21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova ana dilimizim saflığı uğrunda daim mübarizə aparan soydaşlarımızı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, tanınmış şairə Mahirə Nağıqızının “Ana dilim” şeiri ilə təbrik edir.

Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.

Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, rizin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur