ÜLVİYYƏ HACIYEVA
(Dosent, filologiya üzrə fəlsəfə doktoru,
Xarici Dillər Mərkəzinin müdir müavini )
Ülviyyə Davud qızı Hacıyeva 13 yanvar 1980-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbdə ibtidai təhsilə başlamış, 1992-ci ildə isə Həmidə xanım Məmmədquluzadə adına Naxçıvan şəhər “Xanım Qızlar Pansionu”na keçirilmiş, 1997-ci ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil olmuş, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Magistraturada təhsil aldığı illərdə Azərbaycan Dillər Universitetinin “Dil tarixi” kafedrasında baş laborant, 0,5 ştat müəllim kimi çalışmışdir.
2005-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xarici dillər” (indiki Xarici Dillər Mərkəzi) kafedrasının müəllimidir. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində 1002.19- “Dil Nəzəriyyəsi” ixtisası üzrə dissertant olmuş, 2009-cu ildə kafedrada baş müəllim vəzifəsinə təyin olunmuşdur. 2011-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə dokrotu elmi dərəcəsi almaq üçün “İşlənmə dairəsinə görə fərqlənən söz qrupları (Azərbaycan və ingilis dillərinin materialları əsasında)” adlı dissertasiya müdafiə etmiş, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-ci ildən ADPU-nun “İngilis dili və onun tədrisi metodikası” (Xarici Dillər Mərkəzi) kafedrasının dosentidir.
2009-cu ildən 2019-cu ilə qədər Filologiya fakültəsi Tədris Metodiki Şurasının üzvü, 2011-ci ildən Filologiya fakültəsi Elmi Şurasının üzvüdür. 2019-cu ilin mart-oktyabr aylarında Filologiya fakültəsi TEC-nin sədri olmuş, 2020-ci ildən ADPU-nun Elmi Şurasının üzvüdür. 2019-cu ilin noyabr ayından ADPU-nun Xarici Dillər Mərkəzinin (kafedra) müdiridir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci ildə imzaladığı sərəncamla təhsildə göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmuşdür.
2 dərs vəsaiti, 1 test toplusu, 1 metodik vəsait, 7 proqram, 13 tezis, Respublika daxilində çıxan jurnallarda 26, Respublikadan kənarda isə 7 məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.IELTS (academic)- overall band score 6, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
5.Interactive Education in University System, IAE PARIS Sorbonne Business School
SƏKİNƏXANIM VƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Səkinəxanım Fazil qızı Vəliyeva 1962-ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur.1968-ci ildə 1 nömrəli orta məktəbə daxil olmuşdur. S.Vəliyeva 1979-cu ildə orta məktəbi bitirib, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutuna qəbul olmuşdur. 1984-cü ildə Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və 1993-cü ilə kimi tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən ADPU-nun Xarici dillər kafedrasında müəllim işləyir. 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. S. Vəliyeva 2003-cü ildə gənc alimlər müsabiqəsinin qalibi olmuşdur.2009-cu ildən Xarici dillər kafedrasının dosentidir. O, 30 məqalə və 1 dərs vəsaitinin müəllifidir. Bundan əlavə 25 dissertasiyaya rəyçi olmuşdur. 37 elmi məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
SƏİDƏ DADAŞOVA
Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
Xarici Dillər Mərkəzində müdür müavini
Səidə Bəhlul qızı Dadaşova 16 avqust 1977-ci ildə Beyləqan rayonunun Şəfəq qəsəbəsində anadan olmuşdur.1994-cü ildə şəhid Hüsaməddin İsmayılov adına orta məktəbi bitirmişdir. YAP-ın üzvüdür. 2001-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən ADPU-nun “Xarici Dillər”(indiki Xarici Dillər Mərkəzi) kafedrasında tam ştat müəllim, 2008-ci ildən isə həmin kafedrada baş müəllim vəzifəsində çalışır. 2016-cı ildən Filologiya fakültəsinin Tədris-Metodiki Şurasının üzvüdür. 2016-ci ildə Azərbaycan Dillər Universitetində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Klassisizm və realizm: Molyer və Axundov yaradıcılığında fərdi üslubların müqayisəsi” adlı dissertasiya işini müdafiə etmiş, 2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi adına laiq görülmüşdür. 2019-cu ildən Filologiya fakültəsinin Elmi Şurasının üzvüdür. 2020-ci il oktyabr ayından ADPU-nun Xarici Dillər Mərkəzində müdür müavinidir.
3 dərs vəsaitinin, respublika daxilində 2 monoqrafiyanın, 16 məqalənin, 7 proqramın, 2 tezisin, Respublika xaricində isə nüfuzlu elmi jurnallarda 2 məqalənin müəllifidir.
GÜNAY ALIYEVA
(Baş müəllim, Xarici Dillər Mərkəzinin müdir müavini )
Günay Dilqəm qızı Alıyeva 4 avqust 1979-cu ildə Bakı şəhərındə anadan olub. 1996-cı ildə Bakı şəhər Xətai rayonu 95 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub, 2000-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının müəllimi, 2012-ci ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim işləyir.2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub. 2016-cı ildən Filologiya Fakültəsinin Tədris Metodiki Şurasının üzvü, 2018-ci ildən Filologiya fakültəsinin Elmi Şurasının və ADPU-nun Elmi-Metodiki Şurasının üzvüdür. 2019-cu ildən YAP-ın Filologiya fakültəsi üzrə kuratorudur. 2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. 2019-cu ildə Xarici Dillər Mərkəzinin direktor müavini təyin edilmişdir. ADPU, Filologiya fakültəsi, Filoloq qəzetinin redaksiya heyətinin üzvüdür.
ADPU-nun 100 illiyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə “Azərbaycan respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur
O, 1 dərs vəsaiti və 1 metodik vəsait, respublika daxilində 1 proqram, 5 tezis, 20 məqalə, respublika xaricində 7 məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 7, CEFR level C1
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
NAİLƏ SADIQOVA
filologiya elmləri doktoru, professor
Nailə Məmmədhüseyn qızı Sadıqova 18 dekabr 1948-ci ildə Bakı şəhəri ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 6 nömrəli məktəbi bitirdikdən sonra 1966-ci il Kiev şəhəri M.Qorki adına UDPİ tələbəsi, 1971-ci il M.Axundov adına ADPİ tələbəsi, 1979-cu il Kalinin Dövlət Universitetində elmi ezamiyyət, 1985-ci il S.M.Kirov adına ADU “Yeni texnologiyaların tətbiqinə dair” kurs, 1987-ci il aspirantura və fəlsəfə doktoru dərəcəsi almış, 1994-1995 doktorantura, 2010-cu il də Kembric Universitetinin sertifikatına layiq görülmüşdür, 1971-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İngilis dili fakultəsini bitirdikdən sonra Tərcümə fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. ADU-nun D.02.081-Dissertasiya şurasının üzvü, Böyük Britaniyanın Beynəlxalq Müəllimlər İttifaqının (İATEFL) üzvü, AZETA-nın üzvü, Beynəlxalq Qadınlar Cəmiyyətinin üzvü olmuşdur. 2012-ci il Filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır.N.Sadıqova 80-dən çox məqalə, 2 monoqrafiya, 4 dərs vəsaiti, 27 proqramın müəllifidir. Ailəlidir, 2 oğlu var.
Beynəxalq Sertifikatları: 1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
QAFAR HÜSEYNOV
(Professor)
Hüseynov Qafar Möhsün oğlu 1964-cü il oktyabrin 14-də Özbəkistanın Sır-Dərya vilayətində anadan olmuşdur. 1971-1981-ci illərdə orta məktəbdə oxumuşdur.
1982-ci ildə M. F. Axundov adına APRDƏİ-na daxil olmuş, 1989-cu ildə fərqlənmə diplomu (diplom – 013805) ilə bitirmişdir.
1983-1985-ci illərdə Sovet ordusunda (Novosibirsk vilayəti) xidmət etmişdir. (xüsusi təyinatlı bölmə).
1989-1991-ci illərdə təyinatla Ordubad rayonu Düylün kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləmişdir.
1991-ci ildə Bakı Avropa liseyinə rus dili və ədəbiyyatı müəllimi kimi qəbul olunmuşdur.
1993-2001-ci illərdə Bakı şəhəri Bağça-məktəb-lisey kompleksinin elmi işləri üzrə direktor müavini, 2001-2017-ci illərdə isə həmin müəssisənin direktoru olmuşdur.
1996-ci ildə “Azərbaycan rusdilli ədəbiyyatının yaradıcılıq problemləri” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. (diplom - EN 0922).
2002-ci ildə “Türk xalqları rusdilli ədəbiyyatının yaradıcılıq problemləri” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir (diplom - ED 0557).
2003-cü ildə Rusiya Federasiyası Puşkin mükafatına layiq görülmüşdür.
2005-ci ildən Rusiya Pyotr Elmlər Akademiyasının müxbir üzvüdür. (diplom – RK1600).
2009-cu ilə “Qabaqcıl təhsil işçisi” fəxri adını almışdır.
( vəsiqə - 892).
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim” fəxri adını almışdır (vəsiqə - İ-237).
2001-ci ildən pilot layihəli orta məktəblər üçün rus dili və ədəbiyyat dərsliklərinin və müəllim üçün vəsaitlərin həmmüəlliflərindəndir.
2006-ci ildən “Ədəbiyyat” (r/b) fənn Kurrikulumu üzrə Milli Məsləhətçidir.
LEYLA VƏZİROVA
filologiya elmləri doktoru, professor
Leyla Orxan qızı Vəzirova 1 yanvar 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1974-1984-ci illərdə 189 saylı Bakı məktəbində oxuyub və həmin məktəbi bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub və oranı “yaxşı” və “əla” qiymətlərlə bitirmişdir.
Universitetdə təhsil aldığı müddətdə o, özünün çalışqanlığı, nümunəvi tələbəliyi, fəallığı ilə, fakültənin, Universitetin elmi və ictimai işlərində yaxından iştirakı ilə fakültə rəhbərliyinin və tələbə yoldaşlarının hörmətini qazanmışdır.
1989-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib, filoloq, rus dili və ədəbiyyatı müəllimi ixtisasına müvəffəqiyyətlə yiyələnərək, əmək fəaliyyətini Azərbaycan Politexnik Universitetində (indiki Azərbaycan Texniki Universiteti) saathesabı müəllim kimi (rus dili müəllimi) başlamışdır. Bir il orada işlədikdən sonra, 1990-cı ildən müəllimlik fəaliyyətini Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bu günə qədər davam etdirir.
“Rus dili” kafedrasının müəllimi, baş müəllimi, “Xarici dillər və onların tədrisi metodikası” kafedrasının dosenti, həmin kafedranın müdiri vəzifəsində çalışıb.
Müəllimliklə yanaşı, onun elmi fəaliyyəti də göz önündə olub. 2002-ci ildə “Yusif Vəzir Çəmənzəminlinin publistikakası” adlı namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildə dosent elmi adını alıb. 2013-cü ildə «Сопоставительный анализ русской и азербайджанской синонимики. Распределение коннотации» mövzusunda doktorluq dissertasiyası müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 2019-cu ildə professor elmi adına layiq görülüb.
Elmlər doktoru elmi dərəcəsi alandan sonra, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının humanitar elmlər üzrə Ekspert Şurasının üzvü, müxtəlif elmi şuraların üzvü olub və olmaqdadır. Çoxsaylı dissertasiyalara rəy verib, dissertantlara opponentlik edib, bir neçə magistr və doktorantın elmi rəhbəridir.
Bir çox kitab və dərs vəsaitlərinin redaktoru və rəyçisidir.
Rus dilinin tədrisi ilə yanaşı, həm də magistratura pilləsində magistrlər hazırlayır, onlara da elmi rəhbərlik edir. Tələbə elmi cəmiyyətinə bakalavriat pilləsində təhsil alan tələbələri yetişdirir.
Yetərincə xarici (Türkiyə, Rusiya, Ukrayna Qazaxstan, Belorusiya,Avstraliya, isveçrə və s.), və ölkədaxili elmi seminar, konfrans və simpoziumlarda iştirak edib. Çoxsaylı elmi məqalə, dərslik, dərs vəsaiti, proqram, monoqrafiya dərc etdirib. Elmi fikir və mülahizələrlə televiziya, radio və internet səhifələrində dəfələrlə çıxış edib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin professorudur.
Təltiflər: Qabaqcıl təhsil işçisi
NAİLƏ ƏLİZADƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent
Nailə Mustafa qızı Əlizadə 1943-cü il 25 avqustda Kirovavad (Gəncə) şəhərində anadan olub. 1959-cu ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirib. 1959-1964-cu illərdə M.F.Axundov adına APDU-da Qərbi Avropa dilləri fakültəsinin ingilis dili şöbəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildən APDU-nun leksika kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1960-1974-cü illərdə M.Torez adına Moskva Dövlət Xarici Diilər İnstitutu nəzdində Müəllimlərin İxtisas artırma fakültəsində tam kurs keçib. 1973-1989-cu illərdə həmin kafedrada baş müəllim, 1994-2000-ci illərdə “İngilis dilinin tarixi və leksikası” kafedrasının müdiri vəzifəsində işləyib. 2000-2008-ci illərdə həmin kafedranın dosenti olub. 2008-ci ildə ADPU nun İngilis dili onun tədrisi metodikası kafedrasının (indiki Xarici Dillər Mərkəzinin) dosentidir. N.Əlizadə 28 məqalə və tezis, 1 metodik vəsait, 1 lüğət, 67 proqramın müəllifidir
Ailəlidir. 1 oğlu, 1 qızı və 4 nəvəsi var.
FAİDA İSAYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Faidə Davud qızı İsayeva 24 may 1959-cu ildə Xudat şəhərində anadan olub. 1975-ci ildə Bakı şəhərində 244 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə qəbul olub. 1982-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən ADPU-nun “Xarici dillər” kafedrasının laborantı, 1993-cü ildən isə həmin kafedranın müəllimi kimi işləyir. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 2013-cü ildə dosent elmi adı verilib. Hazırda Xarici Dillər Mərkəzinin dosenti vəzifəsində işləyir. F.İsayeva “Xarici Dillər Mərkəzi” tədris-metodiki şurasının üzvüdür. Respublika daxilində 6 proqram, 25 məqalə, 1 tezisin müəllifidir. Ailəlidir, 2 övladı var.
AYGÜN İSMAYILOVA
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Aygün İdris qızı İsmayılova 1959-cü il iyulun 1-də Tovuz rayonunda ziyali ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi bitirib. 1976-1981-ci illərdə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun alman-ingilis dilləri şöbəsini bitirmişdir. 1991-ci ildən Vladimir İliç Lenin adına APİ-nin (indiki-ADPU) Xarici dillər kafedrası üzrə baş laborant,müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.1997-ci ildə dissertasiyanı müdafiə edərək “Pedaqogika elmləri namizədi” elmi dərəcəsinə layiq görülmüşdür. Hal-hazırda ADPU-nun “Xarici Dillər Mərkəzində “ dosent vəzifəsində çalışır.
2022-ci ildən FD2.15 Dissertasiya şurasında birdəfəlik şura üzvüdür.
A.İsmayılova 27 məqalə və tezis, 6 proqram, 2 dərs vəsaiti və 6 metodik göstərişin müəllifidir.
Ailəlidir. 2 övladı var.
Nurlana Kazımova
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Nurlana Nürəddin qızı Kazımova 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-1984-cü illərdə Bakı şəhəri V.V.Mayakovski adına 20 saylı orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1984-1989-cu illərdə M.F.Axundov adına APRD və Əİ-də (indiki BSU) rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində təhsildə göstərdiyi yüksək nailiyyətlərə görə SSRİ Ali və orta ixtisas təhsil nazirliyinin “Əla təhsilə görə” döş nişanı ilə təltif edilmişdir. Biliyini, bacarığını nəzərə alaraq APRD və Əİ-nin böyük elmi şurasının qərarı ilə və rektorun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspirantura şöbəsinə göndərilmiş, əyani təhsil almaq imkanı verilmişdir. 1989-1993-cü illərdə ADPİ-də aspirant olmuşdur. 1994-cü ildə ADPU-da laborant, baş laborant işləmişdir. 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək rus dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. 1997-ci ildən ADPU-nun Rus dili kafedrasının müəllimi, 2004-cü ildən baş müəllimi olmuşdur. 2014-cü ildən Xarici dillər və onların tədrisi metodikası kafedrasının dosenti, 2019-cu ildən Xarici dillər mərkəzinin dosenti vəzifəsini tutur. Eyni zamanda, Universitet metodiki şurasının üzvü və Filologiya fakültəsi elmi şurasının üzvüdür.
Nurlana Kazımova elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. N.N.Kazımova 8 beynəlxalq sertifikat, 10 tezis, 35 məqalə, 3 dərs vəsaiti, 2 proqram və metodik vəsaitin müəllifidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 29 dekabr tarixli K-1535 №-li əmri ilə Azərbaycan Respublikası Qabaqçıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir. 1 övladı, 2 nəvəsi var.
LARİSA KOLESNİKOVA
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Larisa Kolesnikova 1964-ci ildə Siyəzən şəhərində anadan olub. 1972-1982-ci illərdə Siyəzən şəhər 2 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedagoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub və 1986-cı ildə oranı bitirib. Əmək fəaliyyətinə Siyəzən şəhər 2 saylı orta məktəbində başlayıb. 1986-1989-cı illərdə rus dili müəlliməsi işləyib. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olub. 1995-ci ildə dissertasiyanı müdafiə etmişdir. 1996-cı ildən “Xarici dillər və onların tədrisi metodikası ” kafedrasının müəllimi vəzifəsində çalışır. Hazırda Xarici dillər mərkəzinin dosentidir. 50 məqalə, 4 metodik vəsaiti, 4 dərslik və 4 proqramın müəllifidir. Məqalələri respublikada və xarici ölkələrdə çap olunub. 7 Dərs vəsaiti və metodik vəsaitlərin müəllifidir.
QƏRİBƏ MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Qəribə Məmməd qızı Məmmədova 1955-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1962-ci ildə həmin rayonda orta məktbə daxil olmuş, 1972-ci ildə məktəbi fərqlənmə ilə bitirərək Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. 1976-cı ildə İnstitutu bitirərək təyinatla Zəngilan rayonuna ingilis dili müəllimi kimi işə göndərilmiş, 1993-cü ilə kimi həmin rayonda ingilis dili müəllimi işləmişdir. 1993-2001-ci illərdə Şəmkir rayonunda pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində müəllim, baş müəllim və dosent kimi işləmişdir. 2004-cü ildən Azərbaycan Dillər Universitetinin dissertantı olmuş, 2006-cı ildən həm də Azərbaycan Turizm İnstitutunda işləmişdir. 2011-ci ildə dil nəzəriyyəsindən dissertasiya işini müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. 2014-cü ildən Azərbaycan Müəllimlər İnstitutunda xarici dillər kafedrasının müdiri işləmişdir. 2016-cı ildən ADPUnun Xarici dillər kafedrasının baş müəllimi, 2017-ci ildən isə həmin universitetin dosenti kimi pedaqoji fəaliyyətini davam etdirir. Q.Məmmədova 2 dərs vısaiti, 1 metodik vəsait, 1 tərcümə kitabının respublikadaxili 30, respublikaxarici 2 məqalənin müəllifi, 2 tərcümə kitabının redaktorudur. Respublika daxili və respublikaxarci konfranslarda 15 sertifikatı var. Ailəlidir. 3 övladı və 5 nəvəsi var. Beynəlxalq Sertifikatları:
- TKT Module 1- band 3 Baku, February, 2019
- TKT Module 2- band 3 Baku, March, 2019
SVETLANA MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Svetlana Məmmədova Nəsib qızı 1948- ci il oktyabrın 29-da Fizuli rayonunda anadan olub.1967-cı ildə Bakı şəhəri, 18 saylı orta məktəbi bitirib.Ali təhsillidir. 1973-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə tam kursu bitirib.
1975-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdində xarici dilləri öyrənən ikiillik kursu bitirib (fars dili ixtisası üzrə)1974-cü illərdə Azərbaycan Bakı Soyuzvodokanalproekt İnstitutunda tərcüməçi olmuşdur.1975-ci illərdə Təhsil nazirliyində Azərbaycan və Rus dilində korrektor vəzifəsində xidmət göstərmişdir.1976-cı illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya Komitəsində kiçik elmi işçi olmuşdur.1976-1978-ci illərdə Bakı İnşaat Mühəndis Tikinti İnstitutunda baş müəllim (ingilis dili) olmuşdur.1994-2001-ci ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda baş müəllim (ingilis dili),1999-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının (protokol №49) qərarı ilə filologiya elmlər namizədi alimlik dərəcəsi adını alıb.2001- 2009-cu ilin oktyabr ayına qədər Azərbaycan Müəllimlər İnstitutunda Xarici dillər kafedrasının müdiri,2004-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda Xarici dillər kafedrasının dosenti, 2016-2019-cu Azərbaycan Dövlət Pedaqoji Universiteti İngilis dili kafedrasının dosenti və 2019-cu ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universiteti Xarici dil mərkəzinin dosentidir
70-dən çox elmi məqalənin, 1 monoqrafiya, 2 dərs vəsaiti, 3 metodik vəsait, 1 metodik tövsiyyə vəsaitin, 6 bakalavr səviyyəsində proqramın müəllifidir. 6 Respublika daxili, 12 Beynəlxalq konfransda (xaricdə) iştirak edib və sertifikatlarla təltif olunub. 1992-ci ildən YAP-ın üzvüdür. ADPU-nun 100 illiyi ilə əlaqədar olaraq ADPU-nun Kadrların hazırlığı sahəsində səmərəli elmi pedaqoji fəaliyyətinə görə Xarici Dillər Mərkəzinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Svetlana Nəsib qızı Məmmədova Azərbaycan Republikasının Təhsil Nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, 2 qızı var.
SEVİNC SADIXOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Sevinc Əziz qızı Sadıxova 1970-ci ildə Ermənistanın Qafan şəhərində anadan olub.1978-1988-ci illərdə Qafan şəhər 4 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1988-1993 illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki BSU) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb və həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1993-1994-cü illərdə Bakı şəhəri Nəsimi rayon 42 saylı orta məktəbdə, 1994-1999-cu illərdə isə Bakı Elmi-Tədris Mərkəzinin Kompüter-İnformasiya Texnologiyaları İnstitutunda rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb, 1999-cu ildən ADPU-nun Rus dili kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və 2002-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2005-ci ildən baş müəllim, 2012-ci ildən ADPU-nun Rus dili, daha sonra Xarici dillər və onların tədrisi metodikası kafedrasının, hazırda isə Xarici Dillər Mərkəzinin dosentidir. 2019-cu təqvim ili üçün Bakı Slavyan Universitetində bakalavriat səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının 050103 “Xarici dil müəllimliyi” (Rus dili) ixtisası üzrə sədri təyin edilmişdir. Sevinc Sadıxova 28 məqalə, 7 tezis, 1dərsliyin həmmüəllifi, 1 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir.
GÜLHƏYAT ABDULLAYEVA
Baş müəllim
Gülhəyat Mətləb qızı Abdullayeva 10 dekabr 1956-cı ildə Mingəçevir şəhərində anadan olub. 1974-cü ildə həmin şəhərin 10 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinə daxil olub. 1979-cu ildə təhsilini bitirib. 1979-1989-cu illərdə Mingəçevir şəhər 10-saylı orta məktəbində baş müəllim vəzifəsində çalışıb. 1989- 1991-ci illərdə Bakıda Kosmik Tədqiqatlar İnstitutunda yazılı tərcüməçi vəzifəsində çalışıb. 1991-1992-ci illərdə Dövlət İqtisad Universitetində İngilis Dili Departamentində müəllim işləyib. 1992-2009-cu illərə kimi Xəzər Universitetinin İngilis Dili Departamentində baş müəllim vəzifəsində çalışıb. Həmçinin 2007-2009-cu illərdə Xəzər Universitetində rektor köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən hal-hazıra kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) baş müəllimi işləyir. Gülhəyat Abdullayeva 29 elmi məqalə, 3 dərslik və 3 proqram müəllifidir.
Beynəlxalq Sertifikatları
1.Teaching Knowledge Test (TKT) Module 1 Band 3
2.ESOL İmtahan, Bakı, İyun, 2011
Sevda Aydın qızı Ağayeva
Baş müəllim
Sevda Ağayeva Aydın qızı 1968-ci il mayın 17-də Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur.
1985-ci ildə Bakı şəhəri Səbail rayonu M. Rahim adına ingilis dili təmayüllü 7 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRI-nin 50 illiyi adına APXDİ-nun (Azərbaycan Dillər Universitetinin) İngilis dili fakültəsinə daxil olmuş, 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1989-1992- ilə kimi APİ –də (ADPU) kitabxanaçı işləmişdir. 1992 – 1995 ADPU-nun Xarici dillər kafedrasında baş laborant, 1995 – 2003-ci ilə qədər ADPU-nun Xarici dillər kafedrasında müəllim işləmişdir. 2003-cü ildən ADPU-nun Xarici dillər kafedrasının (2016-cı ildən İngilis dili, hal-hazırda Xarici Dillər Mərkəzi) baş müəllimi vəzifəsində çalışır. 2001-ci ildən ADPU-nun TEC konfrasında tələbələrin elmi rəhbəridir. Tarix və coğrafiya fakültəsində kuratordur. Hər il tələbələr ilə tədbirlər keçirir.
2001-ci ildən YAP-in üzvüdür.
Ailəlidir, bir qızı, bir oğlu var
Beynəlxalq sertifikatları:
- İnternational TEİL Certificate Level A (Fluency)
- Teaching Knowledge Test (TKT) Module 1 Band 3
3 kitab, 1 metodik vəsait, və respublika daxilində 25 tezis, 15 məqalə müəllifidir.
SAMİRƏ BABAYEVA
baş müəllim
Samirə Oqtay qızı Babyeva 6 fevral 1984-cü ildə İrəvan şəhərındə anadan olub. 2000-ci ildə Bakı şəhərı 47 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olub, 2004-cü ildə həmin fakültəni bitirib. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Magistratura söbəsinin “Dilşünaslıq” ixtisasına qəbul olub və 2006-cı ildə fərqlənmə diplomu ilə bitirib. 2006-2008-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Avropa dilləri kafedrasında ingilis dili müəllimi kimi çalışıb. Eyni zamanda Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində saathesabı müəllim kimi fəaliyyət göstərib. 2008-ci ildən ADPU-nun Filologiya Fakültəsinin “İngilis dili və onun tədrisi metodikası” kafedrasının müəllimi vəzifəsində çalışıb. 2017-ci ildən həmin kafedranın (indiki Xarici Dillər Mərkəzinin) baş müəllimidir. 2012-ci ildən ADPU-nun “İngilis dili və onun tədrisi metodikası” kafedrasının (indiki Xarici Dillər Mərkəzi) dissertantıdır. Samirə Babayeva 15 məqalə və 2 tezisin müəllifidir. S.Babayeva Azərbaycan Respublikasının Təhsil nazirliyinin müvafiq əmri ilə Fəxri fərmanla ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 6, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
YASƏMƏN BABAYEVA
Baş müəllim
Yasəmən Nizam qızı Babayeva 7 iyul 1980-ci ildə Bakı şəhərındə anadan olub. 1997-ci ildə Bakı şəhəri 190 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin İngilis dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 2007-ci ildə Magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2007-ci illərdə Bakı Mədəni Maarif Texnikumunda ingilis dili müəllimi vəzifəsində çalışıb. 2007-ci ildən ADPU-nun Filologiya Fakültəsinin “İngilis dili və onun tədrisi metodikası” kafedrasının müəllimi vəzifəsində çalışıb. 2018-ci ildən həmin kafedranın (indiki Xarici Dillər Mərkəzi) baş müəllimidir. Y.Babayeva respublika daxilində 3 proqram, 3 tezis, 9 məqalənin, xaricdə 1 məqalənin müəllifidir. 2021-ci il noyabrın 11-15 tarixlərində Rusiya Federasiyasının Omsk şəhərində kecirilən F.M.Dostoyevskinin 200 illik yubileyinə həsr olunmuş konfransda məruzə ilə cıxış edib. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi munasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Y. N.Babayeva Azərbaycan Respublikasının Təhsil nazirliyinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 6,5, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
4.Teaching Knowledge Test (TKT) Module 3-band 3
AYTƏN CƏFƏROVA
Baş müəllim
Aytən Gülşan qızı Cəfərova 1974-cü ildə Bilasuvar rayonunda anadan olub. 1981-1992-ci illərdə Biləsuvar rayon 3 nömrəli orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsinin Fransız dilinin fonetikası, qrammatikası və I kurs y.ş nitq kafedrasında laborant vəsifəsində çalışmış, həmçinin 0,25 ştat müəllim kimi fəaliyyət göstərmişdir. 2003 – 2005-cu illərdə Azərbaycan Dövlər Pedaqoji Universiteti Xarici dillər kafedrasında fransız dili ixtisası üzrə saat hesabı müəllim, 2007-2010-cu illərdə Azərbaycan Dövlər Pedaqoji Universiteti Xarici dillər kafedrasında fransız dili ixtisası üzrə laborant, 2010-2017-ci illərdə Azərbaycan Dövlər Pedaqoji Universiteti Xarici dillər kafedrasında fransız dili ixtisası üzrə 0,5 ştat müəllim kimi çalışmışdır. 2017-cu ildən bəri Xarici dillər və onların tədrisi metodikası kafedrasında (hal-hazida Xarici Dillər Mərkəzində) fransız dili ixtisası baş müəllimdir. Pedaqoji fəalliyətlə yanaşı elmi məqalələr yazır.
Beynəlxalq Sertifikatları:
1. Diplome approfondi de langue française dalf C1
Mehriban Akif qızı Mahmudova
Baş müəllim
1966-cı il aprel ayının 26-da Bərdə rayonunda anadan olmuşam.1973 –cü ildə Bərdə rayonunun 3 saylı orta məktəbinə daxil olmuşam.1983-cü ildə Nizami rayonu 201 saylı orta məktəbi bitirmişəm.1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşam.1992-ci ildə bu universiteti bitirmişəm.1990-cu ildən ADPU-da Tədris şöbəsində tabelçi vəzifəsində, 1995 ci ildə Xarici Dillər kafedrasında baş laborant, 2001 ci ildə yarım ştat, 2008-ci il tam ştat, 2019 –cu ildən isə Xarici Dillər Mərkəzində baş müəllim vəzifəsində çalışıram.2012-ci ildən İngilis dili və onnun tədrisi metodikası kafedrasının dissertantıyam. Dissertasiya mövzum “Azərbaycan və ingilis dillərində adyektivləşmə” dir. Beynəlxalq və Respublika konfranslarında iştirak etmişəm. Hal-hazırda xaricdə 1, republika daxilində 23 məqalə, 10 tezis və 1 dərs vəsaitinin müəllifiyəm.
Fatma Əliyeva Yadulla qızı
Baş müəllim
Fatma Əliyeva Yadulla qızı 1959 - cu il avqustun 28-də Qazıməmməd rayonunda anadan olmuşdur. 1976-ci ildə Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli məktəbi bitirmişdir. 1982-ci ildə SSRI-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsini bitirmişdir. 1976 – ci ildən APİ-də (ADPU) işə başlamışdır. 1981 – 1994 – cü illərdə ADPU-da Xarici dillər kafedrasında baş laborant işləmişdir. 1994 – 2001-ci illərdə ADPU-da Xarici dillər kafedrasında müəllim işləmiş, 2001-ci ildən Xarici dillər kafedrasında (hal-hazırda Xarici Dillər Mərkəzi) baş müəllim işləyir. Fatma Əliyeva respublika daxili 14 məqalənin müəllifidir.
2001-ci ildən YAP-in üzvüdür.
Ailəlidir, həyat yoldaşı Əliyev Ələsgər Səhrəd oğlu I Garabağ Müharibəsində 13 may 1994 - cü ildə Tərtər rayonu uğrunda (Seysulan, Qapanlı kəndləri) gedən döyüşlərdə Şəhid olmuşdur, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Zemfira Əliyeva
Baş müəllim
Zemfira Mirzə qızı Əliyeva 1954-cü ildə avqustun 10-da Bakıda anadan olub. 1961-ci ildə oktyabr rayonu 31 saylı məktəbinə gedib. 1971-də oranı bitirib, SSRİ-nin 50 illiyi adına ADXU-na daxil olub, 1971-75 illərdə orada təhsil alıb. Təyinatla Zarat kəndində müəllim işləyib. Ailə vəziyyətiylə əlaqədar olaraq 1984-ci ildə AZKC-də metodist vəzifəsində işləyib. 1994-cü il oktyabr ayının 11-dən ADPU-Xarici Dillər kafedrasında işləyib. Laborant, baş laborant, müəllim və baş müəllim olaraq fəaliyyət göstərib. Hal-hazırda Xarici Dillər Mərkəzinin baş müəllimidir
Ailəlidir, 2 qızı, 5 nəvəsi var.
Təltiflər: 2 Sertifkat, TKT-dan müsbət rəy
14 məqalənin müəllifidir.
SÜRƏYYA HƏSƏNOVA
Baş müəllim
Sürəyya Allahverən qızı Həsənova 1 aprel 1951-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. 1968-ci illərdə Tovuz rayonu İbrahimhacılı kənd orta məktəbini bitirmişdir. 1969-1975- ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində oxumuşdur. 1975-1989-cu illər ADPU-nun “Xalq maarifinin idarə edilməsi” kafedrasının laborantı, 1990-1995-ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının baş laborantı, 1995-1999- ADPU- nun “Xarici dillər” kafedrasının müəllimi, 1999-2013-cü illərdə ADPU-nun «Xarici dillər” kafedrasının baş müəllimi vəzifəsində işləmiş və 2016-cı ildən İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) baş müəllimidir. 37 elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Həsənova Nazdı
Baş müəllim
Həsənova Nazdı Vəli qızı 12.06.1957-ci ildə Azərbaycan Respublikasının Mirbəşir (hazırki Tərtər) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1964-cü ildə Naftalan şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1974 cü ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuş, 1979–cu ildə İngilis-fransız dilləri ixtisası üzrə institutu bitirmişdir. Təyinatla Qasım-İsmayılov (hazırki Goranboy) rayonunun Komarov kənd orta məktəbinə İngilis dili müəllimi kimi göndərilmişdir. 1988-ci ildən Naftalan şəhər 2 saylı orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmişdir.
1993-1998-ci illərdə Naftalan şəhər 2 saylı orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. 2000-ci ildə Bakı şəhərində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, 3-cü yerə layiq gorülərək diplomla təltif olunmuşdur. 2006-cı ildə irəli çəkilərək Naftalan şəhər 2 saylı orta məktəbin direktor vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən YAP-ın üzvüdür. 2010 -cu ildə, sağlamlığımla bağlı, öz ərizəsiylə bu vəzifədən azad olmuş və həmin məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır.
2011-ci ilin sentyabr ayının 15-dən Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasına ingilis dili müəllimi təyin olunmuşdur. 2014-ci ilin 24 iyun-18 iyul tarixində Ali təhsil müəssisələri üçün Ümumi təhsil kurikulumunun əsasları fənninin tədrisi üzrə keçirilən təlimdə iştirak etmiş və fərqləndiyimə görə sertifikatla təltif olunmuşdur. Prezidentimizin sərancamına əsasən AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar 05.07.2016-cı ildə keçmiş AMİ-dən azad olmuşdur. 15.09.2016-cı ildən ADPU-nun İngilis dili kafedrasında ingilis dili müəllimi işləyir. 2017-ci ildə universitetdə tədris olunan fənlər üzrə keçirilən müsabiqənin qalibi olduğu üçün İngilis dili fənnini tədris etmək hüququnu qazanmışam, həmin ildə baş müəllim adını almışdır.
2019 –cu ilin fevral ayında ‘’Preliminary English Test’’(PET) ,may ayında TKT Module-1 imtahanından keçmiş, Band-3 almışdır.
Ailəlidir. 3 övladım var.
AYTƏN İBRAHİMOVA
baş müəllim
Aytən Ədahib qızı İbrahimova 18 dekabr 1984-cü ildə Ağdaş rayonunda anadan olub. 1999-cu ildə 288 orta saylı məktəbi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili şöbəsinə qəbul olub. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili şöbəsini bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil qəbul olub və 2007- ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2007- ci ildən ADPU-nun Filologiya Fakültəsinin “Xarici dillər” kafedrasının 0,5 ştat müəllimi vəzifəsində çalışıb. 2011-ci ildən İngilis dili və onun tədrisi metodikası kafedrasının tam ştat müəllimi olub. 2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. 2012-ci ildən ADPU-nun “İngilis dili və onun tədrisi metodikası” kafedrasının (indiki Xarici Dillər Mərkəzinin) dissertantıdır. TEC-də tələbələri I və III yerləri tutmuşdur. A.İbrahimova 17 məqalə və 4 tezisin müəllifidir. Ailəlidir, 1 övladı var.
Beynəxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
2.Teaching Knowledge Test (TKT) Module 2-band 3
3.Teaching Knowledge Test (TKT) Module 3-band 3
SƏBİNƏ İSGƏNDƏROVA
filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
Səbinə Hüsaməddin qızı İsgəndərova 4 mart 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999 cu ildə 300 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis fransız dilləri)fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq ingilis dili ixtisası üzrə Magistratura şöbəsində təhsil almış və magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin əyani aspiranturasında təhsilini davam etdirmişdir. 2010-cu ildə dissertasiya müdafiə etmişdir. 2011-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində müəllim kimi işləmışdır. 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoi Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim, baş müəllim vəzifəsində işləyir. Respublika daxilində 9 məqalənin müəllifidir. Ailəlidir. 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic) overall band score 6
2.Teaching Knowledge Test (TKT) Module 1-band 4
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
MƏSMƏ İSMAYILOVA
Baş müəllim
Məsmə Əliyulla qızı İsmayılova 1963-cü ildə dekabrın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhəri 182 saylı məktəbi bitirib.1986-cı ildə ADPXU ingilis dili (axşam şöbəsi) fakültəsini bitirib. 1982- 1983-cü illərdə Gənc Təbiətçilər Stansiyasında dərnək rəhbəri kimi fəaliyyət göstərib.1983-1988-cu illərdə ADPU-nin Filologiya fakültəsinin dekanlığında kargüzar vəzifəsində işləyib.1989-2000-ci illərdə ADPU-da filologiya fakültəsində xarici dillər kafedrasında baş laborant vəzifəsində çalışıb 2003-2005-ci illərdə ADPU-nin filologiya fakültəsində xarici dillər kafedrasında müəllim kimi fəaliyyət göstərib. 2008-ci ildən hal-hazırda kimi həmin kafedranın baş müəllimidir. 26 sentyabr 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edib. İşlədiyi müddətdə 6 tezis, 12 respublika daxili məqalə, respublika xarici 3 məqalə, 1 proqram, 1 metodik göstəriş, 1 kitab tərcüməsi, 38 bədii tərcümələrin müəllifidir. Ailəlidir, 2 övladı var .
NÜŞABƏ İSMAYILOVA
Baş müəllim
Nüşabə İsmayıl qızı İsmayılova 19 may 1976-cı ildə Naxçıvan MR, Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 95 saylı tam orta məktəbdə ibtidai təhsilə başlamış, 1993-cü ildə Bakı şəhər 285 saylı tam orta məktəbi bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Dilşünaslıq fakültəsinin müəllimlik şöbəsinə daxil olmuş və 1998-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan dillər Universitetinin Magistratura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Magistraturada təhsil aldığı illərdə 1 məqalə və 1 tezis müəllifi olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji universitetinin “Xarici Dillər” kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimidir. 2015-ci ildən baş müəllim vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
3 proqram, 15 məqalənin müəllifidir.
