7 sentyabr 2023-cü il tarixdə Beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən prof. Mahirə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə fakültə əməkdaşları ilə görüşmüşdür. İlk olaraq Ədəbiyyatın tədrisi texnologiyası və Ədəbiyyat kafedrasının əməkdaşları ilə keçən görüşdə prof. Mahirə Hüseynova cari tədris ilində qarşıda duran vəzifələrdən danışmış, müəllim kadrları hazırlayan bir təhsil ocağında müəllim nüfuzunu yüksəltməyin, müəllim nüfuzunu artırmağın zəruriliyini vurğulamışdır. Kafedra əməkdaşlarından prof. Yaqub Babayev, dos. Bilal Həsənli, prof. Təyyar Salamoğlu və prof. Mahmud Allahmanlı çıxış edərək prorektorun irəli sürdüyü vəzifələrin həlli istiqamətində nəzərdə tutulan işlərdən danışmış və tədris ilini uğurla başa vuracaqlarını əminliklə bildirmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur