ADPU-nun Filologiya fakültəsində “Qərbi Azərbaycan: Yurd həsrəti” mövzusunda esse müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilmişdir.

29 mart 2024-cü il tarixində təşkil olunan görüşdə Xarici dil müəllimliyi (ingilis dili üzrə), Xarici dil müəllimliyi (fransız dili üzrə), Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisaslarında təhsil alan tələbələrdən yüksək nəticə göstərənlər təltif olunmuşdur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova iclası giriş sözü ilə açaraq esse müsabiqəsinin olduqca əhəmiyyətli və aktual mövzuya həsr olunduğunu bildirmiş, indiki Qərbi Azərbaycan adlanan ərazinin soydaşlarımızın yaşadığı tarixi torpaqlarımız olduğunu qeyd etmişdir.

Təltifetmə mərasimi başa çatdıqdan sonra xatirə şəkli çəkilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur