ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilmişdir.

ADPU-da təşkil olunan görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri prof. Vüqar Əhməd Turan Elmlər Akademiyasının (Özbəkistan Respublikası) akademiki seçilən prof. Mahirə Hüseynovanı bu münasibətlə təbrik etmiş, onun müəllifi olduğu monoqrafiyaların, dərs vəsaitlərinin qurumun bütün üzvləri tərəfindən təqdir olunduğunu və yekdilliklə ona səs verildiyini bildirmişdir.

Həmçinin prof. Vüqar Əhməd Turan Elmlər Akademiyasının prezidenti, Leybniz adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya) Xaydarberk Bababekovun prof. Mahirə Hüseynovaya ünvanladığı təbrik məktubunu səsləndirmişdir.

Prof. Mahirə Hüseynova çıxış edərək göstərilən etimada görə Turan Elmlər Akademiyasının prezidenti və bütün üzvlərinə təşəkkür etmiş, Azərbaycan və Özbəkistan dövlətləri arasındakı dostluq münasibətlərinin inkişafının vacibliyini qeyd etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur