ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransda iştirak etmişdir.

Konfransın açılışında Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası, müasir, güclü və qalib Azərbaycanın inkişafının müxtəlif aspektlərinə dair çıxışlar olmuş, müxtəlif tezislərlə Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni dövr Azərbaycanının yaratdığı geosiyasi reallıqlara toxunulmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur