ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Qax rayonunda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfransda iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Qərbi Azərbaycan İcması və Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir bədii və rəsmi olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin rəsmi hissəsinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilmişdir.

Açılış nitqi ilə çıxış edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirin mahiyyəti barədə məlumat vermiş, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatı Əli Məsimli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva, Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmalarının aparılmasının indi və gələcək nəsillər üçün olan önəmindən bəhs etmişlər.

Tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilmiş, Yallı ifa olunmuşdur. Qərbi Azərbaycanın zəngin mətbəxi nümayiş etdirilmiş, mədəni irsi əks etdirən sərgi təşkil olunmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur