Image

ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşları Türkiyə Respublikasının Nevşehir Universitetində keçirilən görüşdə Pedaqoji Universiteti təmsil ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti “Virtual reallıq və innovasiyalar vasitəsilə peşə təhsilinin və təlimin keyfiyyətinin artırılması” (VrinVET) adlı Erasmus+ layihəsi çərçivəsində Türkiyə Respublikasının Nevşehir Hacı Bektaş Veli Universiteti ilə tərəfdaşlığa başlayıb.

13-14 fevral tarixlərində Nevşehir Hacı Bektaş Veli Universitetində VrinVET layihəsi çərçivəsində tərəfdaşların ilk idarəedici görüşü baş tutub.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi məktəb rəhbərlərinə, pedaqoqlara, müəllimlərə və tələbələrə XXI əsrin təhsil texnologiyalarından yaradıcı və səmərəli şəkildə istifadənin öyrədilməsi və həvəsləndirmədir.

Görüşdə Türkiyə, Azərbaycan, Albaniya, Əlcəzair, Yunanıstan, İtaliya və Polşadan olan nümayəndələr iştirak ediblər. Layihə çərçivəsində baş tutmuş səfərdə ADPU-nu Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Jalə Səmədova təmsil ediblər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur