Tələbə olmaq, bu adı qazanmaq işin birinci hissəsi, bir tərəfidir. Bu adı doğrultmaq, vətəninə, dövlətinə, millətinə, sənə ümid bəsləyənlərə layiqli övlad, layiqli, əsl peşəkar, savadlı, bilikli, geniş dünyagörüşlü mütəxəssis və gələcəyin əsl kadrı kimi formalaşmaq, yetişmək, püxtələşmək işin ikinci və əsas tərəfidir. Bu, çox böyük məsuliyyət, ikiqat zəhmət, əmək tələb edir.
Başda ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e , professor Mahirə Hüseynova olmaqla, Filologiya fakültəsinin əməkdaşları adından tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!
ADPU ailəsinə xoş gəldiniz, əziz tələbə adını qazanan abituriyentlər!