
10 May – Ümummilli Lider Heydər Əliyevin doğum günüdür
Heydər Əliyev öz müdrik siyasəti, qətiyyətli iradəsi və dərin zəkası ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, milli birliyin təmin olunmasında və ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində misilsiz rol oynamışdır. Onun zəngin siyasi irsi bu gün də müasir Azərbaycanın inkişafında əsas istiqamətverici amil kimi qalmaqdadır.