Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. O, 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (bu günkü ADPU-nun) filologiya fakültəsinə qəbul olmuş Mahirə Hüseynova təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mahirə Hüseynova elə həmin ildən təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən, döş nişanı ilə təltif edilən Mahirə Hüseynova 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomla təltif edilmişdir.
M.Hüseynova həmçinin “Qızıl qələm”,“İlin Alimi” Media Mükafatı Laureatı fəxri adlarına və s.mükafatlara layiq görülmüşdür. Azərbaycan Yazçılar Birliyinin üzvü, Mahirə Nağıqızı imzası ilə 14-ə yaxın şeir kitabı şap edilmiş xanım Hüseynova həmçinin iki bayatılar kitabının müəllifidir.
2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi olan Mahirə Hüseynova “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı namizədlik dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, 2015-ci ilin mayında “Müasir Azərbaycan dili” kafedrasının dosenti, 2015-ci ilin dekabr ayında isə eyni kafedranın müdiri vəzifəsinə seçilmişdir.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 26 elmi kitabın monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 14 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publisistik məqaləsi çap olunmuşdur. Onun haqqında eynilə 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.
Alimin çap etdirdiyi “Ulu öndərimizin natiqlik məharəti”, “Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir” kitablarında ümummilli liderin Azərbaycan natiqlik sənətinə verdiyi töhfələr araşdırılmış, “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə”, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” kitablarında isə görkəmli dilçi alimlərin tədqiqat sahələri təhlil edilmişdir.
Bütün bunlarla bərabər, Mahirə Hüseynova dilçilik elmində fonetika, morfologiya, sintaksis və leksikologiya üzrə tədqiqatlar apararmış qiymətli monoqrafiyalar müəllifi kimi tanınmışdır. “Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksikası”,“Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya)”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti)”, “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”və digər əsərləri ilə Mahirə Hüseynova dilimizin araşdırılmış sahələrinə elmi-nəzəri baxımdan aydınlıq gətirməyə çalışmışdır. “Dilin elmi və estetik problemləri” adlı növbəti kitabında müəllif araşdırma obyektlərini daha da genişləndirmişdir.
Mahirə Hüseynova elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. Alim III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda, Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında, Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında, 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresində, Bakı Slavyan Universiteti VI Beynəlxalq Elmi Konfransında, Azərbaycan Dövlət Pedaqoji Universiteti “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında, Tatarıstan Respublikası, Kazan Federal Universitetində Beynəlxalq Türkoloji Elmi Konfransında, Azərbaycanın Türkiyənin Qars vilayətində Baş Konsulluğununvə Kars Kafkaz Universitesinin birgə təşkil etdiyi “Azərbaycan Cümhuriyyətinin 100 illiyi” adlı tədbirdə məruzə ilə çıxış edərək “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Hazırda M.Hüseynova ADPU-da Filologiya fakültəsinə rəhbərlik edir.
Universitetin ictimai-siyasi həyatında fəal iştirak edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova 2001 –ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.
C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respublikasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar.
C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifələrində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafedrasında professor vəzifəsində çalışır.
İbrahim Məhəmməd oğlu Bayramov 25 yanvar 1954-cü ildə Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1961-ci ildə indiki Ermənistan Respublikası Krasnoselo rayonunun Toxluca kənd orta məktəbinə qəbul olunmuş, 1971-ci ildə həmin məktəbi bitirib İrəvanda yerləşən X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuş, 1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. 1977-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun qiyabi aspiranturasına qəbul olmuş, 1977-1981-ci illərdə aspiranturada oxumuşdur.
“Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları” (leksika və frazeologiya) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-1988-ci illərdə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində direktor işləmişdir. 1988-ci ilin dekabrında doğulub boya-başa çatdığı doğma yurdundan deportasiya olunmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin “Azərbaycan dilinin onomalogiyası” elmi-tədqiqat laboratoriyasına müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə həmin universitetin Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmişdir. 12 dekabr 1995-ci ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş, hal-hazırda bu kafedranın professorudur.
Mirvari Abbas qızı İsmayılova 1960-cı il mart ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 115№li orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbinə göndərilərək (1981–1986-cı illər ərzində) Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
1985-ci ildə Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1990-cı ildə “Azərbaycan dilində sözlərin məna dəyişmələri və onların “Azərbaycan dilinin izahlı lüğəti”ndə əksi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsində kiçik elmi işçi, 1994-1995-ci illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır.
O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsinin işində yaxından iştirak etmiş, 3 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin III cildinin, “S.Vurğunun bədii dilinin izahlı lüğəti”nin, “Azərbaycan dilinin frazeologiya lüğəti”nin, “Azərbaycan dilinin məcazlar lüğəti”nin tərtibçilərindən biri olmuşdur.
1998-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, 2003-cü ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş vəhazırda Müasir Azərbaycan dili kafedrasının professorudur. Müasir Azərbaycan dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisindən, Azərbaycan dilinin tarixi, Türk dillərinin müqayisəli qrammatikası, Terminologiyanın əsasları və s. fənlərdən mühazirə oxuyur, seminar məşğələləri aparır. Eyni zamanda, ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi seminarının, Filologiya fakültəsi Elmi Şurasının, Metodbirləşməsinin, universitet üzrə Test Komissiyasının üzvüdür.
2002-ci ildə “Azərbaycan dili terminologiyasının linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 60-dan çox elmi məqalənin, “Azərbaycan dili terminologiyasının linqvistik təhlili (1997), “Terminşünaslığın əsas məsələləri” (1999) adlı monoqrafiyaların, “Terminologiyanın leksik-qrammatik məsələləri” (2007), “Azərbaycan dilinin tədbiqi işinin təkmilləşdirilməsi” (2008) adlı dərs vəsaitlərinin, “Azərbaycan dili” ixtisasının magistr səviyyəsi üzrə 3, bakalavr səviyyəsi üzrə 2 proqramın və 1 metodik vəsaitin, xaricdə (Türkiyədə, Rusiyada, Ukraynada) dərc olunmuş bir neçə elmi məqalənin müəllifidir.
M.İsmayılova 1 doktorantın elmi rəhbəri olmuş, 1 namizədlik dissertasiyasına opponentlik etmiş, 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının avtoreferatına rəy vermişdir.
Ailəlidir, 2 övladı var.
Sərdar Səyyad oğlu Zeynalov 1954-cü il avqustun 3-də Naxçıvan MR Ordubad rayonunun Tivi kəndində anadan olub. 1970-ci ildə Tivi kənd orta məktəbini bitirib və V.İ. Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olub, 1974-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. Əvvəlcə Ordubad rayonundakı Xurs kənd səkkizillik məktəbində müəllim və tədris işləri üzrə direktor müavini, Naxçıvan MR Mədəniyyət Nazirliyində şöbə müdiri, 1980-cı ildən Tivi kənd orta məktəbində müəllim işləmişdir.1988-ci ildən Sabunçu rayonundakı 142 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1999-cu ildə Orta məktəbin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri (1945-1995, sintaksis) mövzusunda namizədlik, 2015-ci ildə XX əsrin Azərbaycan dili dərsliklərində dilçilik məsələləri» adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
60 illik yubileyi ilə bağlı nəşr olunmuş “Sərdar Zeynalın poeziya və dilçilik salnaməsi” (Bakı, 2016 174 səh) adlı kitabda mərhum akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərov, Əməkdar elm xadimi professor Qəzənfər Kazımov və digərlərinin onun yaradıcılığından bəhs edən geniş elmi məqalələri dərc olunmuşdur.
S.S.Zeynalov orta məktəbdə işləməklə yanaşı 2000-ci ildən bugunə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (arada Azərbaycan Müəllimlər İnstitutunda) əvvəlcə Azərbaycan dilinin tədrisi metodikası, sonra isə Müasir Azərbaycan dili kafedrasında çalışmışdır. Hazırda Müasir Azərbaycan dili kafedrasında 0,5 ştat əvəzçiliklə müəllim vəzifəsində çalışır.
Ailəlidir, üç övladı , altı nəvəsi var.
Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.
C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respublikasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar.
C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifələrində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafedrasında professor vəzifəsində çalışır.
Sevinc Sərhad qızı Sadıqova 1978-ci il mart ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri Sabunçu rayonunun 252 saylı orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1995-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
Sevinc Sadıqova 1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş, 1999-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının magistri olmuş və oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının Azərbaycan dili ixtisası üzrə dissertantı olmuş, “Dərələyəz toponimlərinin linqvistik xüsusiyyətləri” mövzusunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı vaxtından əvvəl tamamlamış və müdafiə üçün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasına təqdim etmişdir. Dissertant olduğu müddətdə mövzusu ilə bağlı 15 məqalə və beynəlxalq konfranslarda 2 tezis çap etdirmişdir. S.Sadıqovanın məqalələrinin 3-ü xarici ölkələrdə-Türkiyə, Özbəkistan və Qazaxıstanda nəşr olunmuşdur. O, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır.
S.Sadıqova əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonu N.Rzayev adına 169 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış, 2003-2007-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müəllimi, 2012-ci ildən baş müəllimi seçilmişdir. S. Sadıqova 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun filologiya üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır. 2015-ci ildə ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasında dosent vəzifəsinə seçilmişdir.
O, 60-a yaxın məqalənin, bir dərs vəsaitinin, üç proqramın, bir kitabın (həmmüəllif) müəllifidir.
Elşad Şərəfxan oğlu Abışov 1974-cü ildə Laçın rayonunun Vəlibəyli kəndində doğulub. 1996-cı ildə V.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1996-2005-ci illərdə 31 N-li Laçın rayon orta məktəbində müəllim işləyib. 2000-2004-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 2007-ci ildə “Laçın rayonu onomastik vahidlərinin linqvistik təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
- Abışov 2006-2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2014-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının dosenti olub, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışır.
1939-cu il fevral ayının 21-də Naxçıvan şəhərində anadan olan Himalay Ənvəroğlu Qasımov orta məktəbi Naxçıvan şəhərində bitirmiş, 1961-ci ildə indiki ADPU-nun tarix-filologiya fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı “Dil-ədəbiyyat və tarix müəllimliyi” ixtisasını bitirmişdir. 1967-ci ildə ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının qiyabi aspirantı olmuş, 1974-cü ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. H.Qasımov 2002-2019-cu illərdə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Himalay Ənvəroğlu ali məktəblərin bakalavr və magistr pilləsi üçün hazırlanan “Ədəbiyyat nəzəriyyəsi”, “Müasir Azərbaycan ədəbiyyatı tarixi” proqramlarının, “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” (1981), “Bədiiliyin meyarı” (1990), “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası (1994), “Müasir Azərbaycan romanının qaynaqları” (1994), “Azərbaycan şeirinin poetikası” (1996), “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri” (1998), Şəhriyarın lirikası və etiqadı” (1999), “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri” (2004), prof.E.Quliyevlə birlikdə “Şəhriyar poetikası” (2006), “Səməd Vurğunun poetik dünyası” (2006), dos.N.Nəcəfovla birlikdə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri” (2007), “H.Cavidin lirikası və dramaturgiyası” (2007), “Azərbaycan romanının inkişaf problemləri” (2008), “Azərbaycan şeirinin poetikası” (2008), “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” (2011), “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində” (2014), “Araşdırmalar: şəxsiyyətlər və talelər (2019) və s. dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərini incələyən 150-dən artıq elmi məqalənin müəllifidir. Prof.H.Qasımovun elmi kadrların hazırlanmasında böyük xidmətləri var. O, onlarla filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri, 60-dan çox namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. АМЕА-nın Nizami adına Ədəbiyyat İnstitutunda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuş H.Ənvəroğlu uzun illər Bakı Dövlət Universitetinin nəzdində filologiya üzrə fəlsəfə və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü olmuşdur. YAP Səbail rayon “Pedaqoqlar” ərazi təşkilatının sədri prof. H.Qasımov hazırda AAK-da Filologiya üzrə ekspert şurasınn sədridir.
Minaxanım Ataxan qızı Nəzərova 23 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 44 saylı orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1966-cı ildə həmin məktəbin onuncu sinifini bitirmişdir. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin Filologiya fakültəsinin I kursuna qəbul olunmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə V.İ.Lenin adına APİ-nin Orta məktəbin ixtisasartırma fakültəsinin nəzdində olan “Orta məktəbi idarəetmə” kafedrasında baş laborant kimi başlamışdır. Həmin fakültənin bağlanması ilə əlaqədar 1989-cu ildə institutun Müasir Azərbaycan dili kafedrasında baş laborant kimi fəaliyyətinə davam etmişdir.
1993-cü ildə akademik Ş.Şirəliyevin elmi-yaradıcılığı ilə bağlı tədqiqat aparmışdır. O, ADPU-nun dissertantı olmuş, həmin mövzu ilə bağlı bir sıra məqalələr çap etdirmişdir. O cümlədən, 1995-ci ildə “Türk dillərinin dialektoloji atlasının hazırlanması işində M.Ş.Şirəliyevin rolu”adlı məqaləsi (Türk lehçeleri və edebiyyatı dergisi. Sayı 4, Ankara, 1995) Türkiyədə çap edilmişdir. 2004-cü il oktyabrın 26-da AMEA-da “M.Ş.Şirəliyevin Azərbaycan dilinin inkişafında rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2006-cı ildə Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmişdir. 2009-cu ildən həmin kafedranın baş müəllimidir.
1 tezis, 1 monoqrafiyanın, bakalavr üzrə 2 proqramın, 1 dərs vəsaiti və bir sıra məqalələrin müəllifidir. 1993-cü ildən YAP-ın üzvüdür.
Ailəlidir. 2 övladı var.
Razim Əli oğlu Məmmədov1959-cu il 8 iyul tarixində Gürcüstan Respublikası Bolnisi rayonu Akaurla kəndində anadan olub.
R.Məmmədov 1978-1983-cü ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil aldıqdan sonra,1984-1986-cı illərdə Marksizm-leninizm Universitetində fəlsəfə ixtisası üzrə təhsilini davam etdirmişdir. O, 1983-1991-ci illərdə Bolnisi rayonu Tapan kənd məktəbində müəllim işləyib.1987-ci ildə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur.1990-cı ildə “Gürcüstanda Azərbaycan dilli mətbuatda ədəbiyyat məsələləri”mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1995-ci ildə AMEA Milli Münasibətlər İnstitutunda “Milli-mədəni və etnodil prosesləri” şöbəsində elmi işçi vəzifəsində çalışmış.1995-2002-ci illərdə AMEA Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan diasporu” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, 2006-2011-ci il illərdə AMİ-də“İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində dekan,2011-2012-ci illərdə Filologiya və təhsildə sosial-psixoloji xidmət” fakültəsində dekan, 2012-2015-ci illərdə tədris işləri üzrə prorektor, 2016-2017-ci illərdə ADPU-da “Təhsilin keyfiyyətinin artırılması və monitorinqi” bölməsinin müdiri, 2017-2019-cu illərdə ADPU-nun “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” fakültəsində dekan müavini vəzifələrində çalışmışdır. 2019-cu ildən həmin universitetin “Azərbaycan və dünya ədəbiyyatı” (indiki Ədəbiyyat) kafedrasının müdiridir. 2009-cu ildə dosent elmi adı almışdır.
Ailəlidir, iki övladı var.
Monoqrafiya, dərslik, dərs və metodik vəsaitləri:
- Gürcüstanda Azərbaycandilli mətbuat (Ensiklopedik məlumat kitabı) Bakı, “Azərbaycan” nəşriyyatı, 1995, 36 səh.
- Gürcüstanda Azərbaycan mətbuatı və ədəbi mühit ( Monoqrafiya), Bakı, Xəzər Universitetinin nəşriyyatı, 2000, 140 səh.
- Pedaqoji ustalıq,(Metodik vəsait, həmmüəllif) Bakı, “Müəllim” nəşriyyatı, 2008, 84 səh.
- Azərbaycan ədəbiyyatı tarixi, Ali təhsilin bakalavr pilləsi üçün fənn proqramı. Bakı, 2008, 34 səh.
- Tiflis mətbuatı. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild) Bakı, “Elm və təhsil”, 2011, səh. 333-358.
- Azərbaycan diasporunun görkəmli tarixi şəxsiyyətləri. Azərbaycan diasporu-ensiklopedik məlumatlar toplusu. Bakı, 2012, səh: 215-259.
- Əziz Şərif və Tiflis Dövlət Azərbaycan Teatrı (monoqrafiya) Bakı, “Müəllim” nəşriyyatı, 2014, 115 səh.
- Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, 199 səh.
- Ədəbi tənqid tarixi (fənn proqramı, tərtibçilər Razim Məmmədov, Yadulla Dadaşlı) Bakı, 2018, 70 s.
Qəhrəmanova (Ergin) Yeganə Qürbət qızı 1976-cı il yanvarın 26-da Abşeron rayonunun Məhəmmədli kəndində anadan olmuşdur. 1983-cü ildə Məhəmmədli kənd orta məktəbinə daxil olmuş, 1993-cü ilə orta məktəbi bitirərək N.Tusi adına ADPU-nun filologiya fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olmuşdur.
Yeganə Qəhrəmanova 1999-cu ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirərək magistr dissertasiyasını müdafiə etmişdir. Həmin ildən universitetin Müasir Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə AMEA-nın disertantı olmuş, namizədlik dissertasiyasını 2007-ci ildə müdafiə etmişdir. 2008-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2003-2006-cı illərdə universitet TEC-in sədri, “Pedaqoji Unversitet xəbərləri” humanitar elmlər seriyasının redaktor müavini vəzifələrində çalışmışdır.
2012-2014-cü illərdə Təhsil Nazirliyi yanında dərslikləri qiymətləndirmə şurasında ekspert kimi iştirak etmiş, 2014-cü ildə TN-nin orta məktəb müəllimləri arasında keçirdiyi “İlin müəllimi” müsabiqəsinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü olmuşdur.
2014-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsinə üzv seçilmişdir. Həmin il Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
2014-cü ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında elmlər doktoru proqramı üzrə “Azərbaycan dilində hal kateqoriyasının struktur-semantik inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
“Kitabi-Dədə Qorqud” dastanında feilin təsriflənməyən formaları” adlı dərs vəsaitinin, magistratura üçün “Elmi-pedaqoji təcrübə” adlı proqramın, 22 elmi məqalə və tezisin müəllifidir.
2005-ci ildən YAP-ın üzvüdür.
Qəhrəmanova (Ergin) Yeganə Qürbət qızı 1976-cı il yanvarın 26-da Abşeron rayonunun Məhəmmədli kəndində anadan olmuşdur. 1983-cü ildə Məhəmmədli kənd orta məktəbinə daxil olmuş, 1993-cü ilə orta məktəbi bitirərək N.Tusi adına ADPU-nun filologiya fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olmuşdur.
Yeganə Qəhrəmanova 1999-cu ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirərək magistr dissertasiyasını müdafiə etmişdir. Həmin ildən universitetin Müasir Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə AMEA-nın disertantı olmuş, namizədlik dissertasiyasını 2007-ci ildə müdafiə etmişdir. 2008-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2003-2006-cı illərdə universitet TEC-in sədri, “Pedaqoji Unversitet xəbərləri” humanitar elmlər seriyasının redaktor müavini vəzifələrində çalışmışdır.
2012-2014-cü illərdə Təhsil Nazirliyi yanında dərslikləri qiymətləndirmə şurasında ekspert kimi iştirak etmiş, 2014-cü ildə TN-nin orta məktəb müəllimləri arasında keçirdiyi “İlin müəllimi” müsabiqəsinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü olmuşdur.
2014-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsinə üzv seçilmişdir. Həmin il Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
2014-cü ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında elmlər doktoru proqramı üzrə “Azərbaycan dilində hal kateqoriyasının struktur-semantik inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
“Kitabi-Dədə Qorqud” dastanında feilin təsriflənməyən formaları” adlı dərs vəsaitinin, magistratura üçün “Elmi-pedaqoji təcrübə” adlı proqramın, 22 elmi məqalə və tezisin müəllifidir.
2005-ci ildən YAP-ın üzvüdür.
Elman Hilal oğlu Quliyev 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildə Mirzə Uluğbəy (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə “İlin alimi” (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı» mükafatına (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və fəaliyyətinə görə TÜRKSOY-un “Yusif Xas Hacib” və “Molla Pənah Vaqif” medallarına layiq görülmüşdür. Hazırda ADPU-nun Türk odası və Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür.
15 kitabın, 8 proqram, 200-ə qədər elmi məqalənin (bunlardan 50-si xaricdə çap olunub) müəllifidir.
Elman Hilal oğlu Quliyev 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildə Mirzə Uluğbəy (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə “İlin alimi” (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı» mükafatına (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və fəaliyyətinə görə TÜRKSOY-un “Yusif Xas Hacib” və “Molla Pənah Vaqif” medallarına layiq görülmüşdür. Hazırda ADPU-nun Türk odası və Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür.
15 kitabın, 8 proqram, 200-ə qədər elmi məqalənin (bunlardan 50-si xaricdə çap olunub) müəllifidir.
Qüdrət Umud oğlu Umudov 16 may 1957-ci ildə Şamaxının Göylər kəndində anadan olmuşdur. Atası Umud Xalıqverdi oğlu ali təhsilli aqronom, anası Mənzumə Rzabala qızı isə evdar qadın olmuşdur.
1964-cü ildə birinci sinfə gedən Q.Umudov 1974-cü ildə Göylər kənd orta məktəbini bitirərək, elə həmin ildə APİ-nin Filologiya fakültəsinə daxil olur, 1978-ci ildə institutu “Fərqlənmə diplomu” ilə bitirir. Təyinatla Göylər kənd 8-illik məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayır. Bir ildən sonra tədris işləri üzrə direktor müavini təyin olunan Qüdrət müəllim eyni zamanda yerli həmkarlar təşkilatına da rəhbərlik edir.
1980-cı ilin payızında aspiranturaya daxil olmaq üçün Bakıya getsə də, məqsədinə çata bilmir və hərbi xidmətə gedir. SSRİ Müdafiə Nazirliyinin Moskvanın yaxınlığında yerləşən yüksək rütbəli zabitlərin müalicə olunduğu Mərkəzi Klinik sanatoriyasında vzvod komandiri, həmçinin Moskva Hərbi dairə tribunalında iclasçı hakimin məşvərətçisi kimi də xidmət edir.
1982-ci ilin yayında hərbi xidmətdən qayıdan Qüdrət müəllim pedaqoi fəaliyyətini Göylər kənd orta məktəbində davam etdirir. 1985-ci ilin yaz qəbulunda V.İ.Lenin adına APİ-nin “Folklorşünaslıq” ixtisası üzrə əyani (məqsədli) aspiranturasına daxil olur. “Azərbaycan folklorşünaslığının inkişaf yolları (1930-40-cı illər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən (1990) Q.Umudov elmi laboratoriyada elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərir, paralel olaraq “Azərbaycan ədəbiyyatı tarixi” kursları üzrə dərslər aparır.
Qüdrət Umudov hal-hazırda ADPU-nun “Ədəbiyyat” kafedrasının dosentidir. 3 monoqrafiyanın, “Azərbaycan şifahi xalq ədəbiyyatı müntəxəbatı”nın, 10-a yaxın dərs vəsaitinin, 9 proqramın 100-dən artıq məqalənin müəllifidir. “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığının inkişaf problemləri” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Monoqrafiyası:
Folklorşünaslığımızın tarixindən (1920-41-ci illər) Dərs vəsaiti.
Azərbaycan folklorşünaslığı: tarixi problemləri. Bakı, ADPU nəşri, 2011, 273 səh.
Ramil Manaf oğlu Əliyev 1953-cü il sentyabr ayının 28-də Аzərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1960-1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil almış, 1970-1971-ci illərdə Şəki mətbəəsində çalışmışdır. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur.1983-cü ildə Nizami adına Аzərbaycan ədəbiyyatı tarixi muzeyində, 1983-1995-ci illərdə Elm nəşriyyatında işləmiş, 1992-ci ildə Mifoloji görüşlər və onların Аzərbaycan nağıllarında izləri mövzusunda namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildən filologiya üzrə elmlər doktorudur. 2014-cü ildə AAK-ın qərarı ilə professor elmi adını almışdır.1995-2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitutunda, 2002-ci ildə АMEА Folklor İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan dilinin tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışmış, 2010-cu ildən Аzərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsini tutmuşdur. Sonra həmin kafedranın müdiri olmuş, 2015-ci ildən elmi işlər üzrə prorektor təyin olunmuşdur. 100-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, məqalə və metodik işlərin müəllifidir.
Аiləlidir. İki övladı, dörd nəvəsi vardır.
Əzimova Təranə Məhəmməd qızı 1965-ci il sentyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. 1972-82-ci illərdə Bakı şəhərindəki 247 saylı məktəbdə orta təhsil almışdır.1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olub, 1987-ci ildə bu ali məktəbi bitirmişdir. Tələbəlik illərində mətbuatda və elmi konfraslarda çıxışlar etmişdir.
1989-cu ildə ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında baş laborant vəzifəsində işə qəbul olunmuşdur.
2001-ci ildə kafedrada müəllim, 2009-cu ildə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışır.
2009-cu ildə “Anar dramaturgiyasında psixologizm” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya üzrə fəlsəfə doktoru adı almışdır.
2014-cü ildə “Anar dramaturgiyasında psixologizm” adlı kitabı, 2016-cı ildə həmmüəliflə birlikdə Müasir Azərbaycan ədəbiyyatı tarixi (İ.Əfəndiyev, Elçin, Anar yaradıcılığında psixologizm problemi) adlı metodik vəsasiti çap olunmuşdur.
20 məqalə müəllifidir.
“Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)”, “Azərbaycan ədəbiyyatı (ingilis)”, “Müasir ədəbi proses (ən yeni mərhələ), Dünya ədəbiyyatı (Türk və Şərq xalqları) fənlərini tədris edir.
Ailəlidir, iki övladı var. YAP-ın üzvüdür.
Yeganə Nəriman qızı Qasımova 1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirmiş, həmin il ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur. 1991-ci ildə ADPU-nu Fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Azərbaycan Ensiklopediyasında mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə Respublika Xatirə Kitabının üç cildi üçün materialların toplanması və çapa hazırlanmasında işçi qrupunun üzvü kimi iştirak etmiş, 6 kitabın bədii, elmi və nəşriyyat redaktoru olmuşdur.
1995-ci ildən ADPU-da çalışır. 2003-cü ildən müəllim kimi fəaliyyət göstərir. 2009-cu ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimidir. Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər), Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr), Azərbaycan ədəbiyyatı fənlərini tədris edir.
Filologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildə “İlyas Əfəndiyevin bədii publisistikası” mövzusunda dissertasiya müdafiə etmişdir. Müasir Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı elmi məqalənin müəllifidir. “Azərbaycan ədəbiyyatı” (qeyri-ixtisas fakültələri üçün), Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər) (Prof.T.Cavadovla birlikdə) proqramlarının tərtibçisidir. Azərbaycan Onomastikası problemlərinə həsr olunmuş Respublika Elmi Konfransı (1988), “Şərq filologiyasının aktual problemləri” Respublika Elmi Konfransı (2011), ADPU professor-müəllim heyətinin X Elmi Konfransı (2012) və VII Uluslararası türk kültürü, sanatı və kültürel mirası koruma Sempozyumunun (2013), “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq konfransın (2018), “Elm və təhsilin aktual problemləri” adlı beynəlxalq konfransın (2019) və s. iştirakçısıdır. 20-dən artıq məqaləsi çap olunmuş-dur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Avropa İttifaqının, UNİCEF, Azərbaycan Universitetlər Konsorsiumunun, Qlobal Karyera İnstitutu və s. həyata keçirdikləri çoxsaylı layihələrin təlim nəticələrinə görə Sertifikatlara layiq görülmüşdür.
Əntiqə Aslan qızı Qəhrəmanova 1958-ci il noyabrın 11- də Şəmkir rayonunda anadan olmuşdur. 1976-cı ildə BDU-nun filologiya fakültəsini bitirmiş, 1976-cı ildə AMEA- nın Mərkəzi Kitabxanasında Elmi informasiya şöbəsində baş redaktor vəzifəsində işə başlamışdır. AMEA-nın Mikrobiologiya İnstitutunda kitabxana müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə folklorşünaslıq mövzusunda elmi iş müdafiə edib. Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır. 1998-2010-cu illərdə özəl universitetlərdə şöbə müdiri və baş müəllim işləmişdir. 2011-2013-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışmışdır. 2013-cü ildən ADPU-nun “Ədəbiyyat” kafedrasında müəllim işləyir.
2 metodik vəsait, 20 məqalə və 7 proqramın müəlifidir.
Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbdə və Bərdə şəhər 1 saylı orta məktəbdə orta təhsil almışdır (1976-1986). O, 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı “Gənc müəllim” qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O,1997-ci ildən “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını müdafiə edərək elmlər namizədi adını almışdır.
Təranə Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin “Gənc müəllim” qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun “Qar çiçəyi”, “Addımlar” ədəbi birliklərinin yaradılmasında, “Addımlar” poeziya almanaxının nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999), Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Quruumunun (2007), İtaliyada Pablo Neruda Mədəniyyət Assosiasiyasının (2016), ABŞ-da OUR Poetry Archive (2018) üzvü kimi respublikamızda və bir çox dünya ölkələrində mötəbər ədəbi, elmi tədbirlərdə Azərbaycan elmini və ədəbiyyatını ləyaqətlə təmsil etmişdir. 1 dərs vəsaiti, 1 məqalənin və 6 programın müəllifidir.
Ailəlidir, iki övladı var.
Məlahət Ramiz qızı Babayeva 1980-ci ildə Qax rayonunda anadan olmuşdur. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirmışdır. 2012-ci ildə “H.Cavid dramlarında tarixi şəxsiyyətlərin bədii obrazları” mövzusunda dissertasiyanı müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Dissertasiya işi və digər mövzularla bağlı 85 elmi məqalə və tezislərin müəllifidir. 25 Beynəlxalq elmi konfransda elmi məruzə ilə çıxış etmişdir. 1 noyabr 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının baş müəllimidir.
2014-cü ilin 15 aprelində Azərbaycan Yazıçı Qadınlar Birliyi tərəfindən“TUTİ BİKƏ” mükafatına layiq görülmüşdür. Hazırda doktorluq dissertasiyası üzərində işləyir.
4 metodik vəsait və proqramların müəllifidir.
Kitabları
The translation and explanation of Hussein Javid`s “Topal Teymur” play (dərs vəsaiti). Bakı: ADPU, 2012
Azərbaycan ədəbiyyatı tarixi: Müasir dövr. (dərs vəsaiti). Bakı: ADPU, 2017
Ulduz Fərhad qızı Qəhrəmanova 1982-ci il noyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonu 283 saylı orta məktəbi bitirmış, 2001-ci ildə II kurs tələbəsi olarkən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 80-ci ildönümü münasibətilə 15-17 mayda keçirilmiş “TEC-62” elmi konfransında I yeri tutmuş və diplomla təltif olunmuşdur. 1999-2003-cü illərdə ADPU-nun Filologiya fakultəsinin bakalavr pilləsini, 2003-2005-ci illərdə magisrtatura pilləsini fərqlənmə diplomları ilə bitirmiş, 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” və “Dünya ədəbiyyatı” kafedralaında böyük labo-rant vəzifəsində çalışmışdır. 2009-cu ildən ADPU-nun “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantura şöbəsinə qəbul olmuşdur.
2015-ci ildə “M.Ə.Sabir və klassik irs” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 2015-ci ildən “Dünya ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır.
2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru adını almış, 30 elmi məqalənin müəllifidir.
Şahanə Əliyənnağı qızı Məhərrəmova 1982-ci il iyunun 3-də Qərbi Azərbaycanın Krasnaselo rayonunun Toxluca kəndində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi T.Məmmədov adına 239 saylı orta məktəbi bitirmışdir. 1999-2003-cü ildə ADPU-nun Filologiya fakültəsinin bakalavr pilləsini, 2003-2005-ci il tarixində magisrtatura bölməsini fərqlənmə diplomlarıilə bitirmişdir. 2007-2011-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin “Xarici dillər” kafedrasında, 2011-ci ildən “Dünya ədəbiyyatı” ( indiki Ədəbiyyat) kafedrasında böyük laborant vəzifəsində çalışıb. 2013-cü ildən “Dünya ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır. 2014-cü ildə “Azərbaycan ədəbiyyatı” kafedrasının dissertantura şöbəsinə qəbul olmuşdur. 2015-ci ildən Azərbaycan və dünya ədəbiyyatı kafedrasında çalışır. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktorudur.
25 elmi məqalənin müəllifidir. 2002-ci ildən YAP-ın üzvüdür.
Pərvin Ələmdar qızı Nurəliyeva 1984-cü ildə Bakı şəhərində anadan olub. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hal-hazırda ADPU-da “Ədəbiyyat” kafedrasının müəllimidir.
Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Ən müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə”, Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. “Qar yağacaq” və “Balerin”(türkcə), “Dlya Samira” (rusca) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərdə yayımlanıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında P. Nurəliyevanın “Aşar keçər Arazı” pyesi mükafata layiq görülüb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mətbuat günü münasibəti ilə Fəxri Fərmana layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliğatı Bürosunun və “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.
Ailəlidir, bir övladı var.
Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayinin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur.1966-1970-ci illər V.İ.Lenin (indiki ADPU) adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olub, “Nizami Gəncəvi” adına təqaüdlə oxumuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan dilçiliyi kafedrasında müəllim vəzifəsində saxlanılıb.1972-1973-cü illər ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.1974-1979-cu illər ADPU-nun Filologiya fakültəsinin həmkarlar təşkilatının sədri olmuşdur. 1975-1981-ci illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim olmuşdur.1978-ci il “Abdulla Şaiqin nəsr dili” (leksika və frazeologiya) mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.1981-1990-cı illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında dosenti olmuşdur. 1981-1989-cu illər ADPU-nun filologiya elmləri üzrə ixtisaslaşmış müdafiə şurasının üzvü (10.02.02 – Azərbaycan dili) 1989-cu ildən indiyədək “Sovetskaya türkologiya” (sonralar “Türkologiya”) jurnalı redaksiya heyətinin üzvüdür. 1990-cı ildə professor elmi adı verilmişdir.1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illər Naxçıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü (N-054-1201)olmuşdur. 1996-cı il Akademik Yusif Məmmədəliyev adına medal və mükafatla təltif olunub. 1996-cı ildən indiyədək “Abituriyent” jurnalı redaksiya şurasının üzvü, 1997-ci ildən indiyədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvüdür. 1998-ci il “Vətən” mükafatı ilə təltif olunub. 1998-ci il “Araz” ali ədəbi mükafatı ilə təltif olunub. 1999-cu ildən AYB-nin üzvüdür. 2001-ci il “Qızıl qələm”, “Abdulla Şaiq” mükafatı ilə təltif olunub.
2001-ci il Lütfizadə adına Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci il Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci il İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 2001-ci il üçün “İlin Beynəlxalq ziyalısı” adına və “Qızıl medal”a layiq görülüb. 2001-ci il Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” adına layiq görülüb. 2009-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2013-cü ildə Ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl medalı” ilə təltif olunub. 14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir
Ailəlidir, 1 oğlu, iki qızı vardır.
Qızqayıt Hacağa qızı Mustafayeva 1946-cı il dekabrın 5-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərinin 172 saylı orta məktəbini bitirib. 1968-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Tarix-filologiya fakültəsini fərlənmə diplomi ilə bitirmiş. həmin ildən Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi saxlanmışdır.1980-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filiolgiya elmləri namizədi elmi dərəcəsi alıb; 1984-cü ildən dosentdir.1968-ci ildən hal-hazıra kimi Azərbaycan dilçiliyi kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışır.
5 kitabın, 100-ə qədər elmi və publisistik məqalənin, 5 proqramın müəllifidir.
Evlidir, iki övladı var.
Həcər Emin qızı Hüseynova 1962-ci ilin fevral ayının 20-də Gəncə şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi, 1984-cü ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. Hal-hazırda ADPU-nun filologiya fakültəsində müəllimi, filologiya üzrə elmlər doktorudur.
2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.2012-ci ildə “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. YAP-ın üzvüdür.
Ailəlidir, 2 övladı vardır.
Universitetlərin bakalavr və magistratura pilləsi üçün hazırlanmış 10 proqramın, 15 kitabın müəllifidir
37 beynəlxalq və Respublika konfranslarıın iştirakçısı olmuş və beynəlxalq sertifikat və diplomlarla təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif İsmayıl oğlu İsrafilov 1959-cu il iyunun 17-də Gürcüstan Respublikası, Bolnisi rayonu Arakol kəndində anadan olub.1976-cı ildə Gürcüstan Respublikası, Zol Göyəckənd orta məktəbini bitirib. 1982-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakultəsini əla qiymətlə bitirib. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək filiolgiya elmləri namizədi elmi dərəcəsi adını alıb. 1996-cı ildən dosentdir. 1982-86-cı illərdə təyinatla Cəlilabad rayonu Novoqolovka kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1986-1989-cu illərdə Bakı şəhər 42 № li peşə liseyində ixtisası üzrə müəllim, 1990-cı ildən ADPU-da laborant, baş laborant, baş elmi işçi, 1996-cı ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosentidir.
4 kitabın, 100 elmi və publisistik məqalə və 4 tədris proqramının müəllifidir.
Ailəlidir, iki övladı var.
İradə Məzahim qızı Kərimova 1981-ci il avqustun 3-də Göyçay rayonunda anadan olub. 1998-ci ildə Göyçay rayonunda orta məktəbi bitirib. 2002-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə həmin universitetin Dilşünaslıq ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib, həmin ildə namizədlik dissertasiyası müdafiə edərək Azərbaycan dili ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. 2004-cü ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim, 2009-cu ildən həmin kafedrada baş müəllim və dosentdir.
30 yerli, 5 beynəlxalq məqalənin müəllifidir.
Ailəlidir. 1 övladı var.
Yusif Qoca oğlu Yusifov 1954-cü il avqust ayının 11-də Azərbaycan Respublikası, Qazax rayonu Musaköy kəndində anadan olub. 1969-cu ildə Qazax rayonu, Musaköy tam orta məktəbini bitirib. 1978-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini fərqlənmə diplomu iləbitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyasıı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1979-1981-ci illərdə Bakı şəhərinin Binə qəsəbəsində orta kənd texniki-peşə məktəbində əvvəl tərbiyəçi-müəllim, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, 1981-1984-cü illərdə APİ-nin Azərbaycan dilçiliyi kafedrasının dilçilik ixtisası üzrə əyani aspiranturasında təhsil alaraq oranı uğurla bitirmişdir. 1984-1994-cü illərdə APİ-nin elmi katibi, 1995-ci ildən Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsində çalışır. 2 monoqrafiyanın müəllifidir.
Ailəlidir, üç övladı var.
Xatirə Ələddin qızı Əliyeva 1968-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda ziyalı ailəsində anadan olmuşdur.1985-ci ildə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli orta məktəbi;1991-ci ildə ADPU-nun (keçmiş N.Tusi adına APİ) Filologiya fakültəsini bitirmişdir.1997-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.1985-ildən-1986-ci ilə qədər Bakı şəhəri 182 nömrəli tam orta məktəbdə kargüzar, 1992-ci ildə Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda baş laborant,1993-cüildən l997-ci ilədək aspirant, 1998-ci ildən 1999-cu ilədək kiçik elmi işçi, 2000-ci ildən 2002-ci ilədək böyük elmi işçi, 2010-cu ildən 2014-cü ilədək ADPU-da saat hesabı müəllim, 2014-cü ildən 2016-cı ilədək Azərbaycan Müəllimlər İnstitutunda baş müəllim vəzifəsində işləmişdir. Respublika daxilində 7, respublika xaricində 4 məqalənin müəllifidir.
Ailəlidir, iki oğlu var.
“Azərbaycan dili və nitq mədəniyyəti” (proqram) (bakalavr təhsil pilləsində qeyri-filologiya fakültələri üçün) Bakı, 2016
Təranə Adil qızı Nağıyeva 30 iyul 1979-cu il tarixdə Lənkəran şəhər Kirov qəsəbəsində anadan olub. Tam orta təhsilini 1985-1996-cı illərdə Lənkəran şəhər R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində alıb. 1996-cı ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuş, 2001-ci ildə oranı bitirmişdir. 2001-2003-cü illərdə Lənkəran Dövlət Universitetinin Magistratura şöbəsində Dilşünaslıq istiqaməti üzrə magistr təhsili almışdır. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin Dil nəzəriyyəsi istiqaməti üzrə əyani aspirantı olmuş, prof. M.Ə.Mahmudovun rəhbərliyi ilə “Azərbaycan və talış dillərində frazeoloji birləşmələr” mövzu-sunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 1998-2003-cü illərdə Lənkəran şəhər R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində ixtisası üzrə müəllim işləyib. Ailə qurmağı ilə əlaqədar 2003-2011-ci illərdə Şirvan şəhər 3 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 2016-cı il tarixdən ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasında baş müəllim kimi fəaliyyətə başlayıb. 2 monoqrafiya və Respublika daxilində çıxan jurnallarda 30 məqalə, 5 tezis, Respublikadan kənar 4 məqalənin müəllifidir.
Ailəlidir. İki övladı var.
Sevda İslam qızı Abbasova 21 may 1960-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1976-ci ildə Bakı şəhəri Binəqədi qəsəbəsi 182 nömrəli orta məktəbi bitirmişdir. 1983-cü ildə ADU-nun Filologiya fakültəsini bitirmişdir.
1994-cü ildən pedaqogika üzrə fəlsəfə doktoru, 2004-cü ildən dosentdir.1983-1987-ci illərdə Bakı şəhəri 182 nömrəli tam orta məktəbdə kitabxanaçı, 1987-1988-ci illərdə Təhsil Problemləri İnstitutunda (keçmiş Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu) kadrlar üzrə inspektor, 1988-ci ildə Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası üzrə aspirantura, 1990-cı ilədək elmi işçi, 1994-cü ildən 2000-ci ilədək böyük elmi işçi, aparıcı elmi işçi, 2010-cu ildən 2015-ci ilədək Təhsil Nazirliyində aparıcı məsləhətçi işləmişdir. 2016-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində işləmişdir. 15.09.2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir. 67 elmi-metodik məqalənin və 8 kitabın müəllifidir.
Yusif Qoca oğlu Yusifov 1954-cü il avqust ayının 11-də Azərbaycan Respublikası, Qazax rayonu Musaköy kəndində anadan olub. 1969-cu ildə Qazax rayonu, Musaköy tam orta məktəbini bitirib. 1978-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini fərqlənmə diplomu iləbitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyasıı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1979-1981-ci illərdə Bakı şəhərinin Binə qəsəbəsində orta kənd texniki-peşə məktəbində əvvəl tərbiyəçi-müəllim, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, 1981-1984-cü illərdə APİ-nin Azərbaycan dilçiliyi kafedrasının dilçilik ixtisası üzrə əyani aspiranturasında təhsil alaraq oranı uğurla bitirmişdir. 1984-1994-cü illərdə APİ-nin elmi katibi, 1995-ci ildən Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsində çalışır. 2 monoqrafiyanın müəllifidir.
Ailəlidir, üç övladı var.
Zemfira İsaxan qızı Abbasova 19 may 1975-ciildə Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olmuşdur.1988-ci ildən deportasiya olunaraq Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı tam orta məktəbi bitirmiş və həmin il Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1998-ci ildə ərəb dili müəllimi ixtisası üzrə ali təhsilini başa vurmuş, 2001-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında Azərbaycan dili ixtisası üzrə doktoranturaya daxil olmuş, 2016-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 2017-ci ildə filolologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2019-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim seçilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 6-cı mobil qrantının qalibi olmuşdur. Böyük Britaniyanın Kembric şəhəri, Kembric Universitetində elmi-pedaqoji təcrübə keçmiş, Kembric Universitetinin Sertifikatına layiq görülmüşdür.
28-ə yaxın elmi məqalənin müəllifidir.
Nadir Əziz oğlu Abdullayev 1935-ci il avqustun 15-də Göyçay rayonunun Qazaman kəndində anadan olmuşdur.1950-ci ildə Qaraman kənd yeddiillik məktəbini, 1954-ci ildə Göyçay Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1959-cu illərdə ADPU-nun Tarix-filologiya fakültəsində təhsil alıb, Sumqayıt şəhəri 2 nömrəli internat məktəbində müəllim olmuşdur.
1962-1965-ci illər ADPU, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında aspirant olmuşdur.1966-1992-ci illər Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında dosent olmuşdur.1992-ci ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professorudur.
2006-2007-ci illərdə Dünya bankı və Təhsil Nazirliyinin pedaqoji təhsil sistemində “Azərbaycan dilinin tədrisi metodikası” və “Azərbaycan dilinin tədrisi” fənlərinə aid Təhsil Sektorunun inkişaf layihəsi üzrə milli məsləhətçi olmuşdur. Alim 26 adda elmi-metodik əsərin, dərslik, dərs vəsaitinin və150-dən artıq məqalənin müəllifidir.
Mükafatlar:
İlin müəllimi, Qabaqcıl maarif xadimi, Əməkdar müəllim