Əliyev Həmzə

Kafedra müdiri Dosent

Qurbanov Vaqif

Professor

Nuriyeva Minaxanım

Professor

Cəfərova Nabat

Professor

Abbasov Ədalət

Dosent

Hacıyev Allahverdi

Dosent

PƏRİ PAŞAYEVA

(pedaqogika üzrə fəlsəfə doktoru,dosent, filologiya fakültəsinin dekan müavini)

Abbasova Sevda

Dosent

Hümmətova Rahilə

Dosent

Məmmədova Könül

Dosent

Məmmədova Mələk

Dosent

Səfərəliyeva Fəridə

Dosent

Abdullayeva Gültəkin

Dosent

Mehrabova Tamam

Dosent

Qasımova Maya

Dosent

Balıyev Adil

(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Kazımov Arif

(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Abdullayeva Mahirə

(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Məmmədova Esmira

(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Abdullayeva Səminə

(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Məmmədov Bəhram

(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Yusifova Nazilə

(pedaqogika üzrə fəlsəfə doktoru, müəllim)

Mehdiyeva Mətanət

(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Əsgərov İlkin

(filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Səfərova Tahirə

Müəllim

Kərimova Arzu

Müəllim

Musayeva Lalə

Müəllim

Bədəlova Aynur

Müəllim

Rüstəmova Nərgiz

Müəllim

Hüseynova Süsən

Müəllim

SƏNUBƏR BAĞIROVA

(baş laborant)

ELNARƏ NİFTƏLİYEVA

(baş laborant)

Yusifova Məsmə

Laborant

Kafedranın tarixi


Qocaman müəllimlərə xidmət etmiş “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrası 1959-cu ildə yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 09.07.2019-cu tarixli qərarı ilə kafedranın adı “Azərbaycan dili və onun tədrisi texnologiyası” adlanır.
Kafedraya təsis olunduğu gündən 1979-cu ilədək görkəmli metodist-alim prof. Ağaməmməd Abdullayev rəhbərlik etmişdir. Uzun müddət “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaktoru, Təhsil Nazirliyi Metod şurasının rəhbəri olmuş prof. Ağaməmməd Abdullayev 100-dən çox elmi əsər və məqalənin müəllifi olmuşdur. Onun “Orta məktəbdə Azərbaycan dili tədrisi metodikası” (1978), “Azərbaycan dilinin tədrisi tarixindən”(1966) monoqrafiyaları sanballı tədqiqat əsərləridir.
Kafedraya 1979-cu ildən 2009-cu ilədək mərhum professor Həsən Balıyev rəhbərlik etmişdir. O, 40-dan çox elmi əsərin, 200-dək elmi-publisistik məqalənin müəllifidir: “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası” (1996,2003), “Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr”(1978), “Azərbaycan dili”(1972), “Azərbaycan dili II təlimdə” (2003), “Azərbaycan dili”(təbiət elmləri fakültəsi tələbələri üçün, 2001), “Azərbaycan dili”(rus qrupları üçün dərslik, 2006), “Azərbaycan dili” (türk dinləyiciləri üçün dərslik, 2009).
Prof. Həsən Balıyev iki seçki müddəti ilə filologiya fakültəsinin dekanı olmuş, respublikanın ictimai həyatında fəal iştirak etmişdir.
2009-cu ildən 2011-ci ilin sentyabrınadək filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, prof. Buludxan Xəlilov ictimai əsaslarla, 2011-ci ildən 2017-ci ilin İyun ayınadək filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyev, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək filologiya elmləri doktoru, professor Kamil Bəşirov, 2018-ci ilin fevralından 2024-cü ilin may ayınadək filologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Abbasova rəhbərlik etmişdir, hal-hazırda kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həmzə Əliyev rəhbərlik edir.
Prof. Əzizxan Tanrıverdiyev 28 kitabın və 150-dən artıq elmi məqalənin müəllifidir. “Türk mənşəli Azərbaycan antroponimləri” (Bakı, 1996),“Kitabi-Dədə Qorqud”da şəxs adları (Bakı, 1999), “Dilimiz, mənəviyyatımız (Bakı, 2008), “Qədim türk mənbələrində yaşayan şəxs adları (Bakı, 2009), Azərbaycan dilinin tarixi qrammatikası (Bakı, 2010), "Koroğlu"nun şeir dili (Bakı, 2015) əsərləri Əzizxan Tanrıverdiyevin sanballı tədqiqat əsərləridir. O, 2009-cu ildə ADPU üzrə keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. Əzizxan Tanrıverdiyevin rəhbərliyi ilə 2 nəfər filologiya üzrə fəlsəfə doktoru, 15 nəfər magistr dərəcəsi almış, 2 nəfər tələbə isə Respublika olimpiadasının qalibi olmuşdur.
Filologiya elmləri doktoru, dosent Kamil Bəşirovun 35-dən çox elmi məqaləsi, “Azərbaycanın mürəkkəb quruluşlu toponimləri”(2007), “Orta məktəbdə morfologiyanın tədrisi məsələləri”(2009), “Oğuz qrupu türk dillərində qrammatik morfemlər”(2009) adlı nəzəri və metodik əsərləri nəşr olunmuşdur. O, 2014-cü ildə “Oğuz qrupu türk dillərində sözdəyişdirici şəkilçilərin tarixi-linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Abbasovanın 100-dən çox elmi məqaləsi, “Təlimi rus dilində olan məktəblərin I-XI sinifləri üçün proqram” (1992), “Azərbaycan dili və ədəbiyyatdan testlər” (1994), “Orfoqrafiya və orfoepiya üzrə proqram” (2015), “Azərbaycan dili və nitq mədəniyyəti” (2018) adlı nəzəri və metodik əsərləri nəşr olunmuşdur. 1994-cü ildən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həmzə Əliyev ana dilinin tədrisi metodikasına dair 50-dən çox elmi məqalənin, eləcə də “Azərbaycan dilinin izahlı lüğəti” (2001), Ə.Əfəndizadə “Azərbaycan dilində düşündürücü suallar və cavablar” (tərtibatçı kimi, 2003), “Nitq hissələrinin müqayisəli tədrisi” (2006), “Durğu işarələrinin işlədilməsi qaydaları” (2011), “Orfoqrafiya və orfoepiya təliminin əsasları (proqram)” (2015), “Orfoqrafiya və orfoepiya təliminin elmi əsasları (həmmüəllifilə)” (2022), Azərbaycan dilinin müasir problemləri (həmmüəlliflə) (2024) və s. kitabların müəllifidir. Hal-hazırda (2024-cü ildən) “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasına rəhbərlik edir.
Kafedranın elmi-tədqiqat işləri dilçiliyin nəzəri məsələləri, həm də Azərbaycan dilinin tədrisi metodikası istiqamətində aparılmışdır. Məsələn, orta və ali məktəbdə Azərbaycan dilinin tədrisi, ibtidai siniflərdə ana dilinin tədrisi, təlimi rus dilində olan qruplarda ana dilinin tədrisi.
Kafedranın sabiq üzvləri prof. Nəmidə Abbasova, prof.Nadir Abdullayev, İlyas Bayramov, Nazim Əhmədov, dos.Böyükxanım Rəhimova, Əhəd Əhmədov, Əhməd Kəlbəliyev, Sona Quliyeva, Sona Qasımova, Əziz Şirinov, Mircəfər Həsənov, Musa Həsənov, Fikrət Əbdürrəhimov, Hüseyn Hüseynov, İsmayıl İsmayılov, Zabit Məmmədov, Misir Səfərov, Şəlalə Nəbiyeva, Məmmədxan Soltanov, Məhərrəm Hüseynov, Cəmilə Bəhmənova, Atəş Abdullayev, Qabil Tahirov, İlham Abbasovun elmi-metodik tədqiqatları bu sahədə müstəsna xidmət kimi qiymətləndirilmiş və bu gün də xatirələriböyük ehtiramla yad edilir.
Kafedranın ilk aspirantı p.e.d., prof. Əli Fərəcovun xidmətləri də unudulmazdır. Uzun müddət filologiya fakültəsi qiyabi şöbəsinin dekanı kimi çalışmış, alim orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin, 10-a qədər kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrası 1959-cu ildən müstəqil fəaliyyət göstərir. Kafedraya 1979-cu ilə qədər prof.Ağaməmməd Abdullayev, 1979-cu ildən 2009-cu ilə kimi prof.Həsən Balıyev, 2009-cu ildən 2011-ci ilin sentyabrınadək filologiya elmləri doktoru, prof. Buludxan Xəlilov ictimai əsaslarla, 2011-ci ildən 2017-ci iyun ayınadək filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyev, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək filologiya elmləri doktoru, professor Kamil Bəşirov, 2018-ci ilin fevralından 2024-cü ilin may ayınadək filologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Abbasova rəhbərlik etmişdir, hal-hazırda kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Həmzə Əliyev rəhbərlik edir.
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası ali təhsilin bakalavriat və magistratura pillələrində Azərbaycan dili və onun tədrisi metodikası istiqaməti üzrə universitetin əsas aparıcı ixtisas kafedrasıdır.
Kafedra ümumtəhsil məktəbləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 20 fənnin tədrisini həyata keçirir.
Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan dilində tədris olunur.
Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, eyni zamanda tələbələrin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq üçün mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə elmi seminarlar keçirməklə onlara təhsil müddətində öyrəndikləri biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə ilə praktika arasında qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın ən səciyyəvi cəhətlərindəndir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur