Error
Türkiyə universitetlərinin rektorları ADPU-da olublar
21.05.2024-cü il tarixində Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Ankara Universitetinin rektoru Necdet Ünüvar və Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran ADPU-da olublar.
Görüş zamanı ADPU-nun rektoru, prof. Cəfər Cəfərov Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu vurğulayıb, “bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və rektorlar Musa Yıldız, Necdət Ünüvar və Mehmet Cahid Güran “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı ilə təltif olunublar.
Yekunda qonaqlar universitetlə tanışlıq zamanı Filologiya fakültəsini də ziyarət edib, türk dili və ədəbiyyatı ilə bağlı yeni açılmış ixtisasın tələbələri ilə görüşərək dərs prosesini izləyiblər.