
Bu gün saat 23:00-da ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova (Nağıqızı) Türkiyədə fəaliyyət göstərən Kaya Haber Ajansının hazırladığı “Hayata dair” proqramının qonağı olacaqdır.
Proqramda professor Zakir Kaya ilə söhbətdə Mahirə Nağıqızı şairlər haqqında yazdığı əsərlər, onların ədəbi aləmdəki uğurları, Azərbaycan ilə Türkiyə arasındakı mədəni əlaqələr barədə fikirlərini bölüşəcək. Bundan əlavə, Nağıqızı bu sahədə Qərbi Azərbaycanla bağlı düşüncələrindən və ictimai məsuliyyətlərindən bəhs edəcəkdir.
“Hayata dair” proqramı ədəbiyyat, mədəniyyət və cəmiyyətlə bağlı hekayələr, paylaşımlar və söhbətlər təqdim etməyə davam edir.