
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 iyun 2025-ci il tarixli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsi Müasir Azərbaycan dili kafedrasının müdiri Könül İbrahim qızı Səmədovaya elmi-pedaqoji fəaliyyətinə görə filologiya elmləri sahəsinin 5706.01 - Azərbaycan dili ixtisası üzrə professor elmi adı verilmiş və diplomu təqdim edilmişdir.
Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti adından təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!