ADPU-nun Filologiya fakültəsində Qərbi Azərbaycana həsr olunmuş növbəti mühazirə təşkil olunmuşdur

15.05.2024-cü il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşkilatçılığı ilə prof. İbrahim Bayramovun AZD2205B, AZD2206B qruplarında mühazirəsi baş tutmuşdur.

Prof. İbrahim Bayramov xalqımızın milli varlığını özündə əks etdirən toponim, hidronim, etnonimləri ermənilərin məhv etməyə çalışdığını vurğulamış, onların bu addımı Sovet dövründən bəri ərazinin milli tərkibini öz xeyirlərinə dəyişmək üçün atdığını qeyd etmişdir.

O, indiki Ermənistanda sovet hakimiyyəti illərində addəyişmə siyasətinin dövlət səviyyəsində həyata keçirildiyini bildirmiş, rəsmi qərarlarla 1935-ci ildən kütləvi şəkildə türk mənşəli toponimlərin ermənilərin mənəvi soyqırımına məruz qaldığını dinləyicilərin diqqətinə çatdırmışdır.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur