Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının ümumi yığıncağında iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 2024-cü ildə görülən işlər və qarşıda duran hədəflər barədə danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan qadını geniş dünyagörüşü və müdrikliyi ilə cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai həyatın bütün sahələrində fəal iştirak edir.
Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Keşkənd İcmasının sədri prof. Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü dos. Könül Həsənova çıxış edərək müvafiq mövzularda fikirlərini bölüşmüşlər.
Geniş müzakirələr aparıldıqdan sonra suallar cavablandırılmış və təkliflər dinlənilmişdir.