ADPU-nun Filologiya fakültəsində “Filoloqun oxu həftəsi” layihəsinin 2024-cü il üzrə yekun tədbiri keçirilmişdir.
ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsində AZD2204B qrup tələbələri ilə görkəmli nasir Abdulla bəy Divanbəyoğlunun “Əbdül və şahzadə” povesti müzakirə edilmişdir.
Müzakirədə rektor prof. Cəfər Cəfərov və Filologiya fakültəsinin müəllim-tələbə heyəti iştirak etmişlər.
Müzakirəyə başlamazdan əvvəl “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Debat formasında keçirilən müzakirədə tələbələrin məntiqli çıxışları və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.
Müzakirənin sonunda rektor prof. Cəfər Cəfərov fəal iştiraklarına görə tələbələrə təşəkkür etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Fəal iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur