ADPU-da “Tələbələr üçün IB təlimi” proqramını uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim olunub

14.05.2024-cü il tarixində ADPU-da “Tələbələr üçün IB təlimi” layihəsi çərçivəsində sertifikat təqdimetmə mərasimi keçirilmiş, ADPU-nun rektoru prof. Cəfər Cəfərov və Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək təlimin əhəmiyyətindən və tələbələrin qazandıqları bacarıqlardan söz açmışlar.

Pedaqoji Universitet Avropa Azərbaycan Məktəbi ilə birgə 2023-cü ilin 7 dekabr tarixindən “Tələbələr üçün IB təlimi” adlı silsilə təlimlərə başlayıb. Təlimlərdə tələbələrə beynəlxalq bakalavr proqramının (IB) dərindən öyrədilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 35 nəfər proqramı uğurla tamamlayaraq sertifikata layiq görülən tələbədən 12-si Filologiya fakültəsindəndir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur