Error
ADPU-nun Filologiya fakültəsinin alimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup ictimai-siyasi xadim, eləcə də alim və ziyalılar “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişlər.
Təltif olunanlar arasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynova, Elmi-təşkilati şöbənin müdiri, prof. İbrahim Bayramov, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti Allahverdi Hacıyev də var.
ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova adından yüksək dövlət təltifinə layiq görülən alimləri təbrik edir, elmi-pedaqoji və ictimai fəaliyyətlərində uğurlar arzu edirik.