4 dekabr 2023-cü il tarixdə Filologiya fakültəsində Meh Ədəbi Dərnəyinin yekun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova, Filologiya fakültəsinin dekanı Könül Həsənova, kafedra müdirləri və Meh Ədəbi Dərnəyinin üzvləri iştirak etmişlər. Professor Mahirə Hüseynova “Qərbi Azərbaycan bizi səsləyir”, Meh Ədəbi Dərnəyinin “Zəfər Günü” və illik hesabat tədbirinin təşkilində fəal iştirakına görə fakültənin bir qrup əməkdaşına və tələbələrə  təşəkkürünü bildirmiş, onları mükafatlandırmışdır. ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent əvəzi Könül Həsənova, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, Xarici Dillər Mərkəzinin müdir müavini Günay Alıyeva, Filologiya fakültəsinin əməkdaşları Gülər Süleymanova, Günel Axundova, Elnarə Niftəliyeva, Məsmə Yusifzadə və fakültənin bir qrup tələbəsi Beynəlxalq əlaqələr üzrə prorektorluq tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Görüşdə prof. Mahirə Hüseynova tədbirlərin təşkilində fəal iştirak edən şəxslərə bir daha öz təşəkkürünü bildirmiş, fakültənin yeni seçilən dekanına Meh Ədəbi Dərnəyinin bundan sonrakı fəaliyyətini daha da zirvələrə qaldırmağı tövsiyə etmişdir. Təltif olunan şəxslər xüsusi diqqət və qayğıya görə prof. Mahirə Hüseynovaya öz təşəkkürlərini bildirmişlər. Sonda yığıncaq üzvləri xatirə şəkli çəkdirmişlər.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur