ADPU-nun Filologiya fakültəsində Polşanın Silesiya Universitetinin Və Gürcüstanın İlia Dövlət Universitetinin mütəxəssisi Maqdalena Knapik "Unique Poland- traditions, culture, modern reality" adlı mövzuda Filologiya fakültəsinin “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisasının tələbələrinə təlim keçmişdir.

Görüşdə Bakı Slavyan Universitetinin Polyak Mərkəzinin müdiri Samirə Abdullayeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva da iştirak etmişlər.

Sonda Maqdalena Knapik ADPU tərəfindən sertifikatla təltif olunmuş və tələbələrlə xatirə şəkli çəkilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur