Silk Road (İpək Yolu) Tədqiqat Akademiyasının tədqiqatçı alimi, Xarici Filologiya və Tətbiqi Dilçilik üzrə professor Azamat Akbarov “The Strategies of the 21st Century” və “Transforming Higher Education: Innovative Teaching Methods in the 21st Century” adlı təlimlərlə Filologiya fakültəsinin magistrant və tələbələri ilə görüş keçirmişdir.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova təlimi açıq elan etmiş, təlim iştirakçılarını salamlayaraq belə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulamış və iştirakçılara uğurlar arzulamışdır.

Hər iki təlimdə ümumilikdə 50-dən çox tələbə iştirak etmiş, Azamat Akbarovun təqdim etdiyi mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlim boyunca interaktiv müzakirələr və sual-cavab sessiyaları təşkil olunmuş, iştirakçılar öz fikir və təkliflərini bölüşmək imkanı qazanmışlar.

Təlimin sonunda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova faydalı və yüksək səviyyəli təqdimatlara görə Azamat Akbarovu sertifikatla mükafatlandırmışdır.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur