ciddi polemikalar doğurmaqla bərabər, müəllifin klassik irsimizi bədii mətn həqiqətləri əsasında öyrənmək konsepsiyasının nəhayətsiz uğurlarını ortaya qoyur. “Mirzə Ələkbər Sabirin milli intibah idealı” (Bakı. “Orxan” NPM.,2015, 144 səh.), “Azərbaycan tənqidi realizminin estetikası” (Bakı. “Orxan” NPM.,2018, 184 səh.) monoqrafiyaları, “Azərbaycan ədəbiyyatı:mübahisələr, həqiqətlər” adlı məqalələr toplusu (Bakı. “Orxam” NPŞ MMC., 2016, 320 səh.), Ə.Haqverdiyev haqqında yazdığı “Türk qanlı” sənətkarın “Avropa qiyafəli”, “müsəlman etiqadlı” əsərləri” (“Azərbaycan” jurnalı, 2018, №1), N.Nərimanovla bağlı “Uçurum dərələr” hansı dərələrdir” (“Azərbaycan” jurnalı, 2018, №11-12) məqalələri prof. T.Salamoğlunun yaradıcılıq üfüqlərinin getdikcə genişlənməsindən və daha boyük zirvələr fəth etmək imkanlarından xəbər verir.
Mahmud Qara oğlu Allahmanov
01 sentyabr 1960-cı ildə Qazax rayonunun Kəmərli kəndində kolxozçu ailəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) dil-ədəbiyyat fakültəsində oxuyub. Təyinatla Qəbələ rayon Abrıq kənd səkkizillik məktəbinə dil-ədəbiyyat müəllimi göndərilib. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi) daxil olub. Ali məktəbi bitirdiyi vaxtdan bu günə kimi pedaqoji sahədə fəaliyyət göstərib. 1990-cı ildə “Aşıq Valehin həyat və yaradıcılığı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2008-ci ildə “Aşıq yaradıcılığının inkişaf mərhələləri” mövzusunda filologiya elmləri doktoru dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professorudur. Xalq yaradıcılığından, Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövründən mühazirələr deyir. Filologiya elmləri doktoru (2008), professordur (2009). Uzun illər Filologiya Fakültə Elmi Şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Azərbaycan xalq ədəbiyyatının, eləcə də türk xalqlarının şifahi yaradıcılığının bir sıra aktual problemləri ilə bağlı araşdırmalar aparıb. 10 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 metodik vəsait, 4 proqram, 163 jurnal, məcmuə, 269 qəzet məqaləsi müəllifidir. 36 kitabın redaktoru, 41 kitabın rəyçisi olub. Xarici ölkələrdə 43 məqaləsi çıxıb. «Aşıq Valehin sənət dünyası» (Bakı, ADPİ, 1991), «Şamanla ozan arasında» (Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1996), «Ozan, aşiq və aşıq» (Bakı, Ağrıdağ, 1997), «Türk dastan yaradıcılığı» (Bakı, Ağrıdağ, 1998), «Din, təriqət və aşıq» (Bakı, Şur, 1999), «Ağlın və yaddaşın dedikləri» (Bakı, Ağrıdağ, 2000), «Şaman, ozan və aşıq» (Bakı, Ağrıdağ, 2002), «Haqdan yanan ocaq» (Bakı, Adiloğlu,2005), «Ədəbi düşüncələr» (Bakı, Avropa, 2006), «Kırımtatar ədəbiyyatı (problemlər mülahizələr» (Bakı, ADPU, 2007), «Aşıq Ömərin yaradıcılığı» (Bakı, ADPU, 2008), «Ədəbiyyat məsələləri (məqalələr» (Bakı, ADPU, 2009), «Aşıq yaradıcılığının inkişaf mərhələləri» (Bakı, Elm və təhsil, 2011), «Dilə sevgi – yurda sevgi» (Bakı, Təknur, 2011), “Rasim Gənzəlinin bədii nəsri” (Bakı, Elm və təhsil, 2012), “Folklorşünaslıq məsələləri” (Bakı, Elm və təhsil, 2012), “Çağdaş ədəbi proses” (Bakı, ADPU, 2013), “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” (Bakı, Ləman, 2017), “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” (Bakı: ADMİU, 2021) (M.Qasımlı ilə), “Aşıq divaniləri və müxəmməsləri” ( Bakı: ADMİU, 2022, (M.Qasımlı və A. Məmmədli ilə) və s. adlı kitabları var. Kırımtatarların ədəbiyyatı ilə bağlı araşdırmalarıma görə Ukrayna respublikasında Bəkir Çobanzadə adına mükafata layiq görülüb (2009). TÜRKSOY-un mükafatını alıb (2017). Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda müdafiə şurasının üzvü, Elmi seminarın sədri olub. Azərbaycan Milli Elmlər Akademiyasında Folklor üzrə Əlaqələndirmə Şurasının sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya üzrə Ekspert Şurasının üzvü olub. Beynəlxalq simpozium və konfranslarda türk xalqlarının mənəvi mədəniyyətinin ayrı-ayrı problemləri ilə bağlı məruzələr edir. Hal-hazırda bu istiqamətdə də fəaliyyətini davam etdirir.
Ailəlidir, bir oğlu, bir qızı var.
Qüdrət Umud oğlu Umudov
16 may 1957-ci ildə Şamaxının Göylər kəndində anadan olmuşdur.
1964-cü ildə birinci sinfə gedən Qüdrət 1974-cü ildə Göylər kənd orta məktəbini bitirir. Elə həmin ildə APİ-nin Filologiya fakültəsinə daxil olur. Yaxşı oxuyur, 1978-ci ildə institutu “Fərqlənmə diplomu” ilə bitirir. Təyinatla Göylər kənd 8-illik məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayır. Bir ildən sonra tədris işləri üzrə direktor müavini təyin olub.
1980-cı ildə hərbi xidmətə gedir.
1982-ci ilin yayında hərbi xidmətdən qayıdan Qüdrət müəllim pedaqoi fəaliyyətini Göylər kənd orta məktəbində davam etdirir. 1985-ci ilin yaz qəbulunda V.İ.Lenin adına APİ-nin “Folklorşünaslıq” ixtisası üzrə əyani (məqsədli) aspiranturasına daxil olur. “Azərbaycan folklorşünaslığının inkişaf yolları (1930-40-cı illər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən (1990) Q.Umudov əvvəlcə elmi laboratoriyada elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərir, paralel olaraq “Azərbaycan ədəbiyyatı tarixi” kursları üzrə dərslər aparır.
Hal- hazırda ADPU-nun “Ədəbiyyat” kafedrasının dosentidir. 3 monoqrafiyanın, “Azərbaycan şifahi xalq ədəbiyyatı müntəxəbatı”nın, 10-a yaxın dərs vəsaitinin, 100-dən artıq məqalənin müəllifidir. “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığının inkişaf problemləri” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Bu günə kimi 100- dən artıq elmi və publisistik məqalənin müəllifidir.
Elmi əsərləri:
- Folklorşünaslığımızın tarixindən (1920-41-ci illər), Monoqrafiya
- Azərbaycan folklorşünaslığı: tarixi və problemləri, dərs vəsaiti. Bakı, ADPU nəşri, 2011.
- Azərbaycan şifahi xalq ədəbiyyatı, proqram, bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2011.
- Azərbaycan ədəbiyyatı tarixi (qeyri-ixtisas fakültələri üçün ümumi kurs), proqram, bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2011.
- Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr), proqram, bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2011.
- Azad Nəbiyevin tədqiqatlarında folklorumuzun toplanması və nəşri problemləri, məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, Bakı, 2012
- Qədim Azərbaycan ədəbiyyatı, proqram, magistr hazırlığı üçün. Bakı, ADPU, 2014.
- Ən qədim Azərbaycan ədəbiyyatı “Avesta”, proqram, magistr hazırlığı üçün. Bakı, ADPU, 2014.
- Azərbaycan ədəbiyyatı tarixi (Qeyri-ixtisas fakültələri üçün ümumi kurs) bakalavr, proqram
- Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr), proqram
Ələsgərova Sakibə İsmayıl qızı
Ələsgərova Sakibə İsmayıl qızı ADPU-nun Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının dosentidir. Filologiya üzrə fəlsəfə doktorudur. 1962-ci ildə Kəlbəcər şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ailəlidir. İki oğlu və həyat yoldaşı ali təhsilli mütəxəssislərdir. 1980-ci ildə Kəlbəcər şəhər 1 saylı orta məktəbini fərqlənmə ilə bitirmişdir. 1980-1984-cü illərdə ADPU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illərdə ADPU-nun aspiranturasını «Xalqlar ədəbiyyatı» ixtisası üzrə bitirmişdir. 1984-cü ildən indiyə qədər Kəlbəcər şəhər və kənd məktəblərində ixtisası üzrə ali kateqoriyalı Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. 2005-ci ildən ADPU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. Hazırda Ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışır. Bakalavr və magistraturada Azərbaycan ədəbiyyatı tarixi, Nizamişünaslıq, Filologiya elminin tarixi və metodologiyası, XX əsr Azərbaycan ədəbiyyatı, Filologiya elminin müasir problemləri, Poetika, Ədəbiyyat nəzəriyyəsi, Şeirin poetikası, Filologiyanın metodoloji məsələləri, Dünya ədəbiyyatı (qədim və orta əsrlər), Poetika tarixi, Türk xalqlar ədəbiyyatıının vəzn və janr sistemi, Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri, Tarixi poetika və s. fənləri tədris edib, hal-hazırda bir neçəsini tədris edir. 2004-cü ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2012-ci ilin yanvar ayından elmlər doktoru proqram üzrə ADPU-nun dissertantı olub. «1941-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının bədii ədəbiyyatda inikası» adlı doktorluq işi üzərində çalışır. Tədqiqat sahəsi XX əsr Azərbaycan ədəbiyyatıdır (Cənubi və Şimali). “M.Ə. Möcüz Şəbüstəri”, “Cənubi Azərbaycan satira tarixi” adlı elmi monoqrafiyaların, “Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi” adlı dərs vəsaitinin, “Poetika”, “N.Gəncəvi irsi”, “Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi”, “Qədim dünya ədəbiyyatı (Şərq-Qərb)” adlı proqramların müəllifidir. Respublika və xarici ölkə jurnallarında 100-ə yaxın elmi məqaləsi nəşr olunmuşdur. 50-yə yaxın publisistik yazının müəllifidir. 17 beynəlxalq sertifikatı var. Ardıcıl olaraq Beynəlxalq və respublika seminar, simpozium və konfranslarında iştirak edir. 2016-cı ildə Təhsil naziri tərəfindən Fəxri Fərmanla təltif olunub. 2018-ci ilin əvvəlində Media mükafat laureatı, 2018-ci ilin sonlarında Qızıl Qələm mükafatı laureatı olmuşdur. 2019-cu ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl Medalı” ilə təltif olunmuşdur. “Qızıl Çələng” mükafatı alıb. 44 günlük (27 sentyabr- 8 noyabr, 2020) müharibə dövründə vətənpərvərlik mövzusunda etdiyi məruzələrə görə “Heydər zirvəsi” medalını alıb. Böyüklü, kiçikli 125-130 arası təltif və sertifikatı mövcuddur. Dəfələrlə Beynəlxalq Azərbaycan ixtisasartırma kurslarında iştirak edib. 1 dəfə Respublikada, 3 dəfə Beynəlxalq səviyyədə “Mikrososft Times” proqramından təlim keçib. 2018-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin XV Qurultayının nümayəndəsidir. Respublikanın Əməkdar müəllimidir. 100-ə yaxın elmi və publisistik məqalə müəllifidir.
Təranə Məhəmməd qızı Əzimova
1965-ci il sentyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur.
1972-82-ci illərdə Bakı şəhərindəki 247 saylı məktəbdə orta təhsil almışdır.
1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub 1987-ci ildə bu ali məktəbi bitirmişdir. Tələbəlik illərində mətbuatda və elmi konfraslarda çıxışlar etmişdir.
1989-cu ildə ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında baş laborant vəzifəsində işə qəbul olunmuşdur.
2001-ci ildə müəllim, 2009-cu ildə baş müəllim, hal hazırda isə Ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışır.
2009-ci ildə “Anar dramaturgiyasında psixologizm” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya üzrə fəlsəfə doktoru adı almışdır.
2014-cü ildə “Anar dramaturgiyasında psixologizm” adlı kitabı, 2016-cı ildə həmmüəliflə birlikdə “Müasir Azərbaycan ədəbiyyatı tarixi (İ.Əfəndiyev, Elçin, Anar yaradıcılığında psixologizm problemi)” adlı metodik vəsasiti çap olunmuşdur.
“Nizami əsərlərində türkçülük və dünyəvilik”, “B.Vahabzadənin lirikası”, “Elçinin bədii nəsrinin özəllikləri”, “B.Vahabzadənin dramaturgiyası”, “İ.Əfəndiyev: Yazıçı və dramaturq”, “Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında aparıcı qəhrəmanların ömür yolu və yazıçı mövqeyi”, “Anar dramaturgiyasının problematikası”, “Anar dramaturgiyaasında fərdin psixologiyası”, “Mir Cəlal: Sənətkar və irs problemi” və s. məqalələrin müəllifidir.
“Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)”, “Azərbaycan ədəbiyyatı (ingilis)”, “Müasir ədəbi proses (ən yeni mərhələ), Dünya ədəbiyyatı (Türk və şərq xalqları) fənlərini tədris edir.
Ailəlidir, iki övladı var. YAP-ın üzvüdür.
Yeganə Nəriman qızı Qasımova
1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirmiş, həmin il ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur. 1991-ci ildə ADPU-nu Fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Azərbaycan Ensiklopediyasında mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə Respublika Xatirə Kitabının üç cildi üçün materialların toplanması və çapa hazırlanmasında işçi qrupunun üzvü kimi iştirak etmiş, 6 kitabın bədii, elmi və nəşriyyat redaktoru olmuşdur.
1995-ci ildən ADPU-da çalışır. 2003-cü ildən müəllim kimi fəaliyyət göstərir. 2009-cu ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimidir. Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər), Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr), Azərbaycan ədəbiyyatı (ingilis, fransız) fənlərini tədris edir.
Filologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildə “İlyas Əfəndiyevin bədii publisistikası” mövzusunda dissetasiya müdafiə etmişdir. Müasir Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı elmi məqalənin müəllifidir. Azərbaycan Onosmastikası probelmlərinə həsr olunmuş Respublika Elmi Konfransı (1988), “Şərq filologiyasının aktual problemləri” Respublika Elmi Konfransı (2011), ADPU professor-müəllim heyətinin X Elmi Konfransı (2012) və VII Uluslararası türk kültürü, sanatı və kültürel mirası koruma Sempozyumunun (2013), “Mədəniyyətlər arası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq konfransın (2018), “Elm və təhsilin aktual problemləri” adlı beynəlxalq konfransın (2019), Ə.Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransının (2020), “Nizami Gəncəvi: Dahilik zirvəsi” Beynəlxalq Elmi Konfransının (2021), “Bursa 1 st İnternational Scientific research Congress” (2021) və s. iştirakçısıdır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, ADPU- nun, Avropa İttifaqının, UNİCEF, Azərbaycan Universitetlər Konsorsiumunun, Qlobal Karyera İnstitutu və s. həyata keçirdikləri çoxsaylı layihələrin təlim nəticələrinə görə Sertifikatlara layiq görülmüşdür.
2017-ci ildə İ.Əfəndiyevin bədii publisistikası adlı dərs vəsaiti çap edilmişdir. “Azərbaycan ədəbiyyatı tarixi (XIX əsr) adlı dərs vəsaiti çapdadır. Azərbaycan ədəbiyyatı (qeyri-ixtisas fakültəsi üçün) (2017), Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsr) (2019) (prof.T.Cavadovla birlikdə), Azərbaycan ədəbiyyatı tarixi (XIX əsr) (2022) (dos.R. Məmmədovla birlikdə) adlı proqramların müəllifidir.
Filologiya fakültəsinin Tədris Metodiki Şurasının üzvüdür.
Məlahət Ramiz qızı Babayeva
Məlahət Ramiz qızı Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının baş müəllimidir.
Gəncliyə Yardım fondunun, Şəhriyar adına Mədəniyyət mərkəzinin təşkil etdiyi bütün kurslarda iştirak etmiş və bu kursların hamısını birinciliklə bitirərək mükafatlandırılmışdır. 5 oktyabr 2009-cu il tarixindən Gəncliyə Yardım Fondunda xarici dil (ingilis, rus) və kompüter üzrə müəllim vəzifəsində işləmişdir.
2007-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olmuş, 2012-ci ildə “H.Cavid dramlarında tarixi şəxsiyyətlərin bədii obrazları” mövzusunda dissertasiyanı müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Dissertasiya işi və digər mövzularla bağlı 70-a yaxın elmi məqalə və tezislərin müəllifidir. 45-ə yaxın Beynəlxalq elmi konfranslarda elmi məruzə ilə çıxış etmişdir. 2011-ci ildə 9-15 noyabr tarixlərində Tiflisdə keçirilən Qafqazşünasların II Beynəlxalq Konqresində iştirak etmiş və elmi məruzə etmişdir.
1 noyabr 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir. Azərbaycan və dünya ədəbiyyatının müxtəlif dövrlərindən dərs deyir.
O, pedaqoji bacarığı ilə həm kafedra əməkdaşları, həm də tələbələr arasında hörmət qazanmışdır. M.Babayeva universitetin elmi və ictimai həyatında fəal iştirak edir. Elmi qabiliyyəti, bacarığı, davranışı və əxlaqi keyfiyyətlərinə görə kollektivin hörmətini qazanmışdır.
2012-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın şərəfinə keçirilən “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqənin qalibi olmuşdur.
2013-cü ildə Səbail rayon YAP təşkilatı tərəfindən 9 oktyabr seçkilərində göstərdiyi fəallığına görə fəxri fərmanla təltif edilmişdir.
2014-cü ildə Miras-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyininin təsis etdiyi “Seyid Yəhya Şirvanı və Təsəvvüf” mövzusunda sənət müsabiqəsinin dekorativ-tətbiqi sənət nominasiyasının qalibi olmuşdur.
2014-cü ilin 15 aprelində Azərbaycan Yazıçı Qadınlar Birliyi tərəfindən“TUTU BİKƏ” mükafatına layiq görülmüşdür.
21 iyun 2014-cü ildə “Vətənpərvərlik nümunəsi göstərərək, Azərbaycan bayrağına göstərdiyi diqqətə və həssaslığa görə” Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin fəxri üzvü seçilmişdir.
Türk Ocakları Genel Merkezi tarafından 3-5 mart 2016 tarihleri arasında gerçekleştirilen Uluslararası “İpek Yolu`nun Yükselişi ve Türk Dünyası” Bilgi Şöleni`ne katılımından dolayı katılım belgesi almıştır.
Cengiz Aytmatov bilgi şölenine qatılaraq gözəl çıxışına görə diplom və sertifikatla təltif edilmişdir.
4 may 2017-ci il Səbail rayon YAP təşkilatı tərəfindən 9 oktyabr seçkilərində göstərdiyi fəallığına görə fəxri fərmanla təltif edilmişdir.
2015-ci ildə I Avropa oyunlarında, 2017-ci ildə I İslam oyunlarında könüllü kimi iştirak etmiş, təşəkkürnamələr almışdır.
Hal hazırda AMEA-nın Folklor İnstitutunda filologiya üzrə elmlər doktoru almaq üçün yeni dissertasiya üzərində işləyir.
The translation and explanation of Hussein Javid`s “Topal Teymur” play (dərs vəsaiti). Bakı: ADPU, 2012, 105s - adlı dərs vəsaitinin müəllifidir.
Bundan əlavə 5 proqram, 1 metdok vəsait və“Azərbaycan ədəbiyyatı tarixi: müasir dövr” (dərs vəsaiti-Bakı, 2017-ci il) yazmışdır.
Türkiyənin İstanbul, Rize, Giresun, Niğde, Bursa şəhərlərində, habelə Ukrayna, Rusiya, Makedoniya, Fransa, Amerika, Yaponiya, İtaliyada keçirilən konfranslarında məruzələrlə çıxış etmiş, nüfuzlu elmi jurnallarda məqalələri çap olunmuşdur.
Əntiqə Aslan qızı Qəhrəmanova
11 noyabr 1958- ci ildə Şəmkir rayonunda anadan olmuşdur. İki övladı var: Bir qız, bir oğlan. 1976- cı ildə BDU- nu bitirib. 1976- cı ildən AMEA- nın Mərkəzi Kitabxanasında Elmi informasiya şöbəsində baş redaktor vəzifəsində işə başlamışdır. AMEA-nın Mikrobiologiya İnstutunda Kitabxana müdiri vəzifəsində çalışmışdır. Nizami adına Ədəbiyyat İnstitunda elmi iş götürmüş, 2004-cü ildə folklorşünaslıq mövzusunda elmi iş müdafiə etmişdir. Həmin ildə də Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır. 1998-ci ilədək Milli Elmlər Akademiyasında, 1998-2010-cu illərdə özəl universitetlərdə şöbə müdiri və baş müəllim işləmişdir. 2011-2013-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışmışdır. 2013- cü ildən ADPU- nun “Ədəbiyyat” kafedrasında baş müəllim işləyir.
29 elmi əsərin müəlifidir:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş: H.Əliyev və xalqımızın zəka mənbəyi, məqalə, Xəbərlər “Xüsusi buraxılış” Bakı, 2008, Konfrans materialı №1
- Azərbaycan dili və ədəbiyyatı, proqram, bakalavr hazırlığı üçün (rus bölmələri üçün) Bakı, BDU, 2009
- Azərbycan folklorşünaslıq tarixindən, dərs vəsaiti, Bakı, “Hafta Press” 2010
- Əhliman Axundov Folklorşünaslıq araşdırmaları, metodik vəsait, Bakı, BDU, 2010
- Azərbaycan şifahi xalq ədəbiyyatı, proqram, bakalavr hazırlığı üçün, Bakı, BDU, 2010
- Azərbaycan ədəbiyyat tarixi, proqram, magistr hazırlığı üçün, Bakı, ADPU, 2015
- Müasir Qazax və Qırğız ədəbiyyatı, proqram, magistr hazırlığı üçün, Bakı, ADPU, 2015
- Klassik türkmən poeziyası, proqram, magistr hazırlığı üçün, Bakı, ADPU, 2015
- Türk xalqlarının ədəbi əlaqələri, proqram, magistr hazırlığı üçün, Bakı, ADPU, 2015
- Məftumqulu Fəraqi, məqalə, “Filologiya məsələlərinə dair tematik toplu” Bakı, 2015.№6
- Klassik türkmən ədəbiyyatı (D.Azadi), məqalə, “Filologiya məsələlərinə dair tematik toplu” Bakı, 2016, №3
- Türk ədəbiyyatı. Yunus İmrə, məqalə, “Filologiya məsələlərinə dair tematik toplu” Bakı, 2016, №15
- Ə.Cami. “Yusif və Züleyxa”əsəri, məqalə, AMEA. Ədəbi əlaqələr, Bakı, 2017, №1, Ədəbiyyat İnstitutu
- Azərbaycan şifahi xalq ədəbiyyatı, proqram, ADPU. Bakı, 2017
- Ç.Aytmatovun yaradıcılığında Cəmilə obrazı, məqalə, AMEA. Dilçilik İnstitutu. Tədqiqlər. Bakı, 2017
- Musa Cəlil yaradıcılığı, məqalə, ADPU-nun xəbərləri: 2019, №2
- Süleymenovun “Az-Ya” əsəri, məqalə, Filologiya məsələləri, 2018, №15
- Misir hekayələri, məqalə, “Türkay” dərgi, 2019, №10, oktyabr
- Nəsimi poeziyasına bir baxış, məqalə, “Türkay” dərgi, 2020, №11, noyabr
- Ə.Nəvai yaradıcılığının zirvəsi “Xəmsə”, məqalə, “Türkay” dərgi, 2020, №38
- Gəncəvinin “İsgəndərnamə” əsərində ideal hökmdar obrazı, tezis, DTX-nın H.Əliyev adına Akademiyası “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” adlı Respublika elmi-praktik konfransı, 2021-ci 7 may,
- İ.Şıxlının yaradıcılığında “Dəli Kür” əsərinin yeri, məqalə, Türkay dərgi. Türkiyə. Iyun 2021-ci il
- Türk ədəbiyyatında Yunus Əmrənin yeri və önəmi, tezis, AMEA-nın Şərqşünaslıq institutu Beynəlxalq Yunus Əmrə Simpoziumu. Bakı, 16 iyul 2021
- Образ Джамили в творчестве Чингиза Айтматов, статья, Министрество освети и науки Киевский Политехнический институт. Вестник национального Технического Университета Украини. Серия: Филология. Педагогика. Том 33 (71) № 2.2021. Частица 1
- Проблема литература и поэтика Аристотеля, Научная статья, Вестник национального Технического Университета Украини. Серия: Филология. Педагогика. Том 33 (71) № 2.2021. Частица 2
- Gəncəvinin Sirlər Xəzinəsi əsərlərində təhsil və tərbiyə məsələsi, tezis, Nizami Gəncəvi- Dahilik zirvəsi. Beynəlxalq elmi konfrans. ADPU. Bakı 18 noyabr 2021-ci il
- Gəncəvinin əsərlərində tərbiyə məsələsi, tezis, Bakı Dövıət Universitetinin Qazax filialı (Nizami dühası ümumbəşəri dəyərdir) Respublika elmi konfransı. 17 dekabr 2021-ci il
- Aşıq sənətinin ustadı, tezis, AMEA-nın Folklor İnstitunun Aşıq Ələsgər-200 konqresi. 9 dekabr2021-ci il
- Gəncəvinin əsərlərində tərbiyə məsələsi, məqalə, Türkay dərgi. Türkiyə. Yanvar 2022-ci il
Nurəliyeva Pərvin Ələmdar qızı
1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib və elmi ada layiq görülüb. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ədəbiyyat” kafedrasının müəllimidir.
Pərvin Nurəliyeva Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Bu kitab Türkiyədə Avrasiya Yazarlar Birliyinin «Bengü» nəşriyyatında işıq üzü görüb və Ankarada Tarixi Ədəbiyyat Evində geniş təqdimat mərasimi keçirilib. Həmçinin o, Xalq yazıçısı Anarın 12 kitabının redaktoru və ön söz müəllifidir.
Pərvin Nurəliyeva müxtəlif mövzularda elmi-populyar üslubda esse və məqalələrlə dövrü mətbuatda çıxış edir. Onun rus ədəbiyyatından ardıcıl araşdırmaları «Vəziyyət ruscadır», klassik və müasir poeziyamıza aid esseləri «Sevdim səni», ədəbiyyatın, incəsənətin fərqli yönlərinə aid silsilə yazıları «190 yaşlı həmdəmim» kitablarında yer alıb. Bu yazıların böyük əksəriyyəti müxtəlif dillərə tərcümə olunub.
Nurəliyeva Pərvin geniş fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə”, Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb.
Respublika Prezidentinin Sərəncamları ilə 2010-cu ildə gənclər üçün fərdi təqaüdə, 2013-cü ildə Gənclər üçün Prezident mükafatına, 2014-cü ildə Mətbuat günü münasibətiylə Fəxri fərmana layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin, Türkiyənin Avrasiya Yazarlar Birliyinin, Türk Ədəbiyyatı Vaqfının və İLESAM təşkilatının üzvüdür. O, bədii yaradıcılıqla da məşğul olur. “Qar yağacaq”, «Serpantin», “Balerin”(türkcə), “Dlya Samira” (rusca), «Hava limanı» (türkcə) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, ingilis, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərində yayımlanıb.
Türkiyədə “Balerin”, “Anarın dünyası”, “Sevdim seni”, «Kadın», «Hava limanı» adlı kitabları türkcə nəşr olunub. Bu kitabların Türkiyənin müxtəlif şəhərlərində Kitab Yarmarkalarında təqdimatları keçirilib. Bu əsərlər Türkiyə Egitim Bakanlığının hər il aldığı və orta məktəb oxu zallarına göndərdiyi kitablar siyahısındadır.
Bakıda “Sevdim səni” və «Serpantin» kitabları ən çox satılan kitablar siyahısında yer tutub.
Pərvin uşaq və böyüklər üçün bir sıra pyeslərin müəllifidir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca və damda yaşayan Karlson”, “Qoğalın sərgüzəştləri”, “Dəcəl keçi”, “Mauqli”, «Qızıl balıq», «Sindibadın sərgüzəştləri» pyeslərinə quruluş verilib. Çexovun “Qu quşu nəğməsi” pyesinin motivləri əsasında yazdığı “Sonuncu” pyesinə Xalq artisti, rejissor Ramiz Həsənoğlu YUĞ teatrı səhnəsində quruluş verib, daha sonra televiziya tamaşası kimi AZTV-də ekranlaşdırıb. Həmçinin “Nənələr ərə gedir” pyesinə əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.
Gənc rejissor Ayla Osmanovanın quruluş verdiyi «Mən öləndə ağlama» əsəri isə həm Bakıda, həm də müxtəlif xarici ölkə festivallarında iştirak edib, uğur qazanıb. Pərvinin pyesləri, teatr tamaşalarına resenziyaları, müxtəlif sənət adamları ilə söhbətləri, həmçinin Bakı Beynəlxalq Teatr Konfransına aid məqalələri “Səhnə” adlı kitabında işıq üzü görüb.
Pərvin Nurəliyeva Latviyada, Litvada, Qırğızıstanda, Qazaxıstanda, İtaliyada, Rusiyada, Türkiyənin ən müxtəlif şəhərlərində bir neçə dəfə Azərbaycan gəncliyini təmsil edib. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında “Aşar keçər Arazı” pyesi qaliblər sırasında olub, mükafata layiq görülüb.
Hal-hazırda «Azərbaycan və Türkiyə sərbəst şeiri modeli: Nazim Hikmət, Rəsul Rza» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan «Qobustan» dərgisinin baş redaktorudur. Ailəlidir, bir övladı var.
Şahanə Əliyənnağı qızı Həsənova
1982-ci ildə anadan olmuşdur.1989-1999-cu illərdə Tofiq Məmmədov adına 239 saylı orta məktəbi bitirmişdir. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat səviyyəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə, 2003-2005-ci illərdə həmin universitetin magistratura səviyyəsində Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Həm bakalavriatı, həm də magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. ADPU-nun Filologiya fakultəsinin “Xarici dillər” kafedrasında“Folklor və qədim ədəbiyyat” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır..2013-cü ildə “Dünya ədəbiyyatı” kaferasında müəllim vəzifəsini tutmuşdur.2015- ci ildən yeni yaradılmiş “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasına keçirilmiş və hal-hazırda da bu kafedrada müəllim vəzifəsində çalışır.
2014-cü ildə ADPU-nun “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının (5716.01) Azərbaycan ədəbiyyatı ixtisasının fəlsəfə doktoru proqramı üzrə dissertantı qəbul olmuşdur. Dissertasiya mövzusu “Firidun bəy Köçərli və Azərbaycan uşaq ədəbiyyatının inkişaf problemləri” kimi təsdiq olunub. Elmi rəhbərim filologiya üzrə elmlər doktoru, prof.Himalay Ənvər oğlu Qasımovdur.
2017-cı ildə “Firidun bəy Köçərli və Azərbaycan uşaq ədəbiyyatının inkişaf problemləri” mövzusunda dissertasiya işini tamamlamış, 18.10.2017-cı ildə ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasında dissertasiya işimin müzakirəsi keçirilmişdir. Dissertasiya işi D.01.131 – Dissertasiya Şurası yanında Elmi seminarın 4 aprel 2018-ci il tarixli (7saylı protokol) qərarı ilə D.01.131 – Dissertasiya Şurasında müdafiəyə tövsiyə olunmuşdur.2019 cu ildə filologiya üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır
Bir çox elmi konfranslarda iştirak etmişdir.
Ümumilikdə 30 məqalə müəllifidir. Ailəlidir.Bir övladı var.
Məqalələrin siyahısı.
- .Klassik poeziyamızda məhəbbət motivi.
- Klassik poeziyanın idrakı,tərbiyəvi və xlaqi əhəmiyyəti.
- Şair Əlinin “Qisseyi Yusif” poeması ana dilli ədəbiyyatımızın ilk abidələrindən biri kimi.
- Sərbəst şeirimizin qüdrətli ustadı.
- Sabir taziyanələrinin mövzu dairəsi və tənqid hədəfləri.
- F.Axundovun dram əsərlərində dini fanatizmin ifşası.
- Xətai yaradıcılığında məhəbbət motivləri. __
- Köçərlinin həyat və fəaliyyətinin XX əsr mərhələsi // “Filologiya məsələləri” jurnalı, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Elm və təhsil 2014, №7, s.370-375.
- « Период ХХ века в жизни и деятельности Ф.Кочарли » //Ученые Записки Таврического Национального университета им. В.И. Вернадского» Серия «Филология.Социальные коммуникации», Том 27 (66). Симферополь, 2014, №4, ч.1, с.169-175.
- Фиридун БекКочарли – выдающийся литературовед Азербайджана /Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Материалы I Международной научно-практической конференции 24-25октября 2014года. Пятигорск, 2014 с.71-76 .
- GörkəmliAzərbaycanədəbiyyatşünasıF.Köçərli/ Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universiteti. Görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi proffesor Pənah Xəlilovun anadan olmasının 90 illik yubleyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, 18 dekabr 2015-ci il, Bakı: 2015, s.164-170.
- Sovet dövründə və müstəqillik illərində F.Köçərli irsinin tədqiqi və nəşri // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Humanitar elmlər bölməsi, 2015,№2, s. 267-271.
- F Köçərlinin “Balalara hədiyyə” kitabı uşaq ədəbiyyatının mükəmməl nümunəsi kimi // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix) jurnalı, 2016, № 3, s. 67-73.
- XIX əsrin II yarsında Azərbaycanda uşaq ədəbiyyatının yaradılması və inkişafı uğrunda mübarizə // “Sivilizasiya” Elmi -nəzəri jurnal, Bakı Avrasiya Universeti, 2016, № 2, s. 90-95.
- XIX əsrin II yarısı və XX yüzilliyin əvvələrində uşaq ədəbiyyatına ümumi baxış / Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş Gənc tədqiqatçiların IV beynəlxalq elmi konfransının materialları. Qafqaz Universiteti, 29-30 aprel. Bakı, 2016, s.1122-1124.
- XIX əsrin II yarısı -XX yüzilliyin əvvəllərində uşaq ədəbiyyatına baxış // “Dil və ədəbiyyat” Beynəlxalq elmi- nəzəri jurnal, 2016, № 1(97), s.199-201.
- Köçərli və uşaq ədəbiyyatının nəzəri-estetik problemləri. // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri(Ali məktəbəqədər elmi məqalələr məcmuəsi) Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Slavyan Universiteti, 2016, №2, s.188-194.
- Исследование и публикация наследия Ф.Кочарли в советское время и в годы независимости / Министерство культуры Республики Татарыстан Республиканский центр развития традиционной культуры. Традиционная культура народов поволжья Материалы III Всероссийской научно-практической конференций с международным участием. Част вторая, Казань, 2016, с.10-15.
- Ana dilinin inkişafinda F.Köçərlinin rolu / Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. Görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubleyinə həsr olunmuş ”Azərbaycan Filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransın materialları. Bakı şəh., 2 noyabr. Bakı, 2016, s.326-328
- Köçərlinin uşaq ədəbiyyatının inkişafında rolu / Doktorantların və Gənc Tədqiqatçıların XX Respublika elmi konfransının materialları. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı şəh., 24-25 may, 2 cilddə, II c., Bakı, 2016, s.83-85
- Исследование и публикация наследия Ф.Кочарли в советское время и в годы независимости / Язык письменность и алфавит: Актуальные проблемы их взаимодействия. К 170 летию со дня рождения Адыгейского просветителя XIX века ,составителя алфавита Анчока Хаджибеча Шаханчеривеча, Материалы Международной научно практической конференции, Майкоп, 26-27 октября. Майкоп, 2016, с.131-136.
- Görkəmli pedaqoq F.Köçərli və məktəb dərslikləri // “Azərbaycan məktəbi” Elmi –nəzəri, pedaqoji jurnal, 2016, №6 (676), s.69-73.
- Проблема публикации и исследования наследия Ф. Кочарли (Конец XIX века – началоXX века) // Абай атындағы Қазақ ұлттык педагогикалык университетi Казакский национальный педагогический университет имени Абая ХАБАРШЫ ВЕСТНИК BULLETIN, Серия «Филологические науки», Kaзахыстан, 2016, № 4 (58), c.172-175.
- Azərbaycan uşaq mətbuatının inkişafında Firidun bəy Köçərlinin rolu / Azərbaycan Respublikası Təhsil Nazirliyi. Doktorantların və Gənc Tədqiqatçıların XXI Respublika Elmi konfransının materialları .Bakı Dövlət Universiteti, Bakı Şəh., 24-25 oktyabr 2 cilddə, II c., Bakı, 2017-ci il, s.150-152.
- Nizami yaradıcılığında təbiət təsviri. Pedaqoji Universitetinin Xəbərləri ,Bakı , 2014, № 2 səh. 310-312
- Füzulinin lirikasında təbiət təsviri// Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix) jurnalı, 2019, № 2, cild10s. 48-53.
- Firidun Bəy Köçərlinin uşaq ədəbiyyatının tərcüməsində rolu//Pedaqoji universitetin xəbərləri,Humanitar, ictimai və pedaqoji-psixolojielmlər seriyası jurnalı ,2019,c,67,N3 s102-108
- İsmayıl Şıxlını düşünərkən. Pedoqoji Universitetin xəbərləri.ISSN2520- 2014,2020,C.68,№1 səh28-33
- İmadədin Nəsimi Şah İsmayıl Xətainin sələfi kimi .
Böyük Azərbaycan şairi İMADƏDİN NƏSİMİNİN anadan olmasının 650illiyinə həsr olunmuş”KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI :DİL,ÜSLUB,İDEYA PROBLEMLƏRİ “ adlı elmi konfransın Materialları 6-7 dekabr 2019-cu il ,s 129-131
30. İsmayıl Şıxlını düşünərkən “İsmayıl Şıxlı və Milli dəyərlər “Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100illik yubleyinə həsr olunmuş Respublika elmi konfransı Bakı,6dekabr 2019
Ulduz Fərhad qızı Qəhrəmanova
1982-ci il noyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhəri, Binəqədi rayonu 283 saylı orta məktəbi bitirmişdir. 1999-2003-cü illərdə ADPU-nun Filologiya fakültəsinin bakalavr pilləsini, 2003-2005-ci illərdə isə ADPU-nun Filologiya fakültəsinin magisrtatura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” və “Dünya ədəbiyyatı” kafedralarında böyük laborant vəzifəsində çalışıb. 2009-cu ildən ADPU-nun “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantura şöbəsinə qəbul olmuşdur. 2015-ci ildə “M.Ə.Sabir və klassik irs“ mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu namizədlik dissertasiyasını müdafiə etmişdir.
2015-ci ildən Ədəbiyyat kafedrasında müəllim vəzifəsində çalışır. 2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 40 elmi məqalənin müəllifidir. 2 məqalə və tezisi də çapdadır. Bir qız övladı var.
Qəhrəmanova Ulduz Fərhad qızının dərc olunmuş elmi əsərləri:
1.Klassik poeziyamızda durna obrazı, ADPU-nun TEC-in 62-ci Elmi Konfransı, Bakı: Ağrıdağ, 2001, IV buraxılış, s. 39
2.İ.Əfəndiyevin tarixi dramlarında vətən, millət təəssübkeşliyi, Filologiya məsələlərinə dair tematik toplu, Bakı: Adiloğlu, 2004, № 1-2 (26-27), s. 83-86
3. Y.Səmədoğlunun “Qətl günü” romanı 80-ci illər ədəbi hadisəsində, Onomastika (Elmi-onomastik jurnal), Bakı: ADPU, 2008, № 3, s. 229-232
4. Aşıq Cəlal yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Onomastika, (Elmi-onomastik jurnal), Bakı: ADPU, 2009, №1, s. 129-133
5. Gedər-gəlməz təcnisinin heca vəznli ədəbiyyatdakı rolu, Onomastika. (Elmi-onomastik jurnal), Bakı: ADPU, 2010, № 2 (xüsusi buraxılış), s. 114-116
6. Atalar sözlərinin Sabirin yaradıcılığındakı rolu, Doktorantların və gənc tədqiqatçıların XIV respublika elmi konfransının materialları, Bakı: ADU Nəşriyyatı, 2010, s. 139-141
7. “Molla Nəsrəddin” və Sabir, Gənc tədqiqatçıların ümumrespublika elmi konfransı tezisləri, Bakı: Qafqaz Universiteti, 2010, 6-7 may, s. 478-480
8. Sabir irsinin tədqiqi tarixi, Filologiya məsələləri, Bakı: AMEA Əlyazmalar İnstitutu, 2010, № 1, s. 214-221
9. Sabir və “Molla Nəsrəddin”, Filologiya məsələləri, Bakı: AMEA Əlyazmalar İnstitutu, 2010, № 5, s. 312-317
10. Sabir və Füzuli, Pedaqoji universitet xəbərləri, humanitar elmlər bölməsi, Bakı: ADPU, 2011, №1, s. 200-205
11. Sabir yaradıcılığında folklor, Doktorantların və gənc tədqiqatçıların XV Respublika Elmi Konfransının materialları, Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, II hissə, s. 87-88
12. Sabir və M.F.Axundov, Pedaqoji Universitet xəbərləri, Bakı: ADPU, 2011, № 3, s.216-221
13. Влияние турецкого поэта Абдуллы Джовдета на творчество Мирза Алекпера Сабира, Язык, культура, этикет в современном полиэтническом пространстве, материалы международной конференции, Нальчик, 2011 г. , 8-9 ноября, s. 285-289
14. Türk şairi Rəcaizadə Mahmud Əkrəmin Sabir yaradıcılığındakı mövqeyi, Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, Bakı: BDU, 2011, 4(80), s. 167-170
15. Проблема классического наследия и Сабира, Хабаршы Вестник, Вестник КазНУ, Серия Востоковедения, 2011, № 3, (56), s. 66-70
16. M.Ə.Sabir və İran klassiki Müslihiddin Sədiyi Şirazi, Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, Bakı: BDU, 2012, 2(82), s.121-124
17. Поэзия М. Сабира и Н. Камала: Общее и индивидуалъное, Материалы Международной научно- практической конференции, Пятигорск 2012, 25-26 октября, cт. 79-82
18. Сабир и первые классики XIX века, Серия «Филология. Социалъные коммуникации» Таврический националъный университет им. В.И. Вернадского Симферополъ, 2012, Том 25 (64), № 2, ч.2, cт. 174-178
19. Sabir və İran klassiki Firdovsi, Pedaqoji Universitet xəbərləri, Bakı: ADPU, 2013, № 1, s. 294-298
20. Mirzə Ələkbər Sabir və İran klassiki Hafiz Şirazi, II international scientific conference of Young Resaarchers,(Gənc tədqiqatçıların II beynəlxalq elmi konfransı, Materiallar) Bakı: Qafqaz Universiteti, 2014, 18-19 aprel, s.309-310
21. M.Ə.Sabirin klassik irsdən bəhrələnmə üsulları, Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransının materialları, 2 cilddə. I cild. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2015, 7-8 aprel, s.431-433
22. A.Səhhət Sabir və klassik irs haqqında, “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı Dövlət Universiteti, 2015, 18 dekabr, s.170-173
23. M.Ə.Sabirin S.Ə.Şirvanidən bəhrələnmə üsulu, “Kitabi-Dədə Qorqud” və türk dünyası “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı: BDU, 29 dekabr 2015-ci il, s. 482-485
24. A.Səhhət Sabir və klassik irs haqqında, Filologiya məsələləri, Bakı: AMEA Əlyazmalar İnstitutu, 2017, Elm və təhsil, № 17, s.337-341
25. Sabirin sənət dünyası haqqında monoqrafiya, “Ədəbiyyat” qəzeti, 2018, 2 iyun, s.10
26. M.Ə.Sabirin klassik irslə əlaqəsi Ə.Nazimin tədqiqatlarında, Filologiya məsələləri, Bakı: AMEA Əlyazmalar İnstitutu, 2018, № 5, s.318-323
27. S.M.Qənizadənin tədqiqatlarında M.Ə.Sabir və klassik irs məsələsi, Elmi əsərlər, Bakı qızlar universiteti, 2019 (38), № 2, cild 10, s.53-56
28. Abdulla Şaiq Mirzə Ələkbər Sabir və klassik irs məsələsi haqqında, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı: Bakı Slavyan universiteti, 2019, № 3, s.167-170
29. National İndependence ideas in Sabir”s creativity, Current problems of science and education, Ankara-Azerbaijan, Baku, 15 October, 2019, s.266-277
30. Mirzə Ələkbər Sabir yaradıcılığında İmadəddin Nəsimi ənənələri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, Respublika Elmi Konfransı, 6-7 dekabr 2019, s.106-108
31. Mirzə Ələkbər Sabir yaradıcılığında tarixi yaddaşın poetik ifadə üsulları, Türkiyə və Azərbaycan Universitetləri, təhsil, elm, texnologiya, I Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı: AZTU, I hissə, 18-20 dekabr 2019, s.116-121
32. Cəlil Məmmədquluzadənin Mirzə Ələkbər Sabir yaradıcılığındakı mövqeyi, Axtarışlar, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin incəsənət, dil və ədəbiyyat institutu, Naxçıvan: “Tusi”, 2020, № 1, cild 12, s.9-15
33. Zəfər paradı, Zirvədəki Azərbaycanlılar, Bakı: Elm və Zəka, V hissə, 2020, s.92-95
34. Seyid Hüseyn və Yusif Vəzir Çəmənzəminli tədqiqatlarında M.Ə.Sabir və klassik irs məsələsi, Axtarışlar, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin incəsənət, dil və ədəbiyyat institutu, Naxçıvan: “Tusi”, 2020, № 3, cild 13, s.38-42
35. “Molla Nəsrəddin” jurnalında Mirzə Ələkbər Sabir imzaları, Axtarışlar, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin incəsənət, dil və ədəbiyyat institutu, Naxçıvan: “Tusi”, 2021, № 1, cild 15, s.9-18
36. Mirzə Ələkbər Sabir yaradıcılığında Ağa Məsih Şirvani ənənəsi, Beynəlxalq elm və təhsildə innovativ texnologiyalar simpoziumu, Azerbaijan State Pedagogical University, Baku: Azerbaijan, I book, 2021, 24-25 May, s.127-131
37. The position of Khagani Shirvani in the works of Mirza Alakbar Sabir (Xaqani Şirvaninin Mirzə Ələkbər Sabir yaradıcılığındakı mövqeyi), Karabagh international congress of modern studies in social and human sciences, Karabagh, Azerbaijan, I book, June 17-19, 2021, p.19-24
38. Türk şairi Məhəmməd Əşrəfinin Mirzə Ələkbər Sabir yaradıcılığına təsiri, “Ziyalı işığında” Ramazan Qafarlı-70, Beynəlxalq İctimai və Mədəni Elmlər Konfransı, AMEA Folklor İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2021, 15-16 iyul, s.92-94
39. Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi üslubu arasında bağlılıq, Linqvistika problemləri, Beynəlxalq Elmi Jurnal, № 2, 2021, cild 2, s.271-278
40. Mirzə Ələkbər Sabir və tərcümə ədəbiyyatı, Uluslararası Bilimsel araştırmalar sempozyumu, 29 Ekim, 2021, Ankara, s. 329-325
Aygül Şamil qızı Əlizadə
Əlizadə Aygül Şamil qızı 24 may 1990- cı ildə Bakı şəhərində anadan olub. 1997- ci ildə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 187 saylı məktəbin birinci sinfinə daxil olub və 2008- ci ildə bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin Filologiya fakültəsinə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə qəbul olub, Daha sonra təhsilini davam etdirərək 2013- 2015- ci illərdə ADPU- da magistr təhsili alıb. 2017- ci ildən ADPU- da “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantdır.
Əlavə olaraq, 2009- cu ildə Bakı şəhəri Ziya kompüter və dil mərkəzində Windows, Microsoft Office: Word, Excel, Photoshop, Corel draw, Power Point və s. proqramlar üzrə 6 aylıq kurs keçib, sertifikatı var.
İş təcrübəsinə 2009- cu ildən başlayıb. Əvvəlcə Bakı şəhəri 255 saylı məktəbdə işləyib, 2015- ci ildən isə ADPU-nun Filologiya fakültəsi Ədəbiyyat kafedrasında laborant kimi fəaliyyət göstəririr.
Ailəlidir. Bir qızı var.
Ədəbiyyat kafedrası
Ədəbiyyat kafedrası 1921-ci ildə təşkil olunmuşdur. Dil və ədəbiyyat kafedrası kimi fəaliyyətə başladığı ilk dövrlərdə kafedraya görkəmli maarifçi, ədib və pedaqoq A.Ş.Talıbzadə başçılıq etmişdir. 1924- cü ildə B.Çobanzadə, İ.Hikmət, Y.V.Çəmənzəminli bu kafedraya işə dəvət olunmuşlar. Onlar 1927- ci ilin axırlarına kimi Ali Pedaqoji İnstitutda, 1927- 1930- cu illərdə Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsində, 1930- cu ildən isə yenidən ADPİ- də fəaliyyət göstəriblər. 1931- ci il sentyabrın 29- da ADPİ- də təşkil edilən 28 kafedradan biri də Dil və ədəbiyyat kafedrası olub. Kafedraya dos.Əli Nazim müdir təyin edilib. 1933/ 34- cü tədris ilində müstəqil Dil- ədəbiyyat fakültəsinin təşkili ilə əlaqədar olaraq Dil və ədəbiyyat kafedrasının bazasında üç müstəqil kafedra yaradılıb: 1) Azərbaycan ədəbiyyatı tarixi kafedrası (müdiri dos.Əli Nəzmi); 2) Linqvistika kafedrası (müdiri prof. Bəkir Çobanzadə); 3) Ümumi ədəbiyyat tarixi kafedrası (müdiri dos.Hacıbaba Nəzərli).
Yeni kafedraların təşkili tədris prosesinin və elmi- tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə səbəb oldu. Prof.A.B.Baqri, prof.E.İ.Baybakov, prof. V.F.Kerr, prof.P.K.Tumbulla yanaşı, gənc elmi- pedaqoji qüvvələr (Əli Sultanlı, Həmid Araslı, Mikayıl Rəfili, Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Feyzulla Qasımzadə, Mircəlal Paşayev, Əbdüləzəl Dəmirçizadə, Cəfər Hacıyev, Paşa Əfəndiyev, Muxtar Hüseynzadə, Cavad Bağırov) tədris prosesinə cəlb edildilər. 1939- 1940- cı tədris ilində Ümumi ədəbiyyat kafedrasının müdiri A.M.Mudrov, 1943- 1945- ci illərdə Əli Sultanlı olmuşdur. Həmid Araslı, Mir Cəlal, Cəfər Xəndan Azərbaycan ədəbiyyatı kafedrasının ilk aspirantları olub.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasına M.Əfəndiyev (1940- 1941), Mikayıl Rəfili (1943-1948), Cəfər Xəndan (1948- 1950), Feyzulla Qasımzadə (1956- 1976), Məmməd Məmmədov (1976- 1982), Paşa Əfəndiyev (1983- 1998), Abbas Hacıyev (1998- 2003), Himalay Qasımov (2003- 2019) rəhbərlik etmişlər.
2002- ci ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının bazasında iki kafedra təşkil olunur:
- Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrası;
- Folklor və qədim ədəbiyyat kafedrası
2015- ci ildə həmin kafedralar birləşdirildi və Azərbaycan və dünya ədəbiyyatı kafedrası adlandırıldı. 2019-cu ildən kafedra Ədəbiyyat kafedrası kimi fəaliyyət göstərir. Hazırda kafedraya dos.Razim Məmmədov rəhbərlik edir.
Azərbaycan ədəbiyyatşünaslarının ən görkəmli nümayəndələrinin adı və pedaqoji fəaliyyəti Azərbaycan ədəbiyyatı tarixi kafedrası ilə bağlı olmuşdur. Mikayıl Rəfili, İsmayıl Şıxlı, H. Zeynallı, Məmmədbağır Həyatzadə, Əli Sultanlı, Həmid Araslı, M.Quluzadə, H.Əfəndiyev, Ə.Qarabağlı, Mircəlal Paşayev, Cəfər Xəndan, Məmmədhüseyn Təhmasib, Şıxəli Qurbanov, əhəd hüseynov, Paşa Əfəndiyev, Məmməd Məmmədov, Xeyrulla Məmmədov, Mürsəl Həkimov, Abbas Hacıyev, mustafa Mustafayev, Tağı Xalisbəyli uzun müddət bu kafedrada işləmişlər.
Prof.Ə.Sultanlının “Antik ədəbiyyat tarixi” (1957), prof.M.Rəfilinin “Ədəbiyyat nəzəriyyəsinə giriş” (1958), prof.F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1966), prof.P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1970), İ.Şıxlının “XVIII əsr Avropa ədəbiyyatı” (1978), “XIX əsr Avropa ədəbiyyatı” (1979) dərslikləri məhz bu kafedrada hazırlanmışdır.
Son illərdə kafedra əməkdaşlarından dos.Razim Məmmədovun “Əziz Şərif və Tiflis Dövlət Azərbaycan Teatrı” (2014), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (2016- şərikli), prof.Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (2011), “Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı” (2012), “Abay Kunanbayev” (2020), “Böyük Azərbaycan mütəfəkkiri Nizami” (2022, türkcə, həmmüəllif), prof.Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi” (2014; 2018), prof.Təyyar Cavadovun “M.Ə.Sabirin milli intibah idealı” (2015), “Qarlı aşırım”dan keçən yollar” (2016), “Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” (2016), “Mir Cəlal nəsri və müasirlik” (2018), “Azərbaycan tənqidi realizmin əsasları” (2018), “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri” (2021), “İsmayıl Hikmət: Azərbaycan ədəbiyyatı tarixi” (2022), prof.Mahmud Allahmanlının “Folklorşünaslıq məsələləri” (2012), “Miskin Abdul- Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” (2018), “Təxəllüsü Vaqif, nəzmi dür əfşan” (2019), “Azərbaycan aşıq poeziyası” (2020, həmmüəllif), “Ustad nəfəsli saz- söz ərməğanı” (2020), “Aşıq deyişmələri” (2021), “Aşıq Ələsgərlə bağlı dastan- rəvayətlər” (2021), “Bəkir Çobanzadə” (2022) dos.Qüdrət Umudovun “Azərbaycan folklorşünaslığı: tarixi və problemləri” (2011), dos.Təranə Əzimovanın “Anar dramaturgiyasında psixologizm” (2014), “Azərbaycan ədəbiyatı tarixi: müasir dövr” (M.Babayeva ilə birlikdə- 2016), baş müəllim Məlahət Babayevanın “The translation and explanation of Hussein Javid”s Ttopal Teymur” play” (2012), “Müasir Azərbaycan ədəbiyyatı tarixi (İ.Əfəndiyev, Elçin, Anar yaradıcılığında psixologizm problemi)” (T.Əzimova ilə birlikdə- 2016), “Hüseyn Cavidin linqvopoetikası” (2022), müəllim Pərvin Nurəliyevanın “Anarın dünyası” (2016) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.
Kafedra əməkdaşlarından prof.Təyyar Salamoğlu (2021) və dos.Sakibə Ələsgərova (2018) Əməkdar müəllim fəxri adlarına layiq görülüb. Dos.Razim Məmmədov (2021), dos.Qüdrət Umudov (2021), prof.Mahmud Allahmanlı (2021) “Tərəqqi” medalı, prof.Elman Quliyev “3- cü dərəcəli əmək ordeni” ilə təltif olunmuşlar. Kafedranın dissertantları Şöhrət Məmmədova “XX əsr Azərbaycan uşaq ədəbiyyatı və folklor”, Yədulla Dadaşlı “1920- 1930- cu illər Azərbaycan ədəbi- nəzəri fikrinin mərhələləri və əsas təmayülləri”, doktorantları Aygül Əlizadə “M.Hüseynin dramlarında tarixi hadisə və şəxsiyyətlərin bədii inikası”, Aytən Heybətova “Paşa Qəlbinurun poeziyası”, Leyla Həsənova “XX əsrin 20- 50- ci illərində Azərbaycan poeziyasında romantizm ənənələri”, Baba Əlibabaoğlu “Türk epos ənənəsi və Azərbaycan qəhrəmanlıq dastanları” mövzuları üzərində çalışırlar.
Kafedra üzvləri müntəzəm olaraq beynəlxalq və respublika elmi- praktik konfranslarında iştirak edir. Son 5 ildə kafedra əməkdaşları Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Özbəkistanda keçirilən 100- dən çox beynəlxalq konfrans və simpoziumda, eləcə də kafedra əməkdaşları son 5 ildə 240- dan çox Respublika elmi konfranslarında məruzə ilə çıxış etmiş və sertifikatlar almışlar.
Hazırda kafedrada 3 filologiya elmləri doktoru, professor (Təyyar Cavadov, Elman Quliyev, Mahmud Allahmanlı), 4 filologiya üzrə fəlsəfə doktoru, dosent (Razim Məmmədov (kafedra müdiri), Qüdrət Umudov, Sakibə Ələsgərova, Təranə Əzimova), 3 filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi (Əntiqə Qəhrəmanova, Yeganə Qasımova, Məlahət Babayeva), 1 filologiya üzrə fəlsəfə doktoru, baş müəllim (Ulduz Qəhrəmanova), 2 filologiya üzrə fəlsəfə doktoru, müəllim, Pərvin Nurəliyeva, Şahanə Həsənova) və 1 laborant (Aygül Əlizadə) fəaliyyət göstərir.