Image

PDF YÜKLƏI

ADPU Filologiya fakültəsinin rəsmi orqanı olan “Filoloq” qəzetinin yeni sayı oxuculara təqdim olunmuşdur. Qəzetin bu buraxılışı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Qəzetin redaktoru Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Könül Həsənovanın “Heydər Əliyev ali təhsilin uğurları və ölkənin dinamik inkişafında rolu haqqında” məqaləsində Ulu Öndərin ali təhsillə bağlı görüşləri təhlil edilmişdir. Fakültə əməkdaşları prof. Təyyar Salamoğlu, prof. Elman Quliyev, dos. Nazilə Abdullazadə, dos. Ülviyyə Hacıyeva, dos. İradə Kərimova və Xarici Dillər Mərkəzinin müəllimi Nigar Məmmədovanın məqalələrində Heydər Əliyevin ədəbiyyat, dövlət, qadın siyasəti, türk dünyası və Qarabağ zəfəri ilə bağlı görüşlərinə münasibət bildirilmişdir.
Yubiley münasibətilə fakültənin keçirdiyi “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans, fakültənin təşkilatçılığı - dekan müavini Könül Həsənovanın rəhbərliyi ilə keçirilən tələbə təşkilatları forumunun fəaliyyəti də qəzetin səhifələrində işıqlandırılmışdır.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur