ADPU-nun Filologiya fakültəsində “Filoloqun oxu həftəsi” layihəsi təşkil olunmuşdur.

    19 mart 2024-cü il tarixində ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsi çərçivəsində AZD2303B qrup tələbələri ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının müzakirəsi keçirilmişdir.

    Diskussiya formasında keçirilən müzakirədə tələbələrin məntiqli çıxış və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmış, müzakirədə fəal iştiraklarına görə 5 tələbə təşəkkürnamə ilə təltif olunmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur