ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir
31 avqust 2024-cü il tarixində “COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən simpoziumda prof. Mahirə Hüseynovaya akademiklik diplomu təqdim olunmuşdur.
Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti prof. Elçin Xəlilovun açılış nitqi ilə çıxış etdiyi simpoziumda görkəmli elm adamları, ictimai xadimlər də iştirak etmişlər.