Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova AMEA-da keçirilən “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfransda çıxış edib
28.06.2024-cü il tarixdə təşkil olunan konfransda prof. Mahirə Hüseynova əsəri keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli mənbə kimi səciyyələndirib.
Həmçinin konfransda AMEA-nın prezidenti akad. İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru prof. Nadir Məmmədli, Türk Dil Qurumunun rəhbəri prof. Osman Mert, Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru prof. Bahrom Abduxalimov, prof. Nizami Cəfərov, prof. İsmayıl Kazımov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangirin çıxışları dinlənilib.