ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetində “Müasir filologiya elminin aktual problemləri və tədqiqat metodları” mövzusunda mühazirə keçmişdir.

Mühazirədə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllim-tələbə heyəti iştirak etmişdir.

Sonda prof. Mahirə Hüseynova Azərbaycan dilinin digər türk dilləri ilə müqayisə və müzakirəsi mövzusunda araşdırmaların aparılmasının vacibliyindən söz açaraq tələbələrə gələcək tədqiqatlarında və təhsil yollarında uğurlar arzu etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur