20 noyabr 2023-cü il tarixdə “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacağıq” layihəsi çərçivəsində çəkilmiş “Dağlarda obam qaldı” sənədli filmin təqdimatı baş tutdu. ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynova da filmin təqdimatında iştirak etdi.
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirdi ki, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Filmin ərsəyə gəlməsinə, ideyanın inkişaf etməsinə dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Agentliyin müşahidə şurasının üzvlərinə, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz müəllimə, öz dəyərli məsləhətləri ilə daim yanımızda olan çox hörmətli professorumuz, Dərələyəz mahalının rəhbəri Mahirə xanım Hüseynovaya təşəkkür edirəm.
30 il öncə öz yurdlarından zorla çıxarılmış insanların xatirələri əsasında hazırlanmış filmdə şirinli-acılı xatirələrlə bərabər, erməni zorakılığının nəticələri bir daha faktlar əsasında xatırlandı.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur