Error
ADPU Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova fakültənin əməkdaşlarını yubileyləri münasibətilə təbrik etmişlər.
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Nazilə Abdullazadə, dosent Tənzilə Əliyeva və Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyevanın yubileyləri qeyd edilmişdir.
Dosent Könül Həsənova yubilyarları təbrik edərək təhsil ocağındakı ləyaqətli xidmətlərindən bəhs etmişdir.
ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev və baş məsləhətçi Nigar Rəhimova yubilyarlara universitetin ictimai həyatında fəal iştirakına görə təşəkkür etmiş, onlara uzunmüddətli elmi-pedaqoji sahədəki səmərəli fəaliyyətləri və yubileyləri münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını təqdim etmişlər.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə fakültə rəhbərliyinə, ADPU Həmkarlar İttifaqı Komitəsinə təşəkkür etmişlər.