Ali təhsilin bakalavr hazırlığı üçün “İngilis dilinin kommunikativ qrammatikası” fənnindən Proqram. Bakı 2012
“Xarici dilin qrammatikası” fənni üzrə Proqram Bakı 2016
“Xarici dilin kmmunikativ qrammatikası”fənni üzrə Proqram bakı 2021
Apardiğı dərslər
- Kommunikativ qrammatika;
- İbtidai sinif metodikası;
- Yüksək oxu və nitq;
- Xarici dilin qrammatikası.
Beynelxalq Sertifikatlar:
1. IELTS (ACADEMIC) -5,5 CEFR level B2 September 2017
2.International TEFL Training Institutev February 2018
3.Cambridge Assessment English ESOL February 2019
4.Teaching Knowledge Test (TKT Module 1) BAND-3 February 2019
- Teaching Knowledge Test (TKT Module 2) BAND-3 December 2019
- Cambridge Assessment English ESOL March 2020
- Teaching Knowledge Test (TKT Module 3) BAND-3 June 2020
Beynəlxalq Seminar, Simpozium və konfranslarda İştirakı
1. 2000, Bakı, “Xarici dil problemləri” beynəlxalq elmi konfrans
2. 2006, Bakı, “Yeni texnologiya ilə bağlı” beynəlxalq elmi praktik konfrans.
3. 2010, Bakı, “Xarici dil problemləri” beynəlxalq elmi konfrans, ADU
4. 2016, Bakı, “Şekspirin 100 illiyi” ilə bağlı beynəlxalq elmi konfrans, Xəzər universiteti.
5. 2016, Bakı, “Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının” 7-ci Qlobal Forumu.
6. 2018, Baki, Beynelxalq Seminar.
7. 2019, Baki, Odlar Yurdu Universiteti, Beynelxalq Seminar.
8. 2020, Baki, Azerbaijan Teacher Development Centre.
LEYLA KƏRİMOVA
Baş müəllim
Leyla Füzuli qızı Kərimova 13 iyun 1981-ci ildə Ermənistan Respublikası Masis rayoununda anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 283 saylı məktəbin 1-ci sinfinə qəbul olunmuşdur. 1995-ci ildə isə 83 nömrəli məktəb liseyə daxil olmuş və 1998-ci ildə həmin məktəbi bitirərək 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin xarici dil (ingilis dili) fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin universitdə təhsilini uğurla başa vurmuşdur. 2002-ci ildən bir il neft şirkətində tərcüməçi işləmişdir. 2003-cü ildə isə Azərbaycan Dillər Universistinin magistratura şöbəsinə daxil olmuşdur. 2005 ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən Azərbaycan Dillər universisteninin ingilis dilinin qrammatikası kafedrasında laborant vəzifəsində işləmişdir. 2009-cu ildən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Xarici Dillər kafedrasina müəllim vəzifəsində fəaliyyət görsətməyə başlamışdır. Hal-hazırda Xarici Dillər Mərkəzinin baş müəllimidir. L.Kərimova respublikadaxili 10 məqalənin müəllifidir. Subaydır. 1 oğlu var.
Beynəlxalq Sertifikatları:
1.Teaching Knowledge Test(TKT) Module 1; Band 3
MEHDIYEVA LYUDMILA MƏMMƏD QIZI
Baş müəllim
1963-cü ildə Qazax rayonunun Yenigün kənd orta məktəbini bitirib. 1963 cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqogi Dillər institutuna daxil olmuş və 1968 cü ildə həmin institutu fransiz və azərbaycan dili muəllimi ixtisası ilə bitirmişdir. 1969-1971-ci illərdə Voznesenski adına İqtisad institutunda saathesabı müəllim kimi işləmişdir. 1972-ci ildən ADPU-nun Xarici dillər kafedrasında fransız dili müəllimi kimi çalışmışdır. 10 məqalə, 7 proqramın müəllifidir
Ailəlidir, 3 övladı var.
FƏRİDƏ MEHDİYEVA
Baş müəllim
Fəridə Mehdi qızı Mehdiyeva 1950-ci ildə anadan olmuşdur. 1967- ci ildə orta məktəbi bitirmişdir.1968-1973-cü illərdə M.F.Axundov adına İnstitutunun xarici dillər fakültəsində təhsil alıb.Ali təhsillidir.1992-ci ildən ADPU-nun "İngilis dili" kafedrasının baş müəllimidir.1973-cü ildə İnformasiya Elmi-Tədqiqat İnstitutunda tərcüməçi işləmişdir.1974-cü ildən 1992-ci ilə kimi ADPU-də müəllim,1992-ci ildən hal-hazıra kimi kimi ADPU-nun "İngilis dili" kafedrasının (indiki Xarici Dillər Mərkəzi) baş müəllimidir. O, respublika daxilində 18 məqalənin müəllifidir.
SAMİRƏ MƏMMƏDOVA
Baş müəllim
Samirə Kamal qızı Məmmədova 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. 1977-1988-ci illərdə Gürcüstanda Bolnisi şəhər 3 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub və 1995-ci ildə həmin institutu bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetində başlayıb. 1990- 2001-ci illərdə Rus dili kafedrasında bir müddət laborant, sonra isə baş laborant işləyib. 2002-ci ildən həmin kafedrada müəllim kimi işləməyə başlayıb. 2012-ci ildən “Xarici dillər və onların tədrisi metodikası” kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllim, baş müəllim vəzifəsində çalışır. Samirə Məmmədova 2 məqalə, 1 dərs vəsaiti və 2 proqramın müəllifidir.
SİMUZƏR MUXTAROVA
Baş müəllim
Simuzər Şövkət qızı Muxtarova18 oktyabr 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Sumqayıt şəhəri, 36 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Roman-German Filologiyası (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili ) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə “Azəri Press” Agentliyində tərcüməçi, 04.12.2006-25.04. 2008-ci ildə “Nəriman M” təhsil mərkəzində İngilis dili müəllimivə 2010-cu ildən ADPU-nun İngilis dili kafedrasının (inidiki Xarici Dillər Mərkəzi) müəllimi kimi çalışır. Simuzər Muxtarova respublika daxilində 3 məqalənin müəllifidir. Ailəlidir, 2 qızı var.
Beynəlxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) MODULE 1 BAND 4
2.Teaching Knowledge Test (TKT) MODULE 2 BAND 3
Təltiflər
Qabaqcıl təhsil işçisi
MİRVARİ QASIMOVA
Baş müəllim
Mirvari Məmməd qızı Qasımova 28 avqust 1980-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu Şorca kəndində anadan olub.1997-ci ildə Bakı şəhərı, 115 saylı məktəbi bitirmişdir. Elə həmin il 1997-ci ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis və fransız dilləri) fakültəsinə daxil olub, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsi Dilşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Uneversiteti Xarici dillər kafedrasında müəllim, 2009-cu ildən baş müəllim vəzifəsində çalışır. 2016-cı ildə dissertasiya mövzusunu tamamlayaraq 2018-ci ildə müdafiə etmişdir. 2013-cü ildən Filologiya fakültəsi Dövlət İmtahan Komissiyasının, 2019-cu ildən Filologiya fakültəsinin Xarici Dillər Mərkəzi Elmi Tədris-Metodiki Şurasının katibidir. M.Qasımova respublika daxilində 5 proqram, 5 tezis və 20 məqalənin, respublika xaricində 3 məqalənin müəllifidir. Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.IELTS Certificate (International English Language Testing System) – Band 7.5 , CEFR Level C1
2.Teaching Knowledge Test (TKT) Module 1-band 4
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
Pərvanə Mirələm qızı Qasımova
Baş müəllim
Pərvanə Mirələm qızı Qasımova 08 mart 1974-cil ildə Ağcabədi şəhərində anadan olub.1980-ci ildə Bərdə şəhər 1 saylı orta məktəbə daxil olmuş,1990-cı ildə həmin məktəbi bitirib.Ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakultəsinə (İngilis dili və ədəbiyyatı müəllimi) daxil olmuş, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakultəsini (İngilis dili və ədəbiyyatı müəllimi) bitirib. 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistr pilləsinin Dilşünaslıq (İngilis dili) fakultəsinə daxil olmuş, 1999-cu ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistr pilləsinin Dilşünaslıq (İngilis dili) fakultəsini bitirmişdir. 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili kafedrasının müəllimi vəzifəsində çalışır. Ailəlidir. Bir qızı və iki oğlu var
Təltifləri (sertifikatları):
TKT modul 1 (band 3)
APTİS
TKT modul 2(band3)
Məqalələrinin sayı:
Respublika daxili: 12
AYGÜN QOCAYEVA
Baş müəllim
Aygün Rəşid qızı Qocayeva 1983-cü il avqustun 31-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1989-cu ildə 1 saylı orta məktəbə daxil olmuş, 2000-ci ildə həmin məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetitin Filologiya fakültəsində "Fransız dili müəllimi" ixtisası üzrə bakalavr təhsili almışdır. 2004-2006-cı illərdə həmin Universiteti Dilsünasliq ixtisası üzrə magistr diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dillər Universitetinin dissertantıdır.
Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildən ADPU-nun Xarici dillər, Xarici dillər və onların tədrisi metodikası kafedralarında və Xarici Dillər Mərkəzində fransız dili müəllimi kimi çalışır. Fransız dilinin praktik fonetikası, qrammatikası, Fransız dilinin nitq praktikası, Fransız ədəbiyyatı və Fransız dilinin tarixi fənlərini ixtisas fənləri kimi tədris etmişdir. Eyni zamanda ADPU-nun Fransız dili ixtisası üzrə keçirilən dövlət imtahanlarında katib kimi çalışmışdır. Bir çox elmi məqalələrin müəllifi, universitet və respublika miqyaslı elmi-praktik və təhsillə bağlı konfransların iştirakçısı olmuşdur.Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələrin elmi işlərinə rəhbərlik etmişdir. III- IV kurs tələbələrinin pedaqoji təcrübə rəhbəri olmuşdur. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir iki övladı var.
Aygün Qocayeva 4 proqram, 10 məqalə və 1 tezisin müəllifidir.
NAZİLƏ RƏHİMOVA
Baş müəllim
Nazilə Rəhim qızı Rəhimova 1968-ci il yanvarın 4-də Ağdam rayonunda anadan olub.1976-cı ildə məktəbə gedib. 1986-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1994-cü ildə ADDİ-də təhsil almışdır. 1994-1999-cu illərdə ABTEU-da müəllim işləyib. 2000-ci ildən ADPUnun Xarici dillər kafedrasının müəllimi, 2016-cı ildən İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) baş müəllim kimi çalışır. Respublika daxilində 21 məqalənin müəllifidir.
Ailəlidir. 2 övladı var.
Beynəlxalq Sertifikatları
1.Teaching Knowledge Test(TKT) Module 1; Band 3
GÜNEL ŞAMXALOVA
Baş müəllim
Günel Rasim qızı Şamxalova 15 may 1979-cu ildə Füzuli şəhərındə anadan olub. 1996-cı ildə Bakı şəhərı 117 saylı məktəbi bitirib. Elə həmin il Naxçıvan Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2000-ci ildə həmin universitetinin Filologiya (İngilis dili) fakültəsini bakalavriat pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin Dilşünaslıq (İngilis dili) fakültəsini bitirib. 2002-ci ildən 2004-cü ilədək ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) saathesabı, 2004-cü ildən 2016-ci ilədək 0.5 ştat, 2016-ci ildən tam ştat müəllimi işləyir. 2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. G.Şamxalova respublika daxilində 1 proqram, 12 məqalənin müəllifidir. Subaydır,1 övladı var.
Beynəxalq Sertifikatları:
1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
2.Teaching Knowledge Test (TKT) Module 2-band 3
3.Teaching Knowledge Test (TKT) Module 3-band 3
JALƏ SƏMƏDOVA
Baş müəllim
Jalə Qədir qızı Səmədova 1iyun 1984-cu ildə Ağdaş rayonunda anadan olub. 2002-cı ildə Ağdaş rayonundakı 2 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul olub. 2006-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006 - 2008-ci illərdə Magistr (Tərcümə-Dilşünaslıq (İngilis dili)) dərəcəsini fərqlənmə diplomu ilə əldə edib. Hələtələbəlik illərindən Dil mərkəzində müəllim, daha sonra AMB Mətbuat Şöbəsində tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2007-2008 ci illərdə ADPU-da İngilis dili kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2008-ci ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimi işləyir. 2015-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub.2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. Jalə Səmədova respublika daxilində 1 tezis, 13 məqalə, respublika xaricində 1 məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Beynəxalq Sertifikatları:
1.İELTS (academic)- overall band score 6, CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1-band 3
3.Teaching Knowledge Test (TKT) Module 2-band 3
MƏLAHƏT SƏMƏDOVA
Baş müəllim
Məlahət Saməddin qızı Səmədova1959-cu il iyulun 29-da Şabran rayonunda anadan olmuşdur. 1984-cü ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1984-1990-cı illərdə Şabran rayonunda orta məktəbdə ingilis dili müəllimi, eyni zamanda 1997-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasında ingilis dili müəllimi işləmiş, 2011-2016-cı illərdə AMİ-nin Xarici dillər kafedrasında İngilis dili müəllimi, 2016-cı ildən isə ADPU-nun İngilis dili kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2014-2018 illərdə Odlar Yurdu Universitetində aspiranturanı bitirmişdir. M.Səmədovanın respublika daxilində 11, respublikadan xaricdə 4 elmi məqalənin müəllifidir.
Ailəlidir. 2 qızı və bir oğlu var.
Beynəlxalq konfranslar və sertifikatlar:
1.IELTS (academic) overall band score 6
2.Teaching knowledge Test(TKT)-Module 1 Band 3
3.Teaching knowledge Test(TKT)-Module 2 Band 3
4.Teaching knowledge Test(TKT)-Module 3 Band 3
ZƏRİFƏ TAPDIQOVA
Baş müəllim
Zərifə Zeqəm qızı Tapdıqova 1955-ci il yanvarın 1-də Xankəndi şəhərində anadan olub. 1972-ci ildə Qazax şəhər orta məktəbini bitirib. 1972-1976-cı illərdə F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. 1981-ci ildə APİ-nin aspiranturasının qiyabi şöbəsini bitirmişdir. O, 1976-1977-ci ildə Sabirabad rayon orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1978-1984-cü ilərdə ADPİ-nin Pedaqogika kafedrasında laborant işləyib. 1984-1989-cu illərdə Rus dili kafedrasında laborant, baş laborant vəzifəsində işləyib. 1990-2009-cu illərdə ADPU-nun Rus dili kafedrasında müəllim, “Xarici dillər və onların tədrisi metodikası” kafedrasında (indiki Xarici Dillər Mərkəzi) baş müəllim işləmişdir. Z.Tapdıqova respublika daxilində onun 13 məqaləsivə 3 tezisi çap olunmuşdur.
İRADƏ VƏLİYEVA
Baş müəllim
İradə Sabir qızı Vəliyeva 1956-cı il avqustun 20-də Azərbaycan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1963-1973-cü illərdə Ordubad şəhər 3 №-li orta məktəbində təhsil almışdır. 1973-1977-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstititutunu bitirmişdir. 1977-1980-ci illərdə Culfa rayon Qazançı kənd orta məktəbində Rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1982-1989-cu illərdə V.İ.Lenin adına APİ-də kitabxanaçı, 1990-1994-cü illərdə Rus dili kafedrasında baş laborant, 1994- cü ildən Xarici dillər və onların tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim, baş müəllim vəzifəsində işləmişdir. İradə Vəliyeva respublika daxilində 8 məqalə və 3 tezisin müəllifidir.
SEVDA XƏLİLOVA
Baş müəllim
Sevda Rüstəm qızı Xəlilova 1977-1987-ci illərdə Bakı şəhəri 176 saylı orta məktəbdə, 1997-1992-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki ADU) ingilis və alman dilləri müəllimi fakültəsində təhsil alıb. 1992-2007-ci illərdə Nərimanov rayonu 207 saylı məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır. 2007-ci ildən ADPU-nun “Xarici dillər” kafedrasında tam ştat müəllim, 2008-ci ildən isə “İngilis dili və onun tədrisi metodikası” kafedrasında (indiki Xarici Dillər Mərkəzi) tam ştat müəllimidir. S.Xəlilova 11 məqalənin müəllifidir.
Ailəlidir, 2 qızı var.
11 məqalənin müəllifidir.
MARAL YUSUBOVA
baş müəllim
Maral Ağayar qızı Yusubova 1 may 1963-cü ildə Lənkəran rayonunda anadan olub. 1980-ci ildə Lənkəran rayonunda 2 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub. 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutununİngilis dili fakültəsini bitirib. 1985-1990-cı illərdə Lənkəran şəhər 10 saylı orta məktəbdə müəllim işləyib. 1990-2004-cü illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrasında (indiki Xarici Dillər Mərkəzi) baş müəllim işləyir.2006-cı ildə fəlsəfə doktoru proqramı üzrə 1901.01- “ İngilis və Azərbaycan dillərində vasitəli və vasitəsiz nitq” dil nəzəriyyəsi ixtisasına Lənkəran Dövlət Universitetinin Xarici Dillər kafedrasında dissertant qəbul olunub. M. Yusubova respublika daxilində 3 dərs vəsaiti, 1 proqram, 3 tezis, 17 məqalə, respublika xaricində 2 məqalənin müəllifidir.
Ailəlidir. 2 övladı var.
Beynəlxalq Sertifikatları:
1.İELTS ( academic)- overall band score 6,5 CEFR level B2
2.Teaching Knowledge Test (TKT) Module 1- band 3
KÖNÜL HƏSƏNOVA
Müəllim
Könül Nəriman qızı Həsənova 9 yanvar 1987-ci ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Mehidiabad qəsəbə 1 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin il də Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Nərimanov rayonundakı G. Əsgərova adına 43 saylı BMLK-da ixtisası üzrə işləməyə başlamışdır. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İntel “Gələcək üçün Təhsil”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İdrak liseyinin təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumların tətbiqi”, “Curriculum Development” adlı təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və I dərəcəli serifikatla dəyərləndirilmişdir. O, 2016-cı ildə “Empowering Learning” IV Beynəlxalq Təhsil Konfransında iştirak etmişdir. Hal-hazırda ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşıdır. Ailəlidir. 3 övladı var. Beynəlxalq Sertifikatları: 1.Teaching Knowledge Test (TKT) Module 1-band 3
AYTƏN AĞALAROVA
Müəllim
Aytən Qorxmaz qızı Ağalarova 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhər 246 saylı məktəb-liseyi bitirmiş, həmin il Azərbaycan Dillər Universitetinin tərcümə ixtisasına daxil olmuş və 2013-cü ildə bitirmişdir. 2014-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dilşünaslıq ixtisası üzrə magistr təhsili almışdır. Magistr təhsili alarkən ¢British Council¢-ın (Britaniya Şurası) metodika təlimlələrində iştirak etmiş və 2015-ci ildə təlimi müvəffəqiyyətlə bitirdiyi üçün oranın təlimçisi kimi fəaliyyətə başlamışdır. 2016-cı ildən Qafqaz Universiteti və Bakı Dövlət Universitetində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2018-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzində işə başlamışdır.
Respublika daxilində 3 və respublikadan xaricdə 2 məqalənin müəllifidir.
Ailəlidir, 1 qızı var.
Beynəlxalq Sertifikatları:
1.Certificate for English C1 in August 2011 Vienna, Austria
2.British Council a Teacher Training course 6 to 10 June 2015 3.İELTS Overall Band Score 7 , CEFR C1
4. Teaching Knowledge Test (TKT) Module 1-band 3
5. Teaching Knowledge Test (TKT) Module 2-band 3
6.CELTA - Cambridge English Level 5 Certificate in Teaching English to Speakers of Other Languages
ESMİRA AĞAMİRZƏYEVA
filologiya üzrə fəlsəfə doktoru, Baş müəllim
Esmira Həmzəağa qızı Ağamirzəyeva 1980-cı il iyun ayının 1-də Şamaxı rayonunda ziyali ailəsində anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhəri 249№-li orta məktəbində oxumuşdur.1997-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin ingilis dili ixtisasının bakalavr pilləsinə qəbul olmuş və 2001-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin İngilis dilinin tədrisi metodologiyası və metodikası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə bitirmişdir. 2004-2006-cı illərdə Qafqaz Universitetində İngilis dili fənnini tədris edib. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili kafedrasında müəllim vəzifəsində çalışır. 2008-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına qəbul olunmuşdur. Respublika daxilində 8, respublikadan xaricdə 1 məqalənin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Beynəlxalq sertifikatar:
1. Teaching Knowledge Test (TKT) Module 1-band 3
2. Teaching Knowledge Test (TKT) Module 2-band 3
3. Teaching Knowledge Test (TKT) Module 3-band 3
Xarici Dillər Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun əmri ilə 2018-2019-cu tədris ilində 9 iyul tarixində yaradılmışdır. Mərkəz 2008/2009-cu tədris ilindən etibarən yaradılmış İngilis dili və onun tədrisi metodikası kafedrası, 2015-2016-ci tədris ilində yaradılmış Xarici dillər və onun tədrisi metodikası və İngilis dili kafedralarının birləşməsi əsasında yaradılmışdır.
Xarici Dillər Mərkəzi Ali təhsilin bakalavriat, magistratura və doktorantura pillələrində ingilis, alman, fransız, rus, fars dilləri, metodika üzrə əsas aparıcı ixtisas mərkəzidir.
ADPU-nun Xarici Dillər Mərkəzi olaraq missiyamız tələbələrimizin müasir təlim metodlarının tətbiqi ilə xarici dillərin tədrisi sahəsində ən yaxşı təhsili və ən müasir bilikləri verərək müxtəlif ixtisaslar üzrə rəqabətə davamlı mütəxəssislərin hazırlanmasını təmin etməkdir.
Xarici Dillər Mərkəzində İngilis dili müəllimliyi və Fransız dili müəllimliyi ixtisasları üzrə bakalavriat pilləsində tələbə hazırlanır. Mərkəzin bu ixtisaslar üzrə təklif etdiyi tədris modeli aşağıdakı kimi öz əksini tapmışdır: İngilis dilində danışıq və dinləmə, oxu və yazı, tələffüz bacarığı, qrammatik bacarıqlar, metodika, leksikologiya, üslubiyyat, ölkəşünaslıq, ölkə ədəbiyyatı, tərcümə və mətbuat dili kimi ixtisaslaşma fənnləri də öyrədilir.
Mərkəzin professor-müəllim heyəti öz sahəsinin tanınmış mütəxəssis və alimlərindən təşkil olunmuşdur. Hazırda Xarici Dillər Mərkəzində elmi-pedaqoji fəaliyyət göstərən professor-müəllim heyəti elm və praktikadakı ən son dəyişikliklərin və yeniliklərin tələbələrimizə ən yüksək səviyyədə öyrədilməsini təmin edir.
Xarici Dillər Mərkəzinin əməkdaşlarının siyahısı
Ştat cədvəli (professor-müəllim heyətinin tərkibi) |
Kafedranın ümumi dərs yükü |
Ştat müəllimi-92,5nəfər |
Bakalavr -48904 Magistr və doktorant- 2798 |
Yarım ştat-15nəfər |
|
Saathesabı-7 nəfər |
|
Professor-2 nəfər Fəlsəfə doktoru, dosent-10 nəfər Fəlsəfə doktoru, baş müəllim-4 nəfər Fəlsəfə doktoru, müəllim-2 nəfər Baş müəllim-24 nəfər Müəllim-56 nəfər |