26 oktyabr 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzinin Lektoriyasında ADPU-nun dosenti İlham Əhmədovun “Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modellərinin tədqiqi” mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbirdə Elm və innovasiyalar üzrə prorektor fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Elmi təşkilati şöbənin müdiri professor İbrahim Bayramov və şöbə əməkdaşları, universitetin fakültələrinin professor-müəllim heyəti, eyni zamanda Filologiya fakültəsinin kafedra müdirləri və professor-müəllim heyəti iştirak etmişdir.
Məruzədə Universitet modelləri nədir? (Universitet 1.0, 2.0, 3.0, 4.0 modelləri), universitetlərin innovativ fəaliyyət modeli və universitetlərin tədqiqat fəaliyyət modeli kimi məsələlər şərh edilmiş, xarici ölkələrin təcrübələrindən nümunələr gətirilmişdir.
Sonda Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov yekun nitqi ilə çıxış edərək dosent İlham Əhmədova və iştirakçılara təşəkkürünü bildirdi.


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur