ADPU-da Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, tanınmış drammaturq Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən hazırlanmış "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının təqdimatı keçirilmişdir.

ADPU-nun TÜRKSOY kafedrası, TÜRKSOY-un Azərbaycan nümayəndəliyi və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatşılığı ilə keçirilən təqdimatda ADPU rəhbərliyi, fakültə və struktur rəhbərləri, professor-müəllim heyəti, Cəfər Cabbarlının ailə üzvləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs etmişdir.

Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Cəfər Cabbarlının yaradıcılığının türk dünyası üçün əhəmiyyətindən danışaraq, təşkilat tərəfindən 2024-cü ildə ədibin 125 illik yubileyi çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən bəhs etmişdir.

Təqdimatın davamında Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov “Cəfər Cabbarlı yaradıcılığı metodoloji kontekstdə” mövzusunda məruzə ilə çıxış etmişdir.

Sonda tədbirin çıxışçılarına sertifikatlar təqdim olunmuş və "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabı hədiyyə edilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur