Error
ADPU-nun Filologiya fakültəsinin ingilis dili müəllimləri sertifikatla təltif olunmuşlar.
4 dekabr 2023-cü il tarixdə Hilton Baku Hoteldə ABŞ Dövlət Departamentinin sponsorluğu ilə İngilis dili müəllimlərinin peşəkar inkişafı üçün təşkil edilmiş “American English Live 18” vebinar seriyasının sertifikat təqdimetmə tədbiri keçirilmişdir. Tədbirdə ABŞ-nın Azərbaycandakı Səfirliyinin nümayəndələri - ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bill Murad, mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haji, ABŞ-nın Ankarada yerləşən Regional ingilis dili ofisinin rəhbəri Con Silver, ingilis dili proqramları üzrə koordinatoru Səbinə Abdullayeva, ADPU-nun Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, Xarici Dillər Mərkəzinin bir qrup əməkdaşı və 100-dən çox ingilis dili müəllimi iştirak etmişdir.
Qeyd edək ki, sentyabrın 6-dan noyabrın 15-nə qədər müddəti əhatə edən 6 vebinarda “İngilis dili mütəxəssisləri ilə ELT siniflərdə Sosial Emosional Öyrənmə və Kritik Bacarıqların inkişaf etdirilməsi” ilə bağlı mövzular araşdırılmışdır. Tədbirin sonunda vebinarları uğurla başa vuran ingilis dili müəllimləri sertifikatlarla mükafatlandırılmışdır.
Sertifikatla təltif olunan ADPU-nun Filologiya fakültəsi əməkdaşlarını bu münasibətlə təbrik edirik.