Error
ABŞ-ın Nyu-Yorkdakı Türkevində Mahmud Kaşğarlının “Divani- lüğət-it-türk” kitabının təqdimatına və həmin kitabın ilk tərcüməçisi türkoloq alim Xalid Səid Xocayevə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir giriş sözü olaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin video çıxışı ilə açılmışdır. Çıxış edənlər arasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Xalid Səidin nəvəsi Əfruz Məmmədova, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA Folklor İnstitutunun şöbə müdiri Ali Şamil, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, BDU-nun professor Yeganə İsmayılova, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru Sahilə İbrahimova, ADPU-nun Filologiya fakültəsinin ikinci kurs tələbəsi Xatirə Bayramova, eləcə də digər Azərbaycan və özbək alimləri olmuşlar.
Tədbirin təşkilatçısı UNESCO GYC-nin Azərbaycan təmsilçisi, UNESCO-nun Elektoral qrupunun eksperti, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva olmuşdur.
Bu ilin dekabr ayında Parisdə YUNESKO tərəfindən "Divani- lüğət-it-türk” kitabının 950 illiyinə həsr olunmuş tədbir keçirilməsi nəzərdə tutulur.