10 oktyabr 2023-cü il tarixində Filologiya fakültəsi Ədəbiyyat kafedrasının əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində hazırladıqları “Ümummilli Liderin ədəbiyyat strategiyası” kitabının təqdimatı keçirildi. Tədbiri ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova açaraq 2023-cü ildə universitetdə və fakültədə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirildiyini vurğuladı. O, təqdimatı keçirilən kitabın aktuallığını qeyd edərək bildirdi ki, böyük zəhmət hesabına ərsəyə gələn kitab ədəbi-mədəni düşüncənin inkişafına böyük töhfə verəcəkdir. Ona görə ki, kitabda yazıları çap olunan müəlliflərin hər biri müraciət etdikləri mövzularda Ümummilli Liderin ədəbiyyatımızla bağlı fikirlərini ümumi konsepsiya kimi əsas götürmüş və tarixi yaddaş prinsipinə əsaslanaraq ərsəyə gətirmişlər.
Tədbirdə Ədəbiyyat kafedrasının əməkdaşı filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov məruzə ilə çıxış edərək Ulu Öndərin ədəbiyyat strategiyasının mühüm məqamlarından söhbət açdılar.
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, “Kredo” qəzetinin baş redaktoru, şair-professor Əli Rza Xələfli, Ədəbiyyat kafedrasının əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudov və başqaları çıxış edərək kitabla bağlı öz fikir və mülahizələrini bildirmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur