Image

DOĞUM GÜNÜ TƏBRİKİ

Mahirə NAĞIQIZI 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir

1984-cü ildən təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Mahirə xanım bu gün də şərəfli peşəsini ən yüksək səviyyədə layiqincə davam etdirir.

Mahirə NAĞIQIZI 2017-ci ildən filologiya üzrə elmlər doktorudur. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

YAZARLAR cameəsi adından Mahirə xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

“YAZARLAR”JURNALININ NOYABR – 2023 N: 11 (35)-Cİ SAYINDA DOĞUM GÜNÜ TƏBRİKİ VƏ XÜSUSİ TƏBRİK YAZILARI YER ALIB PDF:
https://ustacaz.files.wordpress.com/2023/10/yazarlar-35.pdf


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur