Günel Elçin qızı Axundova 25 dekabr 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuş, 1987-cu ildə Naxçıvan şəhər 3 saylı orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə qəbul olunmuş, 2001-ci ildə oranı bitirmişdir. 2002-ci ildə Naxçıvan şəhər 17 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi olaraq işə qəbul olunmuşdur. 2010-cu ilin fevral ayında Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının baş laborantı vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda ADPU-nun filologiya fakültəsinin əməkdaşıdır.
Ailəlidir, 1 övladı var.
Elnarə Gülağa qızı Niftəliyeva 09 noyabr 1981–ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Samir Hacıyev adına, 5 saylı orta məktəbə qəbul olunmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2004-cü ildə təhsilini başa vurmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müqayisəli dilçilik” ixtisası üzrə magistratura təhsili almış və 2006-cı ildəmagistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2016-cı ilə kimi ADPU-da Müasir Azərbaycan dili kafedrasının baş laborantı vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili ixtisası üzrə qiyabi doktorantdır. 2016-cı ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında baş laborant vəzifəsində çalışır. E.Niftəliyeva 16 elmi məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Aygün Səlim qızı Zamanova 1983-cü il 12 oktyabrda Sumqayıt şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə Sumqayıt şəhəri, 8 saylı məktəbdə orta təhsilini başa vuran A.Zamanova 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olmuş və 2006-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodologiyası və metodikası ixtisası üzrə magistr dərəcəsi alan A.S.Zamanova 2012-ci ildən ADPU-nun Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası) ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır. 2002-2008-ci illərdə Sumqayıt şəhəri, 8 saylı orta məktəbdə laborant vəzifəsində çalışmışdır. A.S.Zamanova 2010-cu ilindən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi kompyuter kurslarında iştirak etmişdir (26.12.2005-ci il). Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi ADPU, 13.09.2010-13.10.2010 tarixlərdə tyutor işinin təşkili haqqında kursu bitirmişdir. Azərbaycan, türk, rus, ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Ailəlidir, 1 övladı var.
Leyla Rafiq qızı Allahverdiyeva 1987-ci il 25 iyulda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Bakı şəhəri, Səbail rayonu, 163 saylı orta məktəbi başa vuran L.R.Allahverdiyeva 2005-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Filologiya fakültəsinin “İngilis dili” ixtisası bakalavr pilləsinə daxil olmuş və 2009-cu ildə ali məktəbi bitirmişdir. 2009-2011-ci illərdə ADPU-nun Maarif İstiqaməti Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili almışdır. 2012-ci ildən ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır.Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 09.01.2012 – 10.02.2012 tarixlərdə tyutor işinin təşkili haqqında 120 saat həcmində kursu bitirmişdir.
Ailəlidir, 1 övladı var.
Arzu Tofiq qızı Baxışlı 1988-ci il 11 noyabrda Bakı şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Bakı şəhəri, 98 saylı orta məktəbi başa vuran A.Baxışlı 2006-cı ildə ADU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsinə daxil olmuş və 2010-cu ildə ali məktəbin bakalavr ixtisasını bitirmişdir. 2010-2012-ci illərdə AMİ-nin Azərbaycan ədəbiyyatı istiqaməti üzrə magistr təhsilini bitirmişdir. 2012-ci ildən Azərbaycan Müəllimlər İnstitunda operator vəzifəsində çalışmışdır. 2018-ci ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Nərgiz Ruslan qızı Ramizzadə 01 yanvar 1989-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. 1995-2006-cı illərdə A.Məmmədov adına 115 saylı məktəbdə orta təhsilini başa vurmuş, 2001-2008-ci illərdə Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin fortepiano sinfini bitirmişdir. N.R.Ramizzadə 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin ali məktəbi bitirmişdir. 2010-2011-ci illərdə Bakı Slavyan Universitetinin Əlavə təhsil fakültəsinin Psixologiya şöbəsini bitirmişdir.2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Maarif ixtisası üzrə magistr dərəcəsi alan N.R.Ramizzadə 2015-ci ildənAzərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə doktoranturada təhsilini davam etdirir. 2014-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya faklütəsində tyutor vəzifəsində çalışır. Rus, İngilis, Türk və Fars dillərini bilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində 21.04.2014 –13.06.2014-cü il tarixlərində təşkil olunmuş tyutor xidmətinin əsasları üzrə 320 saat həcmində kursu bitirmişdir. Beynəlxalq və yerli konfranslarda iştirak etmiş, çıxışçı və iştirakçı sertifikatları almışdır. Məqalə və tezislər müəllifidir.
Ailəlidir.
Vüsalə Vidadi qızı Qurbanova 1983-cü il 21 mayda Şəki şəhəri Aşağı Küngüd kəndində anadan olmuşdur. 1990-2000-ci illərdə Sumqayıt şəhəri, 4 saylı orta məktəbi başa vuran V.Qurbanova2000-ci ildə ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsinə daxil olmuş və 2005-ci ildə ali məktəbin bakalavr ixtisasını bitirmişdir. 2005-2007-ci illərdə BDU-nun Ümumi dilçilik istiqaməti Dilçilik ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2008-ci illərdə Sumqayıt şəhər Təhsil İdarəsi nəzdində Gənc Müəllimlər Şurasının sədri olmuşdur.2012-ci ildən ADPU-nun qiyabi Azərbaycan dili ixtisası üzrə doktoranturada təhsil alır. 2012-ci ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 10.12.2011 – 25.12.2011-ci il tarixlərdə tyutor işinin təşkili haqqında 120 saat həcmində kursu bitirmişdir. Azərbaycan, türk, rus, ingilis dillərini bilir.
Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Çıxışçı və iştirakçı sertifikatı almışdır. Məqalə və tezis müəllifidir.
Ailəlidir.
Məryamxanım Novruz qızı İbrahimova 1995-ci il 6 avqust Bakı şəhərində anadan olmuşdur. 2002-2013-cü illərdə Bakı şəhəri, Ədalət Abbasov adına 257 saylı tam orta məktəbi başa vuran M.İbrahimova 2013-cü ildə ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsinə daxil olmuş və 2017-ci ildə ali məktəbin bakalavr ixtisasını bitirmişdir. 2017-2019-cu illərdə ADPU-nun Azərbaycan dilinin tədrisi metodikası və metodologiyası istiqaməti üzrə magistr təhsilini bitirmişdir. 2019-cu ildən ADPU-da tyutor vəzifəsində çalışır.
Subaydır.
Gülər Elçin qızı Süleymanova 1985-ci il 29 dekabr Bakı şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Bakı şəhəri, BMLK-nın 200 saylı tam orta məktəbini başa vuran Gülər Süleymanova BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş və 2007-ci ildə ali məktəbin bakalavr ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2009-cu illərdə BDU-nun Folklorşünaslıq və mifologiya ixtisası üzrə magistr təhsilini fərqlənmə ilə bitirmişdir. 2020-ci ildən ADPU-da tyutor vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
HİCRAN ƏLƏKBƏROVA
Böyük laborant
Hicran Nizami qızı Ələkbərova 3 iyun 1979-cu ildə Şuşa şəhərində anadan olub. 1996-cı ildə İmişli şəhərı, 1 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili) fakültəsini bitirib. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və Ədəbiyyatı fakultəsini bitirərək magistr adını alıb. 2000- 2008- ci illərdə Şuşa şəhər 12 saylı məktəbdə ingilis dili müəllimi işləyib. 2008-ci ildən ADPU-nun İngilis dili və onun tədrisi metodikası kafedrasında, 2019-cu ildən isə Xarici Dillər Mərkəzində böyük laborant vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var.
Respublika daxilində 2 məqalənin müəllifidir.
Aynur Namazova
Namazova Aynur Murad qızı 22 yanvar 1995-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. 2001-ci ildə Nasib Abudov adına Çarxı kənd əsas məktəbinə 1-ci sinifə getmişdir. 2012-ci ildə Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə 527 balla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına bakalavriat səviyyəsinə daxil olmuşdur. 2016-cı ildə həmin universiteti bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilinin tədrisi metodikası və metodologiyası ixtisasına magistr pilləsinə daxil olmuşdur. 2019-cu ildə həmin universiteti bitirmişdir. 2020-ci ilin 20 oktyabr tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında böyük laborant vəzifəsində çalışır. 2 məqalənin müəllifidir. Subaydır.
SEVDA MƏMMƏDOVA
Laborant
1963-cü il noyabr 30-da Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1981-ci ildə N.Nərimanov adına Şərur rayon orta məktəbi bitirərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna daxil olaraq 1986-cı ildə bitirib. 1982-1984-cü illərdə Şərur rayonu, Kürdkəndi kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi, 1984-1998-cü illərdə Şərur şəhəri, 1 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, 1998-2001-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunun tədris şöbəsində metodist, 2003-2014-cü illərdə ADPU-nun Rus dili kafedrasında baş laborant olub. Hazırda ADPU-nun Xarici Dillər Mərkəzində laborant vəzifəsində işləyir. 4 elmi məqalənin müəllifidir.
Ailəlidir, 4 övladı var.
NİGAR ƏLƏKBƏROVA
Böyük laborant
Nigar Ələkbərova 1972-ci il martın 5-də Bakı şəhərində anadan olub. Bakı şəhərindəki 47 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olaraq 1994-cü ildə oranı bitirib. 2002 oktyabr ADPUnun Xarici Dillər və Onların Tədrisi Metodikası Kafedrasının Baş laborantı, hazırda isə Xarici Dillər Mərkəzində laborant vəzifəsində çalışır.
8 məqalənin müəllifidir. Subaydır.
Məsmə Fikrət qızı Yusifova
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Qısa bioqrafik məlumat:
- 7 may 1996-cı ildə Azərbaycan Respublikası, Göyçay şəhərində anadan olmuşdur.
- Ailəlidir, 1 övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adı:
- 2002/2013-cü illər ərzində Göyçay şəhər M.Füzuli adına 6 №-li tam orta məktəb;
- 2013/2017-ci illər ərzində ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr;
- 2017/2019-cu illər ərzində ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr təhsili almışdır.
Əmək və ictimai fəaliyyəti:
- Təhsil aldığı illər ərzində ADPU-nun ictimai həyatında fəal iştirak etmiş, universiteti bir çox ölkədaxili tədbirlərdə təmsil etmişdir.
- 2022-ci il oktyabr ayından ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında laborant vəzifəsində çalışır.
Seçilmiş əsərləri:
- Ədəbiyyat dərslərində mövzu, ideya və problem baxımından bir-biri ilə səsləşən
əsərlərin əlaqəli tədrisi. Azərbaycan Təhsilində Dəyərlər Sistemi mövzusunda
“Tələbə və Magistrantların Respublika Elmi Konfransı”. Bakı, 2019
- Ədəbiyyat dərslərində fəndaxili inteqrasiyanın müxtəlif istiqamətlərdə
reallaşdırılması. “Filologiya məsələləri” jurnalı (№ 4). “Elm və təhsil” Bakı, 2019
- İnteqrasiyanın tədris prosesində və kurikulumda qoyuluşu. “Yeni texnologiyalar və
təhsilin idarə olunması”. Magistrantların II Respublika elmi konfransı. Bakı, 2019
Sertifikatlar:
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi - Dövlət Qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən 28.04.2022.
- Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi “Əbədi Xəzinələrimiz” adlı yarışda qalib olduğuna görə. 10.12.2020.
- Azərbaycan Təhsilində Dəyərlər Sistemi mövzusunda “Tələbə və Magistrantların Respublika Elmi Konfransı”nda iştirakına görə. Bakı, 2019.
- ATGTİ – Təhsil aldığı müəssisənin tələbə gənclər təşkilatında göstərdiyi uğurlu fəaliyyətə görə. May, 2015.
- ADPU TGT - Tələbə Gənclər Təşkilatının 2014-2015 – ci illər ərzində keçirdiyi tədbirlərdə göstərdiyi fəaliyyətə görə - İlin fəal tələbəsi. 18.04.2015 .
Rəqsanə Allahverdiyeva
Allahverdiyeva Rəqsanə Şaban qızı 19 yanvar 1997-ci ildə Ukrayna Respublikasının Alçevsk vilayətində anadan olmuşdur. 2003-2014-cü illərdə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır. 2018-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsinin “Dilşünaslıq (ingilis dili üzrə)” ixtisasına daxil olmuş, 2020-ci ildə həmin ixtisası bitirmişdir. İndiyə qədər 1 ədəd məqaləsi çap olunmuşdur. 2022-ci ilin mart ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində operator vəzifəsində çalışır. Subaydır.
MƏHƏBBƏT ALLAHVERDİYEVA
Böyük laborant
Allahverdiyeva Məhəbbət Rasim qızı 19.02.1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. Şəki şəhəri 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1998-ci ildən təhsilini Bakı şəhəri Nizami rayonu 12 saylı məktəbdə bitirmişdir. Sonra Bakı Biznes Universitetinin Dilşünaslıq fakültəsinə daxil olmuş və buranı bitirmişdir. 2009-cu ildən Azərbaycan Dillər Universitetinə daxil olmuş və buranı bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunda Tədris şöbəsinə işə qəbul olunmuşdur. 2017-ci ildən ADPU-nun İngilis dili kafedrasında işləmiş hal-hazırda Xarici Dillər Mərkəzində işləyir.
Ailəlidir.
RƏNA ƏZİMOVA
Böyük laborant
Əzimova (Babayeva) Rəna Məhyəddin qızı 15 fevral 1989-cu il Bakı şəhərində anadan olmuşdur.1995-ci ildə Nəsimi rayonu İ.Əbilhəsənov adına 42 nömrəli məktəbin 1ci sinfinə daxil olmuşdur.2006-cı ildə həmin məktəbi bitirib,Təfəkkür Universitetinin İngilis dili fakultəsinə daxil olmuşdur. 2010-cu ildə həmin universiteti bitirmişdir. 2010-cu ilin noyabrından Azərbaycan Dövlət Pedaqoji Universitetinin ‘İngilis dili‘ kafedrasında böyük laborant vəzifəsində çalışıb.2019-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzində böyük laborant vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
AYNUR ƏLƏKBƏROVA
Böyük laborant
Ələkbərova Aynur Nofər qızı 5 mart 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu 258 saylı orta məktəbi bitirmişdir. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin filologiya fakultəsini (ingilis dili) bitirib, Bakı şəhəri Xətai rayonu 269 saylı orta məktəbdə uşaq birliyi rəhbəri işləmişdir. 2016-cı ildə Odlar Yurdu Universitetinin ingilis dilinin metodikası və metodologiyası üzrə magistratura pilləsinə daxil olmuşdur. Hal hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Xarici Dillər Mərkəzinin böyük laborantı vəzifəsində işləyir. 7 məqalənin müəllifidir, respublika daxili və beynəlxalq konfranslarda iştirak edir. Bir çox yerli və xarici təlim və vebinarlarda iştirak edib sertifikatlar əldə etmişdir.
Ailəlidir 3 övladı var.
KAMALƏ ƏZİZLİ
Laborant
Kamalə Adil qızı Əzizli 30 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-ci ildə Xəzər rayonu Hacı Zeynəlabdın Tağıyev adına 123 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Universitetinin Filologiya, Xarici dil (İngilis dili) müəllimliyi ixtisasına qəbul olub, 2010-cu ildə bakalavr təhsilini bitirmişdir. 2012 -2014-cu illərdə Azərbaycan Dillər Universitetinin Filologiya, Dilşünaslıq (İngilis dili) ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi almışdır. Magist dərəcəsin fərqlənmə diplomu ilə bitirmişdir.
2012-ci ilin Yanvar ayından Xəzər rayonu Hacı Zeynəlabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində çalışmışdır. 2012-ci ilin Sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsində çalışmağa başlamış, 2019-cu ildən Xarici Dillər Mərkəzində laborant vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Respublika daxilində 7 məqalənin müəllifidir.