Mahirə Nağı qızı Hüseynova
ADPU, Müasir Azərbaycan dili kafedrasının professoru,
filologiya elmləri doktoru,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru
İş ünvanı və telefonu: Ü. Hacıbəyov 68, +(994) 598-43-56
Qısa bioqrafik məlumat
- 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub.
- 1978- ci ildə Abşeron rayon Novxanı qəsəbəsi 1 saylı orta məktəbi bitirib.
- Evlidir. Üç övladı var.
- Ev ünvanı: Bakı şəhər, Nərimanov r., Ə.Rəcəbli 5 A.
Təhsili, elmi dərəcəsi və elmi adı
- Ali təhsillidir. 1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- 2013- ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 2017-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 2018-ci ildə professor elmi adına layiq görülmüşdür.
Əmək fəaliyyəti
- 1984-cü ildən 2004-cü ilədək Abşeron rayon Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir.
- 2004-cü ildən 2009-cu ilədək Bakı şəhəri N. Nərimanov rayonundakı G. Əsgərova adına 43 saylı BMLK –da Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir.
- 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi, 2014-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən kafedranın müdiri vəzifəsinə seçilmişdir.
- 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru, 2018-ci il dekabr ayının 10-dan ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir.
- 2021-ci ildən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
Apardığı dərslər
Müasir Azərbaycan dili;
Müasir Azərbaycan dilinin fonetikası;
Müasir Azərbaycan dilinin leksikologiyası;
Müasir Azərbaycan dilinin morfologiyası;
Müasir Azərbaycan dilinin sintaksisi;
Yetişdirdiyi mütəxəssislər
5 magistr dissertasiyasının,
10 fəlsəfə doktorluğu
3 elmlər doktorluğu dissertasiyasına elmi rəhbərlik edir.
Elmi yeniliklər
İlk dəfə Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, dolğun elmi nəticələr əldə etmişdir.
Fəxri adlar və Mükafatlar
- 2003. “İlin ən yaxşı müəllimi”
- 2004. Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı.
- 2007.“Qızıl qələm” Media Mükafatı Laureatı
- 2018 “İlin Alimi” Media Mükafatı Laureatı
- 2021 “Əməkdar müəllim” fəxri adı
Tədqiqat sahəsi
- Azərbaycan dilinin üslubiyyatı.
Döş nişanı və təltiflər
Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif edilib
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi tərəfindən “Milli Ordu” medalı ilə təltif edilib;
Elmi jurnalların təsisçisi və baş redaktorluğu
- “Linqvistika problemləri” beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktorudur.
- “Filoloq” qəzetinin təsisçisi və baş redaktorudur.
- “Türkologiya” Beynəlxalq Elmi jurnalının redaksiya heyətinin üzvü;
- “Elmi iş” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü;
- “Türk filologiyası” elmi jurnalının redaksiya heyətinin üzvü;
Son bir ildə beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında;
- Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında;
- 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində;
- Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransında;
- Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında;
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransında.
- Tatarıstan Respublikası, Kazan Federal Universiteti. Beynəlxalq Türkoloji Elmi Konfransında.
- Həsən Mirzəyev-95 Beynəlxalq Elmi Konfransın təşkilatçısı
Seçilmiş elmi məqalələri
- “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
- “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
- “Лингвистические исследования Гасана Мирзоева и их значение для современной тюркологии”. Материалы III Международной научной конференции. Нальчик, 17ноября 2010 г.
- “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
- “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
- “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha
- “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 23
- “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
- “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
- On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
- Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
- Language contacts of azerbaijani and kazakh turkic languages (on the basis of azerbaijanian dialectologist, academician mammadaga shiraliyev’s creative works) Qazaxıstan, Nur-Sultan, dekabr 2019-cu il
- Bashkir mythological meetings in the study of F.G. Khisamitdinova. Başqırdıstan, Ufa, yanvar 2020-ci il
Kitablar. Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
1. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
2. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
3. Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
4. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
5. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
6. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
7. Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
8. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
9. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
10. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
11. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
12. Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
13. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
14. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
15. Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
16. Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
17. Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
18. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
19. Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
20. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
21. Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018
22. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
23. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
24. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018
25. Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
26. Missiya. Bakı: ADPU-nun nəşriyyatı, 2019
27. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
28. Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
29. Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
30. Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
31. Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
32. Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
33. Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
34. Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
35. Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
36. Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
37. Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
38. Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
39. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017
40. Onun daş nağılı. Bakı, 2020, 412
41. Ozan və halk şairlərinin poetikası. Ankara 2020.171 s.
42. Salam olsun. Bakı, 2020.144 s.
43. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020. 599 s.
44. Yanından keçmə dağların... Bakı, 2021, 312 s.
45. Lövbər adam. Bakı, 2022, 255 s.
46. Biblioqrafiya, Bakı, 2022, 317 s.
47. Sözün və əməlin yaratdığı tarix. Bakı, 2022, 407 s.
48. Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri. Bakı,
2022, 275 s.
KÖNÜL HƏSƏNOVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim,
Filologiya fakültəsinin dekan müavini)
Könül Nəriman qızı Həsənova 9 yanvar 1987-ci ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Mehidiabad qəsəbə 1 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin il də Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı BMLK-da ixtisası üzrə işləməyə başlamışdır. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İntel “Gələcək üçün Təhsil”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İdrak liseyinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi”, “Curriculum Development” adlı təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və I dərəcəli serifikatla dəyərləndirilmişdir. O, 2016-cı ildə “Empowering Learning” IV Beynəlxalq Təhsil Konfransında iştirak etmişdir. ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşıdır. 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Həmin ildən ADPU-nun Filologiya fakültəsinin 57.06.01 – Azərbaycan dili ixtisası üzrə qiyabi doktorantıdır. Humanitar elmlər üzrə problem şurasının 29 sentyabr 2021-ci il tarixli iclasında “Azərbaycan nəsr mətnlərində linqvistik qənaət prinsipinin təzahür səviyyəsi” (elmi rəhbər akademik Nizami Qulu oğlu Cəfərov) filologiya üzrə fəlsəfə doktoru dissertasiya mövzusu olaraq təsdiq edilmişdir. 17-21 mart 2022-ci ildə Türkiyədə keçirilən V “Beynəlxalq Novruz Zirvəsi” adlı beynəlxalq konfransda iştirak etmiş və sertifikatla təltif olunmuşdur. 24 may 2022-ci ildə ADPU-nun Şamaxı filialında keçirilən V Beynəlxalq Konfransında iştirak etmiş və sertifikatla təltif olunmuşdur. 04.04.2022-08.04.2022-ci il tarixlərində Danimarkada keçirilən Universitetlər arası Beynəlxalq həftədə iştirak etmiş və fəal iştirakına görə sertifikatla təltif olunmuşdur. Beynəlxalq konfranlarda, seminarlarda və təlimlərdə fəal iştirakına görə müxtəlif sertifikatlarla təltif olunmuşdur. 2022-cı ilin aprel ayının 1-dən Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini təyin edilmişdir.
30 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının Sumqayıt Dövlət Universitetində FD 2.24- Dissertasiya şurasının iclasında “Azərbaycan nəsr mətnlərində linqvistik qənaət prinsipinin təzahür səviyyəsi” adlı filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Ailəlidir. 3 övladı var.
Beynəxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
Pəri Şəmsəddin qızı Paşayeva 1954-cü ildə aprelin 3-də Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə Tovuz şəhəri A.S. Puşkin adına orta məktəbi müvəffəqiyyətlə bitirərək ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) Filologiya fakültəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir.
1982-ildən ADPU-nun Pedaqoji fakültəsində musiqi fənləri və onun tədrisi metodikası kafedrasında baş laborant, 1994-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında kabinet müdiri işləmişdir.
1996-cı ildən həmin kafedrada müəllim, 1998-ci ildə kafedranın dissertantı olmuşdur.
2004-cü ildə “İbtidai siniflərdə fonetikanın tədrisinin elmi-metodik əsasları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış, 2006-cı ildən kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən dosentdir.
O, 60 elmi-metodik məqalənin müəllifidir. 5 metodik vəsaiti, 4 kitab və 4 proqramı çap olunmuşdur.
Zemfira İsaxan qızı Abbasova
Zemfira İsaxan qızı Abbasova 19 may 1975-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olmuşdur.
1982-ci ildə Kirovakan şəhər, Şaumyan qəsəbəsində orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.1993-cü ildə Bakı şəhəri, Nərimanov rayonu 36 saylı tam orta məktəbi bitirmişdir. Eyni ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur.1998-ci ildə Ərəb dili müəllimi ixtisası üzrə ali təhsilini, 2001-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsilini bitirmişdir. 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında Azərbaycan dili ixtisası üzrə doktoranturaya daxil olmuşdur. 2016-cı ildə “Elçin Əfəndiyevin yaradıcılığında onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda AMEA-nın Nəsimi adına dilçilik institutunda dissertasiya müdafəsi keçirilmişdir.2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının Onomastika-Dialektologiya-Etimologiya bölməsində baş laborant, 2012–ci ildən 2018 –ci ilə dək elmi işçi vəzifəsində çalışmışdır. 2018-ci ildə Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim, 2019-cu ildən ADPU-nun filologiya fakültəsində dekan müavini və eyni zamanda Müasir Azərbaycan dili kafedrasında müəllim vəzifəsində çalışır..
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 6-cı mobil qrantının qalibi olmuşam. Böyük Britaniyanın Kembric şəhəri, Kembric Universitetində elmi-pedaqoji təcrübə keçmişdir. Kembric Universitetinin Sertifikatına layiq görülmüşdür. Həmçinin Şimali Kipr və Qazaxıstan Respublikasında və respublikamızda keçirilən beynəlxalq konfranslarda çıxışlar etmişdir. Filoloq qəzetinin 2021-ci il, Fevral buraxılışında №2(6) Prezidentin dil haqqında sərəncamından irəli gələn məsələlər adlı elmi məqaləsi nəşr olunmuşdur. 30-a yaxın elmi məqalələri və tezisi var. Beynəlxalq və respublika konfranslarında çıxışlar etmişdir. 2021-ci ildə Azərbaycan Respublikası Təhsil naziri tərəfindən ADPU-nun 100 illik yubileyi münasibətliə“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşur.