Error
Kazan Federal Universitetindən gələn nümayəndə heyəti ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu və Filologiya fakültəsinin qonağı olmuşdur.
Kazan Federal Universitetindən prof. Elzara Qafiyatova, dos. Olqa Bukaç, dos. Gülnara Xaliraxmanova ilə keçirilən işgüzar görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak etmişlər.
Görüşdə dünyanın 7 ölkəsindən 300 tələbənin Kazan Federal Universitetində keçiriləcək yay məktəbində iştirak etməsi məsələsi müzakirə olunmuşdur. Nümayəndə heyətinin üzvləri Azərbaycandan 30 tələbənin yay məktəbində iştirak etməsini planlaşdırıldığını qeyd etmiş, onların arasında ADPU-da təhsil alanların da olmasını arzu etdiklərini dilə gətirmişlər.
Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova məsələ ilə bağlı işçi qrupunun yaradılacağını, tələbələr arasında təbliğat işlərinin aparılacağını bildirmişlər.