Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. O, 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (bu günkü ADPU-nun) filologiya fakültəsinə qəbul olmuş Mahirə Hüseynova təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mahirə Hüseynova elə həmin ildən təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən, döş nişanı ilə təltif edilən Mahirə Hüseynova 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomla təltif edilmişdir.
M.Hüseynova həmçinin “Qızıl qələm”,“İlin Alimi” Media Mükafatı Laureatı fəxri adlarına və s.mükafatlara layiq görülmüşdür. Azərbaycan Yazçılar Birliyinin üzvü, Mahirə Nağıqızı imzası ilə 14-ə yaxın şeir kitabı şap edilmiş xanım Hüseynova həmçinin iki bayatılar kitabının müəllifidir.
2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi olan Mahirə Hüseynova “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı namizədlik dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, 2015-ci ilin mayında “Müasir Azərbaycan dili” kafedrasının dosenti, 2015-ci ilin dekabr ayında isə eyni kafedranın müdiri vəzifəsinə seçilmişdir.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 26 elmi kitabın monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 14 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publisistik məqaləsi çap olunmuşdur. Onun haqqında eynilə 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.
Alimin çap etdirdiyi “Ulu öndərimizin natiqlik məharəti”, “Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir” kitablarında ümummilli liderin Azərbaycan natiqlik sənətinə verdiyi töhfələr araşdırılmış, “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə”, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” kitablarında isə görkəmli dilçi alimlərin tədqiqat sahələri təhlil edilmişdir.
Bütün bunlarla bərabər, Mahirə Hüseynova dilçilik elmində fonetika, morfologiya, sintaksis və leksikologiya üzrə tədqiqatlar apararmış qiymətli monoqrafiyalar müəllifi kimi tanınmışdır. “Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksikası”,“Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya)”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), “Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti)”, “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”və digər əsərləri ilə Mahirə Hüseynova dilimizin araşdırılmış sahələrinə elmi-nəzəri baxımdan aydınlıq gətirməyə çalışmışdır. “Dilin elmi və estetik problemləri” adlı növbəti kitabında müəllif araşdırma obyektlərini daha da genişləndirmişdir.
Mahirə Hüseynova elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. Alim III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda, Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında, Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında, 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresində, Bakı Slavyan Universiteti VI Beynəlxalq Elmi Konfransında, Azərbaycan Dövlət Pedaqoji Universiteti “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında, Tatarıstan Respublikası, Kazan Federal Universitetində Beynəlxalq Türkoloji Elmi Konfransında, Azərbaycanın Türkiyənin Qars vilayətində Baş Konsulluğununvə Kars Kafkaz Universitesinin birgə təşkil etdiyi “Azərbaycan Cümhuriyyətinin 100 illiyi” adlı tədbirdə məruzə ilə çıxış edərək “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Hazırda M.Hüseynova ADPU-da Filologiya fakültəsinə rəhbərlik edir.
Universitetin ictimai-siyasi həyatında fəal iştirak edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova 2001 –ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Könül Nəriman qızı Həsənova 9 yanvar 1987-ci ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Mehidiabad qəsəbə 1 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin il də Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı BMLK-da ixtisası üzrə işləməyə başlamışdır. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İntel “Gələcək üçün Təhsil”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İdrak liseyinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi”, “Curriculum Development” adlı təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və I dərəcəli serifikatla dəyərləndirilmişdir. O, 2016-cı ildə “Empowering Learning” IV Beynəlxalq Təhsil Konfransında iştirak etmişdir. ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşıdır. 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
2022-cı ilin aprel ayının 3-dən Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.
Zemfira İsaxan qızı Abbasova 19 may 1975-ciildə Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olmuşdur.1988-ci ildən deportasiya olunaraq Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı tam orta məktəbi bitirmiş və həmin il Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1998-ci ildə ərəb dili müəllimi ixtisası üzrə ali təhsilini başa vurmuş, 2001-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında Azərbaycan dili ixtisası üzrə doktoranturaya daxil olmuş, 2016-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 2017-ci ildə filolologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2019-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim seçilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 6-cı mobil qrantının qalibi olmuşdur. Böyük Britaniyanın Kembric şəhəri, Kembric Universitetində elmi-pedaqoji təcrübə keçmiş, Kembric Universitetinin Sertifikatına layiq görülmüşdür.
Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayinin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur.1966-1970-ci illər V.İ.Lenin (indiki ADPU) adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olub, “Nizami Gəncəvi” adına təqaüdlə oxumuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan dilçiliyi kafedrasında müəllim vəzifəsində saxlanılıb.1972-1973-cü illər ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.1974-1979-cu illər ADPU-nun Filologiya fakültəsinin həmkarlar təşkilatının sədri olmuşdur. 1975-1981-ci illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim olmuşdur.1978-ci il “Abdulla Şaiqin nəsr dili” (leksika və frazeologiya) mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.1981-1990-cı illər ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında dosenti olmuşdur. 1981-1989-cu illər ADPU-nun filologiya elmləri üzrə ixtisaslaşmış müdafiə şurasının üzvü (10.02.02 – Azərbaycan dili) 1989-cu ildən indiyədək “Sovetskaya türkologiya” (sonralar “Türkologiya”) jurnalı redaksiya heyətinin üzvüdür. 1990-cı ildə professor elmi adı verilmişdir.1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illər Naxçıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü (N-054-1201)olmuşdur. 1996-cı il Akademik Yusif Məmmədəliyev adına medal və mükafatla təltif olunub. 1996-cı ildən indiyədək “Abituriyent” jurnalı redaksiya şurasının üzvü, 1997-ci ildən indiyədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvüdür. 1998-ci il “Vətən” mükafatı ilə təltif olunub. 1998-ci il “Araz” ali ədəbi mükafatı ilə təltif olunub. 1999-cu ildən AYB-nin üzvüdür. 2001-ci il “Qızıl qələm”, “Abdulla Şaiq” mükafatı ilə təltif olunub.
2001-ci il Lütfizadə adına Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci il Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci il İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 2001-ci il üçün “İlin Beynəlxalq ziyalısı” adına və “Qızıl medal”a layiq görülüb. 2001-ci il Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” adına layiq görülüb. 2009-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2013-cü ildə Ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl medalı” ilə təltif olunub. 14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir
Ailəlidir, 1 oğlu, iki qızı vardır.
Səmədova Könül İbrahim qızı
Səmədova Könül İbrahim qızı 02.05.1974- cü ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1980-ci ildə Zaqatala rayonu Qımır kənd orta məktəbinin 1-ci sinfinə qəbul olub, 1989-cu ildən isə Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına t/h liseyin humanitar bölməsində davam etdirmiş, 1991-ci ildə liseyi əla qiymətlərlə bitirib, elə həmin ili ADPU-nun filologiya fakültəsinə qəbul olmuş, 1996-cı ildə isə fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətim təyinatı üzrə 1996-cı ildə Zaqatala rayonu Qımır kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamış, 1999- cu ildən Bakı şəhəri Xətai rayonu 147 saylı adına texniki- humanitar liseyendə Azərbaycan dili və ədəbiyyat müəllimi, 2004-cü ildən ADPU-nun filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında saathesabı, 2007-ci ildən 0,5, 2009-cu ildən tam ştat, 2010-cu ildən baş müəllim, 2013-cü ildən isə dosent vəzifəsində çalışıram.
1997-ci ildə ADPU-nun filologiya fakültəsinin aspiranturasına qəbul olmuş, 1997-2001-ci illərdə (qiyabi) aspiranturada oxumuş, 2004-cü ildə isə “Qərbi Azəərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.
2013-cü ildən AMEA-nın disserrtanturasına qəbul olmuş, 2018- ci ildə AMEA- nın Nəsimi adına Dilçilik instutunun Dialektologiya şöbəsində “Azərbaycan dilinin şimal- qərb dialektlərində qıpçaq elementləri” mövzusunda elmlər doktorluğu işim müzakirə olub. AAK – dan müdafiəyə icazə verilib müdafiə ərəfəsindəyəm.
2011-2021 – ci illərdə 76- dan çox elmi məqaləm – xaricdə və Azərbaycanın nüfuzlu jurnallarında çap olunub. Bu müddət də bir lüğətim - dərs vəsaiti. Bir monoqrafiya – Bakı. Iki monoqrafiya xaricdə- biri Türkiyədə digəri isə Avropada çapdan çıxıb.
Tanınmış nüfuzlu- beynəlxalq elmi jurnallarda 20- dən yuxarı elmi məqalələrim çap olunub.
Tatarıstanın Kazan şəhərində, Türkiyədə bir neçə dəfə elmi məzuniyyətdə olmuşam. Pandemiya vəziyyəti ilə əlaqədar olaraq isə bu gün də beynəlxalq elmi konfranslar da distant qoşularaq iştirak edirəm.
İstər ADPU-nun ,istərsə də filologiya fakültəsinin ictimai işlərində fəal iştirak edirəm, filologiya fakültəsinin metodşurasının üzvüyəm.
2019- cu iddə Azərbaycan 100 illiyi ilə əlaqədar Azərbaycanın Kars səfirliyi tərəfindən Kars Qafqaz universitetinə məruzə söyləmək üçün dəvət olunmuşam və universitetimizi yüksək səviyyədə təmsil etmiş və sertifikatla təltif olunmuşam.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “Elm- Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” layihənin qaliblərindən biriyəm.
2021- ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında AAK- nın Filologiya elmləri və Pedaqogika üzrə Ekspert komsiyyasının elmi katibiyəm.
Hal-hazırda mövzuyla bağlı 1 dərs vəsaiti və 3 monoqrafiya və 45-a yaxın elmi məqalənin müəllifiyəm.
Seçilmiş elmi əsərlərim.
1. Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları. Bakı. Nurlan. 2008.
2.Elmi- tədqiqat təcrübəsi Azərbaycan dili ixtisası üzrə.Proqram. Bakı- 2012.
3. Şimal- Qərb qrupu dialekt sözlərinin lüğəti və arealları.Bakı. Elm- təhsil. 2013.
4.Şimal- Qərb qrupu dialektlərinin fonetikası. Bakı . 2018. Monoqrafiya.
5.Ortaq türk leksikasında qıpçaq mənşəli sözlər və Azərbaycan dilində arealları. İKSAD.Türkiyə.2019. Monoqrafiya. ISBN:978-605-7695-39-0
6. Ortak Türkçede Kıpçak kökenli kelimeler, Azərbaycan dilində arealları. Monoqrafiya. QlobeEdit.İnternational Book Market Service Ltd. Mauritius. ISBN: 978-613-9-41696-7.
2020- 2021 ci illərdə çap olunan elmi- publisistik meqalə, tezislər və mükafatar!
1.Azərbaycan dilinin Şimal ləhcələrində ahəng qanunun pozulduğu yerlər.
( ANKARA .II ULUSLARARASI BİLİMSEL ARAŞTIRMALAR KONQRESİ. 6-8.MART.2020.Ankara )
2.Azərbaycan dilinin Şimal ləhcələrinin ümumi dialektik xüsusiyyətləri, qıpçaq və oğuz dil qruplarının qarşılıqlı müqayisəsi konteksində. ( TARAS SHEVCHENKO 5 th İNTERNASİONAL CONQRESS ON SOSİAL SCİENCES. May 8-10. KİEV, UKRAİNE. beynəlxalq onlayn konfrans )
Həm özeti hem də məqale. Həm də Bölmə rəhbəri olmuşam.) sertifikatı və proqramı var.
3.Azərbaycan dilinin Şimal ləhcəsində e sait səsinin uzanma halları qıpçaq qrupu türk dilləri ilə müqayisədə.( 23-25 aprel. 2020. İnternational Paris Conference on social sciences –IV. FRANSA. Həm məqalə həm də özet. Beynəlxalq onlayn konfrans.) sertifikatı və proqramı Avar. bölmə rəhbəri olmuşam.
4.Azərbaycan dilinin Şimal ləhcəsinin şivə qruplarında saitlərin artımı və düşümü fonetik hadisəsi.( İNTERNATİONAL EUROASİA Conqress on Scientific Researchese.Resent Trends- VI. May 18-20, 2020, Bakı Azərbaycan. Avrasiya zirvəsi onlayn konfransı. Həm özet həm də məqalə.) sertifikatı və proqramı var. həm də bölmə rəhbəri olmuşam
5.Azərbaycan dilinin Şimal ləhcəsinin şivə qruplarında diftonqlaşma və qıpçaq elementləri. ( Bulletin of Science and Practice. Scientific Journal. İyun 2020. Tom 6.Nomer.6. səh. 361- 366.) (skops indeksli jurnal).( sertifikatı da var).
6.Azərbaycan dilinin Şimal ləhcəsinin şivə qruplarında sait səs keçidləri və onlarda qıpçaq dil elementləri.( Mejdunarodnoqo tyurkoloqiceskoqo jurnala “TURKİC STUDİES JOURNAL” . NUR-SULTAN. Qazağıstan. N2. ( VOL 2) 2020. ( VEBOF SİENSE indeksli yurnaldı). S.52-63.
7. Azərbaycan dilinin hal kateqoriyasında qıpçaq dil elementləri.(Azərbaycan dilinin hal kateqoirisində kıpçak dil belirtiləri.) ( səh.393-399).
MATERİALI IV MEJDUNARODNOQO NAUÇNO-METODİCESKOQO ONLAYN- CEMİNARA. (Kazan- Nur Cultan- İzmir.20 fevral 2020).
8. Azərbaycan dilinin Şimal ləhcəsinə daxil olan şivələrin ümumi fonetik xüsussiyyətləri, qıpçaq və oguz dil qruplarının qarşılıqlı müqayisəsi konteksində.
ORCİD İD./ 0000-0003-2085-1059. ( “Obşie fonotiçeskie osobennosti qovorov severnoqo dielekta azerbaydjanskoqo yazıka v kontekste vliyaniya kipçakskoy i oquzskoy yazıkovıx qrupp”). NEOFİLOLOQİYA. TAMBOVSKİY QOSUDARSTVENNIY UNİVERSİTET imeni Q.P.DERJABİNA. ( RİNS. DOQOVOR N 663-10/2015).
9. Azərbaycan dilinin şimal ləhcəsində işlənən burun saitləri , oğuz və qıpçaq dilləri konteksində. UKRAİNA. NAUŞNİK VESTNİK.( KOPERNİKS İNDEKSİ JURNAL)
10. Muğan əsaslı etnotoponimlərin arealları. Səh-79-86. Linqivistika problemləri. N1. Bakı .2020. ( Beynəlxalq elmi jurnal).
11. Şimal ləhcəsi şivə qruplarının təyini söz birləşmələri və qıpçaq dilinə inteqrasiyası. səh 61-71. Linqivistika məsələləri. N4. Baki .2020. ( Beynəlxalq elmi jurnal).
12. Şimal ləhcəsi şivə qruplarının sintaksisində tabeli mürəkkəb cümlənin quruluşu. ( həm məqalə həm tezis). Moldava . yanuary 15-16, 2021. Comrat State UNİVERSİTY./ Comrat Moldavia.
13.Şimal ləhcəsi dialekt və şivələrində zərflik budaq cümləsinin işlənmə xüsusiyyətləri. Yaponiya. Tokyo Summit- III. FEBRUARY 19- 21, 2021. (həm bölmə rəhbəri həm də təsisçilərdən)
14.Şimal ləhcəsi şivə qruplarında idarə əlaqəsi və qıpçaq dil elementlərinin təzahürü.
Bakı Slavyan Universiteti. Elmi Əsərləri. Dil və ədəbiyyat seriyası. N2. Səh.140-145.
15.Azərbaycan dilinin Şimal ləhcəsi şivə qruplarında sifətin dərəcələri qıpçaq dil ilə müqayisədə. AMEA. 4th international Novruz Conference onscientific Research. March 18-21.2021./ Karabagh. Aazərbayjan. ( həm bölmə rəhbəri həm də redaksiya heyətindəyəm)
16. Non-terminological vörds in the Northern dialekts of the Azərbaycan lanquage.
Kazan.
17. Kipchak element in the Northern dialect of the Azerbyaijani language.
JOURNAL OF CRİTİCAL Reviews. 2021, Vol; 7. İSSUE;18, Part 3. VEB OF SAYNS. (. ,çapda)
Publisistik məqalələr.
18. Məqalə. ZİRVƏDƏKİ AZƏRBAYCANLILAR- III hissə.Bakı. 2020. 176 Səh. (səh. 44- 52. ) Həm də bu kitabın baş məsləhətçisi.
19. ADPU. “Filoloq” qəzeti. N 2 ( 2) MAY.2020.Azərbaycan qadının cəmiyyətdə rolu.60 illik ömrün işığında.
20. Zirvədəki Azərbaycanlılar. Kitabın həm baş məsləhətçisi həm də məqalə müəllifi. “ Tarix yazan sərkərdənin əsgərləri”.səh 17-47. Bakı.2020. V HİSSƏ. “ELM VƏ ZƏKA”.150 S.
20. Azərbaycan dili 5 – ci sinif dərslİyinə rəy.
TƏLTİFLƏR VƏ SERTİFİKATLAR.
1.“Avrasiya” beynelxalq jurnalına hakemliklə bağlı sertliifikatlar.
2.Diplom “AZƏRBAYCAN BAYRAĞI”. Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, xalqa və dövlətə layiqli xidmətləri nəzərə alınaraq fəxri diplomu layiq gürülmüşdür. Bakı 2020. ELM VƏ ZƏKA.
3.“Elm və Zəka” qezetinin keçirdiyi rəy sorgularına əsasən media mükafatı.( “COVİD-19” pandemiya səbəbindən yaranan məcburi tətil günlərində dərslərini virtual şəkildə davamlı tədris edərək yüksək əzmkarlıq nümayiş etdirdiyinə görə “İLİN MÜƏLLİMİ” media mükafatı. Bakı.2020.
4.“Zirvədəki Azərbaycanlılar” kitabındakı dəyərli məqaləsinə əsasən “İLİN NÜFUZLU PEDAQOQU” media mükaftı ilə təltif olunmuşdur. Bakı- 2020.
5.İctiaif ikir.az xəbər portalının keçirdiyi sorquya əsasən Ulu öndər Heydər Əliyev ideyalarının sadiqliyinə, müstəqil Respublikamızın inkişafındakı xidmətlərinə, “ZİRVƏDƏKİ AZƏRBAYCANLILAR” III hıssə kitabındakı
əhatəli meqaləsinə görə “ZİRtVƏDƏKİ AZƏRBAYCANLI” MEDİA mükafa- tına layiq görülür. Bakı- 2020.
6. İctimaifikir.az xəbər portalının keçirdiyi sorquya əsasən Ulu öndər Heydər Əliyev ideyalarının sadiqliyinə, müstəqil Respublikamızın inkişafındakı xidmətlərinə, “ZİRVƏDƏKİ AZƏRBAYCAMLILAR” III hıssə kitabındakı
əhatəli meqaləsinə görə “ZİRtVƏDƏKİ AZƏRBAYCANLI” medalı ilə təltif edilmişdir.
7. Qarabağ Azərbaycandır! “ZƏFƏR” Fəxri mükafatı. Bakı- 2020.Kiv- in keçirdiyi sorğuya əsasən .
8. Nizami Gəncəvi- 880. Fəxri Fərman. Bakı- 2021. ictimaifikir.az
İRADƏ MƏZAHİM qızı KƏRİMOVA
(filologiya üzrə fəlsəfə doktoru dosent,kafedra müdiri)
İradə Kərimova 1981-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1987-ci ildə birinci sinfə getmiş, 1998-ci ildə isə 6 saylı orta məktəbi bitirmişdir. Həmin ildə N.Tusi adına ADPU-nun Filologiya fakültəsinə daxil olmuş, 2002-ci ildə bakalavriat səviyyəsini bitirərək, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında maqistratura səviyyəsində təhsilini davam etdirmişdir. 2004-cü ildə maqistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. İradə Kərimova 2009-cu ildə baş müəllim, 2019-cu ildə isə Azərbaycan dilçiliyi kafedrasının dosenti elmi vəzifəsinə seçilmişdir. 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasına daxil olmuş, 2013-cü ildə “Göyçay rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru (FD-N08972) alimlik dərəcəsi diplomunu almışdır.
60-dan çox elmi tezis və məqalənin, 1 dərs vəsaitinin və bakalavriat səviyyəsi tələbələri üçün nəzərdə tutulmuş bir neçə proqram müəllifidir.
Onlarala Beynəlxalq və respublika səviyyəli elmi konfranslarda, seminarlarda və vebinarlarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur. Məqalələri dünyanın bir neçə nüfuzlu jurnallarında (Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, İran) çap olunmuşdur.
Hazırda ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müdir, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Filologiya fakültəsi üzrə bölmə sədri, YAP Gənclər Birliyinin III və IV kurslar üzrə kuratoru, “Filoloq” qəzetinin rəyasət heyətinin, Fakültə Elmi Şurasının və Fakültə Tədris-Metodiki Şurasının üzvü vəzifəsində çalışır.
Təltifləri:
- 2020-ci ildə “İlin müəllimi” – media mükafatı.
- 2020-ci ildə “Zəfər” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən müstəqil Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə, Zirvədəki Azərbaycanlılar kitabındakı əhatəli məqaləsinə görə və Zəfər günü münasıbətilə.
- 2020-ci ildə “Zəfər yolu” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən müstəqil Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə və Zəfər Yolunda Azərbaycan kitabındakı əhatəli məqaləsinə görə.
- 2020-ci ildə “Zirvədəki Azərbaycanlı” fəxri mükafatı – KİV-nın keçirdiyi sorğuya əsasən Ulu Öndər Heydər Əliyev ideyalarının sadiqliyinə, müstəqil Respublikamızın inkişafındakı xidmətlərinə və “Zirvədəki Azərbaycanlılar” III hissə kitabındakı əhatəli məqaləsinə görə.
Elmi əsərlərinin siyahısı:
- Топоними Геокчайского района Азербайджана овразованные лексическими морфологическими спосабами. Ученые записки. Таврического национального Университета им.В.И.Вернадского. Научный журнал. Серия «Филология. Социальные коммуникации». Том. 25(64). № 2, ч. 2. Симферополь, 2012. (məqalə)
- Dilçiliyə giriş – Ümumi dilçilik proqramı. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2015. (proqram)
- Coğrafi nomenli Azərbaycan toponimləri. Ulu öndərin anadan olmasına həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfransın Materialları”. II hissə, Bakı, 3-5 may, 2016. (məqalə)
- Türk mənşəli arxaik apelyativli Azərbaycan toponimləri. ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktiki Konfransının Materialları, Bakı, 5-6 may, (məqalə)
- “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş “alp” apelyativli “Alpout” toponiminin etimoloji əsasi kimi. Mədəniyyət.Az jurnalı. Bakı, 2016. (məqalə)
- Fitotoponimlərin leksik-semantik xüsusiyyəti. AMEA – “Tədqiqlər” jurnalı №2, Bakı, 2016. (məqalə)
- Azərbaycan onomalogiyasının əsasları. Bakı, ADPU nəşri, 2016. (dərs vəsaiti)
- Böyük alimin işığında. Böyük alim və görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev-90. Bakı, 2017. (məqalə)
- Arap apelyativlərinə görə şəkillənmiş Azərbaycan toponimləri. Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Karadeniz. 1. Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Giresun, 2019. (tezis)
- Azərbaycan dilindən praktikum. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2015.(proqram)
- Azərbaycan dili tarixi. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2016. (proqram)
- Azərbaycan yer isimləri. BDU-da keçirilən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və Müasirlik” mövzusunda Respublika Elmi-Praktik Konfransının Materialları, Bakı,2017.(məqalə)
- Arxaik fars apelyativli Azərbaycan toponimləri. BDU-da keçirilən Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2018. (məqalə)
- Oronimlərin leksik-semantik xüsusiyyətləri. “Xudafərin”. Emi-ədəbi kultürəl dərgi.Tehran, 2018.(məqalə)
- Ərəb apelyativli Azərbaycan toponimləri. Qərbi Kaspi Universitetində keçirilən “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2019. (məqalə)
- İmadəddin Nəsiminin dilində arxaik morfemlər. TURAN-SAM:TURAN Araşdırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Dergisi. Türkiye, 2019. (məqalə)
- Arap apelyativli kelimelerin Azərbaycan toponimlərində izləri. Türkiyə Cümhuriyyətinin Samsun şəhərində keçirilən “Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Samsun, 2019.(məqalə)
- Mırtı, Yekəxana, Yalman və Potu//Potubəyli oykonimlərinin etimologiyası. Görkəmli dilçi alim, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun 90 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri”. Beynəlxalq Elmi Konfransın Materialları. Bakı, 2019.(məqalə)
- Arap apelyativlərinə görə şekillənmiş Azərbaycan toponimləri. Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “ Karadeniz. 1. Uluslararası Multidisipliner Çalışmalar Kongresi”, Giresun, 15-17 mart, 2019. (məqalə)
- Sintaktik üsulla yaranan Azərbaycan toponimləri. Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 1, №1, Bakı, 2020. (məqalə)
- Türk kökenli toponimlərin Kafkas arealı. Казанский Федералъный Университет. Институт филологии и межкультурной коммуникации Институт Каюма Насыри.Совершенствование методики обучения языкам:Плошадка обмена прогрессивной практикой материалы IV Международного Научно-Методического онлайн-семинара. Казань – Нур-Султан – Измир, 2020. (məqalə)
- Nəsiminin dilində arxaikləşən feilin əmr şəkli və izafət birləşmələri- Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 1, №4, Bakı, 2020. (məqalə)
- Türk dünyasında Baydar, Çol//Çullu və Ləkit etnotoponimlərinin arealları. International European Conference on interdisciplinary scientfic researches. Comrat State University. Comrat Moldova, 2021. (məqalə)
- Caucasus area of toponyms of turkish origin. Совершенствование методики обучения языком: площадка обмена прогрессивной практикой. Казанский Федеральный Университет. Институт филологии и межкультурной коммуникации ноц «Институт КаюмаНасыри». Материалы V Международного Научно-Методического онлайн-семинара. Казань – Баку – Измир – Уфа, (məqalə)
- Dilimiz mənəviyyatımızdır. Humanitar Elmlərin İnkişaf Strategiyası Respublika Elmi Konfransı. Konfrans Materialları. Bakı, 2021. (məqalə)
- “Alp” apelyativli Alpout toponimi, Axtarışlar, cild 17 AMEA, Naxçıvan bölməsi, 2021. (məqalə)
- Şimal-qərb zonasının bəzi oykonimlərinin leksik-semantik xüsusiyyətləri. Linqvistika probelmləri. Beynəlxalq elmi jurnal. Cild 2, №2, Bakı, 2021.
- Лексико-семантические характеристики оронимов. «Вестник Национального Технического Университета Украины». Киевский Политехнический Институт серия: Филология, 2021. (məqalə)
- Ziyalı ömrü.Göyçə gölü üzərində xəfif duman. Bakı, 2021. (məqalə)
- Həsən Mirzəyev yaradıcılığında Dərələyəz toponimləri. Linqvistika Problemləri. Beynəlxalq Elmi Jurnal. Cild 2, №4, Bakı, 2021 (məqalə)
Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuşdur. 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Filologiya fakültəsinə daxil olmuşdur.
1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna ixtisası üzrə müəllim göndərilmişdir. 1982-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır.
1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonu Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1991-ci ildən ADPU-da baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə “80-ci illər Azərbaycan romanı: janr təkamülü” mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir. AYB-nın üzvü, filologiya üzrə elmlər doktoru, professordur. 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının sədri olmuş, hazırda bu şuranın üzvüdür. 2014-2015-ci illərdə Bakı Qızlar Universitetinin prorektoru (elmi işlər üzrə) işləmişdir. 2013-cü il Prezident təqaüdçüsüdür. Uzun illər“Kredo”qəzetinin redaksiya heyətinin üzvü, BQU-nun “Elmi əsərləri”ninməsul redaktoru olmuşdur.
“Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” (2008), “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar”(2009), “İsmayıl Şıxlının bədii nəsri” (2014), “M.Ə.Sabirin milli intibah idealı” (2015), “Qarlı aşırım”dan keçən yollar” (2016), “Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” (2016) monoqrafiyalarının,“Ədəbi tənqid tarixinə dair portret-oçerklər” (2011, 2013),“Müasir Azərbaycanədəbiyyatı” (2012) adlı dərs vəsaitlərinin, «Azərbaycan ədəbiyyatının müasir problemləri»ndən bəhsdən elmi-nəzəri və ədəbi-tənqidi məqalələr toplusunun (2014),150-dən artıq elmi məqalənin müəllifi, “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası”,“Ömrü şərəflə yaşayanda”(Y.Babayevlə birlikdə) kitablarının,“Ən yeni Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbi tənqid tarixi” fənlərinə dair tədris proqramlarının tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. 16 kitabın və 250-dən artıq məqalə müəllifidir. Elmi məqalələri Rusiya, Türkiyə və b. xarici ölkələrdə çap olunmuşdur.
Elman Hilal oğlu Quliyev 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildə Mirzə Uluğbəy (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə “İlin alimi” (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı» mükafatına (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və fəaliyyətinə görə TÜRKSOY-un “Yusif Xas Hacib” və “Molla Pənah Vaqif” medallarına layiq görülmüşdür. Hazırda ADPU-nun Türk odası və Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür.
15 kitabın, 8 proqram, 200-ə qədər elmi məqalənin (bunlardan 50-si xaricdə çap olunub) müəllifidir.
Yaqub Məhərrəm oğlu Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəlllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev adına (indi Miskinli adlandırılan bu qədim kəndin tarixi adı Qarabulaqdır) kənd orta məktəbində orta təhsilini tamamlamışdır.1976-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1988-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olmuş, “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1989-cu ildə filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Y.Babayev baş elmi işçi, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim işləmişdir. 1998-2003-cü illərdə dosent vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışmışdır.2011-ci ildə doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır.
2011-2015-ci illərdə Azərbaycan ədəbiyyatı tarixı kafedrasında, 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında çalışmış, 2017-ci ildə həmin kafedranın professoru vəzifəsinə layiq görülmüşdür.
10 kitabın və klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi, respublikada 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi dərc olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2019-cu idə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilmişdir.
Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, fakültə Elmi Şurasının üzvüdür.
Ailəlidir, bir oğlu var.
Təltifləri
- 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
- 2019-cu ildə “Qızıl qələm” ədəbi mükafatına layiq görülmüşdür.
Mirvari Abbas qızı İsmayılova 1960-cı il mart ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 115№li orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbinə göndərilərək (1981–1986-cı illər ərzində) Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
1985-ci ildə Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1990-cı ildə “Azərbaycan dilində sözlərin məna dəyişmələri və onların “Azərbaycan dilinin izahlı lüğəti”ndə əksi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsində kiçik elmi işçi, 1994-1995-ci illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır.
O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsinin işində yaxından iştirak etmiş, 3 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin III cildinin, “S.Vurğunun bədii dilinin izahlı lüğəti”nin, “Azərbaycan dilinin frazeologiya lüğəti”nin, “Azərbaycan dilinin məcazlar lüğəti”nin tərtibçilərindən biri olmuşdur.
1998-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, 2003-cü ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş vəhazırda Müasir Azərbaycan dili kafedrasının professorudur. Müasir Azərbaycan dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisindən, Azərbaycan dilinin tarixi, Türk dillərinin müqayisəli qrammatikası, Terminologiyanın əsasları və s. fənlərdən mühazirə oxuyur, seminar məşğələləri aparır. Eyni zamanda, ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi seminarının, Filologiya fakültəsi Elmi Şurasının, Metodbirləşməsinin, universitet üzrə Test Komissiyasının üzvüdür.
2002-ci ildə “Azərbaycan dili terminologiyasının linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 60-dan çox elmi məqalənin, “Azərbaycan dili terminologiyasının linqvistik təhlili (1997), “Terminşünaslığın əsas məsələləri” (1999) adlı monoqrafiyaların, “Terminologiyanın leksik-qrammatik məsələləri” (2007), “Azərbaycan dilinin tədbiqi işinin təkmilləşdirilməsi” (2008) adlı dərs vəsaitlərinin, “Azərbaycan dili” ixtisasının magistr səviyyəsi üzrə 3, bakalavr səviyyəsi üzrə 2 proqramın və 1 metodik vəsaitin, xaricdə (Türkiyədə, Rusiyada, Ukraynada) dərc olunmuş bir neçə elmi məqalənin müəllifidir.
M.İsmayılova 1 doktorantın elmi rəhbəri olmuş, 1 namizədlik dissertasiyasına opponentlik etmiş, 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının avtoreferatına rəy vermişdir.
Ailəlidir, 2 övladı var.
Sevda İslam qızı Abbasova 21 may 1960-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1976-ci ildə Bakı şəhəri Binəqədi qəsəbəsi 182 nömrəli orta məktəbi bitirmişdir. 1983-cü ildə ADU-nun Filologiya fakültəsini bitirmişdir.
1994-cü ildən pedaqogika üzrə fəlsəfə doktoru, 2004-cü ildən dosentdir.1983-1987-ci illərdə Bakı şəhəri 182 nömrəli tam orta məktəbdə kitabxanaçı, 1987-1988-ci illərdə Təhsil Problemləri İnstitutunda (keçmiş Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu) kadrlar üzrə inspektor, 1988-ci ildə Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası üzrə aspirantura, 1990-cı ilədək elmi işçi, 1994-cü ildən 2000-ci ilədək böyük elmi işçi, aparıcı elmi işçi, 2010-cu ildən 2015-ci ilədək Təhsil Nazirliyində aparıcı məsləhətçi işləmişdir. 2016-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində işləmişdir. 15.09.2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir. 67 elmi-metodik məqalənin və 8 kitabın müəllifidir.
Razim Əli oğlu Məmmədov1959-cu il 8 iyul tarixində Gürcüstan Respublikası Bolnisi rayonu Akaurla kəndində anadan olub.
R.Məmmədov 1978-1983-cü ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil aldıqdan sonra,1984-1986-cı illərdə Marksizm-leninizm Universitetində fəlsəfə ixtisası üzrə təhsilini davam etdirmişdir. O, 1983-1991-ci illərdə Bolnisi rayonu Tapan kənd məktəbində müəllim işləyib.1987-ci ildə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur.1990-cı ildə “Gürcüstanda Azərbaycan dilli mətbuatda ədəbiyyat məsələləri”mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1995-ci ildə AMEA Milli Münasibətlər İnstitutunda “Milli-mədəni və etnodil prosesləri” şöbəsində elmi işçi vəzifəsində çalışmış.1995-2002-ci illərdə AMEA Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan diasporu” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, 2006-2011-ci il illərdə AMİ-də“İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində dekan,2011-2012-ci illərdə Filologiya və təhsildə sosial-psixoloji xidmət” fakültəsində dekan, 2012-2015-ci illərdə tədris işləri üzrə prorektor, 2016-2017-ci illərdə ADPU-da “Təhsilin keyfiyyətinin artırılması və monitorinqi” bölməsinin müdiri, 2017-2019-cu illərdə ADPU-nun “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” fakültəsində dekan müavini vəzifələrində çalışmışdır. 2019-cu ildən həmin universitetin “Azərbaycan və dünya ədəbiyyatı” (indiki Ədəbiyyat) kafedrasının müdiridir. 2009-cu ildə dosent elmi adı almışdır.
Ailəlidir, iki övladı var.
Monoqrafiya, dərslik, dərs və metodik vəsaitləri:
- Gürcüstanda Azərbaycandilli mətbuat (Ensiklopedik məlumat kitabı) Bakı, “Azərbaycan” nəşriyyatı, 1995, 36 səh.
- Gürcüstanda Azərbaycan mətbuatı və ədəbi mühit ( Monoqrafiya), Bakı, Xəzər Universitetinin nəşriyyatı, 2000, 140 səh.
- Pedaqoji ustalıq,(Metodik vəsait, həmmüəllif) Bakı, “Müəllim” nəşriyyatı, 2008, 84 səh.
- Azərbaycan ədəbiyyatı tarixi, Ali təhsilin bakalavr pilləsi üçün fənn proqramı. Bakı, 2008, 34 səh.
- Tiflis mətbuatı. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild) Bakı, “Elm və təhsil”, 2011, səh. 333-358.
- Azərbaycan diasporunun görkəmli tarixi şəxsiyyətləri. Azərbaycan diasporu-ensiklopedik məlumatlar toplusu. Bakı, 2012, səh: 215-259.
- Əziz Şərif və Tiflis Dövlət Azərbaycan Teatrı (monoqrafiya) Bakı, “Müəllim” nəşriyyatı, 2014, 115 səh.
- Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, 199 səh.
- Ədəbi tənqid tarixi (fənn proqramı, tərtibçilər Razim Məmmədov, Yadulla Dadaşlı) Bakı, 2018, 70 s.
Nazilə Əbdül qızı Abdullazadə 1965-ci il Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Pirallahıdakı 168 № orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə orta məktəbi bitirdikdən sonra bir il əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1982-ci ildə indiki Bak Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1988-ci ildə universiteti bitirib Xəzər rayonu Zirə qəsəbəsi 241 №li orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1994-cü ildə qəsəbədəki 120 №li məktəbə direktor müavini təyin olunmuşdur.
1997-ci ildə müsabiqə yolu ilə Respublika Pedaqoji kadrların İxtisasının artırılması və Yenidənhazırlanması İnstitutuna “Təhsilin idarə edilməsi” kafedrasına müəllim vəzifəsinə işə qəbul edilmişdir.
1997-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrasına müəllim keçirilmiş, baş müəllim vəzifəsinə seçilmişdir. 2007-ci ildə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2009-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitututnun doktorantı kimi “Əliağa Vahidin poetikası” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 2009-2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun elmi katibi, 2010-2011-ci ildə elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 2011-ci ildə AAK-nın qərarı ilə Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
2004-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli Kurikulum Layihəsi işçi qrupunun, Qiymətləndirmə və Monitorinq Komissiyasının, Respublika Fənn Olimpiadası Azərbaycan dili və ədəbiyyatı fənni üzrə komissiyanın üzvü olmuşdur. 2016-2018-ci illərdə ADPU “Xəbərlər” elmi-metodik jurnalı “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər” və “Riyaziyyat və təbiət fənləri” seriyalarının məsul katibi olmuşdur. ADPU Apelyasiya Komissiyasının üzvü, İmtahan Qərargahının sədri olmuşdur.
Milan, Ukrayna, Qazaxstan, Türkiyə (Konya, Niğde, Amasya, Rize, Qaziantep, İzmir, Ankara, Bozok, Adıyaman, Kağızman), Qırğızıstan, Gürcüstan, Qüds və Makedoniyada keçirilən beynəlxalq konfrans və simpoziumların elm və təşkilat komitələrinin üzvü, bölmə rəhbəri olmuş, dəfələrlə məruzəçi kimi çıxış etmişdir.
Ali və orta məktəblər üçün 6 dərs vəsaiti, 2 metodik vəsait, 16 fənn proqramı, xaricdə nəşr olunmuş 19 tezis, 15 məqalə, respublikada 107 jurnal və konfrans məqaləsinin müəllifidir.
Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
Ülviyyə Davud qızı Hacıyeva 13 yanvar 1980-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbdə ibtidai təhsilə başlamış, 1992-ci ildə isə Həmidə xanım Məmmədquluzadə adına Naxçıvan şəhər “Xanım Qızlar Pansionu”na keçirilmiş, 1997-ci ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil olmuş, 2003-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. Magistraturada təhsil aldığı illərdə Azərbaycan Dillər Universitetinin “Dil tarixi” kafedrasında baş laborant, 0,5 ştat müəllim kimi çalışmışdir.
2005-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xarici dillər” (indiki Xarici Dillər Mərkəzi) kafedrasının müəllimidir. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində 1002.19- “Dil Nəzəriyyəsi” ixtisası üzrə dissertant olmuş, 2009-cu ildə kafedrada baş müəllim vəzifəsinə təyin olunmuşdur. 2011-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə dokrotu elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-ci ildən ADPU-nun “İn-gilis dili və onun tədrisi metodikası” (Xarici Dillər Mərkəzi) kafedrasının dosentidir. 2009-cu ildən 2019-cu ilə qədər Filologiya fakültəsi Tədris Metodiki Şurasının üzvü, 2011-ci ildən Filologiya fakültəsi Elmi Şurasının üzvüdür. 2019-cu ilin mart-oktyabr aylarında Filologiya fakültəsi TEC-nin sədri olmuş, 2019-cu ilin oktyabrından isə Xarici Dillər Mərkəzinin müdiridir.
1 dərs vəsaiti, 1 metodik vəsait, 2 proqram, 13 tezis, Respublika daxilində çıxan jurnallarda 24 məqalə, Respublikadan kənarda 2 məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.IELTS (academic)- overall band score 6, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
5.Interactive Education in University System, IAE PARIS Sorbonne Business School
Həmzə Qənbər oğlu Əliyev 1965-ci il sentyabrın 5-də Ermənistan Respublikasının Masis rayonunun Dəmirçi kəndində anadan anadan olmuşdur. 1982-ci ildə Dəmirçi kənd orta məktəbini bitirib. 1991-ci ildə ADPU-nun Filologiya fakültəsində təhsil almışdır. 2005-ci ildə dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 1996-2006-cı illərdə rektorun köməkçisi vəzifəsini icra etmişdir. 1997-ci ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında dosent kimi fəaliyyət göstərir.
O, 7 kitabın və 20 elmi-metodik məqalənin müəllifidir.
Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini Muğanlı kənd orta məktəbində almışdır. 1973-ci ildə məktəbi bitirib H.Zərdabi adına GDPİ-nin filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra təyinatla Füzuli Rayonunun Böyük Bəhmənli kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış, 1980-ci ildə istehsalatdan ayrılmaqla ADPU-nun (keçmiş V.İ. Lenin adına APİ-nin) aspiranturasında təhsil almışdır. 1983-cü ildə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə “Folklorun tədrisi prosesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları (V-VII siniflər)” adlı namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1990-cı ildən həmin kafedrada müəllim, baş müəllim, dosent vəzifələrini tutmuşdur. 2010-cu ildə respublika üzrə keçirilən elektron təhsil müsabiqəsində mükafat və diploma layiq görülmüşdür.
30-a qədər elmi-metodik məqalənin, 3 proqram, 9 dərslik və dərs vəsaitinin müəllifidir.
Ailəlidir, iki oğlu var.
Nurlana Kazımova 1967-ci ildə Bakı şəhərində doğulmuşdur. 1974-1984-cü illərdə Baki şəhəri V.Mayakovski adına 20 saylı orta məktəbində təhsil alib. Orta məktəbi bitirdikdən sonra 1984-1989-cu illərdə M.F. Axundov adina APRD və ƏI-də (indiki BSU) Rus dili və ədəbiyyati fakültəsində rus dili və ədəbiyyati muəllimi ixtisasi ūzrə ali təhsil alib. İnstitutu fərqlənmə ilə bitirdikdən sonra 1989-1993-cù illərdə ADPI-də aspirant olub. 1994-cü ildə ADPI-də laborant, baş laborant işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını mùdafiə edərək rus dilinin tədrisi metodikasi ūzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsini alib. 1997-ci ildən ADPU-nun Rus dili kafedrasının mùəllimi, baş müəllimi, dosenti olub. 2014-cü ildən Xarici dillər və onların tədrisi metodikası kafedrasının dosenti vəzifəsini tutub
N.Kazımova 6 sertifikat, 8 tezis, 16 məqalə, 1 metodik vəsait, 3 dərs vəsaiti və 2 proqramın müəllifidir.
Səkinəxanım Fazil qızı Vəliyeva 1962-ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur.1968-ci ildə 1 nömrəli orta məktəbə daxil olmuşdur. S.Vəliyeva 1979-cu ildə orta məktəbi bitirib, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutuna qəbul olmuşdur. 1984-cü ildə Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və 1993-cü ilə kimi tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən ADPU-nun Xarici dillər kafedrasında müəllim işləyir. 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. S. Vəliyeva 2003-cü ildə gənc alimlər müsabiqəsinin qalibi olmuşdur.2009-cu ildən Xarici dillər kafedrasının dosentidir. O, 30 məqalə və 1 dərs vəsaitinin müəllifidir. Bundan əlavə 25 dissertasiyaya rəyçi olmuşdur.
Ailəlidir, 2 övladı var.
Günay Dilqəm qızı Alıyeva 4 avqust 1979-cu ildə Bakı şəhərındə anadan olub. 1996-cı ildə Bakı şəhər Xətai rayonu 95 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub, 2000-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının müəllimi, 2012-ci ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim işləyir.2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub. 2016-cı ildən Filologiya Fakültəsinin Tədris Metodiki Şurasının üzvü, 2018-ci ildən Filologiya fakültəsinin Elmi Şurasının və ADPU-nun Elmi-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən YAP-ın Filologiya fakültəsi üzrə kuratorudur. 2019-cu ildə Xarici Dillər Mərkəzinin direktor müavini təyin edilmişdir.
O, 1 dərs vəsaiti və 1 metodik vəsait, respublika daxilində 1 proqram, 5 tezis, 13 məqalə, respublika xaricində 3 məqalənin müəllifidir.
NAİLƏ SADIQOVA
filologiya elmləri doktoru, professor
Nailə Məmmədhüseyn qızı Sadıqova 18 dekabr 1948-ci ildə Bakı şəhəri ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 6 nömrəli məktəbi bitirdikdən sonra 1966-ci il Kiev şəhəri M.Qorki adına UDPİ tələbəsi, 1971-ci il M.Axundov adına ADPİ tələbəsi, 1979-cu il Kalinin Dövlət Universitetində elmi ezamiyyət, 1985-ci il S.M.Kirov adına ADU “Yeni texnologiyaların tətbiqinə dair” kurs, 1987-ci il aspirantura və fəlsəfə doktoru dərəcəsi almış, 1994-1995 doktorantura, 2010-cu il də Kembric Universitetinin sertifikatına layiq görülmüşdür, 1971-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İngilis dili fakultəsini bitirdikdən sonra Tərcümə fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. ADU-nun D.02.081-Dissertasiya şurasının üzvü, Böyük Britaniyanın Beynəlxalq Müəllimlər İttifaqının (İATEFL) üzvü, AZETA-nın üzvü, Beynəlxalq Qadınlar Cəmiyyətinin üzvü olmuşdur. 2012-ci il Filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır.N.Sadıqova 80-dən çox məqalə, 2 monoqrafiya, 4 dərs vəsaiti, 27 proqramın müəllifidir. Ailəlidir, 2 oğlu var.
Beynəxalq Sertifikatları: 1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
Səidə Bəhlul qızı Dadaşova 16 avqust 1977-ci ildə Beyləqan rayonunun Şəfəq qəsəbəsində anadan olmuşdur.1994-cü ildə şəhid Hüsaməddin İsmayılov adına orta məktəbi bitirmişdir.YAP-ın üzvüdür. 2001-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.2003-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən ADPU-da müəllim, 2008-ci ildən isə baş müəllim vəzifəsində çalışır. 2016-cı ildən Filologiya fakültəsinin Tədris-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən Filologiya fakültəsinin Elmi Şurasının üzvüdür. Filologiya fakültəsinin tələbələri üçün yazılmış “Orta əsrlər fransız ədəbiyyatı”,“Ixtisas ölkəsinin ədəbiyyatı” (orta əsrlər fransız ədəbiyyatı IX-XV əsrlər) və “Ölkəşünaslıq” adlı dərs vəsaitlərinin müəllifidir.
Respublika daxilində 1 monoqrafiyanın, 14 məqalənin, 5 proqramın, 1 tezisin, respublika xaricində isə 2 məqalənin müəllifidir.
Yeganə Xaləddin qızı Səfərova 22 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Nəsrəddin Tusi adına gimnaziyada ibtidai təhsil almış, daha sonra təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tamamlamışdır. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin 2 saylı ingilis dili fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin tədrisi metodikası və metodologiyası” üzrə magistraturaya qəbul olmuş və 2016-cı ildə bitirib. Hal-Hazırda Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsili alır. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İngilis dili” kafedrasında(indiki Xarici Dillər Mərkəzi) pedaqoji fəaliyyətini davam etdirir. O,“Xarici Dillər Mərkəzi” tədris-metodiki şurasının üzvüdür.Yeganə Səfərovanın Respublikada çıxan nüfuzlu elmi jurnallarda 4, Respublikadan kənarda isə 3 elmi məqaləsi çap olunmuşdur.
Fakültə Həmkarlar Təşkilatının sədridir.
Yeganə Səfərova “Filoloq” qəzetinin baş redaktorun müavini və buraxılışa məsul şəxsdir. Ailəlidir, 2 övladı var.
Beynəlxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
2.Teaching Knowledge Test (TKT) Module 2-band 3
3.Teaching Knowledge Test (TKT) Module 3-band 3
SAMİRƏ BABAYEVA
Baş müəllim
Samirə Oqtay qızı Babyeva 6 fevral 1984-cü ildə İrəvan şəhərındə anadan olub. 2000-ci ildə Bakı şəhərı 47 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olub, 2004-cü ildə həmin fakültəni bitirib. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Magistratura söbəsinin “Dilşünaslıq” ixtisasına qəbul olub və 2006-cı ildə fərqlənmə diplomu ilə bitirib. 2006-2008-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Avropa dilləri kafedrasında ingilis dili müəllimi kimi çalışıb. Eyni zamanda Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində saathesabı müəllim kimi fəaliyyət göstərib. 2008-ci ildən ADPU-nun Filologiya Fakültəsinin “İngilis dili və onun tədrisi metodikası” kafedrasının müəllimi vəzifəsində çalışıb. 2017-ci ildən həmin kafedranın (indiki Xarici Dillər Mərkəzinin) baş müəllimidir. 2012-ci ildən ADPU-nun “İngilis dili və onun tədrisi metodikası” kafedrasının (indiki Xarici Dillər Mərkəzi) dissertantıdır. Samirə Babayeva 15 məqalə və 2 tezisin müəllifidir. S.Babayeva Azərbaycan Respublikasının Təhsil nazirliyinin müvafiq əmri ilə Fəxri fərmanla ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 6, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3