Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.
20 Yanvar hadisələri zamanı xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.
Qanlı Yanvar faciəsi qurbanlarının, eyni zamanda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanması uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsini əziz tutaraq başda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova olmaqla Filologiya fakültəsinin kollektivi adından onlara Allahdan rəhmət diləyirik.