NAZİLƏ ABDULLAZADƏ
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri
Nazilə Əbdül qızı Abdullazadə 1965-ci il Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Pirallahıdakı 168 № orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə orta məktəbi bitirdikdən sonra bir il əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1982-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1988-ci ildə universiteti bitirib Xəzər rayonu Zirə qəsəbəsi 241 №li orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1994-cü ildə qəsəbədəki 120 №li məktəbə direktor müavini təyin olunmuşdur.
1997-ci ildə müsabiqə yolu ilə Respublika Pedaqoji kadrların İxtisasının artırılması və Yenidənhazırlanması İnstitutuna “Təhsilin idarə edilməsi” kafedrasına müəllim vəzifəsinə işə qəbul edilmişdir.
1997-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrasına müəllim keçirilmiş, 2000-ci ildə institut Elmi Şurasının qərarı ilə Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası kafedrasına baş müəllim vəzifəsinə seçilmişdir.
1998-ci ildə ARTPİ-nin “Pedaqogikanın nəzəriyyəsi və tarixi” şöbəsinə dissertanturaya qəbul edilmiş, “Nəsirəddin Tusinin yaradıcılığında təhsil və təlim məsələləri” mövzusunda namizədlik dissertasiyası mövzusunu 2007-ci ildə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2009-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitututnun doktorantı kimi “Əliağa Vahidin poetikası” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. İlk dəfə olaraq “Əliağa Vahidin qafiyə lüğəti”ni işləyib hazırlamışdır.
2009-2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun elmi katibi, 2010-2011-ci ildə elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 2011-ci ildə AAK-nın qərarı ilə Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
2004-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli Kurikulum Layihəsi işçi qrupunun, Qiymətləndirmə və Monitorinq Komissiyasının, Respublika Fənn Olimpiadası Azərbaycan dili və ədəbiyyatı fənni üzrə komissiyanın üzvü olmuşdur.
2014-cü ildən Azərbaycan Respublikası Təhsil nazirliyi Ali məktəblərin Akkreditasiyası və Nostrifikasiyası Komissiyasının eksperti kimi respublikanın ali məktəblərində − ADPU, BDU, Qafqaz Universiteti, ADBTİA, ADNA, NDU, “Naxçıvan” Universitetində akkreditasiya komissiyalarında iştirak etmişdir.
2016-2018-ci illərdə ADPU “Xəbərlər” elmi-metodik jurnalı “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər” və “Riyaziyyat və təbiət fənləri” seriyalarının məsul katibi olmuşdur.
2019-cu ildən Fakültə Elmi Şurasının üzvüdür. ADPU Apelyasiya Komissiyasının üzvü, İmtahan Qərargahının sədri olmuşdur.
Milan, Ukrayna, Qazaxstan, Türkiyə (Konya, Niğde, Amasya, Rize, Qaziantep, İzmir, Ankara, Bozok, Adıyaman, Kağızman), Qırğızıstan, Gürcüstan, Qüds və Makedoniyada keçiril ən beynəlxalq konfrans və simpoziumların elm və təşkilat komitələrinin üzvü, bölmə rəhbəri olmuş, dəfələrlə məruzəçi kimi çıxış etmişdir.
2019-cu ildə İnternational Academy Journal Web of Scholar (№5 (35) jurnalında müəllim hazırlığı məsələlərinə həsr olunmuş “Modern teacher preporation realities and problems” məqaləsi nəşr olunmuşdur.
Ali və orta məktəblər üçün 6 dərs vəsaiti, 2 metodik vəsait, 16 fənn proqramı, xaricdə nəşr olunmuş 19 tezis, 15 məqalə, respublikada 87 jurnal və konfrans məqaləsinin müəllifidir.
6 fənn proqramının elmi redaktoru, olmuş dərs vəsaitləri və metodik tövsiyələrə rəy vermişdir.
Ailəlidir, 3 övladı - 1 qızı, 2 oğlu, 2 nəvəsi var.
Təltifləri:
1. I dərəcəli diplom - Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2003.
2. Fəxri Fərman – Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, 2007.
3. Fəxri Fərman – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlarİttifaqı Respublika Komitəsi, 2009. Respublikası Təhsil Nazirliyinin fəxri fərman və mükafatları.
4. Fəxri Fərman - Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyası, 2009.
5. “Tərəqqi” medalı – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021.
YAQUB BABAYEV
filologiya elmləri doktoru, professor
Yaqub Məhərrəm oğlu Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəlllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev adına (indi Miskinli adlandırılan bu qədim kəndin tarixi adı Qarabulaqdır) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1976-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978 və 1979-cu illərdə TEC xətti ilə keçirilən respublika müsabiqəsində I dərəcəli diploma layiq görülmüşdür.
Ali məktəbi bitirdikdən sonra təyinatla İsmayıllı rayonuna göndərilmiş, 1980-1985-ci iillərdə həmin rayonun Qalacıq kənd orta məktəbində və Qələyə kənd qiyabi məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir.
1985-1988-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olmuş, “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1989-cu ildə filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Y.Babayev baş elmi işçi, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim işləmişdir. 1998-2003-cü illərdə dosent vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim ədəbiyyat kafedrasında dosent vəzifəsində çalışmışdır. 2011-ci ildə Y.M.Babayev “Anadilli Azərbaycan şeirinin poetikası (XIII-XIV əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş və həmin dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır.
2011-2015-ci illərdə Azərbaycan ədəbiyyatı tarixı kafedrasında, 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında çalışmış, 2017-ci ildə həmin kafedranın professoru vəzifəsinə layiq görülmüşdür.
Alim uzun illər ərzində islam Şərqində və Azərbaycan ədəbiyyatında təriqət ideyalarının elmi cəhətdən öyrənilməsi istiqamətində də faydalı işlər görmüş, sovet dönəmində araşdırılıb xalqa çatdırılması yasaq edilən bu ideyalarla geniş oxucu kütləsini, elmi ictimaiyyəti və tələbələri tanış etmək mənasında uğurlu təşəbbüslər göstərmişdir. Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Ukrayna kimi ölkələrdə onun klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi, respublikada 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi dərc olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2019-cu idə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilmişdir.
Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, fakültə Elmi Şurasının üzvüdür.
Ailəlidir, bir oğlu var.
Təltifləri:
1. 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
2. 2019-cu ildə “Qızıl qələm” ədəbi mükafatına layiq görülmüşdür.
3. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
CƏMİLƏ MƏHƏRRƏMOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Cəmilə Oruc qızı Məhərrəmova 1949-cu il iyulun 2-də Tovuz rayonunun Bayramlı kəndində anadan olmuşdur. 1966-cı ildə Qovlar kənd orta məktəbini bitirmiş, Düzqırxlı kənd orta məktəbində laborant vəzifəsində çalışmışdır.
1976-cı ildə V.İ.Lenin adına (indiki ADPU) Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini bitirmiş və 1977-ci ilin iyun ayından həmin institutun tədris hissəsində statistik, sonra inspektor kimi fəaliyyət göstərmişdir. 1982-ci ildə institutun Azərbaycan ədəbiyyatının tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə keçirilmişdir.
1981-ci ildən “Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə “C.Cabbarlı irsinin Azərbaycan ədəbiyyatşünaslığında tədqiqi (30-70)” mövzusu üzərində işləmiş, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildən Ədəbiyyatın tədrisi metodikası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
40-dan çox elmi-nəzəri və publisistik məqalənin müəllifidir.
“Azərbaycan uşaq ədəbiyyatında ənənə və novatorluq” (1997), “1970-1980-ci illər Azərbaycan uşaq ədəbiyyatı” (1997) adlı metodik vəsaitlərin, 40-dan çox elmi-nəzəri və publisistik məqalələrin müəllifidir. Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışır.
2012-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.
SOLTAN ƏLİYEV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Soltan Hüseyn oğlu Əliyev 1948–ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuş, institutu bitirdikdən sonra təyinatla Saatlı rayonuna müəllim göndərilmiş və orada işləmişdir.
Əmək fəaliyyəti ilə məşğul ola-ola ADPU-nun aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə “Bədii əsərlərin müqayisəli öyrədilməsi prosesində şagirdlərin müstəqil işi” adlı namizədlik dissertasiyası müdafiə etmiş, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş, dosent elmi adını almışdır.
1976-cı ildə aspirantı olduğu ADPU-ya işə qəbul edilmişdir və bu günədək orada çalışır.
S.Hüseynoğu ali məktəbdə işləməklə yanaşı, 32 il Bakı şəhərindəki orta məktəblərdə dərs demişdir. Bu, onun orta məktəb dərsliklərinin müəllifi kimi uğur qazanmasında əhəmiyyətli rol oynamışdır.
Soltan Hüseynoğlu uzun illər Təhsil Nazirliyinin mühüm layihələrində iştirak etmiş, Ədəbiyyat fənni üzrə orta məktəb proqramlarının, pilot məktəbləri üçün proqramların tərtibçilərindən olmuşdur. Pilot məktəblərinin V və VI sinifləri üçün şərikli hazırladığı ədəbiyyat dərslikləri tenderdə qalib gəlmiş və istifadəyə verilmişdir.
Ədəbiyyat fənn kurikulumunun hazırlanmasında metodist-alimin ciddi zəhməti olmuşdur. Kurikulum əsasında orta ümumtəhsil məktəblərinin V və VII-XI siniflər üçün ədəbiyyat dərslikləri və metodik vəsaitlərin müəlliflərindəndir.
Ədəbiyyat fənn kurikulumu üzrə milli məsləhətçi Soltan Hüseynoğlu bu gün yorulmadan proqram və dərsliklərin nəzəriyyəsi və praktikası, ədəbiyyat dərslərində şagirdlərin müstəqil işi, bioqrafik məlumatların və nəzəri anlayışların öyrədilməsi, bədii sənətkarlıq məsələlərinin mənimsədilməsi, ədəbiyyat təlimində ifadəli oxu və nitq inkişafı üzrə işin təşkili, ədəbiyyat tədrisi və incəsənətin digər növləri, şagirdlərdə mütaliəyə maraq tərbiyəsi, təlim metodlarının təkmilləşdirilməsi və yeni təlim texnologiyalarının mahiyyəti və tətbiqi istiqamətlərində filoloji-metodik araşdırmalar aparır.
Soltan Hüseynoğlu ardıcıl eksperiment əsasında “Bədii əsərlərin tədrisində yeni təlim texnologiyalarının tətbiqi üzrə işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyasını tamamlamışdır.
Azərbaycan dili və ədəbiyyatın tədrsi jurnalında şöbə redaktoru vəzifəsində çalışmışdır.
130-dan yuxarı elmi-metodik məqalənin, orta ümumtəhsil və ali məktəblər üçün 6 fənn proqramının, 38 dərslik, 21 dərs vəsaitinin müəllifidir.
Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışır.
Ailəlidir, 2 oğlu, 4 nəvəsi var.
Təltiflər:
1. “Tərəqqi” medalı – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021.
ŞÖHRƏT MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Şöhrət Nüsrət qızı Məmmədova 1976-cı ildə Tovuz rayonunda anadan olmuşdur. R.İsmayılov adına Düz Cırdaxan kənd orta məktəbini əla qiymətlərlə başa vurub 1993-cü ildə BDU-nun filologiya fakültəsinin bakalavr, 1997-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildən ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışır. 2009-cu ildə “Mirvarid Dilbazi və uşaq ədəbiyyatı” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 2009- cu illərdə kafedranın baş müəllimi vəzifəsində çalışmış, --- ci ildə dosent elmi adına layiq görülmüşdür.
Uşaq ədəbiyyatına dair dərs vəsaiti, monoqrafiya və fənn proqramlarının, respublikada və xarıcdə 30-a yaxın məqalənin müəllifidir. Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.
BİLAL HƏSƏNLİ
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Bilal Ağabala oğlu Həsənli 1953-cü ildə Salyan rayonunun Xıdırlı kəndində anadan olub. 1970-ci ildə Bakı şəhəri, Qaradağ rayonu 25 saylı məktəbi bitirmişdir. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-79-cu illərdə APİ-nin aspiranturasında Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə təhsil alıb.
1989-cu ildə “Ədəbiyyatdan sinifdənxaric oxunun proqram materialları ilə əlaqələndirilməsi yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. Təhsil Problemləri İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantıdır.
1990-cı ildən 2016-cı ilədək Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatı və tədrisi metodi¬kası kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdiri işləmişdir. 2016/17-ci tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universiteti Ədəbiyyatın tədrisi metodikası kafedrasının dosentidir.
Təhsil Nazirliyi Elmi-metodik Şurasının ədəbiyyat bölməsinin üzvü, TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə eksperti kimi fəaliyyət göstərmişdir. Beynəlxalq Müəllimlərin Yaradıcı İttifaqlarının Odessa və Bakı şəhərlərində keçirilən qurultaylarının nümayəndəsi olmuş, dəfələrlə respublika və beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
TPİ-də və ADPU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuşdur. AMİ-nin “Xəbərlər” elmi-metodik jurnalının redaksiya heyətinin üzvü, Təhsil Nazirinin əmri ilə “İlin müəllimi” müsabiqəsi üzrə ekspert qrupunun üzvü, ədəbiyyat fənn kurikulumu üzrə milli məsləhətçi, kurikulumun tətbiqi ilə əlaqədar qiymətləndirmə üzrə işçi qrupunun üzvü təyin olunmuşdur. 100 cildlik Azərbaycan və dünya ədəbiyyatının nəşri üzrə redaksiya heyətinin üzvüdür.
Ali və orta məktəblər üçün 34 dərslik, dərs vəsaiti, metodik vəsait, 8 proqram, respublikada və xaricdə nəşr olunmuş 80 jurnal məqaləsinin müəllifidir.
Evlidir, bir oğlu, bir qızı var.
Təltifləri:
2003-cü ildə akademik Mehdi Mehdizadə adına mükafata layiq görülmüşdür.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublikanın Əməkdar müəllimi adına layiq görülmüşdür.
AYGÜN ƏHMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Aygün Şükür qızı Əhmədova 1963-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra keçmiç Lenin adına Pedaqoji İnstituta daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra 1997-ci ildə ADPU-nun ¨Uşaq ədəbiyyatı¨ kafedrasında laborant, daha sonra baş laborant vəzifəsində çalışmışdır. 2002-ci ildə kafedraya müəllim vəzifəsinə qəbul edilmişdir.
2002-2012-ci illərdə baş müəllim kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan uşaq ədəbiyyatı (1980-1990-cı illər)” mövzusunda namizədlik disertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2013-cü ildə Aygün Əhmədova Ədəbyyatın tədrisi metodikası kafedrasının dosenti elmi adına layiq görülmüşdür. Xaricdə və respublikada keçirilən simpozium və konfranslarda Azərbaycan uşaq ədəbiyyyatına dair müxtəlif mövzularda məruzələrlə çıxış etmiş, bölmə rəhbəri olmuşdur. 40-a yaxın elmi-metodik məqalə və tezisin, 2 fənn proqramı, dərs vəsaiti və monoqrafiyaların müəllifidir.
Ailəlidir, iki qızı var.
MAHMUDOVA ŞƏLALƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
1967-ci il iyunun 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Bakı şəhər, Nəsimi rayony, 9 saylı orta məktəbi bitirmişdir. 1984-cü ildə BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1989-cu ildə fərqlənmə ilə bitirmişdir. 2009-cu ildə namizədlik dissertasiyası müdafiə edərək 10 noyabr 2010-cu Azərbaycan ədəbiyyatı ixtisasından filologiya üzrə fəlsəfə doktoru adını almışdır.
Əmək fəaliyyəti:
- ADPU-nun Xalq maarifini idarəetmənin təşkili kafedrasında laborant.
- ADPU-nun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş laborant.
- Özəl Azərbaycan Universitetinin “Dillər” kafedrasında müəllim.
- Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatın tədrisi kafedrasında müəllim.
- Həmin kafedrada baş müəllim.
- Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında dosent.
- Azərbaycan Dövlət Pedaqoji Universitetin Ədəbiyyat və onun tədrisi kafedrasında dosent.
FƏXRƏDDİN YUSİFOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi (keçmiş adı Başkeçid) rayonunun Muğanlı kəndində anadan olmuşdur.
1973-cü ildə Muğanlı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, fərqlənmə diplomu ilə bitirmişdir.
1980-83-cü illərdə ADPU-nun istehsalatdan ayrılmaqla "Ədəbiyyatın tədrisi metodikası" ixtisası üzrə aspiranturasında təhsil almışdır.
Əmək fəaliyyəti:
1977-1980 – Füzuli rayonu, Böyük Bəhmənli kənd orta məktəbində müəllim. İşə götürən: Füzuli Rayon Xalq Maarifi şöbəsi
1980-1983 – V. İ. Lenin adına APİ-nin istehsalatdan ayrılmaqla aspiranturası. İşə götürən: V.İ. Lenin adına APİ.
1984-1989 – V. İ. Lenin adına APİ-də baş laborant. İşə götürən: V. İ. Lenin adına APİ.
1990-1992 – Həmin İnstitutda müəllim, bir il sonra baş müəllim. İşə götürən: ADPU
1996-2013 – ADPU-nun ədəbiyyat və onun tədrisi metodikası kafedrasında dosent. İşə götürən: ADPU
2011 - ADPU-da "Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzi"nin ictimai əsaslarla rəhbəri.
Respublikanın şəhər və rayon orta ümumtəhsil məktəblərinin müəllimləri üçün təşkil olunmuş treninqlərdə 8 il (2008-2015-ci illər) təlimçi kimi fəaliyyət göstərmişdir.
Ali Təhsil müəssisələrində - ADPU, Bakı Slavyan Universiteti, Bakı Dillər Universitetində Fəal interaktiv təlim və kurikulumlarla bağlı təlimlər aparmışdır(2006-09-cu illər)
Hal hazırda ADPU-da dosentdir və ədəbiyyat və onun tədrisi metodikası kafedrasında işləyir.
Təltifləri:
1. "Elektron Təhsil" respublika müsabiqəsində "Müəllimlərin bloqları" bölməsində fərqləndiyinə görə diplom və xüsusi mükafat, Bakı 2010.
2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illiyi münasibəti ilə Fəxri Fərman, 19.04.2012
3. ADPU Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı, 23 fevral 2016-cı il
4. “Tərəqqi” medalı – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021.
PƏRİXANIM HÜSEYNOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Pərixanım Soltan qızı Hüseynova 1962-ci ildə Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Mollakənd orta məktəbini, 1988-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda “Azərbaycan məktəbi” jurnalında şöbə redaktoru, “Təhsil”, “Mozalan” qəzetlərində müxbir, 1993-2007-ci illərdə “Azərbaycan müəllimi” qəzetində müxbir, ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Bakı şəhəri orta məktəblərdə və Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim işləmişdir.
2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə elmləri namizədi adı alıb.müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2010-2015-ci illərdə Filologiya fakültəsi “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında elmi işçi olmuş, 2015-ci ildən Ədəbiyyatın tədrisi metodikası kafedrasına dosenti vəzifəsinə qəbul edilmişdir.
Respublika dövri mətbuatında 40-a yaxın məqalənin, dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Uşaqlar üçün nağıl və hekayələri var.
Hazırda Ədəbiyyatın tədrisi texnlogiyası kafedrasının dosentidir.
Təltifləri:
“Xan qızı Natəvan” mükafatı
“Qızıl qələm” mükafatı
TƏNZİLƏ ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, Dosent
Tənzilə Səttar qızı Əliyeva 1954-cü ildə Bakının Bilgəh qəsəbəsində anadan olmuşdur. 1971-ci ildə C.Cabbarlı adına 187 saylı orta məktəbi, 1976-cı ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə ADPU-nun nəzdində təşkil edilmiş orta məktəb direktorlarının ixtisasartırma fakültəsində metodist kimi başlamışdır. 1990-cı ildən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında baş laborant, 2000-ci ildən həmin kafedrada müəllim, hal-hazırda isə baş müəllim vəzifəsində çalışır.
2009-cu ildə “Teymur Elçin və uşaq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
30-dan çox elmi məqalə, 3 fənn proqramının müəllifidir.
Ailəlidir, 1 oğlu, 1 qızı var.
SİMUZƏR ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
Simuzər Əliyulla qızı Əliyeva 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Binəqədi rayonundakı 182 saylı məktəbə getmiş, 1974-cü ildə məktəbi bitirmişdir. Həmin il kecmiş Lenin adına APİ-nin filologiya fakültəsinə daxil olmuşdur, 1978-ci ildə ali məktəbi Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir.
1979-cu ildən Bakı şəhəri Xalq Maarif İdarəsinin nəzdində ÜİLKGİ-nin 50 illiyi adına Uşaq Parkında baş metodist vəzifəsində çalışmaqla yanaşı, ədəbiyyat üzrə “Bədii qiraət” dərnəyinə rəhbərlik etmişdir. 1991-ci ildən ADPU-nin filologiya fakultəsində calışır. 2002-2012-ci illərdə ADDA-nın Dillər kafedrasında müəllim vəzifəsində calışmışdır.
2007-ci ildə “Hüseyn Arif və şıfahı xalq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2014-cü ildə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasına muəllim qəbul edilmiş, 2019-cu ildə müsabiqə yolu ilə baş müəllim keçmişdir.
Respublika mətbuatında 20-ə yaxın məqaləsi nəşr olunmuşdur. Bir neçə fənn proqramının müəllifidir.
XOŞBƏXT ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
- Xoşbəxt Təyyan qızı Əliyeva 1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri 15 nömrəli orta məktəbi bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və Biblioqrafiya fakültəsini, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.
1985-1999-cu illərdə Azərbaycan Dövlət Xarici Dillər Universiteti Abonement şöbəsinin kitabxanaçısı, 2000-2002-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Kitabxanasının kitabxanaçısı vəzifəsində çalışmışdır. 2008-ci ildə “Dədə Qorqud obraz və süjetləri bədii ədəbiyyatda” mövzusunda dissertasiya mövzusunu müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2002-2017-ci illərdə ADPU-nun “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının “Folklorşünaslıq, Etnoqrafiya və mifologiya” bölməsinin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2017-cı ildən ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasına müəllim keçmişdir.
Əsərləri Rusiya, Qazaxıstan, Türkiyə elmi mətbuatında dərc edilmişdir. 30-a yaxın jurnal məqaləsinin müəllifidir. Beynəlxalq konfrans və simpoziumlarda mütəmadi iştirak edir.
Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Ailəlidir, 2 oğlu, 1 nəvəsi var.
ÜLKƏR BAXŞIYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Ülkər Elman qızı Baxşiyeva 5 sentyabr 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Baxşiyeva Ülkər Elman qızı 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetininin filologiya fakültəsinə daxil olmuşdur. 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə “Nizami Gəncəvi” adlı təqaüdünə layiq görülmüşdür. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetininin Azərbaycan ədəbiyyatı ixtisası üzrə əyani magistraturasında təhsil almışdır. Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə elmi konfranslarda və tədbirlərdə fəal iştirak etmişdir.
2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetininin Azərbaycan ədəbiyyatı üzrə əyani doktoranturasına daxil olmuşdur. 2017-ci ildə “Mirzə İbrahimov və Azərbaycan ədəbiyyatı məsələləri” mövzusunda dissertasiya işini vaxtından əvvəl tamamlayaraq müdafiəyə təqdim etmişdir. 2017-ci ilin dekabr ayında AAK-ın kollegiya qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomu almışdır. 2018-ci ilin fevral ayında AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinə elmi işçi vəzifəsinə təyin edilmişdir. Elmi nəticələri nəzərə alınaraq 2019-cu ilin mart ayından böyük elmi işçi vəzifəsinə keçirilmişdir.
AMEA Rəyasət Heyətinin 2018-ci il 10 may tarixində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibi olmuşdur. AMEA Rəyasət Heyətinin 2019- cu ildə keçirdiyi “Gənc qadın elmdə” müsabiqəsinin də qalibi olmuşdur. İndiyə qədər 30-dan çox elmi məqaləsi dərc edilmişdir. 10 elmi məqaləsi Türkiyə, Ukrayna, Monqolustan və digər xarici ölkələrdə çap olunmuşdur. Xaricdə keçirilən 10-dan çox Beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur. 2019-cu ildə Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi Cengiz Dağcının 100 illiyinə həsr olunmuş kitaba “Cengiz Dağcı şeirlərində vətənpərvərlik mövzusu” adlı məqaləsi daxil edilmişdir. ( “Doğumunun 100.Yılında Cengiz Dağcıya Armağan” kitabı, Türkiyə ,Ankara 2019,səh 403- 408) cu ilin sentyabr ayından ADPU-nun Filologiya fakültəsi Ədəbiyyatın tədrisi texnologiyası kafedrasında müəllim vəzifəsində çalışır. 2019-cu ildə ADPU-da Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil edilən layihələr çərçivəsində inklüziv təhsil üzrə təlimdə iştirak etmiş və sertifikat qazanmışdır. 2020-ci ildə xaricdə OmniSriptum Publishing Group şirkəti tərəfindən “Mirzə İbrahimov ve klasik Azerbaycan edebiyatı” adlı kitabı nəşr olunmuşdur.Ü.Baxşiyeva 2020-2021-ci illərdə xaricdə və ölkəmizdə keçirilmiş beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş və məqalələri dərc olunmuşdur. Belə ki , müəllifin “Abay Kunanbayev yaradıcılığında milli dəyərlərə bağlılıq problemləri” adlı məqaləsi ”Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnal №2, Bakı ,2020.səh 151-154; “M.İbrahimovun ədəbi-nəzəri görüşlərində Nizaminin tədqiqi məsələləri”adlı məqaləsi Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar simpoziumu, Azərbaycan Dövlət Pedaqoji Universiteti,Bakı , 24-25 May 2021; “Türk poeziya ənənələri və Y.İmrə” adlı məqaləsi “21-ci əsrdə Yunus Əmrəni Anlamaq” mövzusunda beynəlxalq simpoziumu, Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 16 iyul 2021.səh 280-291; “Mirzə İbrahimovun ədəbi-nəzəri görüşlərində Nizaminin tədqiqi məsələləri” adlı məqaləsi “ Nizami Gəncəvi -880 çağırış ili (məqalələr toplusu)” .Bakı ,2021 Səh 318-331 ; “Kazak halkının yeni ideallerinin oluşumunda Abay Kunanbayevin rolü” adlı məqaləsi “İnternational Congress of Kazakh history , culture and language” , Ankara Türkiye , 27-28 December 2021səh63-65 çap olunmuşdur TÜRKSOY-un keçirdiyi beynəlxalq tədbirlərdə fəal iştirakına görə 2021- ci il yanvar ayında TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən Teşekkür belgesi verilmişdir. Ailəlidir , iki övladı var.
QƏMƏR ALXANOVA
(filologiya üzrə fəlsəfə doktoru, müəllim)
Alxanova Qəmər Söhbalı qızı 1983-cü ildə Şirvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1989-2000-ci illərdə Şirvan şəhər 9 saylı orta məktəbdə təhsil almışdır. 2000-2006-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsində oxumuş, daha sonra Ankara Universitetində proqram keçmişdir. 2007-ci ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışmğa başlamışdır. Daha sonra Bakı Avrasiya Universitetində əvvəlcə müəllim kimi, sonra isə Türkoloji Araşdırmalar şöbəsinin müdiri fəaliyyət göstərmişdir. O, eyni zamanda 2008-ci ildən etibarən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsində saathesabı müəllim kimi çalışmışdır. 2014-2018-ci illər arasında Azərbaycan Tərcümə Mərkəzində dil mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2019-2021-cu illər arasında Oba Kilim Makina Halı Sanayi LTD-də katib kimi işləmişdir.
2005-ci ildə “Rəşad Nuri Güntəkinin romanlarında insan psixologiyası” adlı monoqrafiyası çap edilmişdir. 2009-2018-ci illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuş, 2018-ci ildə “Türk ədəbiyyatında psixoloji roman” adlı dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 2021-ci ildən Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində yaradılan Dissertasiya şurasının “Türk xalqları ədəbiyyatı” üzrə elmi seminarın üzvüdür.
Hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir.
20-yə yaxın kitabın tərcüməçisi, çoxsaylı elmi məqalənin və publisistik yazının müəllifidir. Tərcümə etdiyi əsərlər beynəlxalq mükafatlar almışdır.
HEYBƏTOVA AYTƏN
(müəllim)
Heybətova Aytən Cəfər Qulu qızı 1986-cı il 27 iyunda Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Xətai rayonu 261 saylı məktəb-liseyin 11-ci sinfini bitirmişdir. Həmin ildə ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının qiyabi şöbəsinə daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Magistratura şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə daxil olmuş və 2013-cü ildə oranı fərqlənmə ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan ədəbiyyatı ixtisası üzrə qiyabi doktoranturaya daxil olmuş və 2018-ci ildə bitirmişdir. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Paşa Qəlbinurun poeziyası” adlı dissertasiyanın müdafiəsi ərəfəsindədir. Ali təhsil müəssisəsində laborant, mütəxəssis və tyutor vəzifələrində çalışmışdır.
Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müəllimi kimi fəaliyyət göstərir.
Bir çox elmi və respublika konfranslarında iştirak etmişdir. 13 məqalə və 5 tezisin müəllifidir.
Ailəlidir, 2 övladı var.
GÜNEL SALEH qızı HÜMMƏTOVA
(müəllim)
Günel Hümmətova 18 iyun 1986-cı ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə Bakı şəhəri, Ağdam rayonu, 73 saylı orta məktəbi başa vuran G.Hümmətova, 2004-cü ildə BSU-nun Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş və 2008-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2010-cu illərdə AMİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsilin fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən ADPU-da Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturada təhsil alır. 2010-cu ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır. 2021-ci ilin sentyabr ayından Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Beynəlxalq və respublika konfranslarında iştirak etmişdir. Aşağıdakı elmi məqalələrin müəllifidir.
1.İsa Hüseynovun 60-cı illər nəsri. 2014, №6, s.464-469.
2.Роман “Идеал” в контексте современной литературной критики Иса Муганна (Гусейнов). Науковы записки. Серiя лiтературознавство Тернопiлъ. 2015, №43, s.284-289.
3.İsa Hüseynov nəsri və ədəbi tənqid. Filologiya məsələləri. Bakı, “Elm və təhsil”. 2017, №17, s.392-396.
4.“Yanar ürək”dən “İdeal”a ədəbi qəhrəmanların yeni taleyi” ədəbi tənqiddə. Tağıyev oxuları (Elmi məqalələr məcmuəsi). Bakı, 2017, №2, s.234-236.
5.XX əsrin birinci yarsında UİK(B)P MK-nın ədəbiyyat və incəsənət haqqında qərarının “Yeni nəsr”də rolu. Filologiya məsələləri, Bakı, “Elm və təhsil. 2018, №17, s.323-328.
6.Ədəbi tənqid “İdeal”, “Əbədiyyət” və “GURUN” romanlarının ideya-məzmun və struktur əlaqələəri haqqında, Filologiya məsələləri, Bakı, “Elm və təhsil, 2019, №1, s.266-269.
7.İsa Hüseynovun “Kollu koxa” və “Saz” povesti. Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Gənc tədqiqatçıların I Beynəlxalq Elmi Konfransının materialları. Bakı, 25-26 aprel 2013, s.433-434.
8.“Doğma və yad adamlar” 60-cı illər ədəbi tənqidində. Doktorların və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransının materialları. Bakı, 19-20 dekabr 2013, II cild, s.103-105.
9.Ədəbi tənqiddə İsa Muğanna yaradıcılığının müqayisəsi. XXI əsr mədənu paradiqması multimədəni aspektdə Respublika elmi-praktik konfransının materialları. Bakı, 25-26 noyabr 2014, s.22-23.
10.İsa Hüseynovun “Bizim qızlar” povesti ədəbi tənqiddə. Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci İsa Hüseynov yaradıcılığının tənqid tarixi. “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 18 dekabr 2015, s.161-164.
11.1950-ci illərdə ədəbi proses və tənqid. Doktorların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının materialları. Bakı, 2015 aprel. s.425-427.
12.İsa Hüseynovun “Tütək səsi” povesti ədəbi tənqidi müstəvidə. “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının Aktual Problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, 2015, s.218-221.
13“İdeal” romanı yeni tənqidi düşüncə çevrəsində. Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransının materialları. Bakı. 17-18 aprel 2015, II kitab, s.852-853.
14.İsa Hüseynovun “Quru budaq” povestinə ədəbi tənqidi münasibət. Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları. Bakı, 29-30 aprel 2016, II kitab, s.1037-1039.
15.İsa Hüseynovun nəsrində “Çünki atamı yaxşı tanıyıram” manifestinin əsərlərində əksi. Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu Beynəlxalq elmi konfransın materialları.,4-5 dekabr, 2018, s.286.
16.“İdeal” romanının “Qapalı dünya” fəslinə ədəbi tənqidin paradoksal yanaşması. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika Elmi Konfransının materialları, 22-23 noyabr 2018, II cild, s.196-198.
17.İsa Hüseynov nəsrinin birinci mərhələsində sosrealizmə müqavimət duyğusu və tənqidin sənətkarın yaradıcılığına sərt reaksiyası. Axtarışlar. Naxçıvan, “Tusi”-2021, XIV, N-1, s.17-22
18.ОБ идейно-содержательных и структурных связях произведений, относящихся к позднему периоду творчества Исы Гусейнова. Сборник статей XI международной научно- практической конференции,состоявшейся 5 февраля 2020 г.вг.пенза. 5 fevral 2020, I cild,s.175-178
19.İsa Hüseynovun “Teleqram” povesti yeni nəsrin ilk nümunəsi kimi. Совершенствование методики обучения языкам: площадка обмена прогрессивой практикой. Материалы IV международного научно - методического онлайн-семинара. Казан-Нур-Султан-Измир, 20 февраля 2020 г.вг.пенза, 20 fevral 2020,s.521-525. |
20İsa Hüseynovun “Məhşər” romanında tarixə yeni baxışı və ədəbi tənqid. Axtarışlar, Naxçıvan, “Tusi”-2021,, XV, N-2, s.30-36.
21.İsa Huseynovs “Safag romances series. Karabag international congress of modern studies in social and human siciens, Iyun 17-19, 2021, cild II, 193-195.
Leyla Həsənova
(Müəllim)
Leyla Ziyafət qızı Həsənova 1992-ci il dekabrın 12-də Saatlı rayonunda anadan olmuşdur. 1999-2008-ci illərdə Saatlı rayon 2 nömrəli tam orta məktəbində təhsil almışdır. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinə İngilis dili müəllimliyi ixtisası üzrə daxil olmuş, 2012-ci ildə oranı bitirmişdir. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisasına qəbul olmuş və 2020-ci ildə oradan məzun olmuşdur. 2020-ci ildə Azərbaycan Dövlət PedaqojiUniversitetinin Magistratura şöbəsinə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə qəbul olmuş və 2022-ci ildə oranı fərqlənmə ilə bitirmişdir. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Doktorantura şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə qəbul olmuşdur.
2022-ci ildən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasında müəllim vəzifəsində çalışır
Günel İsmayılzadə
(Böyük laborant)
Günel Mirzə qızı İsmayılzadə 1996-cı il dekabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Bakı şəhəri Sabunçu rayonu Nazim İsmayılov adına 80 №li orta məktəbdə təhsil almışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının əyani şöbəsinə daxil olmuş, 2018-ci ildə oranı bitirmişdir. Universitetdə oxuduğu müddətdə Təhsil Nazirliyi tərəfindən təsis edilən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə daxil olmuş və 2020-ci ildə oranı fərqlənmə ilə bitirmişdir.
2020-ci ildən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasında böyük laborant vəzifəsində çalışır.
ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının laborantı
İş telefonu: +(99412) 493-92-56
Qısa bioqrafik məlumat
- 1993-ci il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub.
- 2010-cu ildə Mingəçevir şəhər Təbiət- riyaziyyat və humanitar təmayüllü liseyi bitirib.
- Evlidir.
Təhsili, elmi dərəcəsi və elmi adı
- Ali təhsillidir. 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr pilləsini bitirib.
- 2017-ci ildə ADPU-nun “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisasını fərqlənmə ilə bitirib.
Əmək fəaliyyəti
- 01.09.2014-cü il tarixindən - 10.09.2015-ci il tarixinə kimi Mingəçevir Turizm Kollecində operator vəzifəsində çalışmışdır.
- 17.04.2018-ci il tarixindən ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının laborantıdır.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ADPU magistrantlarının elmi-praktik konfransı
- Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, II hissə. 17-18 may. BDU 2017
- H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda elmi-texniki konfransı.3-5 may. AzTU-2017
- Magistrantların XVII Respublika Elmi konfransı materialları, 11-12 may, SDU- 2017,
- BMU Dedicated to the 94 th Anniversary of the National leader of Azerbaijan, Haydar Aliyev . 05-06 may 2017
Çap olunmuş məqalələrin siyahısı :
- Orta məktəbdə Azərbaycan dili tədrisi prosesində istifadə edilən bəzi fəal (interaktiv) təlim metodları haqqında. Bakı– 2017. H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ADPU magistrantlarının elmi-praktik konfransının materialları. Elm və təhsil, Səh.225-227
- Azərbaycan dili dərslərində fonetikanın tədrisi prosesində fəal (interaktiv) təlim metodlarından istifadə. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, II hissə. 17-18 may. BDU 2017 . Səh.385-387
- Fonetikanın tədrisi prosesində dil qaydalarının mənimsədilməsi üzrə işin təşkili. H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda elmi-texniki konfransı.3-5 may. AzTU-2017
- Fonetikanın tədrisi prosesində məzmun xətləri üzrə işin təşkili. Magistrantların XVII Respublika Elmi konfransı materialları, 11-12 may, SDU- 2017, II hissə. Səh.270-271
- Ümumtəhsil məktəblərində fəal təlim metodlarının tətbiqi əhəmiyyəti. “Heydər Əliyev irsi: Müasir dövrdə islam həmrəyliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans. 10 may, OYU -2017.
- Fəal (interaktiv) təlim metodlarının Azərbaycan dilinin tədrisindəki rolu
H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ADPU magistrantlarının elmi-praktik konfransının materialları. Elm və təhsil, Bakı– 2017 Səh.362-363
- Orta məktəbdə Azərbaycan dili təliminin psixoloji-pedaqoji vəziyyəti . H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ADPU magistrantlarının elmi-praktik konfransının materialları. Elm və təhsil, Bakı– 2017. Səh.359-362
- Orta məktəblərdə Azərbaycan dilinin tədrisi prosesində fəal (interaktiv) təlim metodlarının seçilməsinin əsas şərtləri. BQU- “Elmi əsərlər”. Cild I, № 1(29), Bakı– 2017. Səh.38-41
- Ümumtəhsil məktəblərində fonetikanın tədrisi zamanı fəal (interaktiv) təlim metodlarından istifadənin əhəmiyyəti. BMU Dedicated to the 94 th Anniversary of the National leader of Azerbaijan, Haydar Aliyev . 05-06 may 2017, Baku .
- Ümumtəhsil məktəblərində Füzulinin “Söz” qəzəlinin fəal interaktiv təlim metodları ilə tədrisi . ADPU 2018