Error
ADPU-da IQAinAR layihəsinin yekun konfransı keçirilmişdir.
Konfransda ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) və digər iştirakçıları - Niderlandın "415 International BV" təşkilatı, İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), respublikanın ali təhsil müəssisələrinin Keyfiyyətin təminatı və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan prof. Cəfər Cəfərov layihənin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) nümayəndəsi Maggie Feng çıxış edərək layihənin nəticələri, əldə olunan uğurlar haqqında məlumat vermişlər.